Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2841/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: zirzəmiyə çıxarışan və texniki pasportun verilməsi GİRİŞ HİSSƏ Hakimlər: 27.11.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, İddiaçı MMC-nin vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Bakı şəhər İcra Hakimiyyətinə və Binəqədir rayon İcra Hakimiyyətinə qarşı çıxarışın verilməsi tələbinə dairiş üzrəBakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 142 saylı MTK-ya məxsus 3 saylı binanın 55 saylı mənzilinin altındakı 64,7 kv.m qeyri-yaşayış sahəsinə aid texniki pasportun tərt ib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsini cavabdeh İdarəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 11 may 2018-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva; iş No 2-1(81)-2156/2018) iddianın təmin edilməsi; Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 142 saylı MTK-ya məxsus 3 saylı binanın 55 saylı mənzilinin altındakı 64.7 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçının adına daşınmaz əmlakındövlət reyestrində qeydə alınması, həmin qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ər azi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 16 avqust 2018-ci il tarixli qərarı ilə (hakimlər V.Məmmədov, S.Seyidova, S.Hacıyev; iş No 2-1(103)1985/2018) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin
11. May 2018-ci il tarixli qərarının ləğv edilməsi; iş üzrə yeni qərar qəbul edilməsi; iddianın təmin edilməməsi; cavabdehin apellyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər X.Məmmədov, R.Nəbizadə, E.Vəliyeva; iş No 2- 1 (102)-2434/2018) iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 16 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən E.Nağıyeva; hakimlər H.Həmidov və V.Baxışova; iş № 21(103)-516/2019) cavabdeh İdarə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi; 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 11 may 2018-ci il tarixli qərarının ləğv edilməsi; iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarı ləğv edərək, iş üzrə yeni qərar qəbul edərək iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində geyd edilənlərə görə, işə baxan apelyasiya instansiyası məhkəməsi işin fakti ki hallarını tam, hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası birmənalı olaraq belə niticəyə gəlmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi dövlət mülkiyyəti deyil, MTK-nm mülkiyyətidir, həmin sahəyə dair məbləğ ödənilmiş, bu hal MTK tərəfindən təsdiq edilmiş, pay haqqının ödənilməsi ilə bağlı məsələ isə payçı və MTK arasında olan daxili məsələsidir. Bu baxımdan Ali Məhkəmənin hüquqi mövqeyinə görə MTK-nın özünün həmin daxili məsələdə neçə davranması iddiaçının pay haqqını ödədiyi sahəyə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına məneə təşkil etməməlidir. Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi Mənzil Məcəll əsinin 35.1-ci və Mülki Məcəllənin 220- ci maddəsini mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, kollegiya hesab etmişdir ki, apellyasiya məhkəməsi mübahisəli qeyri-yaşayış sahəsinin mühəndis qurğuları olan zirzəmivə ya texniki zirzəmi olması dəqiqləşdirmədən onu çoxmənzilli binanın fimumi əmlakına aid etməkdə səhvə yol vermişdir. Təkrar apellyasiya baxışı zamanı yerli baxış və ya ekspertiza keçirməklə mübahisəli qeyri-yaşayış sahəsinin binada yerləşən mühəndis qurğuları olan zirzəmi və ya texniki zirzəmi olub-olmadığı halı dəqiq müəyyən olunmalı və həmin haldan çıxış etməklə sahənin üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması məsələsinə qiymət verilməlidir. Mübahisəli qeyri-yaşayış sahəsinin mühəndis qurğuları olan zirzəmi və ya texniki zirzəmi olduğunu müəyyən etmədən həmin sahəyə münasibətdə Mülki Məcəllənin ümumi paylı mülkiyyətdə olan əmlaka dair normalarını tətbiq etməkdə də haqlı olmamışdır. Mübahisəli qeyri-yaşayış sahəsinə hüququn əldə edilməsi yuxarıda qeyd olunan normativ hüquqi aktlar əsasında tam qanuni şəkildə həyata keçirilmişdir və bu işin mübahisəsiz tərəfidir. İşə baxan birinci instansiya məhkəməsi bu normalara istinad edərək qeyd etmişdir ki, qeyri-yaşayış sahəsi qanuni əsaslarla iddiaçıya keçmişdir. Ali Məhkəmənin göstərişlərinə məhəl qoymadan təkzib edən apellyasiya instansiyası məhkəməsi işin mübahisəsiz halına fikir verməmiş və heç bir əsas gətirmədən həmin qərarı ləğv etmişdir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və Bakı şəhər İcra Hakimiyyətinin protokolu və sərəncamı məhkəməyə təqdim olunmuşdur. Tərəflərin i zahatları Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh İdarənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı i şə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi haqqında iş üzrə yeni qərar qəbul edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, İddiaçı Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 3 saylı evin 46,74 yaşayış sahəsindən ibarət 3 otaqlı, 55 saylı mənziln mülkiyyətçisidir, bu haqda ona Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyə t Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 21.12.2004-cü il tarixdə ÖM seriyalı, 214604 nömrəli Qeydiyyat Vəsiqəsi və müvafiq Texniki Pasport verilmişdir. İşin materiallarında olan: -“Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 142 saylı MTK-nın 23.07.2000-ci il tarixli təsisçilərinin ümumi iclasının Protokolundan Çıxarış”a əsasən, kooperativin üzvü İddiaçı məxsus 3 otaqlı mənzilin altındakı ümumi sahəsi 64,7 kv.m olan zirzəmiləri onun ailəsinin böyüklüyünü nəzərə alaraq yardımçı otaq kimi onun ailəsinin daimi istifadəsinə verilmişdir; -“Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyasının iclasının 3B saylı, 04.03.2005-ci il tarixli “İddiaçı qeyri-yaşayış sahəsinin verilməsinə dair Protokol u”nun surətinə əsasən, Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kooperativ Təsərrüfat İdarəsi Binəqədi rayonu, C.Xəndan küçəsi 3 saylı yaşayış binasının 4-cü girişin zirzəmisində 64,7 kv.metr qeyri-yaşayış sahəsi İddiaçı verilmişdir; -Bakı şəhər icra Hakimiyyəti başçısının “Mənzil Məsələləri üzrə İctimai Komissiyanın yığıncağının protokollarının təsdiq edilməsi haqqında” 54 nömrəli, 07.03.2005-ci il tarixli sərəncamın surətinə əsasən, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyanın yığıncağının 04.03.2005-ci il tarixli 3B nömrəli protokolu təsdiq edilmişdir; -142 saylı MTK-nın 08.01.2018-ci il tarixli 92 saylı arayışının surətinə əsasən, Binəqədi rayonu, C.Xəndan küçəsi 142 saylı MTK-ya məxsus 3 saylı binanın payçısı-İddiaçı mənzilinin altındakı 64,7 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri 2000-ci ildə ödənilmiş, borcu yoxdur. İddiaçı bu faktlara əsaslanaraq ərizə ilə cavabdeh İdarəyə müraciət etmişdir ki, istifadəsində olan zirzəmi onun adına dövlət qeydiyyatına alınaraq, iddiaçıya bu haqda müvafiq çıxarış və texniki pasport verilsin. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı 15.02.2018-ci il tarixli cavab məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina olunmuş və əsas kimi götərilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsi 9 mərtəbəli binanın yarım zirzəmisinin bir hissəsində yerləşdiyindən həmin sahənin dövlət əmlakı olub-olmaması ilə bağlı sənəd təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış sahəsi təqdim edilmiş protokolda istifadəyə verilməsi qeyd olunmuş, planda əmlakın yerləşdiyi sahə göstərilməmişdir və göstərilə n sahə isə binanın birdən artıq sahəyə xidmət etmək nəzərdə tutulmuş ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşdiyi müəyyən edilmişdir. İşin materiallarına əlavə olunmuş: -142 saylı MTK tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş, 30.01.2019-cu il tarixli,1 nömrəli arayışa əsasən, ünvan 1 ünvanda yerləşən, 142 saylı MTK xsus 6 girişli, 9 mərtəbəli çoxmənzilli kooperativ yaşayış binasının payçıları həqiqətən təsdiq edirlər ki, göstərilən yaşayış binasının 4-cü girişin 1-ci mərtəbəsində yerləşən payçı İddiaçı məxsus 55 saylı mənzilin aİtındakı ümumi sahəsi 64,7 kv.m qeyriyaşayış sahəsi olan zirzəmidə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq, mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıqlar) yoxdur; -Bakı şəhəri Binəqədi rayon icra Hakimiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış, 05.04.2019-cu il tarixli, 02/09-11-31/535 nömrəli məktuba əsasən, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3 nömrəli yaşayış binası müstəqil tikinti kooperatividir və dövlət balansında deyildir. Bu səbəbdən məhkəmə prosesinə Binəqədi rayon İcra Hakimiyyətinin iştirakı olmadan baxılması xahiş olunmuşdur; -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış, 15.04.20 19-cu il tarixli, **********45 nömrəli məktuba əsasən, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3 saylı yaşayış binasının 55 saylı mənzilin altında yerləşən hal-hazırda İddiaçı istifadəsində olan 64.7 kv.metr olan qeyri- yaşayış sahəsinə (müvafiq qeyri-yaşayış sahəsinin mühəndis qurğuları olan zirzəmi və ya texniki zirzəmi olmasının dəqiqləşdirilməsi məqsədi ilə) mütəxəssislər tərəfindən yerli baxış keçirilmiş və göstərilən sahənin binanın birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşdiyi müəyyən edilmişdir; -apellyasiya instansiya məhkəməsinin müvafiq sorğusuna cavab vermiş 142 saylı MTK-nın 22.04.2019-cu il tarixli məktubuna əlavə olaraq mübahisəli qeyri-yaşayış (zirzəmi) sahəsinin layihəsindən çıxarış təqdim edilm iş, lakin MTK-nın Nizamnaməsinin itməsi ilə əlaqədar onun təqdim edilməsinin mümkün olmadığı da məktubda göstərilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, işin materiallarında biri-birinə zidd olan halları təsdiq edən sənədlər (arayışlar) olsa da, həmin işə baxmış 1-ci instansiya məhkəməsi öz qərarında bu ziddiyyətlərə lazımi qiymət verməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, 142 saylı MTK-nın 23 iyul 2000-ci il tarixli 44 No-li protokolunda mənzilin altındakı zirzəmilərdə kommunikasiya xətlərinin olduğu qeyd edilsə də, daha sonra MTK tərəfindən verilmiş, 30.01.2019-cu il tarixli, 1 nömrəli arayışda isə qeyd edilən zirzəmidə hər hansı bir həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq, mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıqların olmaması qeyd edilmişdir. Yuxarıda qeyd edilən sənədlərdən belə bir nəticəyə gəlmək olar ki, qeyd edilən sahədə daha əvvəllər kommunikasiya xətləri mövcud olsa da (protokola əsasən), daha sonra həmin zirzəmi iddiaçının daimi istifadəsinə verildikdən sonra adı çəkilən kommunikasiya xətləri artıq mövcud olmamışdır (arayışa əsasən). Qeyd olunmalıdır ki, qanuna görə, binanın zirzəmisi birdən artıq sahəyə xidmət üçün nəzərdə tutulmuş və iddiaçı tərəfindən zirzəmidə edilən dəyişikliklər, onun istismara verilən zaman nəzərdə tutulmuş funksiyasına hər hansı bir şəkildə təsir göstərmir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsin in mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdrılması üçün nəzərd ə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Yuxarıda qeyd edilən normanın məzmunundan göründüyü kimi, mühəndis qurğuları olan və ya texniki zirzəmi - həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq olan obyektlər ümumi paylı mülkiyyət hüququ əsasında mülkiyyətçilərə məxsusdur. Hazırkı iş üzrə mübahisəli sahə (zirzəmi) birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi) olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyət hüququna dair normaları tətbiq edi lməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətiçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə, və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Hazırkı işdə isə qeyd edilən sahənin bölünməsi barədə paylı mülkiyyətçilərin razılığı və ya məhkəmə qərarının mövcudluğu müəyyən edilmir. Eyni zamanda, iddiaçı tərəfindən mübahisəli sahədə aparılmış dəyişikliklərin Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 07.02.2003-cü il tarixli, 21 saylı Əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində mənzil fondunun texniki cəhətdən saz halda saxlanılması” Qaydalarında, həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarl a və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nda nəzərdə tutulmadığından qanuna uyğun hesab edilə bilməz. Həmçinin yuxarıda sözügedən 16 noyabr 2004-cü il tarixli Texniki Pasportda texniki zirzəminin hündürlüyünün 1 m olduğu qeyd edilsə də, işin materiallarına əlavə edilmiş fotoşəkillərdən zirzəminin hündürlüyünün texniki pasportda qeyd ediləndən daha hündür (cavabdeh İdarə tərəfindən təqdim edilmiş plana görə - 2,80 m) olduğu müəyyən edilir. Ona görə də, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı və qanuni olmuş, iddiaçının iddia tələbi isə əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgn deyil, id diaçının kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı olduğundan qəbul edilməlidir. İş üzrə müəyyən edilir ki, hazırki mübahisənin predmetini təşkil edən qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətimdə olan mənzilin altında yerləşir və həmin zirzəminin 142 saylı MTK üzvlərinin ümumi iclasının 23.07.2000-ci il tarixli 44 saylı protokolu ilə iddiaçıya verilməsi barədə qərar qəbul olunmuşdur. Bundan başqa, işin materiallarında olan, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı yanında Mənzil Məsələləri üzrə X1 3 B saylı 04 mart 2005-ci il tarixli protokoluna əsasər mübahisəli sahə iddiaçıya verilmişdir. Həmçinin Bakı şəhəri İcra Hakimiyyətini Başçısının 54 saylı 07.03.2005-ci il tarixli sərəncamı ilə həmin protokol təsdiq edilmişdir. Görünüyü kimi, sözügedən qeyri-yaşayış sahəsinin qanu ni əsaslarla iddiaçının istifadəsində olması işin mübahisəsiz halı olsa da, apellyasiya instansiya məhkəməsi işin bu halını nəzərə almamış, işin faktiki hallarına aid olmayan maddi hüquq normalarına istinad etmişdir. Halbuki, hazırki işə baxmışAli Məhkəmənin hüquqi mövqeyinə görə, mübahisəli qeyri-yaşayış sahəsi dövlət mülkiyyəti deyil, MTK-nın mülkiyyətidir, həmin sahənin məbləği ödənilmiş, bu hal MTK tərəfindən təsdiq edilmiş, pay haqqının ödənilməsi ilə bağlı məsələ isə payçı (iddiaçı) və MTK arasında olan daxili məsələsidir. Bu baxımdan MTK-nın özünün həmin daxili məsələdə neçə davranması iddiaçının pay haqqını ödədiyi sahəyə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına məneə təşkil etməməlidir. Eyni zamanda Ali Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Resp ublikası Mənzil Məcəlləsinin 35.1-ci və Mülki Məcəllənin 220-ci maddəsini mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, apellyasiya məhkəməsi mübahisəli qeyri-yaşayış sahəsinin mühəndis qurğuları olan zirzəmivə ya texniki zirzəmi olması dəqiqləşdirmədən onu çoxmənzilli binanın fimumi əmlakına aid etməkdə səhvə yol vermişdir. Təkrar apellyasiya baxışı zamanı yerli baxış və ya ekspertiza keçirməklə mübahisəli qeyri-yaşayış sahəsinin binada yerləşən mühəndis qurğuları olan zirzəmi və ya texniki zirzəmi olub-olmadığı halı dəqiq müəyyən olunmalı və həmin haldan çıxış etməklə sahənin üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması məsələsinə qiymət verilməlidir. Bununla yanaşı Ali Məhkəmə göstərmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin mühəndis qurğuları olan zirzəmi və ya texniki zir zəmi olduğunu müəyyən etmədən həmin sahəyə münasibətdə Mülki Məcəllənin ümumi paylı mülkiyyətdə olan əmlaka dair normalarını tətbiq etməkdə də haqlı olmamışdır. Lakin hazırki işə yenidən baxmış apellyasiya instansiya məhkəməsin Ali Məhkəmənin konkret göstərişlərinə əməl etməmişdir. Həmin məhkəmənn sorğusuna cavab olaraq 142 saylı MTK-nın verdiyi arayışda mübahisəli qeyri-yaşayış sahəsində hər hansı bir birdən artıq sahəyə xidmət edən avadanlıq, mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıqların olmaması qeyd edilmişdir. MTK üzvlərinin və MTK sədrinin mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirərək məhkəməyə ünvanlanmış akta əsasən, həmin sahədə hər-hansı mühəndis qurğuları və ya texniki zirzəmi olduğu müəyyən edilməmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış məktuba əsasən, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi bina kooperativ binadır və dövlətin balansında olmadığı üçün İcra Hakimiyyəti məhkəmədə iştirak etməyi lüzum bilməmişdir. Lakin apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilən sənədlərə əhəmiyyət vermədən, sorğu göndərdiyi cavabdeh İdarənin rəyinə əsaslanmışdır. Halbuki, həmin inzibati orqan mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirmədən, koperativin üzvlərinin, sədrinin və iddiaçının iştirakı və imzası olmadan, akt tərtib etmədən verdiyi rəydə bildirmişdir ki, həmin ərazidə birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus mühəndis qurğuları aşkar edilmişdir. Bununla əlaqədar qeyd olunmalıdır ki, rəy vermiş inzibati orqanı bu iş üzrə c avabdehdir və onun aktsız rəyi iş üzrə sübüt kimi qiymətləndirilə bilməz. Sözügedən rəyi üstün tutmuş apellyasiya məhkəməsi onu da qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsində nə vaxtsa komunikasiya xətləri keçib və belə olan alda iddiaçı tərəfindən zirzəmidə dəyişikliklərin (abadlaşdırma işlərinin) aparılması ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların və Azərbayçan Respublikası Prezidentinin 21 dekabr 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin tələbləri pozulmuşdr. Lakin qeyd olunmalıdır ki, işin materiallarında iddiaçı tərəfindən yol verilən hüquq pozuntularının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınması və ya onların mübahisələndirilməsi haqqında hər hansı dəlil-sübut m övcud deyil. Halbyki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1 və 146.2-ci maddələrinə müvafiq olaraq daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reye strində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan 178.8-ci maddəsinə uyğun olaraq mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeyd iyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiz iki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən or qandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1 -ci maddəsində öz əksini tapmışdır. Bununla yanaşı, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 17.2- ci maddəsinə müvafiq olaraq tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrıayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alma bilər. Həmin Qanunun 17.5-ci maddəsində isə göstərilmişdir ki, bu Qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələri nə şamil edilir. Bu mənada «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş qayda mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin mülkiyyət hüququnun tanınması tələbini gələcəkdə həyata keçirməsi üçün əlavə təminat kimi qəbul edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsi belə Qərara gəlmişdir ki, Mülki Məcəllənin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsinə hüququn əldə edilməsi yuxarıda qeyd olunan normativ hüquqi aktlar əsasında tam qanuni şəkildə həyata keçirilmişdir və bu işin mübahisəsiz tərəfidir. Lakin apellyasiya instansiyası məhkəməsi işin mübahisəsiz halına fikir verməmişdir. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu “xxxx”ASC-nin şikayətinə dair” 4 oktyabr 2016-cı il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzə rdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasınm (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əm lakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasınm (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasım tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır, iddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qanunla müəyyən edilmiş qaydada verilmiş sənəd hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.6-cı maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qan unvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə əsasən isə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından da göründüyü kimi, MTK üzvlərinin ümumi yığıncağının qərarı və Bakı şəhər İcra Hakimiyyətinin protokolu və sərəncamı məhkəməyə təqdim olunmuşdur. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd edilən Qərarında qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlak a hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun İ4-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilsə də, apellyasiya instansiyası məhkəməsi qərarında iddiaçının iddia tələbini rədd edərkən, qeyd edilən əsaslardan cavabdeh inzibati orqan tərəfindən hansına istinad etdiyini müəyyən edə bilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci m addəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq inzibati icraat zamanı işin faktiki hallan ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fi ziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 96.11-ci maddəsi nə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixliqərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməli,Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 142 saylı MTK-ya məxsus 3 saylı binanın 55 saylı mənzilinin altındakı 64,7 kv.m olan qeyriyaşayış sahəsinin İddiaçı adına daşınmaz əmlakındövlət reyestrində qeydə alınması, həmin qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçıkassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixliqərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul ed ilsin. Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 142 saylı MTK-ya məxsus 3 saylı binanın 55 saylı mənzilinin altındakı 64,7 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı adına daşınmaz əmlakındövlət reyestrində qeydə alınması, həmin qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin..