Məhkəmə qərarları › İş №2-1(102)-2839/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2839/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2839/2024 28.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına tələbinə dair iş üzrə Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2-1(103)-1467/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2012-ci il tarixindən İİ dərəcə əlilliyə görə 167,45 (baza hissəsi 85+ sığorta hissəsi 68,10 +yığım hissəsi 14,35) manat məbləğində əmək pensiyası təyin edilmiş, daha sonra, onun əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixədək 17 il 11 ay 17 gün sığorta stajı xx.xx.2007-xx.xx.2013-cü illər üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8272,7 manat pensiya kapitalı əsasında İİ qrup əlilliyə görə əmək pensiyası yenidən hesablanaraq pensiya məbləği xx.xx.2019-cu il tarixdən 241,69 manat müəyyən edilmişdir. 2. xx.xx.2006-cı ilə qədər olan iş stajı ilə bağlı: İddiaçının xx.xx.2006-cı il tarixinədək 25 il 8 ay 9 gün sığorta stajına əsasən pensiya kapitalının məbləği 4367,58 manat təşkil edir: 25+(8+9/30 ay)/12ay x 170 manat=4367,58 manat. Həmin kapitalın xx.xx.2012-ci il tarixinə indeksləşdirilmiş məbləği 7719,15 manat təşkil edir. İddiaçıya münasibətdə xx.xx.2012-ci il tarixində vətəndaşın 50 yaşı olduğu nəzərə alınmaqla əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 140 ay sığorta stajı tələb olunur. xx.xx.2006-cı il tarixədək iddiaçının iş stajına əsasən pensiya kapitalının sığorta hissəsi 70,45 manat təşkil edir. 3. xx.xx.2006-cı ildən sonra olan iş stajı ilə bağlı: Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il ta rixindən xx.xx.2012-ci il tarixinədək 2477,29 manat (xx.xx.2012-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. SH - 2477,29/(144x0,76)=22,61 (xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək fərdi hesabda qeydə alınmış pensiya kapitalının sığorta hissəsi) Nəticədə iddiaçının xx.xx.2012-ci il tarixində əmək pensiyasının məbləği 178,06 manat hesablanmışdır: xx.xx.2012 - 70,45+22,61+85(baza hissə)=178,06 manat Əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə əsasən illər üzrə aşağıdakı qaydada indeksləşdirilmişdir: xx.xx.2013 - 93,06+93,06x1,1%+100 (baza hissə)=194,08 xx.xx.2014 - 94,08+94,08x2,4%+100 (baza hissə)=196,34 xx.xx.2015 - 96,34+96,34x1,4% +100 (baza hissə)=197,69 xx.xx.2016 - 97,69+97,69x4%+100 (baza hissə)=201,60 xx.xx.2016 - 101,60 +110 (baza hissə)=211,60 xx.xx.2017 - 101,60+101,60x12,4%+110 (baza hissə)=224,20 xx.xx.2018 - 224,20+224,20x5,7%=236,98 xx.xx.2019 - 236,98+236,98x3%=244,08 xx.xx.2019 - 200 (Qanunun 6-1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixindən əmək pensiyasının məbləği 200 manata çatdırılmışdır). xx.xx.2020 - 244,08+16,6%=284,60 İddiaçının xx.xx.2020-ci il tarixində VÖEN-i bağlandığından pensiyası yenidən hesablanmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində xx.xx.2012-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək qeydə alınmış 207,37 manat (xx.xx.2020-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalına uyğun olaraq 1,57 manat sığorta hissə hesablanmışdır. xx.xx.2021 - 286,17+286,17x11,4%=318,7 9 xx.xx.2022 - 318,79+318,79x3,4%=329,63

4. Cavabdehin 31 avqust tarixli, 3-17-1/2-199889/2023 saylı məktubunda göstərilmişdir ki, 2007-ci il-2013-cü il dövrü üçün ödənilmiş pensiya kapitalı 3983,24 manat təşkil edir. Həmin məktuba əlavə edilmiş cədvəldən görünür ki, xx.xx.2006-cı il-xx.xx.2012ci il dövrü üçün ödənilmiş pensiya kapitalı 3983,24 manat - (18,7 x 9 =168,3) manat = 3 814,94 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 31 avqust tarixli, 3-17-1/2199889/2023 saylı məktubunda göstərilənlər nəzərə alınmaqla xx.xx.2012-ci il tarixində təyin edilən əlilliyə görə əmək pensiyasının yenidən hesabl anması və fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçının dəqiqləşdirilmiş tələbində qeyd edilmişdir ki, cavabdehin məhkəmənin sorğusunun cavablandırılması barədə 14 aprel 2023-cü il tarixli məktubunda göstərilən hesablamalarla əlaqədar bildirilir ki, hesablanmış 25 il 8 ay 9 gün sığorta stajı və həmin dövr üçün hesablanmış 70,45 manat pensiyanın sığorta hissəsi mübahisələndirilmir. Lakin məktubda göstərilən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə istinadən xx.xx.2006-cı il-xx.xx.2012-ci il dövrü üçün 2477,29 manat indeksləşdirilmiş pensiya kapitalı və onun əsasında hesablanmış 22,61 manat pensiyanın sığorta hissəsi səhv hesablanmışdır. Belə ki, Məhkəmənin xx.xx.2023-c ü il tarixli, e2(112)1486/2023 nömrəli sorğusuna cavab olaraq cavabdehin 31 avqust tarixli, 3-17-1/2199889/2023 saylı məktubunda göstərilmişdir ki, 2007-ci il -2013-cü il dövrü üçün ödənilmiş pensiya kapitalı 3983,24 manat təşkil edir. Həmin məktuba əlavə edilmiş cədvəldən görünür ki, xx.xx.2006-cı il-xx.xx.2012-ci il dövrü üçün ödənilmiş pensiya kapitalı 3983,24 manat - (18,7x 9 =168,3) manat = 3 814,94 manat təşkil edir.

7. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək iddia tələbini rədd olunmasını xahiş etmişdir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının 01 01.2006-cı il tarixinədək 25 il 8 ay 9 gün sığorta stajına əsasən pensiya kapitalının məbləği 4367,58 manat təşkil edir: 25+(8+9/30 ay)/12ay x 170 manat=4367,58 manat. Həmin kapitalın xx.xx.2012-ci il tarixinə indeksləşdirilmiş məbləği 7719,15 manat. Onun fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək 2477,29 manat (xx.xx.2012-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. xx.xx.2012-ci il tarixində əmək pensiyasının məbləği 178,06 manat hesablanmışdır. xx.xx.2020-ci il tarixində VÖEN-i bağlandığından pensiyası yenidən hesablanmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində xx.xx.2012-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək qeydə alınmış 207,37 manat(xx.xx.2020-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalına uyğun olaraq 1,57 manat sığorta hissə hesablanmışdır. xx.xx.2021-286,17+286,17x11,4%=318,79 xx.xx.2022-318,79+318,79x 3,4% =329,63.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-1486/2023 nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia rədd edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, xx.xx.2017-dən xx.xx.2019-dək qüvvədə olan qanunvericiliyə əsasən isə, ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq (2018 - 5,7%, 2019 - 3%) indeksləşdirilmişdir. İddiaçının qeyd etdiyi 3814,94 manat isə mübahisələndirdiyi 2477,29 manat məbləğin hazırkı tarixə indeksləşdirilmiş məbləğidir. 2477,29 manat isə xx.xx.2012ci il tarixinə indeksləşdirilmiş məbləğdir. Həmin tarixdən sonra isə yuxarıda da qeyd edildiyi kimi indeksl əşdirilmə tətbiq olunmaqla iddiaçının pensiyası artırılmışdır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 21(103)-1467/2024 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, G.Abbasova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən 2012-ci ildə iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 12, 13, 27 və 29-cu maddələrinin tələblərinə uyğun surətdə yenidən hesablanması aparılmaqla, xx.xx.2012-ci il tarixdən 2-ci qrup əlilliyinə görə təyin edilən 167,45 manat məbləğində əmək pensiyasının yenidən hesablanaraq 329,63 manat qədər yüksəlmişdir.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayətində qeyd edilmişdir ki, əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Qanuna əsasə n əmək pensiyası almaq hüququ olan şəxslərin 01 yanvar 2006-cı il tarixinədək sığorta stajına uyğun olaraq müvafiq qaydada hesablanmış pensiya kapital üstəgəl həmin tarixdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində qeydə alınan “ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının” hesabına qazanılmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının sığorta hissəsi hesablanır, sığorta hissəsinə qanunla nəzərdə tutulmuş baza hissəsi əlavə edilməklə əmək pensiyasının məbləği müəyyən edilir. Hazırkı işdə mübahisənin mahiyyəti ondan ibarətdir ki, İddiaçı ilkin olaraq 2012-ci ildə və yenidən 2020-ci ildə pensiya məbləği hesablanarkən 2006-2012-ci ildə ödənilmiş məcburi dövlət sosial sığo rta haqlarının bir hissəsi nəzərə alınmayaraq qazanılmış pensiya kapitalı düzgün müəyyən edilməmiş, nəticədə aşağı pensiya məbləği təyin edilmişdir. İddia tələbinin müdafiəsi üçün iddiaçı məhkəməyə sübut qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemindəki fərdi uçot məlumatları bazasından onlayn rejimdə əldə etdiyi “ödənilmiş pensiya kapitalının 3814,94 manat olması barədə rəsmi Çıxarış təqdim etmişdir. Birinci instansiya məhkəməsi də bununla əlaqədar müvafiq sorğu göndərmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının cavab məktubunda təqdim olunan ödəniş cədvəllər inə əsasən xx.xx.2006-cı il - xx.xx.2012-ci il dövründə işlədiyi aylar üçün İddiaçı xeyrinə odənilmiş məcburi sosial sığorta haqlarının cəmi (ödənilmiş pensiya kapitalı) 3 814,94 manat təşkil edir. Həmin məbləğin əsasında pensiya təyin edilən xx.xx.2012-ci il tarixə indekslədirilmiş məbləği 5 078,33 manat, pensiyanın ödənilmiş sığorta kapitalına görə hissəsi SH = 5078, 33/(144x0, 76) = 46,40 manat təşkil edir. Ancaq cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı “Pensiya” altsisteminə istinad edərək “pensiya təyin edilən tarixə İddiaçı indeksləşdirilmiş pensiya kapitalının 2477,29 manat olması barədə” doğru olmayan məlumat əsasında pensiyanın ödənilmiş sığorta kapitalına görə hissəsini SH = 22, 61 manat hesablamışdır. Cavabdeh “İddiaçı xx.xx.2012-ci il tarixə indeksləşdirilmiş pensiya kapitalının 2477,29 manat olması barədə” məlumatın “Pensiya” altsistemindən əldə edilməsinə dair açıqlama və ya hər hansı sübut təqdim etməmişdir. Bundan başqa cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona ünvanlanmış Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubunda göstərilən məsələyə - 3814,94 manat əsasında pensiyanın yenidən hesablanmasına münasibət bildirməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun. Maddə

1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlar a əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır 1.0.10 pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə

13. Əlilliyə görə əmək pensiyasının məbləği (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiya) 13.1 Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin İ qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 120 faizi (İ qrup gözdən əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi), İİ qrup əlillərə 100 faizi, İİİ qrup əlillərə isə 55 faizi həcmində müəyyən edilir. 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşd irilir. 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. 13.4. Əlilliyə görə əmək pensiyasının yığım hissəsi bu Qanunun 10.3cü maddəsində göstərilən qaydada müəyyən edilir. 13.5. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P = BH+SH+YH, bura da: P - əlilliyə görə əmək pensiyasıdır; BH - əlilliyə görə əmək pensiyasının baza hissəsidir; SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. Maddə

27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiya). 27.1. bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qey də alınır. Maddə

27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması (hazırda qüvvədə olan redaksiya) 27.1 Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəs ində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 5.2. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qey də alınır.

18. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-c ü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya insta nsiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarla maqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalı, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2-1(103)-1467/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar