Məhkəmə qərarları › İş №2-1(102)-284/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-284/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-284/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qərarın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı 21.12.2018ci il tarixli **********172370 saylı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 2-1(105)-518/2021 nömrəli iş üzrə 21.10.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 19 yanvar 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı "xxxx" MMC cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş **********735 saylı aktın etibarsız hesab edilməsi və onun nəticəsində hesablanmış 27517,42 manat vergi hesablanmasının, 15318,73 manat maliyyə sanksiyasının silinməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr vermiş və sonuncu ərizədə iddiaçı 21 dekabr 2018-ci il tarixli **********172370 saylı qərarın ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdehin nümayəndəsi X1 vəsatətlə məhkəməyə müraciət edərək, iddia müddətinin ötürüldüyünü bildirərək iddianın mümkün sayılmaması barədə qərardadın çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh vəsatətini onunla əsaslandırmışdır ki, 21.12.2018-ci il tarixli **********172370 saylı qərar 24.12.2018-ci il tarixli məktubla iddiaçı müəssisənin dövlət qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla göndərilmiş və vergi ödəyicisi həmin məktubu 08.01.2019-cu ildə şəxsən qəbul etmiş və bunu poçt xəbərnaməsində öz imzası ilə təsdiq etmişdir. Bundan başqa mübahisəl əndirilən qərar 24.12.2018-ci il tarixdə vergi ödəyicisinin elektron qutusuna göndərilmiş və 03.01.2019-cu il tarixdə oxunmuşdur. İddiaçıya mübahisələndirdiyi qərar 08.01.2019-cu il tarixdə şəxsən təqdim edilmiş, iddia ərizəsi isə 13 mart 2020-ci ildə məhkəməyə verilmişdir.

5. İddiaçının nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək iddia müddətinin bərpa edilməsi barədə qərardadın çıxarılmasını xahiş etmişdir.

6. İddiaçının nümayəndəsi vəsatətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərar bu günədək vergi ödəyicisi olaraq MMC-yə təqdim olunmamış, cavabdeh tərəfin istinad etdiyi poçt xəbərnaməsində və vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatda sənədin nömrəsi **********992500 kimi qeyd edilsə də, mübahisələndirilən qərarın nömrəsi **********172370-dir. Prosessual müddət vergi ödəyicisinin təqsiri olmadan buraxıldığından iddia müddəti bərpa edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

7. Birinci instansiya məhkəməsinin 16.04.2021-ci il tarixli, 2-1(118)148/2021 nömrəli (sədrlik edən hakim Vəfa Əzizova) qərardadı ilə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil iddia müddətinin bərpa edilməsinə dair vəsatətinin rədd edilməsi, iddiaçı "xxxx" MMC-nin cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı 21.12.2018-ci il tarixli **********172370 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara almışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vergi orqanı mübahisələndirilən inzibati aktı qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyicisinə təqdim etmiş və bunu təsdiq edən sü butları məhkəməyə təqdim etmişdir. İddiaçı isə üzürlü səbəb olmadan iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir.

9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 16.04.2021-ci il tarixli, 2-1(118)-148/2021 nömrəli qərardadının ləğv edilməsini, iddia müddətinin bərpa edilməsinə dair vəsatətinin və iddiaçı "xxxx" MMCnin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı 21.12.2018-ci il tarixli **********172370 saylı qərarın ləğv edilməsi tələbinə dair iddianın mümkün sayılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.10.2021-ci il tarixli, 2-1(105)-518/2021 nömrəli (hakimlə r Rəşadət Ağayev - sədrlik edən və məruzəçi, Hökümə Babayeva və İlqar Dəmirov) qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 16.04.2021-ci il tarixli, 21(118)-148/2021 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi hesab edir etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir.

12. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 21.10.2021-ci il tarixli, 2-1(105)-518/2021 nömrəli qərardadının ləğv edilməsini və iddia müddətinin bərpa edilməsinə dair vəsatətinin və iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirl iyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı 21.12.2018-ci il tarixli **********172370 saylı qərarın ləğv edilməsi tələbinə dair iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən 21 dekabr 2018-ci il tarixli **********172370 saylı qərar (sənədlər) vergi ödəyicisinə Vergi Məcəlləsinin 70-1-ci maddəsinə əsasən şəxsən verilməmişdir. Həmçinin də elektron üsulla elektron kabinetinə göndərilməmişdir. Vergi Məcəlləsinin 70.2-1.2 və 70.2-1.3-cü maddələrində nəzərə tutulmuş qaydada vergi ödəyicisi inzibati aktı (qərarı) almadığı və ya gec aldığı hallara şamil olunmur. Bununla da maddi hüquq normaları pozulara q birinci instansiyası məhkəməsi tətbiq edilməli qanunu tətbiq etməmişdir.

14. Vergi orqanı mübahisələndirilən inzibati aktı yox başqa inzibati aktı elektron qaydada vergi ödəyicisinə göndərmişdir. Məhkəmə həmçinin əsas olaraq “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun 62.2 və 62.3-cü maddəsinə istinad etmişdir. Bundan başqa vergi orqanı həmin qərarı poçt vasitəsi ilə göndərərək bu barədə guya poçt xəbəmaməsini təqdim etmişdir. Baxmayaraq ki, belə bir xəbərnamə yoxdur, xəbənamənin kim tərəfindən imzalanması da məlum deyil. Məhkəmə iddiaçının nümayəndəsinin göndərilən sənədlərin nömrəsinin mübahisələndirilən qərarın nömrəsi ilə uyğun gəlməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, təqdim olunan sənədlər arasında “**********992500” nömrəli sənəd yoxdur və göndərilən sənədləri n reyestrində həmin nömrə səhv olaraq göstərilə bilərdi. Mübahisələndirilən qərardan 3 gün sonra hər hansı başqa sənədin iddiaçıya göndərilməsi ağlabatan deyildir. Bununla bağlı məhkəmə iddiaçının nümayəndəsinin həmin dəlilini formal hesab etmişdir. Məhkəmə özünü qulluq mövqeyinə qənaətə gəlmişdir guya ki, guya vergi orqanı mübahisəlndirilən inzibati aktı qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyicisinə təqdim etmiş və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. İddiaçı isə üzürlü səbəb olduğundan iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarı: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianı n əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 16. “İnzibati icraat haqqında” Qanun: 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığın ı və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.

17. Azərbaycan Respiblikası Vergi Məcəlləsi: 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla e lektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.

18. İnzibati Prosessual Məcəllə: Maddə

24. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 96.4 Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkə mə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətindəki dəlilləri əsassızdır.

22. Belə ki, inzibati məhkəmə icraatı qaydasın da qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddiaçının iddia qaldırmaq müddətinin ötürüldüyü üçün iddianın əsaslılığının araşdırılmasına imkan vermir. (qərarın 15-ci bəndi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı)

23. İddia ərizəsindən müəyyən olur ki, iddiaçı "xxxx" MMC cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı 21 dekabr 2018-ci il tarixli,**********172370 saylı qərarından iddia verilməsi üçün prosessual müddətin bərpa edilməsi və 21 dekabr 2018-ci il tarixli, **********172370 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.

24. İş materiallarından müəyyən olunur ki, vergi orqan ı mübahisələndirilən inzibati aktı elektron qaydada vergi ödəyicisinə 24.12.2018-ci il tarixdə göndərmiş və həmin qərar 03.01.2019-cu il tarixdə oxunmuşdur. Həmçinin vergi orqanı həmin qərarı poçt vasitəsi ilə göndərərək bu barədə poçt xəbərnaməsini təqdim etmişdir.

25. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəf istinad etdiyi **********992500 nömrəli məktubla göndərilən sənədi məhkəmələrə təqdim etməmiş, bununla da şikayətinin həmin dəlilinin əsaslı olmasını sübut edə bilməmişdir. Cavabdeh tərəfin isə məhkəməyə təqdim etdiyi vergi ödəyicilərilə yazışmalar barədə hesabatından göründüyü kimi 24.12.2018-ci il tarixdə iddiaçı MMC-yə ünvanlanmış **********992500 nömrəli sənəd iddiaçının elektron poçtunda 03.01.2019-cu i l tarixdə saat 17:24-də oxunmuşdur.

26. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli, **********172370 saylı qərarını (iş səh. 47) iddiaçı 08.01.2019-cu il tarixdə alıb. Bununla bağlı poçt qəbzinin sürəti iş materiallarına əlavə edilib (iş səh. 51).

27. İş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də göründüyü kimi, iddiaçı hazırda mübahisələndirilən qərardan – inzibati aktdan uzun müddətdir məlumatlı olmuşdur. Buna baxmayaraq, iddiaçı hüquqlarına toxunan qərarın mövcudluğundan xəbərdar olduğu halda həmin qərarın (mübahisələndirdiyi inzibati aktin) ləğvi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə 13.03.2020-ci il tarixində müraciət etmişdir. (qərarın 18-ci bəndi, İPM-in 32.1, 35.1, 38.1-ci mad dələri)

28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır və müddətin bərpa edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.

29. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 21.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.10.2021-ci il tarixli, 2-1(105)-518/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar