Məhkəmə qərarları › İş №2-1(102)-2834/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2834/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2834/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 sa ylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2534/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MTK üzvlərinin ümumi yığıncağının 011 saylı protokolundan çıxarışean görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) kooperativə üzv qəbul olunmuş və Bakı şəhəri, Xətai rayonu “Ağşəhər”, 1-ci fəvvarələr küçəsi, ev № 13, blok 11, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 158.35 m olan, 4 otaqlı, 155 saylı mənzilin payçısı olaraq təsdiq edilmişdir. 2. "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu “Ağşəhər”, 1 -ci fəvvarələr küçəsi, ev № 13, blok 11, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 158.35 m olan, 4 otaqlı, 155 saylı mənzili iddiaçıya təhvil verməyi, sonuncu isə bunun qarşılığında razılaşdırılmış pul vəsaitini ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi, o cümlədən bu müqavilənin 03 saylı əlavəsi lə müəyyən edilmiş qaydalara əməl etməyi öhdəsinə götürmüşdür. 3. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən iddiaçı müqavilədə nəzərdə tutulmuş məbləğdə Bakı şəhəri, Xətai rayonu “Ağşəhər”, 1-ci fəvvarələr küçəsi, ev (bina) № 13, blok 11, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 158.35 m olan, 4 otaqlı, 155 saylı mənzilin dəyərini tam ödəmiş və onun müqavilə üzrə borcu qalmamışdır. 4. "xxxx" MTK tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, 155 saylı mənzil mövcuddu r, lakin mənzillərdən biri MTK-nın ofisi kimi binanın inzibati idarəçiliyi üçün nəzərdə tutulmuş və onun satışı nəzərdə tutulmamışdır. İddiaçıya təqdim edilən mənzil məhz Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 159 saylı istismara icazə sənədində əks edilmiş 154 ədəd mənzildən biridir.

5. Cavabdeh tərəfindən verilmiş imtina məktubunun surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinə baxmış və cavab olaraq bildirmişdir ki, 155 saylı mənzilin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair elektron qaydada göndərilmiş 159 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə (154 mənzil) daxil olmamış, bu ndan başqa İdarənin mütəxəssisləri texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır.

6. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçəsini əhatə edən məhəllə ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının istismarına 20 sentyabr 2019-cu il tarixdə 159 nömrəli icazə verilmişdir (istismara icazə sənədi). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu “Ağşəhər”, 1-ci fəvvarələr küçəsi, ev (bina) № 13, blok 11, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 158.35 m olan, 4 otaqlı, 155 saylı mənzilin iddiaçı adına da şınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin mənzilə dair texniki pasportun tərtib edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçının nümayəndəsi (vəkili) daha sonra iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən ünvan 1 ünvanında olan 155 saylı mənzilin faktiki ölçüdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin mənzilə dair texniki pasportun tərtib edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

9. İddia tələbi onunl a əsaslandırılmışdır ki, iddiaçının "xxxx" MTK ilə aralarında müqavilə münasibətləri mövcud olmuş, həmin münasibətlər zənnində iddiaçı mənzilin dəyərini ödəmişdir. İddiaçının müqavilə üzrə borcunun olmaması müvafiq qəbz və maliyyə arayışı ilə təsdiq edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə eyni məzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-773/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddianın təmin edilmiş, ünvan 1 ünvanında olan 155 saylı mənzilin faktiki ölçüdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin mənzilə dair texniki pasport un tərtib edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MTK ilə bağlanmış müqaviləyə əsasən, iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoyması maliyyə arayışı ilə təsdiq olunur. Mə hkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinə əsasən iddiaçının iddia etdiyi yaşayış sahəsinə (mənzilə) münasibətdə mülkiyyət hüquqlarının yaranması təsdiq olunur. Məhkəmə qeyd etmişdir ki, iddiaçının "xxxx" MTK ilə imzaladığı müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, tərəflər üçün hüqüqi qüvvəyə malik olmaqla yanaşı hazırkı işdə mötəbər sübut qismində qiymətləndirilir. Məhkəmə bildirmişdir ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzr ə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Nəzərə alınmalıdır ki, məhkəmə araşdırılması zamanı cavabdehin istinad etdiyi hal üzrə araşdırmanın aparılması məqsədi ilə müvafiq olaraq eksprtiza təyin edilmişdir. Ekspertiza tədqiqatı nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, “Ağşəhər”, 1-fəvvarələr küçəsində yerləşən, "xxxx" yaşayış komleksində olan 155 saylı mənzil çoxmənzilli yaşayış binası kompleksinin istismarına icazə sənədində göstərilən mənzillərin sahələrinin ümumi sahəsinə aid olduğu, "xxxx" MTK-nın adına tərtib edilmiş memarlıq-planlaşdırma həllində (eskiz layihəsində) nəzərdə tutulduğu, ümumiyyətlə girişçıxışın digər mənzillərə hər-hansı maneçilik yaratmadığı müəyyən olunmuşdur. Göründüyü kimi cavabdeh iddia olunan mənzilin istismara icazə sənədində g östərilmiş mənzillərin ümumi say tərkibinə aid olmadığını bildirsə də, ekspertiza tədqiqatı zamanı həmin mənzilin əslində memarlıq-planlaşdırma həllində (eskiz layihəsində), o cümlədən də istismara icazə sənədində göstərilən mənzillərin ümumi sahəsinə aid olduğu müəyyən olunmuşdur. Eyni zamanda "xxxx" MTK-nın özü də bu hal üzrə aydınlıq gətirmiş, 155 saylı mənzilin mövcud olduğunu, lakin mənzillərdən birinin MTK-nın ofisi kimi binanın inzibati idarəçiliyi üçün nəzərdə tutulduğu və onun satışının nəzərdə tutulmadığını, iddiaçıya təqdim edilən mənzilin məhz Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 159 saylı istismara icazə sənədində əks edilmiş 154 ədəd mənzildən biri olduğunu təsdiq etmişdir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2534/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.Əliyev /sədrlik edən və məruzəçi/, R.Səmədov və X.Cəmilova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Ca vabdeh kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır.

17. İddiaçı tərəfindən qeyd olunan ünvanda yerləşən 155 saylımənzilin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair elektron qaydada göndərilmiş 159 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə (154 mənzil) daxil olmadığımüəyyən edilmişdir.

18. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU 19. “Daşınmaz əmlakın d övlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 7. daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericilik lə müəyyən edilir. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülk iyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazır lanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd ver miş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda

20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativin ə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə b ağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali M əhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona gör ə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məlum olduğu kimi, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası hazırkı iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən xx.xx.2024-cü il tarixli qərarında göstərmişdir ki, “Beləliklə, mənzilə dair bağlanmış müqavilədə əmlakın ölçüləri 158.35 kv.m göstərilmişdir ki, bu da mənzil ilə bağlı hər hansı artımların olmadığını, əksinə mənzili faktiki ölçülərinin sənəd ilə müqayisədə daha az olduğunu göstərir. İddiaçının özü də məhz mənzilin faktiki ölçüsünə münasibətdə mülkiyyət hüquqlarının reallaşdırılm asını arzulayır ki, mənzilin faktiki ölçüsü ilə sənəddə olan ölçüdə fərqin olması onun mənzilə mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı). Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qa nunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. Belə olan halda kollegiya qeyd edir ki, hazırkı halda iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MTK ilə bağlanmış müqaviləyə əsasən, iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoyması maliyyə arayışı ilə təsdiq olunur. “Daşınmaz əmlakın döv lət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinə əsasən iddiaçının iddia etdiyi yaşayış sahəsinə (mənzilə) münasibətdə mülkiyyət hüquqlarının yaranması təsdiq olunur.” (sözügedən qərarın 43, 44, 45, 46-cı bəndləri).

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının iş üzrə gəldiyi həmin qənaəti ilə razı olmaqla yanaşı, onu qanuni, əsaslı və işin faktiki faktlarına və hallarına uyğun hesab edir.

26. Belə ki, işdə olan "xxxx" MTK üzvlərinin ümumi yığıncağının 011 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı kooperativə üzv qəbul olunmuş və Bakı şəhəri, Xətai rayonu “Ağşəhər”, 1-ci fəvvarələr küçəsi, ev № 13, blok 11, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 158.35 m olan, 4 otaqlı, 155 saylı mənzilin payçısı olar aq təsdiq edilmişdir. Yəni, iddiaçı sözügedən MTK-nın payçısı olması işin mübahisəsiz halıdır.

27. Həmçinin "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu “Ağşəhər”, 1-ci fəvvarələr küçəsi, ev № 13, blok 11, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 158.35 m olan, 4 otaqlı, 155 saylı mənzili iddiaçıya təhvil verməyi, sonuncu isə bunun qarşılığında razılaşdırılmış pul vəsaitini ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi, o cümlədən bu müqavilənin 03 saylı əlavəsi ilə müəyyən edilmiş qaydalara əməl etməyi öhdəsinə götürmüşdür. 28. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən iddiaçı müqavilədə nəzərdə tutulmuş məbləğdə Bakı şəhəri, Xətai rayonu “Ağşəhər”, 1-ci fəvvarələr küçəsi, ev (bina) № 13, blok 11, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 158.35 m olan, 4 otaqlı, 155 saylı mənzilin dəyərini tam ödəmiş və onun müqavilə üzrə borcu qalmamışdır. Yəni, iddiaçıya məhz 155 saylı mənzilin satılması danılmaz faktdır.

29. Eyni zamanda "xxxx" MTK tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, 155 saylı mənzil mövcuddur, lakin mənzillərdən biri MTK-nın ofisi kimi binanın inzibati idarəçiliyi üçün nəzərdə tutulmuş və onun satışı nəzərdə tutulmamışdır. İddiaçıya təqdim edilən mənzil məhz Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 159 saylı istismara icazə sənədində əks edilmiş 154 ədəd mənzildən biridir.

30. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakı n Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra – cavabdeh) tərəfindən verilmiş imtina məktubunun surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinə baxmış və cavab olaraq bildirmişdir ki, 155 saylı mənzilin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair elektron qaydada göndərilmiş 159 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə (154 mənzil) daxil olmamış, bundan başqa İdarənin mütəxəssisləri texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır.

31. Lakin iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçəsini əhatə edən məhəllə ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının istismarına 20 sentyabr 2019-cu il tarixdə 159 nömrəli icazə verilmişdir (istismara icazə sənədi).

32. Həmçinin qeyd edilməlidir ki, məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 1616/2-10/7067 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən olunur ki: “Bakı şəhəri, Xətai rayonu, “Ağşəhər”, 1-fəvvarələr küçəsində yerləşən, "xxxx" yaşayış komleksində yerləşən 155 saylı mənzilin ümumi sahəsinin faktiki olaraq 154.35 kv.m təşkil etdiyi müəyyən edilmişdir. - ünvan 2 ünvanında yerləşən mənzilin çoxmənzilli yaşayış binası kompleksinin ist ismarına icazə sənədində göstərilən mənzillərin sahələrinin ümumi sahəsinə aid olduğu müəyyən edilmişdir. - ünvan 2 ünvanında yerləşən mənzilin "xxxx" MTK-nın adına tərtib edilmiş memarlıqplanlaşdırma həllində (eskiz layihəsində) nəzərdə tutulduğu müəyyən edilmişdir. - ünvan 2 ünvanında yerləşən mənzilin yerləşdiyi mərtəbədə mövcud olan mənzillərin, eləcə də tədqiq olunan mənzilin giriş-çıxış qapıları ayrı-ayrılıqda olduğundan, hər bir mənzilin girişçıxış qapıları pilləkən qəfəsəsinə açıldığından, tədqiq olunan mənzilə girişçıxışın digər mənzillərə hər-hansı maneçilik yaratmadığı müəyyən edilmişdir. - ünvan 2 ünvanında yerləşən mənzil təmirsiz olduğundan (podmayak), mənzilin tikililərinin faktiki yerləşməsinin və digər texniki parametrlərinin (sahəsinin, ölçülərinin və.s) "xxxx" MMC tərə findən tərtib edilmiş layihəyə uyğun olduğundan, həmin mənzil üzrə yenidənqurma işlərinin aparılmadığı müəyyən edilmişdir. Bu səbəbdən də altıcı sual üzrə tədqiqat aparılmamışdır.”

33. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinə münasibət bildirməyi də zəruri hesab edir.

34. Belə ki, cəmi 3 (üç) qısa cümlədən ibarət olan kassasiya şikayəti, kassasiya şikayətinin formal olduğuna və onun sadəcə yuxarı instansiya məhkəməsinə şikayət etmək xətrinə yazıldığına dəlalət edir.

35. Çünki cavabdeh kassasiya şikayətində iddia olunan mənzilin istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə aid olmadığını bildirsə də, ekspertiza tədqiqatı zamanı həmin mənzilin əslində memarlıq-planlaşdırma həllində (eskiz layihəsində), o cümlədən də istismara icazə sənədində göstərilən mən zillərin ümumi sahəsinə aid olduğu müəyyən olunmuşdur. Bununla yanaşı "xxxx" MTK-nın özü də bu hal üzrə aydınlıq gətirmiş, 155 saylı mənzilin mövcud olduğunu, lakin mənzillərdən birinin MTK-nın ofisi kimi binanın inzibati idarəçiliyi üçün nəzərdə tutulduğu və onun satışının nəzərdə tutulmadığını, iddiaçıya təqdim edilən mənzilin məhz Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 159 saylı istismara icazə sənədində əks edilmiş mənzillərdən biri olduğunu təsdiq etmişdir.

36. Kassasiya şikayətinin digər dəlili, yəni idarənin mütəxəssislərinin texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı ilə bağlı qeyd edilməlidir ki, göstərilən bu hal “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində hüquqların dövlət q eydiyyatına alınmasından imtina əsaslarının əhatə dairəsinə düşmür.

37. Həmçinin ekspert rəyində mənzilin faktiki ölçüsünün 154.35 kv.m olduğu, mənzilə giriş-çıxışın digər mənzillərə hər hansı maneçilik yaratmadığı, mənzilin tikililərinin faktiki yerləşməsinin və digər texniki parametrlərinin (sahəsinin, ölçülərinin və.s) "xxxx" MMC tərəfindən tərtib edilmiş layihəyə uyğun olduğu müəyyən edilmişdir.

38. Nəhayət cavabdehin kassasiya şikayətinin 3 (üçüncü) və sonuncu dəlilində yazılmışdır ki, “mənzilin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş və mənzilin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır.”

39. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassız və işin müəyyən edilmiş həqiqi hallarının nəzərə alınmamasından irəli gəlir.

40. Belə ki, yuxar ıda göstərilmiş ekspert rəyində sözügedən mənzilin Bakı şəhəri, Xətai rayonu, “Ağşəhər”, 1-Fəvvarələr keçəsində yerləşən, "xxxx" yaşayış kompleksində mövcud olması bariz şəkildə göstərilmişdir.

41. Mənzilin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılmamasına gəldikdə isə, qeyd edilməlidir ki, işdə olan "xxxx" MTK üzvlərinin ümumi yığıncağının 011 saylı protokoluna və "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış 03 oktyabr 2019-cu il tarixli alğı-satqı müqaviləsinə görə sözügedən mənzil iddiaçıya qanuni əsaslarla ayrılmış və həmin məsələ təbii ki, məhkəmə tərəfindən araşdırılaraq ona düzgün qiymət verilmişdir.

42. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsi nin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2534/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar