Məhkəmə qərarları › İş №2-1(102)-2843/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2843/2019

25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2843/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2843/19 Bakı şəhəri 04 dekabr 2019-cu il Açar sözlər: hərbi qulluqçulara əlilliyə görə pensiyanın təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 may 2019-cu il tarixli, 2-1(103)-858/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar ikinci qrup əlilliyə görə 28 yanvar 2008-ci il tarixdən etibarən olan dövr üçün almadığı təqaüdün 80 faiz miqdarında hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbləri nin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 23 oktyabr 2017-ci il tarixdən təyin edilmiş əlilliyə görə pensiyanın son üç ilinin hesablanması və yaranacaq fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, ona 2008-ci ildə ikinci qrup əlillik dərəcəsi verilmiş və əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olaraq göstərilmişdir. Əlilliyin səbəbi səhv göstərildiyindən, iddiaçı bu barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti Xüsusi həkim Ekspertizasına müraciət etmiş, Komissiyanın 16 iyun 2017-ci il tarixli qərarı ilə ona hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci qrup əlillik dərəcəsi ve rilmiş və qərarda travmanın 18 iyul 2007-ci il tarixdə xidməti vəzifənin yerinə yetirilməsi zamanı aldığı qeyd olunmuşdur. İddiaçıya ikinci qrup əlilliyə görə təminat xərcliyinin 80 faizi miqdarında təqaüdün 2008-ci ildən ödənilməli olmasına baxmayaraq, həmin həcmdə təqaüd ona yalnız 2017-ci ilin noyabr ayından ödənilmişdir. 2008-ci ildən 2017-ci il tarixədək olan dövr üçün isə onun təqaüdü təminat xərcliyinin 55 faizi həcmində ödənilmişdir. İddiaçı həmin dövr üçün ona təminat xərcliyinin 80 faizi həcmində təqaüdün ödənilməsinə dair cavabdehə müraciət etmiş, cavabdeh isə təqaüdün düzgün hesablanaraq ödənilməsini əsas gətirməklə imtina etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan ikinci qrup əlillərə müvafiq təminat xərcliyinin 55 faizi miqdarında pensiya təyin edilmiş, növbəti, yəni 01 noyabr 2017-ci il tarixdə keçirilmiş müayinədən sonra əlilliyi səbəbi hərbi xidmət vəzifəsini yerinə yetirərkən göstərildikdən sonra həmin tarixdən ona qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq təminat xərcliyinin 80 faizi miqdarında pensiya təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 fevral 2018-ci il tarixli, 2-1(81)815/2018 saylı qərarı ilə (hakim Aygün Abdullayeva) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən iddiaçıya təyin edilmiş ikinci qrup əlilliyin səbəb əlaqəsi 23 oktyabr 2017-ci il tarixdə “hərbi xidmət vəzif əsini yerinə yetirməklə əlaqədar əlillik” olaraq dəyişdirildiyindən, iddiaçı ona təyin olunmuş təqaüdün son üç ilinin yenidən hesablanaraq fərqin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli, 2-1(103)-1442/2018 saylı qərarı ilə (sədrlik edən Ülvi Mayılov, hakimlər Mirzə Tağızadə və Kəmalə Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verməklə onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2-1(102)-220/2019 saylı qərarı ilə (sədrlik edən İlqar Hüseynov, hakimlər Nigar Rəsulbəyova və Zakir Quliyev) apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçının əlilliyinin onun hərbi travma aldığı vaxtda, yaxud bundan sonra baş verməsinin müəyyən edilməsi üçün tibbi-sosial sahədə xüsusi bilik tələb olunduğundan, əlilliyin baş vermə vaxtı məhz həmin biliklərə sahib olan səlahiyyətli şəxslər tərəfindən müəyyən edilə bilərdi. Apellyasiya məhkəməsi ona “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlilliy”in təyin edildiyi 23 oktyabr 2017-ci il tarixdən əvvəl eyni səbəb əlaqəsi ilə əlil olduğuna dair gəldiyi nəticəni əsaslandırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 may 2019-cu il tarixli, 2-1(103)-858/2019 saylı qərarı ilə (sədrlik edən Elmira Nağıyeva, hakimlər Vüsalə Baxışova və Həmid Həmidov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya 2008-ci il tarixdə əlillik təyin edilmiş və onun səbəb əlaqəsi müəyyən edilmişdir ki, bununla bağlı Komissiyanın qərarı inzibati akt hesab olunmalıdır. İddiaçı isə, onun üçün hüquqi nəticələr yaradan həmin inzibati aktı mübahisələndirməmiş, həmin qərar Tibbi Sosial Ekspert Komissiyasının əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsinə dair qər arın qəbil edildiyi tarixədək qüvvədə olmuş və etibarsız sayılmamışdır. İddiaçının əlilliyinin ilkin səbəb əlaqəsi Tibbi Sosial Eksper Komissiyası tərəfindən müəyyən edildiyindən və cavabdeh sonuncunun qərarına əsasən iddiçıya pensiya təyin etdiyindən cavabdehin bununla bağlı hərəkətləri qanunsuz hesab edilə bilməz. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli, 93 saylı qərarı ilə təsdiq edilmiş və 2016-cı il 05 fevral tarixinədək qüvvədə olmuş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.5, 3.1, 5.1, 5.4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.3, 1.4, 3.1.3, 4.26, 5.4, 5.5, “İnzi bati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2, 64.1, 64.2-cimaddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi iş üzrə Ali Məhkəmənin qərarında qeyd olunmuş mövqeyi təkrarlamış və iddia tələbinin əsassız olmasına dair düzgün olmayan nəticəyə gəlmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən onun əlilliyinin ilkin olaraq səbəb əlaqəsi düzgün müəyyən edilmədiyindən, onun əmək pensiyası əlilliyin təyin olunduğu tarixdən müvafiq təmina t xərcliyinin 80 faizi həcmində hesablanmalıdır. Bundan başqa bildirilmişdir ki, məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ona 2007-ci il tarixdə ikinci qrup əlilliyin təyin olunmasına əsas olmuş halların əks olunduğu tibbi sənədlərin məhkəməyə göndərilməsinə dair sorğunun göndərildiyini qeyd etsə də, sonradan həmin sorğuya cavab olaraq məhkəməyə tələb olunan sənədlərin göndərilib-göndərilməməsi barədə qərarda qeyd olunmamışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə v ə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 01 dekabr 2017-ci il tarixli, 03/89/02-665 saylı məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, o nun 01 sentyabr 2013-cü il tarixdən təminat xərcliyi 481,30 manat təşkil edir. Ona İİ qrup hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyə görə təminat xərcliyinin 80 faizi miqdarında, yəni 385,04 manat məbləğində pensiya düzgün hesablanaraq ödənilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Xüsusi Həkim Ekspertiza Komissiyasının 16 iyun 2017-ci il tarixli, 37/00258 saylı qərarının surətindən görünür ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən 2007-ci il tarixdə travma almışdır. Bununla bağlı, iddiaçı barəsində “travmadır, xidməti vəzifələrini yerinə yetirərkən almışdır” qərarı verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, iddiaçıya 23 oktyabr 2017-ci il tarixdə ikinci dərəcəli əlillik verilmiş, əlilliyin səbəb əlaqəsi “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Fövqəladə Hallar Nazirliyi Xətai rayon Şöbəsi tərəfindən verilmiş 000164 saylı vəsiqəsinin surətindən görünür ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən İİ qrup əlilliyə görə 28 yanvar 2008-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək 264,72 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İşin təkrar apellyasiya icraatı zamanı 09 aprel 2019-cu il tarixdə məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə sorğu ünvanlanaraq işin obyektiv və hərtərəfli araşdırılması üçün idd iaçıya İİ qrup əlillik dərəcəsinin təyin edilməsinə əsas olan və 2007-ci il tarixində iddiaçının travma dövründə başından aldığı xəsarətlə əlaqədar təqdim tibbi sənədlərin surətlərinin qısa müddətdə məhkəməyə göndərilməsi xahiş edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublik ası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya əlillik dərəcəsi Tibbi-Sosial Ekspert Komissiyasının iddiaçı tərəfindən mübahisələndirilməyən, inzibati akt sayılan qərarı əsasında təyin edildiyindən, həmin qərarın qəbul edildiyi tarix əsas olmaqla cavabdeh tərəfindən əmək pensiyasının təyin edilməsi qanunsuz hesab edilə bilməz. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, Tibbi-Sosial Ekspert Komissisyasının ona əlilliyin təyin edilməsi barədə qərarı onun tərəfindən mübahisələndirilməsə də, sonradan qəbul eid lmiş qərarda əliliyin səbəb əlaqəsi dəyişdirilmişdir. İddiaçının əmək pensiyası onun təminat xərcliyinin 80 faizi miqdarında olmaqla ödənilməmiş dövrlər üçün də hesablanmalı idi. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə Qanun): - 20.16-cı maddəsinə əsasən, bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, İİ qrup müharibə əlillərinə - 80 faizi, İİİ qrup müharibə əlillərinə - 55 faizi; 20.16.2. İ qrup digər əlillərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlillərə) müvafiq təminat xərcliyinin - 60 faizi, İİ qrup əlillərə - 55 faizi, İİİ qrup əlillərə - 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər; - 20.1.12-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: bu qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçular; - 12.2-ci maddəsinə əsasən, hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətind ən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir; - 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Müddəaların tələblərindən göründüyü kimi, hərbi qulluqçulardan olan əlillərə müvafiq təminat xərcliyinin müxtəlif faiz nisbəti ilə pensiyanın ödənilməsi müəyyən olunmuşdur. Qanunun 20.16.1 və 20.16.2-ci maddələri arasında olan fərq hərbi qulluqçuların əlilliyinin səbəb əlaqəsi xidmət i vəzifələri yerinə yetirməklə və ya xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan halla əlaqələndirilmişdir. Şəxsin müraciətinə uyğun olaraq əlilliyə görə əmək pensiyası əlillik dövrü üçün təyin edilməlidir. İşin hallarına görə, iddiaçıya ilk əvvəl əlilliyə görə təyin edilmiş əmək pensiyası onun əlilliyinin səbəb əlaqəsi xidməti vəzifələrin yerinə yetirməklə bağlı olmayan halla əlaqələndirildiyindən, yuxarıda istinad edilmiş Qanunun 20.16.2-ci maddəsi tətbiq olunmaqla təminat xərcliyinin faiz nisbi miqdarında müəyyən edilmişdir. Lakin 23 oktyabr 2017-ci il tarixdə aparılmış yeni müayinənin nəticəsi olaraq iddiaçıya verilən əlillik - 2-ci qrup dərəcəsi ilə «Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik» kimi qiymətləndirilmişdir. Həmin müayinəyə dair zamana görə qüvvədə o lmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»sində aşağıdakılar müəyyən edilmişdir: - 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra — TSEK) tərəfindən həyata keçirilir; - 1.6-ci bəndinə əsasən, TSEK tərəfindən (...) hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, (...) Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələ rinin göndərişləri əsasında aparılır; - 4.5-ci bəndinə əsasən, hərbi-həkim ekspertizasının rəsmiləşdirdiyi göndərişlərin «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilməsi mümkün olmadıqda, onlar kağız daşıyıcıları formasında imzalanır və dairəvi möhürlə təsdiq olunmaqla, hərbi-həkim ekspertizası tərəfindən Xidmətə təqdim edilir; - 4.26-ci bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Müddəaların tələblərindən göründüyü kimi, hərbi qulluqçulara münasibətdə hərbihəkim ekspertizasının müvafiq göndərişi əsasında TSEK-də əlilliyin qiymətləndirilməsi həyata keçirilir və müvafiq müayinə olunduqda sonra şəxsin əlilliyi müəyyən edilir. Əmək pensiyasının alınması üçün şəxsin təqdim etdiyi sənədl ər onun həm əlil olmasını və əlilliyin bilavasitə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar olduğu sübuta yetirməlidir. Şəxsin əlilliyinin müəyyən ediməsinin tarixi TSEK-in qərarının qəbul edildiyi tarix hesab olunduğundan, məhz həmin tarixdən şəxsin əmək pensiyanın alınması hüququ yaranmış olur. Hərbi qulluqçunun istinad edilən Qanunun maddəsində nəzərdə tutulmuş əlilliyin yaranmasına əsas olmuş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 59 saylı, 29 fevral 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Əsasnamənin 7.2-ci maddəsinə görə, hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarlar ı çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». Beləliklə, hərbi qulluqçunun travmanın alınması ilə bağlı əlilliyi müəyyən olunarkən, hərbi-həkim komissiyası tərəfindən istinad edilən Əsasnamənin 7.2-ci maddəsinin “c” və “ç” bəndlərində nəzərdə tutulmuş qəbul edilən qərarların fərqi onunla bağlıdır ki, bir halda şəxsin hərbi xidmət vəzifələr ini yerinə yetirərkən travmanın alınması (“c” bəndi), digər halda isə travmanın hərbi xidmət dövründə, lakin xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olmadan alınmasını nəzərdə tutmuşdur. İşin hallarına görə, iddiaçıya əlilliyinin səbəb əlaqəsi haqqında “travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» FHN Tibb Xidməti Xüsusi Həkim Ekspertiza komissiyasının 16 iyun 2017-ci il tarixli qərarı qəbul edilmişdir. Qeyd edilmiş əsasla Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya ikinci dərəcəli əlillik təyin olunarkən onun səbəb əlaqəsi kimi “Hərbi xidmət vəzifəsini yerinə yetirilməklə əlaqədar əlillik” kimi müəyyən edilmişdir ki, bu hal iddiaçının əmək pensiyasının yuxarıda istinad edilmiş Qanunun 20.16.1-ci maddəsinin tələblərinin cava bdeh tərəfindən həmin tarixdən etibarən tətbiqini mümkün etmişdir. Məhkəmə kollegiyası bu hissədə apellyasiya məhkəməsinin apardığı qiymətləndirmə ilə razılaşdığını qeyd edir. İddiaçının dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi cavabdeh inzibati orqanın qəbul etdiyi qərarının qanunsuz hesab olunmasl üçün hüquqi əsası kimi qiymətləndirilə bilməz. Çünki qanunvericiliyin yuxarıda aparılmış təhlilindən göründüyü kimi, cavabdeh tərəfindən müvafiq pensiya məbləğinin təyin edilməsini zəruri edən şərtlər daxilində və onlara müvafiq olaraq təqdim edilmiş sənədlər əsasında qərar qəbul edilmişdir. Qeyd edildiyi kimi, şəxsin əlilliyinin müəyyən ediməsinin tarixi TSEK-in qərarının qəbul edildiyi tarix hesab olunduğundan, məhz həmin tarixdən şəxs in müvafiq pensiya məbləğinin alınması hüququ yaranmış olur. Əlilliyin səbəb əlaqəsinin müəyyən edilməsi ilə bağlı ilkin qərarın düzgün olmaması əsası ilə iddiaçının marağı yalnız qəbul edilmiş qanunsuz qərar nəticəsində ona dəymiş zərər məbləğinin alınması ilə bağlı ola bilər. Bu halda iddiaçı məhz həmin orqana qarşı iddia qaldırmaqla qanunvericiliyin tələblərinə əsasən qəbul edilməli olan qərar əsasında ona çatmalı olan pensiya məbləği çərçivəsində zərərin ödənilməsini tələb edə bilər. Çünki bir inzibati orqanın qəbul etdiyi ehtimal olunan qanunsuz qərarının nəticələrinə görə digər inzibati orqanın məsuliyyəti müəyyən edilə bilməz. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsini n qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegi yasının 24 may 2019-cu il tarixli, 2-1(103)-858/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar