Məhkəmə qərarları › İş №2-1(102)-2842/2018

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2842/2018

26.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2842/2018 26.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Bakı şəhəri Cavabdeh2nə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2842/18) Bakı şəhəri 26 dekabr 2018-ci il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Bakı şəhəri Cavabdeh2nə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 13 sentyabr 2018-ci il tari xli 2-1(103)-2362/2018 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 26 dekabr 2018-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Bakı şəhəri Cavabdeh2nə qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin ünvanda yerləşən istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq torpağın dəyəri 336000 manat və evində məhv edilmiş əşyaların dəyəri 86000 manat, ümumilikdə 912000 manatın və mənəvi zərərin əvəzi olaraq 100000 manat məbləğdə vəsaitin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad i Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 27 iyun 2018-ci il tarixli iş № 2-1(81)-2131/2018, (sədrlik edən hakim A.Abdullayeva) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 27 iyun 2018-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 13 sentyabr 2018-ci il tarixli iş № 2-1(103)-2362/2018 (hakimlər V.Məmmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və R.Qurbanov) qərardadı ilə birinci instansiya məhkəməsin in 27 iyun 2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,Bakı Apelyasiya Məhkəməsi də 1 saylı Bakı İnzıbati-İqtisadi Məhkəməsi kimi hesab edib ki, Nazirlər Kabineti və Cavabdeh2 onun iddia tələbi üzrə cavabdeh ola bilməz, çünki Nazirlər Kabinetinin 86 saylı qərarını rəhbər tutan Nəsımi rayon İcra Hakimiyyətinin 208 nömrəli, 03 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Nəsimi rayonunda yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, yeni yaşayış binası tikilinədək əhalının mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında m üvafiq mənzillərin ayrılması, qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi “xxxx” MMC-yə həvalə edilib. Göründüyü kimi, məhkəmə özü qərardadında ona məxsus mülkiyyətin qanunvericiliyə uyğun şəkildə alınmasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarını rəhbər tutan Cavabdeh2 03 noyabr 2016-cı il tarixli, 208 saylı Sərəncamı əsasında “xxxx” MMC-yə tapşırıldığını təsdiq edib. Cavabdeh2 “xxxx” MMC tərəfindən həmin ərazidə yerləşən mülkiyyətçilərin razılığının alınmasına əmin olmadan, onun mülkiyyətinin də yerləşdiyi ərazini “xxxx” MMC-yə bina tikintisi üçün verib. “xxxx” MMC də onun razılığı olmadan evini uçurub və həmin sahədə bina tikməyə başlayıb. Onun mülkiyyətinin alınmasına ilkin zəmin yaradan Nazirlər Kabinetinin 86 saylı qərarı o lub. Bu qərar əsasında da Nəsımi rayon İcra Hakimiyyəti ona məxsus mülkiyyətin də yerləşdiyi ərazini “xxxx” MMC-yə verərək, mülkiyyətçilərlə razılaşma əldə etməyi ona tapşırıb. Həm Nazirlər Kabinetinin 86 saylı qərarının və həm də Cavabdeh2 qeyd edilən Sərəncamının qanunvericiliyə uyğun şəkildə icrasına nəzarət müvafiq dövlət orqanlarının üzərinə düşüb. Məhz onların bu vəzifələrini doğru-dürüst icra etməməsi nəticəsində o, mülkıyyətindən qanunsuz əsaslarla məhrum olmuşdur. Məhkəmənin qanunsuz olaraq, mülkiyyətdən məhrum edilməyinə görə məsuliyyət yükünün yalnız “xxxx” MMC-nin üzərinə yükləməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, “xxxx” MMC Sərəncamın tələblərinə əməl etməyibsə, həmin Sərəncamın icrasını təmin etmək məsuliyyəti Cavabdeh2 üzərinə düşür. Azərbaycan Respublikası Konstit usiyasının 29.4-cü maddəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Həmçinin, “Torpaqların dövlət ehtiyacları üçün alınması” haqqında Qanunun 54.1-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı ədalətli kompensasiya ödənilməlidir və Qanunun 56-cı maddəsinə əsasən, kompensasiyanın müəyyənləşdirilməsi zamanı torpağın bazar qiyməti, torpaq sahibinin həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, mövcud inflyasiya, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nin və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər və s. nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının 1.2-ci bəndinə əsasən, mənzil fondunun yenilənməsi sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasının həyata keçirilməsi müvafiq icra hakimiyyətlərinə, o cümlədən Cavabdeh2nə tapşırılıb. Məhkəmənin 27 iyun 2018-ci il tarixli qərardadı ilə də təsdiq edildiyi kimi, mülkiyyətdən məhrum edilməyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı əsasında həyata keçirilib. Həmin qərarda isə mülkiyyətin alınmasının əsasları kimi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin ya xşılaşdırılması göstərilib ki, göründüyü kimi, bu əsaslar da torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Qanunun 3-cü maddəsində göstərilən dövlət ehtiyaclarına daxil deyil və xüsusilə nəzərə almaq lazımdır ki, onun mülkiyyəti qəzalı vəziyyətdə olmayıb. O, mülkiyyətindən məhrum edilməyi üçün ona hər hansı kompensasiya ödənilməyib. Halbuki, ali qanunumuz olan Konstitusiya tələb edir ki, hətta mülkiyyət dövlət ehtiyacları üçün alınarsa belə, onun əvəzi əvvəlcədən ödənilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən İddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2-1(103)-2362/2018 saylı qərardadının ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edə n iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair qərarın çıxarılmasını Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı də, vəkiliVəkilçıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi nə və iddia tələbinin təmin edilməsinə dair qərarın çıxarılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəldikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qərardadı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsin i də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 13 sentyabr 2018-ci il tarixli, 2-1(103)-2362/2018 saylı qərardadla, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2-1(81)-2131/2018 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 2.2.3, 34.1, 35.1.37-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür (İnzibati Prosessual Məcəllə 35.1-ci maddə), apelyasiya şikayəti qərardadın ləğvinə əsas vermir. Ona görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İnzibati Prosessual Məcəllə 87.6-cı maddə). Məhkəmə kollegiyası İddiaçı kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, iddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin ünvanda yerləşən istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq torpağın dəyəri 490000 manat, evin dəyəri 336000 manat və evində məhv edilmiş əşyaların dəyəri 86000 manat, ümumilikdə 912000 manatın və mənəvi zərərin əvəzi olaraq 100000 manat məbləğində vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadın əsaslarına gö rə Bakı şəhəri Nəsimi rayonunda yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, yeni yaşayış binası tikilənədək əhalinin mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması, qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi “xxxx” MMC-yə həvalə edilmiş, iddiaçıya məxsus daşınmaz əmlakın sökülməsi nəticəsində ona dəymiş ziyana görə “xxxx” MMC cavabdehlik daşımışdır. Göstərilən xüsusata əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı iddiaya cavab verməli olan inzibati orqana qarşı iddia qaldırmadığından, hazırkı iddiaya mövcud vəziyyətdə baxıla bilmədiyindən iddia mümkün sayılmamalıdır. Apelyasiya instansiyası məhk əməsi də İnzibati Prosessual Məcəllənin yuxarıda göstərilmiş maddələrinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2, 8.5-ci bəndlərinə, həmçinin Ali Məhkəmənin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 15.1, 15.2, 15.3-cü bəndlərinə əsaslanaraq, iş materiallarını iddianın mümkünlük şərtləri baxımından araşdırmaqla belə hesab etmişdir ki, iddiaçının tələb etdiyi zərər cavabdehlərlə (yəni, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Cavabdeh2 ilə) deyil, “xxxx” MMC ilə arasında yaranmış münasibətlərdən irəli gəlməklə, mahiyyətcə mülki hüquqi xarakterlidir. Başqa sözlə, İddiaçı hazırkı iddia ərizəsində irəli sürdüyü zərərin əvəzinin ödənilməsi haqqında tələbləri onunla «xxxx» MMC arasında yaranmış mülki hüquq münasibətlərdən qaynaqlanır, buna görə də həmin tələblərə inzibati məhkəmə icraatında deyil, mülki məhkəmə icraatında baxıla bilər. İddiaçının iddiası məhz bu səbəbdən mümkün sayılmamışdır. İddiaçı kasasiya şikayətində bu xüsusda göstərir ki, məhkəmənin qanunsuz olaraq mülkiyyətdən məhrum edilməyimə görə məsuliyyət yükünün yalnız “xxxx” MMC-nin üzərinə yükləməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, “xxxx” MMC Sərəncamın tələblərinə əməl etməyibsə, həmin sərəncamın icrasını təmin etmək məsuliyyəti Cavabdeh2 üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı burada İnzibati Prosessual Məcəllənin “İddianı n mümkünlüyü” adlanan 35-ci maddəsində müəyyən edilmiş müddəaları nəzərə almadan belə qənaətə gəlir. Belə ki, apelyasiya instansiyası məhkəməsi 13 sentyabr 2018-ci il tarixli qərardadında sözügedən məsələnin izah və təfsir edilməsinə çox geniş yer ayıraraq, müfəssəl və düzgün açıqlama verərək qeyd etmişdir ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcud luğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi, yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3) iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İnzibati Prosessual Məcəllə - 2.2.3, 34.1, 35.1-ci maddələr). Bu baxımdan apelyasiya instansiyası məhkəməsi doğr u olaraq bildirmişdir ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İnzibati Prosessual Məcəllə - 2.2.7-ci maddə) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayıldığından, sadalanan tələblər bu iddia növü üçün də eynilik təşkil edir (İnzibati Prosessual Məcəllə - 34.1-ci maddə) İnzibati orqanların qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi ilə bağlı məhkəmə mübahisəsindən bəhs edə bilmək üçün isə: 1) inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2) inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti o lmalı; 3) inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı, yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4) hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalı; 5) maraqlı şəxsə zərər vurulmuş olmalı, onun hüquqi vəziyyəti inzibati orqanın vəzifənin pozması vasitəsilə pisləşmiş olmalıdır (inzibati orqanın daşıdığı vəzifəni pozması və zərərin meydana gəlməsi arasında səbəbli əlaqə mövcud olmalıdır). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehlərin qanunla daşıdığı vəzifələri pozması, eləcə də iddia ərizəsində vurulduğu irəli sürülən zərərin cavabdehlərin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçını n hüquqi vəziyyətinin cavabdehlərin öz vəzifələrini pozması ilə pisləşmiş olması, başqa sözlə, cavabdehlərin hərəkətləri (hərəkətsizliyi) ilə vurulduğu güman olunan zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması, yəni, ümumilikdə iddiaçının əvəzinin ödənilməsini tələb etdiyi zərərin cavabdehlər tərəfindən vurulması iddia ərizəsində faktiki cəhətdən əsaslandırılmır, yaxud nəzəri baxımından əsaslandırılır. Əksinə, iş materiallarından məlum olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarı ilə Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, N izami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhərinin rayon icra hakimiyyətlərinə aidiyyəti üzrə 5 il müddətinə müvafiq tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. Cavabdeh2 Başçısının 208 nömrəli 03 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı rəhbər tutulub, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma əsaslandırılması barədə məktubuna əsaslanaraq, Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov qardaşlar ı və S.Ələsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış sahələrinin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında «xxxx» MMC-nin istifadəsinə verilmiş, MMC-yə ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının qarşılıqlı razılaşm a əsasında qanunvericiliyə əsasən həll edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bu iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdı rlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış id dianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının tələb etdiyi zərər cavabdehlərlə deyil, “xxxx” MMC ilə arasında yaranmış münasibətlərdən irəli gəlməklə, mahiyyətcə mülki hüquqi xarakterlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəl i Qərarının 15.1, 15.2 və 15.3-cü bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (15.1). Bu zaman nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İnzibati Prosessual Məcəllənin müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara d air işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmamışdır (15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.3). Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti tə min edilməməli, apelyasiya instansiyası məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2-1(103)2362/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli, 21(103)-2362/2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar