Məhkəmə qərarları › İş №2-1(102)-284/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-284/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-284/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyinat tarixinin dəyişdirilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyinat tarixinin dəyişdirilərək xx.xx.2022-ci il tarixdən müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 08 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3185/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2014-cü il tarixdə ilk dəfə ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra xx.xx.2015 və xx.xx.2016-cı il tarixlərdə təkrar ikinci dərəcəli əlillik təyin edilmişdir. 2. xx.xx.2016-cı il tarixdə “şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. ÜİX-yi qeyri-stabil stenokardiyası. Hipertoniya xəstəliyi İİ mər. Aşağı ətrafların diabetik polineyropatiyası” diaqnozu ilə 5 il müddətinə təyin edilmiş əlilliyin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir.

3. Əlillik müddəti bitdikdən sonra tibb müəssisəsinin göndərişi əsa sında iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək, “2019-2021-ci illər üçün stasionar müayinə və müalicə müddətinin yetərli olmaması” səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir.

4. İddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə yenidən qiymətləndirilərək “göndərişin natamam doldurulması” əsası ilə əlilliyin təyinindən imtina edilmişdir.

5. İddiaçının əlillik vəziyyəti yeni tibbi göndəriş əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək, 5 il müddətinə “insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2-ci orta ağır forma insulin tələbli çoxsaylı ağırlaşmalarla, pastik hemiplegiya, sağ tərəfli hemipariz, hərəkətin və yerişin pozulmaları, diabetik polinevropatiya (E 10-14) Diabetik ensfola və polineyropatiya, stenokard iya (döş inağı) ürəyin işemik xəstəliyi” ikinci dərəcə əlillik təyin edilmişdir.

6. İddiaçı əlilliyin təyinat tarixinin dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 2750003AAF9Y nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək, ona ümumi səbəbdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən, iddiaçının təyinat tarixi ilə əlilliyin bitdiyi tarix (xx.xx.2021-ci il) arasında 6 aydan çox vaxt keçdiyinə görə həmin müddət üçün əlilliyə görə müavinətin ödənilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLAR İ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin təyinat tarixinin dəyişdirilərək xx.xx.2022-ci il tarixdən müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddiaçı tələbini əsaslandırarkən işin hallarında göstərilən xüsusatlara istinad etmişdir.

9. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçının Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında əlilliyinin qiymətləndirilməsi zamanı ona “Göndərişin natamam doldurulması - Səbəb: Baş beyin instrumental müayinə nəticəsi hazırki dövrü əhatə etməyərək əsas diaqnozla uyğunsuzluq təşkil edir. “Əlavə ixtisaslaşmış müa yinə-müalicə tövsiyə olunur” səbəbi ilə imtina verilmişdir, yəni həmin vaxt üçün göstərilən səbəbə görə qiymətləndirmə aparma mümkün olmamışdır. Göstərilən səbəblər aradan qalxdıqdan sonra isə ona Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə nəticəsində 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bu səbəbdən də, iddiaçının əlilliyin təyinat tarixinin dəyişdirilməsi tələbi əsassız və qanunsuzdur.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: T.R.Məlikov) 25 may 2023-cü il tarixli 21(112)-3165/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin iddiaçının əlilliyinin müəyyən edilməsi barədə xx.xx.2022-ci il tarixli, xxxxxxx0010 nömrəli qərarının təyinatın tarixi “xx.xx.2022” hissəsinin “xx.xx.2022” kimi dəyişdirilmə öhdəliyi ca vabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan inzibati icraatı tam aparmamış, iddiaçının xeyrinə olan halların qiymətləndirilməsi ilə bağlı əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Göründüyü kimi, göndərişin natamam və yanlış doldurulması əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasından im tina edilməsi üçün əsas deyildir. Cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasında nəzərdə tutulmayan əsaslarla iddiaçının əlillik dərəcəsinin müəyyən edilməsindən imtina etmişdir ki, bununla da “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməmişdir. Hazırkı iddiada cavabdeh tərəfindən əlillik dərəcəsinin müəyyən edilməsindən imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarın verilməsinə səbəb göndərişin natamam doldurulması olmuşdur. Həmçinin, iddiaçının əlillik müddəti bitdikdən sonra onun sağlamlığının təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi, əvvəlki əlillik dərəcəsinin verilməsi üçün səbəb olmuş xəstəliyin sağalmaması nəticəsində yenidən müəyyən edildiyindən, ötürülmüş müddət də daxil olmaqla, o, əlil şəxs hesab edilir. Məhkəmə hesab etmişdir ki, cavabdehin xx.xx. 2022-ci il tarixli, xxxxxxx0010 nömrəli qərarının təyinatın tarixi “xx.xx.2022” hissəsi “xx.xx.2022” kimi dəyişdirilməlidir.

12. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və R.Ə.Səmədov) 08 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3185/2023 nömrəli qərarı ilə аpellyаsiyа şikаyəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3165/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qərarında birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

16. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli göndəriş əsasında iddiaçıya əlillik təyin olunmasından “Göndərişin natamam doldurulması - Keyfiyyətsiz doldurulma-diaqnozu təsdiq edəcək müayinələr tam aparılmayıb” səbəbilə imtina edilmişdir. Müvafiq poliklinikanın göndərişi natamam və keyfiyyətsiz doldurması və diaqnozu təsdiq edəcək müayinələrin tam aparılmaması səbəbindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarların a” müvafiq olaraq göndərişdə əlillik əlaməti təyin edən diaqnoz müəyyən etmək mümkün olmamışdır. Nəticə etibarilə, xx.xx.2022-ci il tarixli göndəriş əsasında iddiaçı barəsində əlillik təyin edilməsi üçün lazım olan əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməmişdir. Buna baxmayaraq, həmin imtina iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və müddətdə mübahisələndirməmiş, həmin inzibati aktların məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmışdır. Bu səbəbdən, iddiaçının əlilliyinin ona əlillik təyin olunmasının tibb müəssisəsinin göndərişinin natamam olmasına görə mümkün olmadığı bir vaxtdan, yəni xx.xx.2022-ci ildən hesablanması heç bir məntiqə sığmamaqla yanaşı, həm də qanunsuzdur. Belə ki, həmin vaxtda iddiaçı barəsində əlil lik təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Cavabdeh Agentlik yalnız göndərişdə əlillik üçün əsaslar olduqda əlillik təyin etmək səlahiyyətinə malikdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həy ata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:... 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 3.1. Əlillik səbəbi Agentlik tərəfində n aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci ya rımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 2 4.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barə də proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişd ir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüqu qi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillər i ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin təyinat tarixinin xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixinə dəyişdirilməsindən ibarətdir.

28. İddianın hüquqi əsasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ilk dəfə xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixli göndərişi əsasında yenidən 1 il, xx.xx.2016-cı il tarixli göndəriş əsasında 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra Bakı 19 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və 2019-2021-ci illər üçün stasionar müayinə və müalicə müd dətinin yetərli olmaması, ixtisaslaşmış müayinə və müalicənin məsləhət görülməsi səbəbi ilə əlilliyin təyinatından imtina edilmişdir. Bakı 19 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında yenidən iddiaçının əlillik vəziyyətinə baxılmış və göndərişin natamam doldurulması, keyfiyyətsiz doldurulma - diaqnozu təsdiq edəcək müayinələrin tam aparılmaması səbəbi ilə imtina verilmişdir. Sonuncu dəfə Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarix göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmaqla ona 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.

29. Aşağı instansiya məhkəmələri haqlı olaraq qeyd etmişlər ki, iddiaçının əlillik müddəti bitdikdən sonra onun sağlamlığının təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi əvvəlki əlillik dərəcəsinin verilməsi üçün səbəb olmuş xəstəliyin sağalmaması nəticəsində yenidən müəyyən edildiyindən ötürülmüş müddət də daxil olmaqla, o, əlil şəxs hesab edilir.

30. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Başqa sözlə, göndərişin natamam və yanlış doldurulması əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasından imtina üçün əsas hesab olunmur.

31. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, habelə cavabdeh inzibati orqanın kassasiya şikayəti formal mülahizələrlə əsas landırıldığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3185/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar