Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-284/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) 07.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.N974-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının N2 oktyabr 2022-ci il tarixli, 2-N(N07)-220/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-682 nömrəli arxiv arayışına əsasən: - RHK-dan xidmətini davam etdirmək üçün göndərilmiş, sıravi F.A.İsmayılovun N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 6 nömrəli əmrində (əsas § 8, sıra N0, əmrdə adı və atasının adı tam yazılmamışdır, atasının adının baş hərfi “A” yazılmışdır, əmr rus əlifbası ilə yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək pulemyotçu vəzifəsinə təyin olunmuşdur; - N nömrəli hərbi hissə koman dirinin N6 noyabr N2-ci il tarixli 84 nömrəli əmrilə sıravi İddiaçı (əsas: § 5, sıra 3, əmrdə adı Fizuli yazılmışdır) pulemyotçu vəzifəsindən azad edilərək baş atıcı vəzifəsinə təyin olunmuşdur; - N nömrəli hərbi hissə komandirinin N noyabr N3-cü il tarixli 243 nömrəli əmrində kiçik çavuş İddiaçı (əsas: § N2, əmrdə adı tam və atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib) N nömrəli hərbi hissənin döyüş uçuşlarının təmin edilməsi üçün səhra şəraitində Beyləqan rayonu döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır; - N nömrəli hərbi hissə komandirinin N0 noyabr N3-cü il tarixli N nömrəli əmrində sıravi F.A.İsmayılovun (əsas: § 6, əmrdə adı və atasının adı tam yazılmamışdır, atasının adının baş hərfi “A” yazılmışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmış dır) Beyləqan rayonundan ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır; - N nömrəli hərbi hissə komandirinin NN iyul N6-cı il tarixli N45 nömrəli əmrində manqa komandiri, çavuş İddiaçı (əsas: § 3, sıra N, əmrdə adı tam və atasının adı yazılmamışdır) tağım komandirinin müavini vəzifəsinə təyin olunması barədə məlumat vardır.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh isə xx.xx.2022-ci il tarixli məktubla iddiaçının ərizəsinin təmin edilməsindən imtina olunduğunu bildirmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına gör ə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiyası məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N2-ci ilin iyul ayında hərbi xidmətə yollanmış, N iyul N2-ci ildən N nömrəli hərbi hissədə pulemyotçu vəzifəsində xidmətə başlamışdır. N nömrəli hərbi hissə komandirinin N6 noyabr N2-ci il tarixli, 84 nömrəli əmri ilə iddiaçı pulemyotçu vəzifəsindən azad edilərək baş atıcı vəzifəsinə təyin edilmişdi r. İddiaçının xidmət etdiyi N nömrəli hərbi hissəsinin şəxsi heyəti mütəmadi olaraq müxtəlif hərbi hissələrlə birlikdə döyüş bölgəsinə ezam edilirdi. İddiaçı da həmçinin, N nömrəli hərbi hissə komandirinin N noyabr N3-cü il tarixli, 243 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin döyüş uçuşlarının təmin edilməsi üçün səhra şəraitində Beyləqan rayonu döyüş əməliyyatları bölgəsinə göndərilmişdir. Həmin gün döyüş bölgəsinə yollanmış N0 noyabr N3-cü ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. İddiaçı N0 noyabr N3-cü ildə N nömrəli hərbi hissəyə qayıtmış və hərbi hissə komandirinin N nömrəli əmri ilə qazan təminatına qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin NN iyul N6-cı il tarixli, N45 nömrəli əmri ilə iddiaçı tağım komandirinin müavini və zifəsinə təyin edilmişdir. Həmin tarixdən tərxis olunduğu günədək iddiaçı həmin vəzifədə xidmət etmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N6-cı il tarixli, 227 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəki RHK-na göndərilmişdir. İddiaçı cavabdehə müraciət edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdehin etirazları:
6. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin 8 iyun 2022-ci il tarixli, 2-N(NN6)-N072/2022 nömrəli qərarı ilə (hakim F.S.İsmayılzadə) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarına əsasən iddiaçının hərbi hissəyə daxil olması, qanuni əsaslarla ordudan tərxis olunması müəyyən olunsa da, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmədiyi aşkar edilmişdir. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli 4/3-N777 nömrəli məktubunda N nömrəli hərbi hissənin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığı qeyd olunmuşdur. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarına istinad etmiş, lakin iş materialları və arxiv arayışları ilə yuxarıda qeyd olunan tarixlərdə iddiaçının hərbi hissəyə daxil olması və onun qanuni əsaslarla ordudan tərxis olunması görünsə də, onun xidmət etdiyi hərbi hissənin aktiv döyüş əməliyyatlarına cəlb olunmadığ ı aşkar edilmişdir.
9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N2 oktyabr 2022-ci il tarixli, 2-N(N07)-220/2022 nömrəli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və E.Ş.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 8 iyun 2022-ci il tarixli, 2-N(NN6)-N072/2022 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmuşdur.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmədiyini əsas gətirsə də, iş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 78N nömrəli məktubuna əlavə olunmuş iddiaçının qeydiyyat kartasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı N2-ci ilin noyabr ayından N4-cü ilin mart ayına kimi N nömrəli hərbi hissənin tərkibində Beyləqan, Tərtər, Füzuli rayonlarında döyüş əməliyyatlarında iştirak etmişdir.
12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şi kayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Şikayətdə, həmçinin qeyd edilir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: şəxsin xidmət keçməsi – hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması; bunun müvafiq sənədlərdə əks edilməsi - bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli qərarı ilə qeyd olunan norm aya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Şəki Apellyasiya Məhkəməsi qərarında arxiv arayışına deyil, dolayı sübutlara istinad etmişdir. Bu hal isə mötəbər dəlil kimi hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üz rə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 16. “Veteranlar haqqında” Qanun: Maddə
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğru nda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 20N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermən istanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilmə si üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayı şları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüs usi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
18. İnzibati Prosessual Məcəllə (İPM): Maddə N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məh kəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı büt övlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. Birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 78N nömrəli məktubuna əlavə olunmuş iddiaçının qeydiyyat kartasının təsdiq edilmiş surətinə əsasən iddiaçı N2-ci ilin noyabr ayından N4-cü ilin mart ayına kimi N nömrəli hərb i hissənin tərkibində Beyləqan, Tərtər, Füzuli rayonlarında döyüş əməliyyatlarında iştirak etmişdir. Cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinasının əsası kimi iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini göstərsə belə, xidmət etdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməməsini göstərməsi onun hüquqlarının pozulmasına gətirib çıxarır.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in N2.N, 58.7, 82 və 87.8-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi ilk növbədə nəzərə almalı idi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 20N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr vete ranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müddəalarına əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək müəyyən edilmiş ərazilərdə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir.
24. Cavabdehin də əsas dəlili iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməməsidir. Cavabdeh bu dəlili ilə bağlı arxiv arayışını birinci instansiya məhkəməsinə təqdim etsə də, həmin arayışdakı məlumatlar yuxarıda istinad edilən Əsa snamənin müddəalarının tələbləri nəzərə alınmaqla apellyasiya instansiya məhkəməsində digər sübutlarla birgə araşdırma predmeti olmamışdır.
25. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyini bildirsə də, onun həmin iştirakının qanuni əsaslarını, o cümlədən, Beyləqan rayonunun adının yuxarıda istinad edilən Əsasnamədə qeyd olunmadığı nəzərə alındıqda, hər hansı döyüşən hərbi hissəyə ezam olunub-olunmadığını araşdırmalı, yalnız bundan sonra yuxarıda qeyd edilən Əsasnamənin müddəalarına uyğun olaraq iddiaçıya müharibə veteranı adının verilibverilməməsi məsələsini müzakirə edərək yekun nəticəyə gəlməli idi.
26. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in N2.N, 58.7, 82, 87.8-ci ma ddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N2 oktyabr 2022-ci il tarixli, 2N(N07)-220/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndəril