Məhkəmə qərarları › İş №2-1(102)-2839/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2839/2019

09.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2839/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRAR Açar söz: əmrin ləğv edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Vəkil, cavabdehin nümayəndələri xxxun, xxun və vəkili Aidə Tağıyevanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğv edilməsi və boşdayanma ərəfəsində əmək haqqının hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzr ə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2-1(103)-1130/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 09 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı 22.06.2018-ci il tarixli əmrin qanunsuz sayılması, onun hüquqi nəticələrinin aradan qaldırılması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsibarədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı 07.09.2018-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, Azərbay can Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 22.06.2018-ci il tarixli, 905 ş/h nömrəli əmrinin ləğv edilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Dövlət Sərhəd Xidmətinin “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi 1-ci bölmənin nəzarətçisi vəzifəsində işləmiş, Dövlət Sərhəd Xidməti rəisinin 22.06.2018-ci il tarixli, 905 ş/h nömrəli əmri ilə vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai rayon İdarəsinə göndərilmişdir. İddiaçı elektron qaydada Dövlət Sərhəd Xidmətinə müraciət edərək, əmrin verilməsində isti nad edilən halların düzgün olmadığını bildirmiş və onun barəsində yol verilən qanunsuzluğun aradan qaldırılmasını xahiş etmiş, lakin müraciəti müsbət həll olunmamışdır. Birinci instansiya məhkəməsinin 01.02.2019-cu il tarixli iş № 2-1(82)-182/2019, (sədrlik edən hakim X.İmanov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 01.02.2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 28.06.2019-cu il tarixli iş № 2-1(103)-1130/2019 (hakimlər S.Seyidova - sədrlik edən və məruzəçi, V.Məmmədov və İ.Əhmədov) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 01 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi və boşdayanma ərəfəsində əmək haqqının hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,iddiaçı Dövlət Sərhəd Xidmətinin “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi 1-ci bölmənin nəzarətçisi vəzifəsində işləmiş, Dövlət Sərhəd Xidməti rəisinin 22 iyun 2018-ci tarixli, 905 ş/h nömrəli əmri ilə vəzifəsindən azad olunmaqla Döv lət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. 2018-ci ilin iyun ayının əvvəlində Dövlət Sərhəd Xidmətinin səyyar yoxlaması keçiriləndən sonra 18 iyun 2018-ci ildə xidmət etdiyi “Biləsuvar” sərhəd nəzarəti məntəqəsindən Xidmətə çağırılmış və onun sidiyində narkotik preparat aşkar olunduğu bildirilmişdir. Dövlət Sərhəd Xidməti hərbi hospitalının 11 iyun 2018-ci il tarixli rəyində sidik analizində “barbiturat” (BAR) izlərinin edilməsinin səbəbi həmən gün “CARVALOL” qəbul etməsi olmuşdur. Onun məlumatını dəqiqləşdirilməsi üçün 27 iyun 2018-ci ildə müayinə olunmaq üçün Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hospitalına göndərilmiş, 04 iyul 2018-ci ildə başa çatmış müayinənin nəticəsinə onun sidiyində narkotik preparatın aşkar olunmasının həqiqətə uyğun olun madığı müəyyən edilmişdir. 21 iyun 2018-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens laboratoriyası tərəfindən ondan təkrarən sidik analizi götürülmüş və bu dəfə də, onun sidiyində narkotik preparatı aşkar olunmamışdır. Bu laboratoriya müayinəsi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı tərəfindən verilmiş 1142 saylı xəstəlik tarixindən çıxarış epikrizi ilə də təsdiq olunmuşdur. Dövlət Sərhəd Xidmətinin 1282 saylı arayışında da onun hərbi xidmətə yararlı olması təsdiq edilmişdir. Bundan əlavə 27 iyun 2018-ci ildən 03 iyul 2018-ci ilədək hospitalda müayinəyə göndərilmiş, müayinənin nəticələrini gözləmədən hərbi xidmətə uyğunsuzluğu ilə onun işdən azad edilməsi barədə əmr verilmişdir. Qeyd edilməlidir k i, cavabdehin hər iki nümayəndəsi məhkəmə iclaslarında verdiyi ifadələrdə göstərmişlər ki, İddiaçı sidik analizində “barbiturat” (BAR) izləri aşkar olunmuşdur və bunun səbəbi İddiaçı həmən gün “CARVALOL” qəbul etməsi olmuşdur. Sonradan İddiaçı sidik analizi başqa laboratoriyada da müayinə edilmiş, lakin onda narkotik preparatlar aşkar edilməmişdir. 22 iyun 2018-ci tarixli, 905 ş/h nömrəli əmrində İddiaçı xidməti uyğunsuzluğu əsaslandırılmamış və bu hallar məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 iyun 2019-cu tarixli, 2(103)-1130/2019 saylı qərarının ləğv edilərək iddiaçının iddiasının təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 28 iyun 2019-cu tarixli qərarının ləğv edilərək iddiaçının iddiasının təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 28 iyun 20 19-cu tarixli qərarının ləğv edilərək iddiaçının iddiasının təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili A.Tağıyeva kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 28 iyun 2019-cu tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 28 iyun 2019-cu tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri T.Nəsirov və A.Orucov da, cavabdehin vəkili A.Tağıyevanın çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 28 iyun 2019-cu tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və vəkilinin, cavabdehin nümayəndələri və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 28 iyun 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işi n faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 28 iyun 2019-cu il tarixli, 21(103)-1130/2019 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2019cu il tarixli, 2-1(82)-182/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi və boşdayanma ərəfəsində əmək haqqının hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 58.7, 68.1, 68.2-ci maddələrinə, “hərbi və zifə və hərbi xidmət haqqında” Qanunun 40.1, 40.3, 41.0.6-cı maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, işin həqiqi hallarına və prosessual hüquq normalarına uyğun olmayan qərar qəbul etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 28 iyun 2019-cu il tarixli, 2-1(103)-1130/2019 saylı qərarı və həmin qərardan iddiaçının verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, sözügedən mübahisənin düzgün və qanuni həll olunması məqsədi ilə mütləq qaydada İnzibati Prosessual Məcəllənin 12.1, 12.2, 58.7, 68.1-ci maddə ləri tətbiq edilməlidir. Belə ki, həmin Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi özünün 28 iyun 2019-cu il tarixli qərarında İnzibati Prosessual Məcəllənin 58.7-ci və 68.1-ci, həmçinin 68.2-ci maddələrinə istinad etsə də, faktiki olaraq həmin prosessual hüquq normalarının tələblərinə, yəni, “sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir” və “Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir” kimi müddəalarına riayət etməmiş və bunun, eləcə də İnzibati Prosessual Məcəllənin 12.1, 12.2-ci maddələrinin ümumiyyətlə tətbiq edilməməsi nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Belə ki, apelyas iya instansiyası məhkəməsinin 28 iyun 2019-cu il tarixli qərarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 22 iyun 2018-ci il tarixli, 905 ş/h nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) gizir İddiaçı “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi 1-ci bölmənin nəzarətçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai rayon İdarəsinə göndərilmişdir. 20 iyun 2018-ci il tarixli 18 nömrəli pro tokolunda gizir İddiaçı müsbət xarakterizə edilməklə yanaşı, tibbi müayinə zamanı sidiyində psixotrop tərkibli maddə (barbiturat) aşkar edildiyinə görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Dövlət Sərhəd Xidməti hərbi hospitalın 11 iyun 2018-ci il tarixli rəyində "Biləsuvar" sərhəd nəzarəti məntəqəsi 1-ci bölmənin nəzarətçisi vəzifəsində işləyən gizir İddiaçı sidik analizində “barbiturat (BAR)” izləri aşkar edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens laboratoriyasının 21 iyun 2018-ci il tarixli rəyində İddiaçı sidik analizində narkotik preparatlarının aşkar olunmadığı təsdiq edilmişdir. Dövlət Sərhəd Xidməti hərbi hospitalın 1142 saylı xəstəlik tarixindən çıxarış epikrizindən müəyyən olunur ki, gizir İddiaçı 27 iyun 2018-ci il tarixdən 03 iyul 2018-ci il tarixədək müayinə olunmuş, sidiyində psixotrop maddələr aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının 1282 saylı arayışından müəyyən olunur ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu gizir İddiaçı 03 iyul 2018-ci il tarixində DSX HHK tərəfindən şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin" 35, 13 “e“ maddələrinin İ İİ qrafasına və ƏTC-yə əsasən İddiaçı hərbi xidmətə yararlı hesab edilmişdir. Daha sonra apelyasiya instansiyası məhkəməsi qeyd edir ki, məhkəmə baxışı zamanı iddiaçı izahatında 11 iyun 2018-ci il tarixli rəydə ona aid sidik analizində “barbiturat” izlərinin aşkar olunmasını yorğunluqdan artan ürək döyüntülərinin sakitləşməsi üçün “corvalol” adlı dərmanının qəbul etməsi ilə əlaqələndirsə də səyyar yoxlama zamanı iddiaçı tərəfindən bu barədə hər hansı məlumat verilməmişdir. Lakin məhkəmə zamanı cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, qısa müddətli təsirə malik olan barbiturat insan orqanizmində cəmi 24 saat qaldığından iddiaçının sonradan Bakı şəhərində keçdiyi müayinənin nəticələri etibarsız sayılmalıdır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi qeyd edir ki, İddiaçı ilkin səyyar yoxlamadan 20 gündən sonra təkrar müayinədən keçdiyindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasının 21 iyun 2018-ci il tarixli rəyi və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti hərbi hospitalın 1142 saylı xəstəlik tarixli epikriz iş üzrə sübut qismində qəbul edilə bilməz. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutların tam və hərtərəfli araşdırılmasına və nəticə etibarı ilə onların qiymətləndirilməsinə açıqaşkar formal və səthi yanaşmış, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, məhkəmənin mövqeyi üçün əsas olmuş səbəbləri göstərməmiş, “barbiturat (BAR)” preparatının insan orqanizmində qalma müd dətinin müəyyən edilməsi məqsədi ilə tibbi ekspertlərin və ya mütəxəssislərin rəyini almamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin 28 iyun 2019-cu il tarixli qərarı qanuni və əsaslı sayıla bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 28 iyun 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2-1(103)1130/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar