Məhkəmə qərarları › İş №2-1(102)-2831/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2831/2019

13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2831/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2831/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər:“Əməkdar Mühəndis” fəxri adının verilməsi ilə bağlı təqdimatın verilməsi Nazirlər Kabinetinin diskresion səlahiyyətidir, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının fəxri adını öz təşəbbüsü ilə, habelə Azərbaycan Respublikasının Milli Məclisinin və ya Nazirlər Kabinetinin təqdimatı əsasında verir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseyn ova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı əməkdar mühəndis adının verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1092/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, təsərrüfat fəaliyyətində çox məhsuldar və çox aktiv mühəndis olduğunu, baş mexanik, baş mühəndis, idarə rəisi və Mexaniki-Təmir zavodunun direktoru vəzifələrində çalışdığını, 88 səmərələşdirici texniki təklifin və 31 rəsmi vəsiqənin müəllifi olduğunu, direktor işləyərkən Azərbaycanla İran İslam Respublikası arasında inşa olunan mühüm strateji dövlət əhəmiyyətli tədbirdə aktiv rəhbər roluna görə yüksək pul mükafatına layiq görüldüyünü, işlədiyi ərəfədə (Bakı Dərin Özüllər zavodu) rəsmi protokol yolu ilə Vyetnam Sosialist Respublikasına hazırlanmış kadr olub, zavod X4 üzvü, zavod X2 sədri vəzifələrini apardığını, yeni Baş Nazir təyin edildikdən sonra, 6 dəfə xəbərnaməli, sifarişli məktubla ona müraciət etdiyini, Baş Nazirin aparat rəhbəri haqqında təqdimat hazırlamaq üçün İqtisadiyyat Nazirliyinə xxxx 2018-ci il, **** nömrəli, “xxxx” ASC-yə **** nömrəli, xxxx 2018-ci il tarixli məktublarla və 9 il işlədiyi Azərbayca n Dövlət Neft Şirkətinə xxxx 2018-ci il tarixdə müraciəti göndərdiyini bildirərək, ona “Əməkdar Mühəndis” Fəxri Adının verilməsi ilə bağlı müvafiq təqdimatın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)-1390/2019 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim - Ş.Ə.Süleymanova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1092/2019 saylı qərarı ilə (sədrlik edən E.E.Nağıyeva, hakimlər H.Ü.Həmidov və V.Ə.Baxışova) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqti sadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı, işlədiyi müəssisələrdə yerinə yetirdiyi işlərdən böyük zövq almış, məhz bunun sayəsində ona 4 il ardıcıl olaraq “ilin ən yaxşı səmərələşdiricisi ” mühəndisi adına, 4 Fəxri Fərmana və 4 dəfə yüksək pul mükafatına layiq görülmüş, 1986-cı ildə zavod rəhbərliyi, partiya komitəsi, həmkarlar təşkilatı və X4 rəsmi protokolu ilə Vyetman Sosialist Respublikasına 2 illiyə hazırlanmış mütəxə ssis olmuş, 88 səmərələşdirici təklifin və 31 vəsiqənin müəllifidir, məhkəmə tərəfindən “Azərbaycan Respublikasının fəxri adları haqqında” Əsasnamənin 2, 5, 6-cı bəndlərinin tələbləri pozulmaqla, qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Tərəflərin izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd o lmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində ba xır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1092/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1949-cu il tarixində Laçın rayonunun Cimli kəndində anadan olmuş İddiaçı, 1968-1974-cü illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis-mexanik ixtisası üzrə təhsilini bitirmiş, iddiaçı xxxx 1974-cü ildən xxxx 1974-cü ilədək “Markssutikinti” Trestinin 48 nömrəli mexanikləşdirilmiş kolonunda mexanik, xxxx 1974-cü ildən xxxx 1976-cı ilədək “*****” Sumqayıt sənaye İstehsalat Birliyində sex rəisi, baş usta, mexanik, xxxx 1979-cu ildən xxxx 1979-cu ilədək Sumqayıt X1 mexanik, xxxx 1979-cu ildən xxxx 1980-cı ilədək Sumqayıt Mexanik i-Təmir zavodunda sex rəisi, xxxx 1980-ci ildən xxxx 1983-cü ilədək Sumqayıt X1 mexanik, xxxx 1983-cü ildən xxxx 1984-cü ilədək Avadanlıqların hazırlanması üzrə mexaniki emalatxanada sex rəisinin müavini, xxxx 1984-cü ildən xxxx 1990-cı ilədək Stasionar dərin dəniz özülləri üçün ayaq hissələri hazırlayan Bakı zavodunda sex rəisinin müavini, xxxx 1990-cı ildən xxxx 1992-ci ilədək “Qaradağ” İKB-də sex rəisi, xxxx 1992-ci ildən xxxx 1994-cü ilədək “Şelfproektstroy” layihə-sənaye-tikinti Birliyinin qeyri-standart avadanlıq hissələri istehsalı və xalq istehlakı zavodunda direktor, xxxx 1994-cü ildən xxxx 1997-ci ilədək 53 nömrəli Təmir-Tikinti Quraşdırma İdarəsində rəis, xxxx 1997-ci ildən xxxx 2006-cı ilədək 8 saylı Təmir-Tikinti bölməsində Baş mühəndis vəzifələrində işləmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, “Əməkdar Mühəndis” fəxri adının verilməsi ilə bağlı təqdimatın verilməsi Nazirlər Kabinetinin diskresion səlahiyyətidir, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının fəxri adını öz təşəbbüsü ilə, habelə Azərbaycan Respublikasının Milli Məclisinin və ya Nazirlər Kabinetinin təqdimatı əsasında verir, Azərbaycan Respublikasının fəxri adının verilməsi haqqında yuxarı orqan qarşısında vəsatət bir qayda olaraq, fəxri ada təqdim edilənin işlədiyi əmək kollektivində qaldırılır, iddiaçı şikayətində dəfələrlə çalışdığı müəssisəsinin rəhbərliyi tərəfindən belə bir təşəbbüsün olunduğunu qeyd etsə də, iş üzrə bu hallar təsdiq olunmamış, “Azərbaycan Respublikasının fəxri adları haqqında” Əsasnamənin tələblərinin məhkəmə lər tərəfindən pozulması müəyyən edilməmiş, beləliklə, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Azərbaycan Respublikasının fəxri adları haqqında” Əsasnamənin 4-cü maddəsinə əsasən “əməkdar mühəndis” fəxri adı sənaye, tikinti, nəqliyyat, rabitə, meliorasiya, aqrar sahə müəssisələrində, elmi-tədqiqat və digər təşkilatlarda xüsusi xidmətlər göstərmiş və ixtisas üzrə azı 15 il işləmiş mühəndislərə verilir. Həmin əsasnamənin 5 və 6-cı maddələrində göstərilir ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının fəxri adını öz təşəbbüsü ilə, habelə Azərbaycan Respublikasının Milli Məclisinin və ya Nazirlər Kabinetinin təqdimatı əsasında verir. Az ərbaycan Respublikasının fəxri adının verilməsi haqqında yuxarı orqan qarşısında vəsatət bir qayda olaraq, fəxri ada təqdim edilənin işlədiyi əmək kollektivində qaldırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası “Əməkdar Mühəndis” fəxri adının verilməsi ilə bağlı təqdimatın verilməsinin Nazirlər Kabinetinin diskresion səlahiyyəti olduğunu, Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasının fəxri adını öz təşəbbüsü ilə, habelə Azərbaycan Respublikasının Milli Məclisinin və ya Nazirlər Kabinetinin təqdimatı əsasında verdiyini, Azərbaycan Respublikasının fəxri adının verilməsi haqqında yuxarı orqan qarşısında vəsatətin bir qayda olaraq, fəxri ada təqdim edilənin işlədiyi əmək kollektivində qaldırıldığını, iddiaçı şikayətində dəfələrlə çalışdığı müəssisəsinin rəhbərliyi tərəfindən belə bir təşəbbüsün olunduğunu qeyd etsə də, iş üzrə bu halların təsdiq olunmadığını, beləliklə, cavabdehin imtinasının qanuni və əsaslı olduğunu nəzərə al araq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1092/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər t utaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1092/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar