Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2831/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Şamaxı rayon Məlhəm Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti; mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Şamaxı rayon Məlhəm Bələdiyyəsinə qarşı “Şamaxı rayon Əngəxaran Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 12 saylı qərarın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-5/2023 nömrə li, 27 iyul 2023-cü il tarixli qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Şamaxı rayonu Əngəxaran bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli, 17 saylı qərarından görünür ki, Şamaxı rayonu Əngəxaran bələdiyyəsi perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı (yararsız) torpaq sahəsindən alqı-satqı qaydasında İddiaçı tikinti məqsədi üçün 0,9 ha. kənd təsərrüfatı məqsədi üçün 6.1 ha, cəmi 7.0 ha torpaq sahəsinin satılması barədə DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması qərar alınmışdır.
2. DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şamaxı rayonu Əngəxaran bələdiyyəsinin qərarı ilə İdd iaçı satılması nəzərdə tutulan torpaq sahəsinin normativ qiyməti 1276 manat təşkil edir və torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir.
3. Şamaxı rayon Əngəxaran bələdiyyəsinin 994194 nömrəli kassa-mədaxil qəbzindən görünür ki, İddiaçı bələdiyyənin hesabına torpaq alqı-satqısı üçün 1276 manat pul ödəmişdir.
4. İş materiallarında olan 13 noyabr 2019-cu il tarixli **********64, **********63 və **********5 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrdən çıxarışlardan görünür ki, Şamaxı rayonu Əngəxaran kəndi ərazisində 1,02 ha, 0,90 ha və 4,88 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
5. DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş A № 017020 nömrəli torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd Şamaxı rayonu Əngəxaran bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı əsasında turizm məqsədi ilə X1 10.000 kv.m. torpaq sahəsinə dair tərtib edilmişdir.
6. Torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli akta əsasən, həmin akt Şamaxı rayonu Əngəxaran bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 17 saylı qərarı ilə İddiaçı Abbasqulu qızına satılmış 7.0 ha torpaq sahəsinə dair tərtib edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Əngəxaran Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 12 saylı qərarın etibarsız hesab olunması və 1,0 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqlə şdirilməsi barədə ərizə verərək Şamaxı rayon Əngəxaran Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 12 saylı qərarın etibarsız hesab olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məlhəm (keçmiş Əngəxaran) bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 17 saylı qərarı ilə onun mülkiyyətinə 0,90 ha tikinti, 6,9 ha kənd təsərrüfatı məqsədilə, ümumilikdə 7,80 ha torpaq sahəsi satılmışdır.
10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2-1(85)191/2019 saylı qərarı ilə həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Lakin qərarın icrası zamanı cavabdeh DƏ DRX-in 14 saylı Şamaxı Ərazi İdarəsi sözügedən torpaq sahəsinin yalnız 6,80 ha hissəsinin üzərində onun mülkiyyət hüququnu qeydə almış və bildirmişdir ki, qalan 1,0 ha torpaq sahəsinə keçmiş DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən başqa şəxsin, yəni X2 adına 378649 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi işləndiyinə görə həmin hissədə qərarın icrası mümkün deyildir. Ona məlum olmuşdur ki, 1,0 ha torpaq sahəsinin plan və ölçü sənədi Şamaxı rayon Əngəxaran bələdiyyəsinin 26 dekabr 2006-cı il tarixli 12 saylı saxta qərarına əsasən işlənilmişdir. 7,80 ha torpaq sahəsi 1991-ci ildən, yəni bələdiyyə tərəfindən ona satılmamışdan əvvəl də onun icarəsində olmuşdur. Buna baxmayaraq həmin ərazinin 1,0 ha hissəsi saxta yolla X2 adına sənədləşdirilmişdir.
11. Cavabdeh tərəfindən iddia ərizəsi nə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ləğv edilmiş Əngəxaran bələdiyyəsi tərəfindən tikinti məqsədi üçün 0.9 ha və kənd təsərrüfatı məqsədi üçün isə 6.1 ha olmaqla cəmi 7.0 ha torpaq sahəsi 20 dekabr 2006-cı il tarixli 17 saylı qərarla verilmişdir. Lakin Milli Arxiv idarəsinin Şamaxı filialından əldə edilmiş sənəddə İddiaçı ayrılmış torpaq sahəsinin 7.8 ha torpaq sahəsinin ayrılması müəyyən edilmişdir. Məhkəmə çəkişmələri zamanı iddiaçının özündə olan sənədlə arxivdən verilmiş sənədlər arasındakı ziddiyyətlər tam araşdırılmamışdır. İddiaçının ilkin sənədlərində olan ölçülər faktiki olaraq tikinti məqsədi üçün 0.9 ha, kənd təsərrüfatı məqsədi üçün 6.1 ha olmaqla cəmi 7 ha təşkil edir, hansı ki, həmin torpaq sahələri ümumi istifadədə olduğu üçün özgəninkiləşdirilə bilməzdi. İddiaçının əldə etdiyi torpaq sahəsinə dair sənədlərin qeyri-qanuni olması məlum olur. Hal-hazırda iddiaçının iddia etdiyi 1,0 ha torpaq sahəsinin X3 adına 378649 nömrəli kadastr planı işlənilmiş, mövcud bazada onun mülkiyyətindədir və ona görə də həmin torpaq sahəsinin iddiaçının adına rəsmişləşdirilməsindən imtina olunmuşdur. İddiaçıya və həmçinin X5 verilmiş qərarların tarixlərində yaranmış fərqlər ziddiyyət təşkil edir və buradan da hər iki qərarın qeyri-qanuni olması məlum olur.
12. Sumqayıt İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(118)-98/2021 nömrəli qərarı ilə (hakim V.Əzizova) iddia tələbi təmin edilmiş, Şamaxı rayon Məlhəm (keçmiş Əngəxaran) bələdiyyəsinin X4 1000 kv.m. torpaq sahəsinin satılmasına dair xx.xx.2006-cı il tarixli 12 saylı qərarı etibarsız hesab edilm işdir.
13. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxs X4 1000 kv m torpaq sahəsinin satılması barədə 26 dekabr 2006-cı il tarixli 12 saylı bələdiyyə qərarı, alqı-satqı aktı, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair və s. sənəd mövcud deyildir. Həmin qərar və onun verilməsi üçün bələdiyyəyə və Şamaxı rayon Dövlət Arxivinə sorğular verilsə də, hər hansı sənəd aşkar edilməmişdir.
14. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya torpaq sahəsinin satılması barədə qərarın tarixi 20 dekabr 2006-cı il tarixli, sıra nömrəsi 17 olmasına baxmayaraq, X2 adına tərtib olunmuş plan və ölçü sənədində bələdiyyə qərarının tarixi 26 dekabr 2006-cı il tarixli sıra nömrəsi 12 göstərilmişdir. Halbuki, həqiqətən həmin tarixdə bələdiyyə qərarı verilmiş olsaydı, sıra nömrəsi “17”-dən sonra olmalı idi.
15. Məhkəmə cavab dehin iddiaçıya torpaq sahəsinin qanunsuz satılması barədə iddiasına münasibətdə qeyd edir ki, bu dəlillər iddia predmetinə aid deyildir və artıq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə 7.80 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmalı olması müəyyən edilmişdir. DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi məhkəmənin qərarını icra edərkən 7.80 ha torpaq sahəsinin 1,0 ha hissədən ibarət hissəsi üzərində V.Nuriyevin adına plan və ölçü sənədinin işləndiyini qeyd etmişdir. Həmin plan və ölçü sənədindən başqa bələdiyyədə, arxivdə və daşınmaz əmlakın dövlət reyestri orqanında hər hansı sənəd aşkar edilməmişdir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apell yasiya instansiyası məhkəməsində icraat
17. Sumqayıt Apelllyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2-1(105)-30/2022 nömrəli qərardadı ilə inzibati iş üzrə vəfat etmiş 3-cü şəxs X2 hüquqi varisləri kimi həyat yoldaşı X7, övladları X8, X9, X10 və X6 işdə iştirak etməyə cəlb olunmuşlar.
18. Sumqayıt Apelllyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-5/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.Dəmirov /sədrlik edən və məruzəçi/, F.Məmmədov və L.Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı (formal xəta aradan qaldırılmaqla) dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Üçüncü şəxs Bahar Nuriyeva həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Üçüncü şəxs Bahar Nuriyevanın kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, maddi hüquq normalarını düzgün tətbiq etməyərək, İddiaçı Şamaxı rayon Əngəxaran Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 12 saylı qərarını mübahisələndirmək hüququnun xitam olunduğunu nəzərə almamışdır.
22. Məhkəmə 20 dekabr 2006-cı il tarixli, 17 saylı və xx.xx.2006-cı il tarixli, 12 saylı qərarları tam və hərtərəfli araşdırmamış, həmin qərarların еyni torpaq sahəsi barəsində olması halını müəyyən еtmədən mübahisəni mahiyyəti üzrə həll еtmişdir.
23. Lakin məhkəmələr tərəfindən ayrılmış torpaq sahəsi iddiaçıya satılmamış, lakin faktiki iddia etdiyi torpaq sahəsi ilə bağlı üst-üstə düşməsi halı araşdırılmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarı: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin ey ni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alın malıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şər tlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 15.4. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
26. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAX İŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
29. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul e dir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüq uqunun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
30. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə ç atmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
31. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə mür aciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
32. Məlum olduğu kimi, İddiaçı cavabdeh Şamaxı rayon Məlhəm Bələdiyyəsinə qarşı Şamaxı rayon Əngəxaran Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006- cı il tarixli 12 saylı qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şamaxı rayon Əngəxaran Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 12 saylı qərarın etibarsız hesab olunması və 1,0 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun bərpa olunması barədə qərar çıxarılmasını xahiş et mişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Şamaxı rayon Əngəxaran Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 12 saylı qərarın etibarsız hesab olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir
33. Burada qeyd edilməlidir ki, İddiaçı həmin iddiasına həm birinci instansiya məhkəməsində və həm də apellyasiya instansiyası məhkəməsində mahiyyəti üzrə baxılaraq, birinci instansiya məhkəməsinə xx.xx.2021-ci il tarixli, 2-1(118)-98/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)-5/2023 nömrəli qərarı ilə isə cavabdeh Şamaxı rayon Məlhəm Bələdiyyəsi tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 13 aprel 2021-c i il tarixli, 2-1(118)-98/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
34. Bununla da məhkəmələr “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 15.4, 15.5, 15.6-ci bəndlərində göstərilmiş müddəalarının tələblərini pozmuşlar.
35. Belə ki, sözügedən qərarın 15.4-cü bəndində yazılmışdır ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz.
36. Qərarın 15.5-ci bəndində qeyd edilmişdir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
37. Nəhayət, qərarın 1 6.6-cı bəndində göstərilmişdir ki, qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
38. İşdən isə görünür ki, Samux rayonu Əngəxaran bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli, 17 saylı qərarı ilə Şamaxı rayonu Əngəxaran bələdiyyəsi perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı (yararsız) torpaq sahəsindən alqı-satqı qaydasında İddiaçı tikinti məqsədi üçün 0,9 ha kənd təsərrüfatı məqsədi üçün 6.1 ha, Cəmi 7.0 ha torpaq sahəsinin satılması barədə DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması qərara alınmışdır.
39. DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən verilmiş arayışa əsasən, Şamaxı rayonu Əngəxaran bələdiyyəsinin qərarı ilə İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsinin normativ qiyməti 1276 manat təşkil edir və torpaq bələdiyyənin mülkiyyətindədir.
40. Həmçinin işdən görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 yanvar 2019-cu il tarixli, 2-1(85)-191/2049 saylı qərarı ilə Şamaxı rayonu Əngəxaran bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 17 saylı qərarı əsasında iddiaçıya ayrılmış 7.8 ha torpaq sahəsinin üzərində İddiaçı Abbasqulu qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. 41. 13 noyabr 2019-cu il tarixli, **********64, **********63 və **********5 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Şamaxı rayonu Əngəxaran kəndi ərazisində 1,02 ha, 0,90 ha və 4,88 ha torpaq sahəsi cəmi 6.8 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. 42. 1 ha torpaq sahəsinə gəldikdə isə, həmin torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X2 adına torpaq sahəsinin planı və ölçüsü verilmişdir ki, həmin sənəd hüquqmüəyyənedici sənəd olmasa da, X11 kitabında xx.xx.2012-ci il tarixində 480 nömrə ilə səlahiyyətli uçota alınmış, yəni dövlət orqanının qeydiyyatındadır.
43. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, istər əvvəlki işdə, istərsə də hazırda baxılan işdə mübahisə predmeti - torpaq sahəsi eyni olmuş, yəni hər iki iş üzrə də iddiaçının tələbi torpaq sahəsi ilə bağlı olmuşdur. İddianın mahiyyəti də, obyekti də bütün hallarda dəyişməzdir.
44. Eləcə də, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 13 may 2020-ci il tarix li qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələn dirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 1.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
45. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəri cilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).
46. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı).
47. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, işin bu vəziyyəti hazırkı iş üzrə iddianın mümkün sayılmaması nı şərtləndirir və bu gəlinən nəticə İPM-in 78-ci maddəsinin tələbinə uyğun olmuşdur.
48. İPM-nin 78-ci maddəsində mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyini müəyyən edən qayda, mənasına görə eyni tərəflər arasında olan iş üzrə qanuni qüvvəyə minmiş qərarla müəyyən edilmiş faktların həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilmədiyini ehtiva edir. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir
49. Ümumiyyətlə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir.
50. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi üzrə yuxarıda göstərilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu halda, hazırkı iddiaya mahiyyəti üzrə baxılıb, məhkəmə qərarı qəbul edilməsi “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarının 15.4, 15.5, 15.6-cı bəndlərinə ziddir.
51. Başqa sözlə iddiaçının hazırkı iddiası mümkün sayılmamalı, belə ki, iddiaçı qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2-1(85)-191/2019 saylı qərarının icra edilməsini tələb etməlidir.
52. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi, cavabdeh 1 hektar torp aq sahəsi üzrə imtinanı onunla izah edir ki, qalan 1,0 ha torpaq sahəsinə keçmiş DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən başqa şəxsin, yəni X2 adına 378649 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi işləndiyinə görə həmin hissədə qərarın icrası mümkün deyildir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, həmin sənəddə Əngəxaran bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı əsasında işləndiyi göstərilmiş, lakin mübahisələndirilən bələdiyyə qərarı – Şamaxı rayon Əngəxaran Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı işdə yoxdur.
54. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin 27 iyul 2023cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, kassasiya şika yəti qalan hissədə təmin edilməməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Üçüncü şəxs Bahar Nuriyevanın kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2-1(105)-5/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.