Məhkəmə qərarları › İş №2-1(102)-2840/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2840/2019

05.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2840/2019 05.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı “Bakı şəhər X2 Rayonlararası Bölməsi” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR Açar sözlər: əvvəllər məhkəmə qərarı əsasında əmlaka yönəldilməklə alınmalı vergi məbləğinin şəxsi hesab vərəqinin digər hissəsinə salınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı “Bakı şəhər X2 Rayonlararası Bölməsi” MMC-nin nümayəndəsi X11, cavabdeh Azərbaycan Respublikası V ergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi X3, vəkili Vəkil iştirakı ilə, İddiaçı “Bakı şəhər X2 Rayonlararası Bölməsi” MMC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (bundan sonra cavabdeh) qarşı “silinmiş vergi məbləğinin bərpa edilməsi və icra vərəqəsi əsasında siyahıya alınmış əmlaka yönəldilən borcların artıq ödəməyə, bank hesablarındakı vəsaitə yönəldilməsinin qadağan edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-846/2019 saylı, 21 may 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıda kı qərarı qəbul etdi. təsviri hissə: Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 12.06.2000-ci il tarixli, 884/6-82 saylı qətnaməsi ilə iddia ödənilmiş və T/H Profilaktik Dezinfeksiyanın 1.938.637 manat məbləğində əmlakı üzərinə həbs qoyulması və həmin əmlak hesabına 1.087.900 manat əsas borc, 674.498 manat penya Nizami rayonu üzrə Vergilər İdarəsinin xeyrinə 176239 manat dövlət rüsumu respublika büdcəsinə tutulması qət edilmişdir. 1 saylı Yerli İqtisad Məhkəməsinin 28.09.2005-ci il tarixli, 1617/3-290 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sabunçu rayon Profilaktik Dezinfeksiya şöbəsinin Bakı şəhəri Vergilər Departamentinin 3 saylı 13 aprel 2005-ci il tarixli 6170 saylı qərarı əsasında siyahıya alınmış əmlakı açıq hərracda satılması qət edilmiş, əmlakın satılmasından əldə edilmi ş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclər, hesablanmış vergilərdən 30120.6 min manat borc, vaxtında ödənilməmiş vergilərə hesablanmış faizlər üzrə 7475.0 min manat, tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 1187.2 min manat, cəmi 38 782 800 manat borc, 99 000 manat dövlət rüsumu və 20 000 manat məhkəmə xərclərinin tutulması və iddianın 2000 000 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehin siyahıya alınmış əmlakının açıq hərracda satılması tələbinə dair hissəsi üzrə isə icraata xitam verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 05.07.2010-cu il tarixli, 52 saylı əmri ilə Xətai rayon profilaktik dezinfeksiya şöbəsi, Nizami rayon profilaktik dezinfeksiya şöbəsi, Əzizbəyov rayon profilaktik dezinfeksiya şöbəsi, Suraxanı rayon profilaktik dezinfeksiya şöbəsi və Sabunçu rayon profilaktik dezinfeksiya şöbəsi yenidən təşkilin birləşmə yolu ilə ləğv edilərək onların bazasında “Bakı şəhər X2 Rayonlararası Bölməsi” məhdud məsuliyyətli cəmiyyətinin yaradılması və onun hüquqi ünvanı ünvan 1 İddiaçının 03.09.2018-ci il tarixli şəxsi hesab vərəqəsindən göründüyü kimi ödənilməli borcu 23.316,48 manat qeyd olunmuşdur. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 12.06.2000-ci il tarixli, 884/6-82 saylı qətnaməsi ilə iddia ödənilmiş və T/H Profilaktik Dezinfeksiyanın 1.938.637 manat məbləğində əmlakı üzərinə həbs qoyulması və həmin əmlak hesabına 1.087.900 manat əsas borc, 674.498 manat penya Nizami rayonu üzrə Vergilər İdarəsinin xeyrinə 176239 manat dövlət rüsumu respublika büdcəsinə tut ulması qət edilmiş, həmçinin 1 saylı Yerli İqtisad Məhkəməsinin 28.09.2005-ci il tarixli, 1617/3-290 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sabunçu rayon Profilaktik Dezinfeksiya şöbəsinin Bakı şəhəri Vergilər Departamentinin 3 saylı 13 aprel 2005-ci il tarixli 6170 saylı qərarı əsasında siyahıya alınmış əmlakı açıq hərracda satılması qət edilmiş və əmlakın satılmasından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclər, hesablanmış vergilərdən 30120.6 min manat borc, vaxtında ödənilməmiş vergilərə hesablanmış faizlər üzrə 7475.0 min manat, tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 1187.2 min manat, cəmi 38 782 800 manat borc, 99 000 manat dövlət rüsumu və 20 000 manat məhkəmə xərclərinin tutulması və iddianın 2000 000 manat məbl əğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehin siyahıya alınmış əmlakının açıq hərracda satılması tələbinə dair hissəsi üzrə icraata xitam verilməsi qət edilmişdir. İddiaçı 4 sentyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, “əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də olan borcların ödənilməsi hesabına silinmiş 1382.7 manat vergi məbləğinin “vergilər üzrə vərəqə” hissəsinə bərpa edilməsi və icra vərəqəsi əsasında siyahıya alınmış əmlaka yönəldilən borcların iddiaçının artıq ödəməsinə, bank hesablarındakı vəsaitə yönəldilməsinin qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 25 iyun 2010-cu il tarixli 191 saylı sərəncamı və Səhiyyə Nazirliyinin 5 iyul 2010-cu il tarixli 52 saylı əmri ilə Xətai rayon profilaktik dezinfeksiya şöbəsi, Nizami rayon profilaktik dezinfeksiya şöbəsi, Əzizbəyov rayon profilaktik dezinfeksiya şöbəsi, Suraxanı rayon profilaktik dezinfeksiya şöbəsi və Sabunçu rayon profilaktik dezinfeksiya şöbəsi yenidən təşkilin birləşmə yolu ilə ləğv edilərək onların bazasında “Bakı şəhər X2 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Yenidən təşkil zamanı ləğv edilən şöbələrin yaranmış vergi borcları Mülki Məcəllənin tələblərinə müvafiq olaraq, yeni yaradılmış “Bakı şəhər X2 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçmiş və MMC-nin vergi orqanında olan şəxsi hesab vərəqəsində cəmiyyətin borcu kimi əks etdirilmişdir. Nizami, Sabunçu rayon profilaktik dezinfeksiya şöbələri, T/H profilaktik dezinfeksiya şöbəsi ləğv olunmamışdan əvvəl vergi borclarını ödəmədikləri üçün vergi orqanı tərəfindən vergi öhdəliyinin təmin edilməsi üsulu kimi, onların əmlaklarının satılaraq vergi borcuna yönəldilməsi barədə iddialar qaldırılmış və iddia tələbləri məhkəmələr tərəfindən təmin edilmişdir. Hazırda borc kimi qalmış 24.519,18 manat vergi orqanı tərəfindən şəxsi hesab vərəqəsinin yuxarı hissəsindən çıxarılaraq aşağı hissəsinə işlənilmişdir. Həmin hissədə olan borc məbləğinə vergi orqanı tərəfindən faiz hesablanmır, həmçinin bu məbləğ vergi orqanı tərəfindən vergi ödəyicisindən təkrar tələb olunmur. Məhkəmə tərəfindən həmin məbləğin MMC-nin əmlakının hərr acda satılması ilə ödənilməsi qərara alındığından, düzgün olaraq bu məbləğ cəmiyyətdən təkrar tələb olunmur. Lakin MMC-nin şəxsi vərəqəsində artıq ödəməsi yarandığı halda, vergi orqanı tərəfindən həmin artıq ödəmə məhkəmə qərarı ilə əmlaka yönəldilən borc məbləği hesabına bağlanılır və nəticədə cəmiyyətin heç bir artıq ödəməsi mövcud olmur. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, həmin borcun əmlaka yönəldilməsi barədə məhkəmə qərarı mövcuddur və belə olan halda eyni borc həm əmlaka, həm də Cəmiyyətin pul vəsaitinə yönəldilir ki, bu da qanunsuzdur və müəssisənin fəaliyyətinə maneçilik törədir. Cavabdehin iddia ərizəsinə dair etiraz ərizəsində Vergi Məcəlləsinin 78, 87.1.1, 23.1.6-cı maddələrinə istinad edilərək qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələri nin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli Qərarının əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, vergi qanunvericiliyi vergi orqanlarına verilmiş hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Odur ki, vergi orqanları Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bundan başqa “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsəl ələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 noyabr 2003-cü il Qərarına (Plenumun Qərarı əlavə olunur) əsasən vergi ödəyicilərinin vergi borclarının məhkəmə qətnaməsi ilə tutulması faktı onun nə mahiyyətini, nə də məzmununu dəyişmir, həmin borc borcluğunda qalır və digər borclar kimi göstərilən qanunların təsiri altına düşdüyünə görə bu borclar qətnamələr ləğv edilmədən, vergi orqanları tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlər inin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödə nilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(82)-3958/2018 saylı iş)5 dekabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş, iddiaçının “əmlakına yönəldilən məbləğ üzrə vərəqə”də olan borcların ödənilməsi hesabına silinmiş 1382.7 manat vergi məbləğinin “vergilər üzrə vərəqə” hissəsinə bərpa edilməsi cavabdehin üzərinə qoyulmuş, icra vərəqəsi əsasında siyahıya alınmış əmlaka yönəldilən borcların iddiaçının artıq ödəməsinə, bank hesablarındakı vəsaitə yönəldilməsi cavabdehə qadağan edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, əvvəlki hüquqi şəxsin mövcud olmuş vergi borclarının cavabdehin xeyrinə tutulması məhkəmə qətnamələri vasitəsilə onun əmlakına yönəldildiyindən həmin borcun hazırkı iş üzrə iddiaçı olan hüquqi şəxsdən bank hesablarına yönəldilərək yenidən tutulması yolverilməzdir. İşin hallarından da göründüyü kimi məhkəmə qətnaməsi əsasında Sabunçu rayon Profilaktik Dezinfeksiya şöbəsinin Bakı şəhəri Vergilər Departamentinin 3 saylı 13 aprel 2005-ci il tarixli 6170 saylı qərarı əsasında siyahıya alınmış əmlakın açıq hərracda satılması qət edilmişdir. Hazırkı halda məhkəmə qətnaməsi əsasında iddiaçıya məxsus ə mlak siyahıya alınmaqla hərraca çıxarıldığından, habelə hərraca çıxarılmış əmlakın satılaraq əldə olunmuş vəsaitin vergi borcunun ödənilməsinə kifayət etməməsi barədə cavabdeh tərəfindən sübutlar təqdim edilmədiyindən, qeyd olunan borc məbləğinin əlavə olaraq iddiaçının bank hesablarından tutulması qanunvericiliyin yuxarıda qeyd olunan maddələrinə ziddir və qanunsuz olmaqla əsassızdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 5 dekabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X7məruzəçi, X4 və X8, 2-1(103)-846/19 saylı iş) 21 may 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 27 iyun 2019-cu il tarixdə qərarın surət ini almış, 23 iyul 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. La kin hazırkı iş üzrə iddiaçı cavabdeh inzibati orqana hazırkı iddia tələbinin ilkin və sonradan verdiyi dəqiqləşdirilmiş ərizədə müəyyən etdiyi məzmunu ilə bağlı müraciət etmişdir ki, qeyd olunan hal da hazırkı iddianın mümkünlük şərtlərinin pozulmasına və dolayası ilə iddia ərizəsinin mümkün sayılmamasına hüquqi əsaslar yaradır. İddiaçı ilk olaraq məhkəmə qərarları ilə təmin edilmiş məbləğlərin iddiaçıdan tələb edilməsinin (MMC-nin artıq ödəməsi hesabına bağlanması, bank hesabına sərəncam qoyulması və bununla bağlı bütün digər hərəkətlər) qadağan edilməsi tələbi irəli sürsə də, daha sonra dəqiqləşdirilmiş ərizə verərək “əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də olan borcların ödənilməsi hesabına silinmiş 1382,7 manat vergi məbləğinin “vergilər üzrə vərəqə" hissəsinə bərpa edilməsi və icra və rəqəsi əsasında siyahıya alınmış əmlaka yönəldilən borcların iddiaçının artıq ödənilməsinə, bank hesablarındakı vəsaitinə yönəldilməsinə qadağan edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən cavabdeh inzibati orqana eyni məzmunlu tələblə məhkəməyədək müraciət edilməməsi hazırkı iddia tələbinin mümkünlük şərtlərinə riayət edilməməsinə dəlalət etmiş, lakin nə birinci, nə də ki apellyasiya instansiya məhkəməsi öz xidməti vəzifəsinə görə iddia tələbinin mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı olduğu halda, iddia tələbinin mümkün olması üçün məhkəməyə qədər eyni məzmunlu tələblə müraciət etməsi şərtini ümumiyyətlə yoxlamamış, qeyd olunan xüsusatlara məhəl qoymadan və prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmaqla qanunsuz qərar qəbul etmişdir. İddiaçının “əmlaka yönəldilə n məbləğ üzrə vərəqə”də onun ödənilməmiş 24519,18 manat borcu vardır. Belə olan halda “vergilər üzrə vərəqə”də 1382,7 manat məbləğin “əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də olan borcların ödənilməsi hesabına silinməsi borcun bir dəfədən artıq tutulması sayıla bilməz. Həmçinin məhkəmə, vergi ödəyicisinin əmlakının açıq hərracda satılması barədə məhkəmə qətnaməsinin olduğunu nəzərə alaraq, vergi borcunun vergi ödəyicisinin bank hesabındakı məbləğlərə yönəldilməsini eyni növ verginin iki dəfə ödənilməsi kimi qiymətləndirmişdir. Lakin, vergi ödəyicisinin əmlakı siyahıya alınıb açıq hərracda satılması qət edilsə də, faktiki olaraq onun hər hansı əmlakı satılmamışdır. tərəflərin izahatları: Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (ö hdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia tələbi “əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də olan borcların ödənilməsi hesabına silinmiş 1.382,7 manat vergi məbləğinin “vergilər üzrə vərəqə” hissəsinə bərpa edilməsi və icra vərəqəsi əsasında siyahıya alınmış əmlaka yönəldilən borcların iddiaçının artıq ödəməsinə, bank hesablarındakı vəsaitə yönəldilməsinin qadağan edilməsi barədədir. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 25 iyun 2010-cu il tarixli 191 saylı sərəncamı və Səhiyyə Nazirliyinin 5 iyul 2010-cu il tarixli 52 saylı əmri ilə Xətai rayon profilaktik dezinfeksiya şöbəsi, Nizami rayon profilaktik dezinfeksiya şöbəsi, Əzizbəyov rayon profilaktik dezinfeksiya şöbəsi, Suraxanı rayon profilaktik dezinfeksiya şöbəsi və Sabunçu rayon profilaktik dezinfeksiya şöbəsi yenidən təşkilin birləşmə yolu ilə ləğv edilərək onların bazasında “Bakı şəhər X2 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti (iddiaçı) yaradılmışdır. Yenidən təşkil zamanı ləğv edilən şöbələrin yaranmış vergi borcları Mülki Məcəllənin tələblərinə müvafiq olaraq yeni yaradılmış iddiaçıya keçmiş və əvvəlki borclar iddiaçının vergi orqanında olan şəxsi hesab vərəqəsində cəmiyyətin borcu kimi əks etdirilmişdir. Nizami, Sabunçu rayon profilaktik dezinfeksiya şöbələri, T/H profilaktik dezinfeksiya şöbəsi ləğv olunmamışdan əvvəl vergi borclarını ödəmədikləri üçün vergi orqanı tərəfindən vergi öhdəliyinin təmin edilməsi üsulu kimi, onların əmlaklarının satılaraq vergi borcuna yönəldilməsi barədə iddialar qaldırılmış və iddia tələbləri məhkəmələr tərəfindən təmin edilmişdir. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 12.06.2000-ci il tarixli, 884/682 saylı qətnaməsi ilə iddia ödənilmiş və T/H Profilaktik Dezinfeksiyanın 1.938.637 AZM məbləğində əmlakı üzərinə həbs qoyulması və həmin əmlak hesabına 1.087.900 AZM əsas borc, 674.498 AZM penya Nizami rayonu üzrə Vergilər İdarəsinin xeyrinə 176.239 AZM dövlət rüsumu respublika büdcəsinə tutulması qət edilmiş, həmçinin 1 saylı Yerli İqtisad Məhkəməsinin 28.09.2005-ci il tarixli, 1617/3-290 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sabunçu rayon Profilaktik Dezinfeksiya şöbəsinin Bakı şəhəri Vergilər Departamentinin 3 saylı 13 aprel 2005-ci il tarixli 6170 saylı qərarı əsasında siyahıya alınmış əmlakı açıq hərracda satılması qət edilmiş və əmlakın satılm asından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclər, hesablanmış vergilərdən 30.120,6 min AZM borc, vaxtında ödənilməmiş vergilərə hesablanmış faizlər üzrə 7475.0 min AZM, tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 11872 min AZM, cəmi 38 782 800 AZM borc, 99 000 AZM dövlət rüsumu və 20 000 AZM məhkəmə xərclərinin tutulması və iddianın 2000 000 AZM məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehin siyahıya alınmış əmlakının açıq hərracda satılması tələbinə dair hissəsi üzrə icraata xitam verilməsi qət edilmişdir. Hazırda borc kimi qalmış 24.519,18 manat məbləğ vergi orqanı tərəfindən şəxsi hesab vərəqəsinin yuxarı hissəsindən çıxarılaraq aşağı hissəsinə işlənilmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə gör ə əvvəlki hüquqi şəxsin mövcud olmuş vergi borclarının cavabdehin xeyrinə tutulması məhkəmə qətnamələri vasitəsilə onun əmlakına yönəldildiyindən, həmin borcun hazırkı iş üzrə iddiaçı olan hüquqi şəxsdən bank hesablarına yönəldilərək tutulması yolverilməzdir. Cavabdeh hesab edir ki, əvvəlki məhkəmə qərarları çıxarılan zaman vergi ödəyicisinin pul vəsaiti olmadığından yaranmış vergi borcunun vergi ödəyicisinin əmlakı hesabına ödənilməsi istiqamətində tədbirlər həyata keçirilmiş və bu barədə müvafiq məhkəmə qətnamələri qəbul edilmişdir. Lakin həmin qətnamə faktiki olaraq icra edilmədiyindən və vergi ödəyicisinin hazırkı dövrə vergi borcunun ödənilməsi üçün pul vəsaiti olduğundan, borcun tutulması qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa müvafiq olaraq ilk növbədə onun pul vəsaitlərinə yö nəlir. Həmçinin məhkəmə qərarında vergi ödəyicisinin əmlakının açıq hərracda satılması barədə məhkəmə qətnaməsinin olduğunu nəzərə alaraq, vergi borcunun vergi ödəyicisinin bank hesabındakı məbləğlərə yönəldilməsini eyni növ verginin iki dəfə ödənilməsi kimi qiymətləndirmişdir. Vergi ödəyicisinin əmlakı siyahıya alınıb açıq hərracda satılması qət edilsə də, faktiki olaraq, onun hər hansı əmlakı satılmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. İşin hallarından göründüyü kimi məhkəmə qətnaməsi əsasında Sabunçu rayon Profilaktik Dezinfeksiya şöbəsinin Bakı şəhəri Vergilər Departamentinin 3 saylı 13 aprel 2005-ci il tarixli 6170 saylı qərarı əsasınd a siyahıya alınmış əmlakı açıq hərracda satılması qət edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı sayaraq qeyd edir ki, hazırkı halda məhkəmə qətnaməsi əsasında iddiaçıya məxsus əmlak siyahıya alınmaqla hərraca çıxarıldığından, habelə hərraca çıxarılmış əmlakın satılaraq əldə olunmuş vəsaitin vergi borcunun ödənilməsinə kifayət etməməsi barədə cavabdeh tərəfindən sübutlar təqdim edilmədiyindən, qeyd olunan borc məbləğinin əlavə olaraq iddiaçının bank hesablarından tutulması qanunvericiliyin yuxarıda qeyd olunan maddələrinə ziddir və qanunsuz olmaqla əsassızdır. Cavabdeh qanuni qüvvədə olan məhkəmə qərarlarının icrasının mümkünsüzlüyü, icra sənədinin qaytarılması barədə məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Vergi Məcəlləsinin 53.3-cü maddə sinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haq qında” 27.11.2003cü il tarixli 5 saylı Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əvvəlki hüquqi şəxsin mövcud olmuş vergi borclarının cavabdehin xeyrinə tutulması məhkəmə qətnamələri vasitəsilə onun əmlakına yönəldiyindən həmin borcun hazırkı iş üzrə iddiaçı olan hüquqi şəxsdən bank hesablarına yönəldilərək tutulması yolverilməzdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Öhdəliyin icrası haqqında iddia növü üzrə iddiaçının məhkəməyə iddia ərizəsi təqdim etməzdən əvvəl cavabdehə müraciət olunmadığı üçün iddianın qeyri-mümkün sayılmalı olması barədə şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə cavabdehin iddiaya münasibəti bəlli olduğundan, qənaət prinsipi əsas götürülərək eyni tələblə bağlı inzibati icraatın açılmasına, daha sonra yenidən məhkəmə çəkişmələrinin aparılmasına lüzum yoxdur. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Bəhs olunanlara əs asən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-846/2019 saylı, 21 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar