Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2844/2019 05.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRARDAD Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin vəkili X4, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi X2, vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (bundan sonra mətndə cavabdeh) qarşı 434.532,40 manat vergi hesablanması barədə cavabdehin 30 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsi və şəxsi hesab vərəqəsindən həmin borcun silinməsi tələbinə dair iş üzrə cavabdehin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1497/2019 saylı, 14 iyun 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. təsviri hissə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3674/2018 saylı 4 dekabr 2018-ci il tarixli qərardadı ilə iddianın geri götürülmüş sayılması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, işə baxılması barədə məhkəmə iclası bir neçə dəfə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə la zımi qaydada məlumat verilmiş, lakin iddiaçı və cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinə əsasən, iddia geri götürülmüş sayılmışdır. İddiaçının həmin qərardaddan verdiyi apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 14 iyun 2019-cu il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın geri götürülmüş sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. tərəflərin izahatları: Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini müdafiə edib şikayəti n təmin edilməsini xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, apellyasiya məhkəməsinin qərardadından kassasiya verilə bilər. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini qəbul etməyərək bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən hüquq normalarının pozuntusuna yol verməmişdir. Əslində məhkəmə qərardadından kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şikayət mümkün sayılmalı deyildir. əsаslаndırmа hissəsi: Cavabdehin kassasiya şikayətinin mümkün sayılması üçün əsaslar olmamışdır. Ona görə də şikayət mümkün sayıla bilməz. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsi qərardadda vurğulamışdır ki, məhkəmə iclası barədə birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya ünvanlanmış bildirişdə prosesdə iştirak etmənin doğuracağı hüquqi nəticələr barədə məlumat verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın geri götürülmüş sayılmasına dair qərardadını ləğv edərək işi mahiyyəti üzrə baxılması üçün göndərməklə, mübahisəyə baxılmasını zəruri hesab etmişdir. İşə baxılmasına dair qərardaddan şikayət verilməsi İnzibati Prosessual Məcəllədə (bundan sonra İPM) nəzərdə tutulmamışdır. Hazırkı mübahisə tərəflərin, o cümlədən iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması, habelə məhkəmə iclasında iştirak etmədiyi halda onun hüquqi nəticələrinin izah edilməməsi ilə bağlı olmuşdur. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tut ulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. İPM-in 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər ) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İPM-in 83.1-ci maddəsinə əsasən, şikayət inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Normaların əlaqəli təhlilindən göründüyü kimi məhkəmə qərardadlarından o halda şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi İPM-də nəzərdə tutulmuş olsun, həmçinin o şəxslər şikayət vermək hüququna malikdirlər ki, onların tələbləri təmin edilməmiş olsun. Hazırkı vəziyyətdə apellyasiya instansiyası məhkəm əsinin qərardadı cavabdehin hər hansı hüquq və mənafeyinə toxunmadığından, cavabdehin qərardaddan şikayət vermək səlahiyyəti olmamışdır. Bəhs olunanlara əsasən cavabdehin verdiyi şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2, 96.3, 96.10 və 98.1-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-1497/2019 saylı 14 iyun 2019-cu il tarixli qərardadından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın. Qərardad qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2844/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2844/2019
05.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver