Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2842/2019 01.10.2019 ALİ MƏHKƏMƏ İş 2-1(102)-2842/2019 QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) 1 oktyabr 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Nəbizadə Rahib Sahib oğlu məhkəmə iclas katibi X1, İddiaçı nın iştirakı ilə, İddiaçı nın (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı 1993-2003-cü illərdə əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, həmçinin işlədiyi 2003-2008-ci illərə görə təyin edilmiş pensiyanın həmin illər üzrə orta aylıq əmək haqqına uyğun yenidən hesablanması öhdəliyinin cavabdehin üzər inə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-546/2019 saylı, 30 aprel 2019-cu tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinin mümkünlüyünə baxaraq müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 1993-2003-cü illərdə əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, həmçinin işlədiyi 2003-2008-ci illərə görə təyin edilmiş pensiyanın həmin illər üzrə orta aylıq əmək haqqına uyğun yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 30 ap rel 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermiş, lakin şikayət vəkil tərəfindən imzalanmamış, vəkilin orderi şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsində qeyd edilir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 407.3-cü maddəsində qeyd edilir ki, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır... MPM-in 407.4-cü maddəsinə görə şikayətə vəkilin orderi...əlavə olunur. MPM-in 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılır. İnzibati Prosessual Məcəllənin 96.3-cü maddəsinə görə kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır... Cavabdehin verdiyi kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından və vəkilin orderi şikayətə əlavə edilmədiyindən, bununla bağlı şikayətin mümkünlüyünə baxılması z ərurəti yaranmış və proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə kassasiya şikayətinin mümkünlük məsələsinə baxılması 1 oktyabr 2019-cu il tarixətəyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə, o cümlədən kassasiya şikayətini tərtib etmiş cavabdehə 31 avqust 2019-cu il tarixli məhkəmə bildirişi göndərilmiş, bildirişdə şikayətin vəkil tərəfindən tərtib edilmədiyi və imzalanmadığı qeyd edilərək göstərilən nöqsanın 1 oktyabr 2019-cu tarixədək aradan qaldırılması təklif edilmiş, əks halda kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşdur. O da qeyd edilməlidir ki, cavabdehin kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından və vəkilin orderi əlavə edilmədiyindən bu barədə cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən 12 iyul 2 019-cu tarixli məktubla xəbərdar edilmiş, cavabdeh həmin məktubu 22 iyul 2019-cu il tarixdə almışdır. Ali Məhkəmə tərəfindən cavabdehə məktub göndərilərək kassasiya şikayəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tələblərə əməl edilməsi ona bildirilmiş, bildirişdə nöqsanlar aradan qaldırılmadığı halda, onun hüquqi nəticələri izah edilmişdir. Buna baxmayaraq cavabdeh vəkillə tərtib edilmiş kassasiya şikayətini məhkəmə kollegiyasına təqdim etməmişdir. İddiaçı şikayətin mümkün sayılmamasını xahiş etmişdir. Kassasiya şikayətini vəkil imza etmədiyindən və şikayətə vəkilin orderi əlavə olunmadığından kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir. İPM-in 96.3-cü maddəsinə görə...Şikayətin qəbulundan imtina edildiyi hallarda apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.3-cü maddəsini rəhbər tutaraq qərar verdim: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-546/2019 saylı, 30 aprel 2019-cu il tarixli qərarından verdiyi kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2842/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2842/2019
01.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver