Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2832/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qaçqın statusunun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəliyev Ruslan Arif oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibat i-İqtisadi Kollegiyasının 2019-cu il 14 iyun tarixli 2-1(103)-1418/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Əfqanıstan İslam Respublikasının vətəndaşı olan iddiaçı 2018-ci il 25 iyun tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Cavabdehin 2018-ci il 27 sentyabr tarixli qərarıilə iddiaçıya qaçqın statusunun verilməsi haqqında vəsatət təmin edilməmişdir. İddiaçı cavabdehin 2018-ci il 5 aprel tarixli qərarından inzibati şikayət verərək qərarın ləğv olunmasını və qaçqın statusunun verilməsi haqqında vəsatətin təmin olunmasını xahiş etmişdir. Şikayət instansiyasının 2018-ci il 27 noyabr tarixli qərarı ilə şikayət təmin edilməm iş, qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 2018-ci il 21 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-111/5 saylı, 2018-ci il 27 sentyabr tarixli və 325 saylı, 2018-ci il 27 noyabr tarixli qərarlarının ləğv edilməsi, x1 “qaçqın statusu verilməsi haqqında” vəsatəti təmin edilərək x1 və onun himayəsində olan övladları: oğlu – 1997-ci il təvəllüdlü x2, oğlu – 1999-cu il təvəllüdlü x3, oğlu – 2004-cü il təvəllüdlü x4 və qızı – 2011-ci il təvəllüdlü x5 qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1977-ci il 24 oktyabr tarixdə Əfqanıstanın Qəzni v ilayətinin Cağori rayonunda anadan olmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşıdır. O, etnik mənsubiyyətinə görə Həzaralar etnik qrupa aiddir. O, evlidir, əri x6 bir neçə il əvvəl Əfqanıstanda Taliban terror təşkilatı tərəfindən təqibə məruz qalıb və sonra itkin düşmüşdür. Onun bacı və qardaşları yoxdur, valideynləri vəfat etmişdir. Onun 3 övladı var, onlar birlikdə Azərbaycana gəlmişlər. Onun təhsili yoxdur və o, ailəsinə baxdığı üçün heç zaman işləməmişdir. Onun əri x6 Əfqanıstanın Qəzni vilayətində boks klubu açmışdır və Əfqanıstan Milli Ordusunun zabitləri üçün boks və döyüş növləri üzrə təlimçi olmuşdur. Taliban terror təşkilatının silahlıları dəfələrlə onun ərinə təlimləri dayandırmağı xəbərdar etmişlər, əks təqdirdə isə onu ölümlə hədələmişlər. Lakin əri buna baxmayaraq Milli O rdunun zabitləri üçün təlimləri davam etdirmişdir. 2016-cı ildə Taliban terror təşkilatının döyüşçüləri onun ərinin təlim keçdiyi kluba hücum edərək oranı güllə atəşinə tutmuşlar, hücum zamanı Milli Ordunun 2 zabiti öldürülmüş, əri isə qaçmışdır. Həmin vaxtdan o, itkin düşmüşdür. Sonradan, Taliban döyüşçüləri evinə gələrək ərini axtarmağa başlamışlar və ondan ərinin yerini deməyi tələb etmişlər. Bu hadisədən bir neçə gün sonra onun 1999-cu il 22 dekabr təvəllüdlü oğlu x3 Taliban terror dəstə üzvləri tərəfindən oğurlanmış və Talibanın əsirliyində olmuşdur. Əsirlikdə olduğu zaman onun oğlundan atasının yerini deməyi tələb etmişlər, lakin oğlu atasının yerini bilmədiyini demiş, nəticədə silahlı döyüşçülər onun oğlunu döymüşlər və onun bir ayağını sındırmışlar. Qaynatası kəndin ağsaqqalları il ə birlikdə Talibanın hərbi düşərgəsinə getmiş və onlar oğlunu əsirlikdən çıxarmışlar. Oğlunun hal-hazırda bir ayağı axsayır, ərinin yeri bu günə kimi naməlumdur. Bu hadisədən sonra o, uşaqları ilə birlikdə Kabilə köçməyə məcbur qalmış, lakin Kabildə olduğu müddət ərzində tanımadığı şəxslər onun evinə gələrək onları sorğu-sual etmişlər. Kabildə də Taliban terror təşkilatının üzvləri olduğundan, o bir neçə dəfə Kabildə yaşayış yerini dəyişməyə məcbur olmuşdur. Daha sonra Azərbaycana gəlmiş və qaçqın statusunun alınması üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən yaradılmış müvafiq komissiyanın qərarına əsasən ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 fevral tarixli 2-1(81)832/2019 nömrəli qərardadı ilə iddia tələbinin “iddiaçının uşaqlarına (1997-ci il təvəllüdlü x2 və 1999-cu il təvəllüdlü x3) qaçqın statusunun verilməsinə” dair hissəsi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının uşaqları mənsub olduqları dövlətin qanunvericiliyinə uyğun olaraq tam fəaliyyət qabiliyyətli olduqlarından, onlar şəxsən qaçqın statusunun verilməsi tələbi ilə məhkəməyə müraciət edə bilərlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 fevral tarixli 2-1(81)832/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, dövlət orqanları tərə findən təqibə məruz qalmamışdır. İddiaçı qərardaddan və qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 aprel tarixli 2-1(103)-1094/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin hissədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı qərardadı mübahisələndirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 14 iyun tarixli 2-1(103)-1418/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdı r. Apellyasiya instansiyası məhkəməsi həmin hissədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 5 iyul tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 16 iyul tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Şikayətdə, həmçinin qeyd edilmişdir ki, məhkəmə iddiaçının vətəndaşı olduğu ölkədə təqib olunmasına dair hər hansı bir mötəbər sübut təqdim etməməsini və onun əsas gətirdiyi hallar ehtimal üzərində qurulmasını hesab edərək səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçının verdiyi müsahibə ilə müəyyən olunur ki, o, və ailə üzvləri ərinin fəaliyy ətinə görə təqibə məruz qalmışlar. Belə ki, iddiaçının əri Əfqanıstanın Taliban terror təşkilatının nəzarət etdiyi ərazilərdə Əfqanıstan Milli Ordunun şəxsi heyəti üçün idman təlimləri keçdiyi üçün Taliban terrorçuları tərəfindən bir neçə dəfə xəbərdarlıq olunmuş, bunun nəticəsi olmadığı üçün onun idman məktəbinə terrorçular hücum ediblər, hücum zamanı bir neçə Milli Ordunun əsgəri terrorçular tərəfindən öldürülmüş, iddiaçının əri isə itkin düşmüşdür. İddiaçının əri Taliban terror təşkilatı tərəfindən axtarıldığı üçün iddiaçı və onun ailə üzvləri terrorçular tərəfindən qəddar rəftara məruz qalıblar. İddiaçının inzibati icraat zamanı təqdim etdiyi yeganə sübut onun izahatıdır. Bu kateqoriya işlərin baxılması zamanı izahat mənşə ölkə haqqında məlumatla təsdiq edildiyi halda, izahat mötəbər sayılır. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi bunu nəzərə almamışdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh qərar qəbul edərkən iddiaçıya qaçqın statusunun verilməsini istisna edən faktiki şərtlərinin mövcud olmasını sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə - BMT Baş Məclisinin 1951-ci il 28 iyul tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Konvensiyası və 1967-ci il 31 yanvar tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Protokoludur. Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il 8 dekabr tarixli, 402 saylı qərarı ilə BMT-nin yuxarıda qeyd olunan Konvensiyasına və Protokoluna (1993-cü il 12 fevral tarixdən qüvvədədir). Hazırkı işə tətbiq edilməli olan digər beynəlxalq müqavilə Avropa İnsan Hüquqları Konvensiyası və onun 1, 4, 6 və 7 saylı Protokolları və tətbiq edən orqan olan Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququdur. Bundan əlavə, cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərini yerinə yetirməlidir. Cavabdeh inzibati orqan həmin Qanunun 45-ci maddəsinə zidd olaraq işdə olan sübutların siyahısını müəyyən etməmiş və 46-cı maddəyə zidd olaraq sübutları düzgün qiymətləndirməmiş, cavabdehin qərarı həmin Qanunun 57 və 59 -cu maddələrinin tələblərinə zidd tərtib edilmiş və həmin Qanunun 60-cı maddəsinin tələblərinə uyğun əsaslandırılmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olun duğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət mahiyyətcə uğurlu deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşin araşdırılmış halları na görə, iddiaçının cavabdehə müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanmış, təqdim edilmiş sənədlərin surətləri inzibati icraata dair işə əlavə edilmiş, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın nəticəsi olaraq vəsatətin təmin olunmaması, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar edilmişdir. İddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının tələblərinə uyğun baxılmış və qərar qəbul edilmişdir. Həmin Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxsləri n) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. İddiaçının müraciəti ilə başlanmış inzibati icraat materialları məhkəmə araşdırmasının predmeti olmuşdur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. İşin araşdırılmış hallarına görə, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Beləliklə, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqınların və məcburi köçkünlərin (öl kə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı ilə əhatə olunmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Şikayətdə BMT-nin “Qaçqınların statusu haqqında” Konvensiyasına istinad da vəziyyəti dəyişmir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı həmin Konvensiyada təsbit edilmiş “qaçqın” anlayışına uyğundur. İddiaçı isə həmin anlayışa uyğun gələn şərtləri təmin etmir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 14 iyun tarixli 2-1(103)-1418/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2832/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2832/2019
16.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver