Məhkəmə qərarları › İş №2-1(102)-284/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-284/2019

06.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-284/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinə qarşı 01.02.2015-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-407/2018 saylı 19 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 06.02.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı **.**.****-cü ildə X ilə rəsmi nikaha daxil olmuş, nikahdan sonra ona “X ” soyadı verilmişdir. İddiaçının əri X 25.09.1972-ci il tarixdən Şəki Şəhər Məhkəməsinin xalq hakimi vəzifəsində işləmiş və 15.08.1978-ci il tarixdə ölmüşdür. İddiaçı, ərinin ölümü ilə əlaqədar ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, sonuncu 10.11.2017-ci il tarixli **/*-*** nömrəli məktubla bundan imtina edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərb aycan Respublikası Qanununa əsasən ən azı 15 il hakim işləmiş sabiq hakimlərin qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ vardır. İddiaçının əri 15 ildən az hakim işlədiyi üçün ona hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilməz. Bundan sonra iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.02.2015-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin (hаkim R.A.Mə cidov) 21 may 2018-ci il tarixli 21(84)-524/2018 saylı qərаrı ilə iddia tələbi təmin edilmiş, iddiaçı Iddiaçı na 01.02.2015-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin (hаkim R.A.Məcidov) 21 may 2018-ci il tarixli 21(84)-524/2018 saylı qərаrından cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-407/2018 saylı 19 sentyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibаtiİqtisаdi Məhkəməsinin (hаkim R.A.Məcidov) 21 may 2018-ci il tarixli 2-1(84)-524/2018 saylı qərаrı dəyişdiril mədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, yeni qanunvericilik iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığından həmin normanın geriyə şamil edilməsi konstitusion norma və prinsiplərə ziddir. Bu səbəbdən də cavabdeh orqanın imtina dəlili qanuni hesab edilə bilməz. Eyni zamanda qanunvericiliyin tələbləri baxımından iddiaçının ailə başcısının itirilməsinə görə pensiya hüququ özünün pensiya hüququnun yarandığı 01.07.1997-ci il tarixdə yarandığından onun hansı tarixdə müraciət etməsinin əhəmiyyəti yoxdur. Belə ki, iddiaçı 01.07.1997-ci il tarixdə artıq ailə başçısının itirilməsinə görə pensiya hüququnu əldə etmişdir. Onun mərhum hakimin arvadı kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ isə 15 aprel 2011- ci il tarixdən, yəni “Əmək pensiyaları haqqında” Qanuna əlavə ed ilmiş yeni, 20.1.4-1-ci maddənin qüvvəyə mindiyi vaxtdan yaranmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-407/2018 saylı 19 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi düzgün olmayaraq 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin “b” bəndinə əsaslanmışdır. Belə ki, iddiaçının həmin dövrdə ailə başçısını itirməyə görə pensiya almaq hüququ var idi. Lakin iddiaçı bu hüquqdan o vaxt istifadə etməmiş, yalnız 2017-ci ildə müraciət etmişdir. Buna görə də hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsi hazırkı işə tətbiq edil məlidir. Beləliklə iddiaçı pensiyanın bir növündən digər növünə keçmək üçün 1997-ci ildə müraciət etmədiyindən, yəni 2017-ci ildə müraciət etdiyindən bu məsələyə “Vətandaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi əsassız və qanunsuzdur. Bundan əlavə, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ən azı 15 il hakim işləmiş sabiq hakimlərin qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ vardır. İddiaçının əri 15 ildən az hakim işlədiyi üçün ona hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilməz. Kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-407/2018 saylı 19 senty abr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-407/2018 saylı 19 sentyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İddiaçı Iddiaçı mərhum əri X nun 26.09.1972-ci il tarixdən 15.08.1978-ci il tarixdək hakim vəzifəsində işləməsi, 01.07.1997-ci il tarixdə isə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi işin mübahisəsiz hallarına aiddir. İşin tərəflər arasında mübahisələndirilən yeganə halı iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin yenidən hesablanmasıdır. İddiaçının yaşa görə əmək pensiyası hüququnun yarandığı zaman qüvvədə olmuş 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin b) bəndinə əsasən, ata, ana, arvad pensiya yaşına çatıblarsa (kişilər 60 yaşına və qadınlar 55 yaşına çatıbsa), yaxud əlildirlərsə onların ailə başçısını itirməyə görə pensiya almaq hüququ vardır. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əs asən, ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə onların ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanuna 18 mart 2011-ci il tarixli (15 aprel 2011-ci il tarixdən qüvvəyə minmiş) Qanunla əlavə edilmiş 20.1.4-1-ci maddəyə əsasən, hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, qulluq stajına görə əmək pensiyasına əlavələr onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə təyin edilir. 10 mart 2017-ci il tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək “Əmək pensiyaları haqqında” Qanunun 20.7.1-ci maddəsinin əvvəlki (3 may 2017-ci il tarixədək qüvvədə olmuş) redaksiyasında göstərilmişdir ki, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 4 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında müəyyən edilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun yeni redaksiyasına əsasən sabiq hakimlərin qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ onlar ən azı 15 il hakim kimi işlədikdən sonra yaransa da, əvvəlki (3 may 2017-ci il tarixədək olan) redaksiyada həmin müddət 5 il olmuşdur. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının mərhum əri 26.09.1972-ci il tarixdən 15.08.1978-ci il tarixdək hakim v əzifəsində işləməklə onun 5 ildən artıq hakimlik stajı mövcuddur. Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələbləri baxımından iddiaçının ailə başcısının itirilməsinə görə pensiya hüququ özünün pensiya hüququnun yarandığı 01.07.1997-ci il tarixdə yarandığından onun hansı tarixdə müraciət etməsinin əhəmiyyəti yoxdur. Belə ki, iddiaçı 01.07.1997-ci il tarixdə artıq ailə başçısının itirilməsinə görə pensiya hüququnu əldə etmişdir. Onun mərhum hakimin arvadı kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ isə 15 aprel 2011-ci il tarixdən, yəni “Əmək pensiyaları haqqında” Qanununa əlavə edilmiş yeni, 20.1.4-1-ci maddənin qüvvəyə mindiyi vaxtdan yaranmışdır. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əs asən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-407/2018 saylı 19 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar