Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2841/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və qeyriləri cavabdeh İmişli rayon Mərkəzi Xəstəxanasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh İmişli rayon Mərkəzi Xəstəxanasına qarşı “əlverişsiz inzibati akt olan xəstəlik vərəqəsinin ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 11 sentyabr 2023-cü il tarixli, 2-1(106)-333/2023 nömrəli qərardadından Maraqlı şəxs Sığorta Şirkəti ASC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar cavabdeh İmişli rayon Mərkəzi Xəstəxanasına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “əlverişsiz inzibati akt olan xx.xx.2018-ci il tarixli xəstəlik vərəqəsinin ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1855/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş əlverişsiz inzibati akt olan xx.xx.2018-ci il tarixli xəstəlik vərəqəsinın ləğv olunması qərara alınmışdır.
2. Cavabdeh qərardan apelyasiya şik ayəti verməmiş və qərar qanuni qüvvəyə minməklə icra edilməsi üçün xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmiş və sonuncu tərəfindən icra edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. Maraqlı şəxs Sığorta Şirkəti ASC vəsatətlə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1855/2022 nömrəli qərarının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmanın təzələnməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
4. Vəsatət onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli xəstəlik vərəqəsinin ləğv edilməsi tələbinə dair 2-1(120)-1855/2022 nömrəli inzibati iş üzrə 03 noyabr 2022-ci il tarixli qərarla iddia təmin edilmişdir. Sözügedən məhkəmə qərarı Maraqlı şəxs Sığorta Şirkəti ASC-nin qanunla qorunan maraqlarına toxunmasına baxmayaraq, sığorta şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmamışdır. Belə ki, qərardan da göründüyü kimi, Maraqlı şəxs Sığorta Şirkəti ASC mübahisələndirilən inzibati akta istinad edərək sığortalının vəfatından sonra sığorta ödənişi verilməsi ilə bağlı öhdəliyinin olmadığını bildirmişdir. Bu zaman sığorta şirkəti tibb müəssisəsindən daxil olmuş məlumatlara istinad etmişdir. Bununla belə nə qanun üzrə vərəsələr, nə də ki sığorta müqaviləsi üzrə faydalan şəxs olan "xxxx" Bank ASC sığorta şirkətinin qeyd olunan mövqeyini mübahisələndirməmişdir. Bunun əvəzinə, qanun üzrə vərəsələr məhkəmədə iddia qaldırmaqla kifayətlənmiş və sığorta şirkəti işin nəticəsində birbaşa maraqlı olmağına baxmayaraq məhkəmə icraatına cəlb olunm amışdır. Qeyd olunan məhkəmə qərarının qəbul edilməsi ilə bağlı isə şikayət müddəti keçdikdən sonra, yalnız 07 fevral 2023-cü il tarixdə İddiaçı3 tərəfindən sığorta şirkətinə ərizə ilə müraciət edilən zaman məlumat verilmişdir.
5. Şirvan İnzibati Məhkəməsinin (hakim: H.N.Nəcəfov) 14 iyun 2023-cü il tarixli, 21(120)-1855/2022 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1855/2022 nömrəli qərarının verilməsi üçün əsasın qeyd edilən xəstəlik vərəqələrinin heç bir müayinə və digər müalicə aparılmadan verilməsi, həmin diaqnozun qoyulması üçün qeyd edilən xəstəxanada hər hansı bir müayinə aparatının olmamasıdır ki, cavabdeh inzibati orqanın nümayəndəsi tərə findən qeyd edilən hallar məhkəmə iclası zamanı öz təsdiqini tapmış və bu səbəbdən cavabdeh tərəfindən qeyd edilən qərardan apellyasiya şikayəti verilməmiş və qərar dərhal icra olunmuşdur. Hazırki halda verilmiş vəsatətdən də aydın görünür ki, ərizəçi Maraqlı şəxs Sığorta Şirkəti ASC barəsində yaranacağı iqtisadi öhdəlik səbəbindən məhkəmə qərarının ləğvini xahiş edir. Lakin məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən xəstəlik vərəqəsi verilən zaman əsaslı müayinələr aparılsaydı, qeyd edilən xəstəlik vərəqəsi verilməzdi. Hal-hazırda qüvvədə olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1855/2022 nömrəli qərarı ərizəçiyə münasibətdə əhəmiyyətli pozuntu yaratmır və ərizəçi üçüncü şəxs kimi cəlb olunduğu halda nəticənin dəyişə biləcəyi barədə hər hansı əsaslı sübut t əqdim edə bilmir. Əsas olmadan, hüquqi maraq müəyyən edilmədən, məhkəmə qərarının əsassız olması və cəlb ediləcəyi təqdirdə nəticənin dəyişə bilməsi ilə bağlı sübut təqdim etmədən vəsatətin verilməsi zəruri cəlbetmə üçün əsas ola bilməz.
7. Digər bir tərəfdən, Konstitusiya Məhkəməsinin Plenum Qərarının təsviri və əsaslandırıcı hissəsində qeyd edilmiş əsas hüquqi mövqeyə görə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsi əsas şərtlərdən biridir. Hazırkı mübahisə üzrə işə cəlb olunmayan üçüncü şəxsin hüququnun pozulmasının məhz hansı vaxtdan etibarən bilməsi məsələsi araşdırılarkən məlum olur ki, ərizəçi 07 fevral 2023-cü ildə artıq qərarla tanış olmuşdur. Hətta ərizəçi öz vəsatətində həmin qərardan 07 fevral 20 23-cü il tarixdə məlumatlı olduğunu qeyd etmişdir. Göründüyü kimi, ərizəçi Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1855/2022 nömrəli qərarı ona təqdim edildikdən sonra 30 gün müddət ərzində müvafiq vəsatətlə müraciət etməmişdir.
8. Maraqlı şəxs Sığorta Şirkəti ASC qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.K.Həsənov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və C.F.İmanov) 11 sentyabr 2023cü il tarixli, 2-1(106)-333/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2-1(120)-1855/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Ap ellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Maraqlı şəxs Sığorta Şirkəti ASC həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
12. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, mübahisələndirilən inzibati akta istinad edilərək sığortalının vəfatı ilə əlaqədar sığorta ödənişinin verilməsindən imtina edilmiş və hadisə sığorta hadisəsi kimi qiymətləndirilməmişdir. Belə olan halda isə həmin inzibati aktın ləğv edilməsi və bu zaman aparılan məhkəmə araşdırmasına sığorta şirkətinin cəlb edilməməsi şirkətin iş üzrə sığorta ödənişi verilməsi ilə bağlı maraqlarını pozmuş, şirkətə bərpa olunmaz zərər vurulmas ı təhlükəsi yaratmışdır. Sığorta şirkəti mübahisələndirilən inzibati aktın mötəbərliyinə münasibətdə işin nəticəsinə birbaşa maraqlıdır. Eyni zamanda, müddətin keçməsinə istinad edərək vəsatətin təmin edilməməsi qanunvericiliyin tələblərinin pozulmasıdır. Beləliklə də, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən hüquq normaları pozulmuş, qanunsuz və əsassız qərardad qəbul edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. İddiaçı3 kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin t əmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə 91.Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikd ə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiya sı məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Belə ki, hazırki qərarın 14-15-ci bəndlərində sadalanan prosessual hüquq normalarının tələblərindən göründüyü kimi, adi və ya zəruri cəlbetmə qaydasında qoşulmanın baş tuta bilməsi üçün bir neçə şərtin birlikdə mövcud olması tələb olunur. Həmin şərtlərin bəziləri hər iki cəlbetməyə münasibətdə eyni olsa da, bəziləri cəlbetmənin növündən asılı olaraq fərqlənir.
20. Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Qərardadında da qeyd edildiyi kimi, cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Cəlbetmə üçün həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir. Hal-hazırda qüvvədə olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1855/2022 nömrəli qərarı ərizəçiyə münasibətdə əhəmiyyətli pozuntu yaratmır və ərizəçi hazırkı məhkəmə icraatına üçüncü şəxs kimi cəlb olunduğu halda məhkəmə qərarının nəticəsinin dəyişə biləcəyi barədə hər hansı əsaslı sübut da təqdim edə bilmir. Əsas olmadan, hüquqi maraq müəyyən edilmədən, məhkəmə qərarının əsassız olması və cəlb ediləcəyi təqdirdə nəticənin dəyişə bilməsi ilə bağlı sübut təqdim etmədən vəsatətin verilməsi zəruri cəlbetmə üçün əsas ola bilməz. Belə olan halda, qərarın formal əsaslarla ləğv edilməsi, icraatın təzələnməsi və yenidən baxılması yalnız iddiaçıya münasibətdə süründürməçiliyə, hüquqi müəyyənlik prinsipinin və konstitusion hüquqların pozulmasına gətirib çıxaracaqdır.
21. Aşağı instansiya məhkəmələrində araşdırma zamanı qeyd edilən hallar müəyyən edilmədiyindən, hazırkı məhkəmə qərarının ərizəçinin qanunla qorunan maraqlarına toxunması halı da mövcud deyildir. Odur ki, ərizəçinin üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilməsinin əsassız olması barədə aşağı instansiya məhkəmələri düzgün nət icəyə gəlmişlər.
22. Digər bir tərəfdən, Konstitusiya Məhkəməsinin Plenum Qərarının təsviri və əsaslandırıcı hissəsində qeyd edilmiş əsas hüquqi mövqeyə görə, inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsi əsas şərtlərdən biridir. Ərizəçi öz vəsatətində hazırkı qərardan 07 fevral 2023-cü il tarixdə məlumatlı olduğunu qeyd etsə də, vəsatət 16 mart 2023-cü ildə məhkəməyə daxil olmuşdur və vəsatətin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə heç bir sübut da müəyyən edilməmişdir. Göründüyü kimi, ərizəçi Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1855/2022 nömrəli qərarı ona təqdim edildikdən sonra 30 gün müddət ərzində müvafiq vəsatətlə müraciət etməmişdir.
23. Nəticə etibarı ilə, mübahi sələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Sığorta Şirkəti ASC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2023-cü il tarixli, 2-1(106)-333/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.