Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2844/2023 30.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yeni texniki pasport və çıxarış verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı mənzil üzə rində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı dövlət reyestrində müvafiq dəyişiklik edilməsi, bu barədə çıxarış və texniki pasport verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-654/2023 nömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli qərarından iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvana dair arxiv qovluğunda saxlanılan Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 78/56 nömrəli sərəncamına əasən, Bakı şəhəri İnqilab küçəsi 30 nömrəli yaşayış evinin 2-ci mənzili əvəzsiz olaraq şəxsi mülkiyyət kimi vətəndaş X2 verilmişdir. 2. 28.03.1994-cü il tarixli bağ ışlama müqaviləsinə görə, Bakı şəhəri İnqilab küçəsi 30 nömrəli yaşayış evinin 2-ci mənzili vətəndaş X2 verilmişdir.
3. X4 xx.xx.2018-ci il tarixdə ölmüşdür.
4. Qanun üzrə vərəsəlik hüququ haqqında 21 may 2021-ci il tarixli şəhadətnaməyə görə, İddiaçı X1 vərəsəsidir və ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır.
5. İş materiallarında olan:
6. Bakı şəhəri İnqilab küçəsi ev 30, 2 nömrəli mənzilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən X1 adına dair texniki tərtib edilmiş, texniki pasport həmin idarənin rəisi tərəfindən təsdiq edilməmişdir.
7. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfində n X1 adına Bakı şəhəri İnqilab küçəsi ev 30, 2 nömrəli mənzilə dair xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022-ci il tarixli ekspert rəyinə əsasən, qərardadın birinci sualı üzrə: ünvan 3 ünvanda yerləşən 2 saylı mənzilin iş materiallarında olan texniki pasportu ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Belə ki, 3 və 4 saylı tikililər ilə 2 və 5 saylı tikililər arasında olan arakəsmələr faktiki vəziyyətdə yerində yoxdur. Bundan əlavə, texniki pasportda göstərilən 6 ə 7 saylı arasındakı arakəsmə divarlar yerində mövcud deyil; qərardadın ikinci sualı üzrə: ünvan 3 ünvanda yerləşən 2 saylı mənzilə dair texniki pasportda göstərilmiş 121,5 kv.m-dən başqa ünvanda hər hansı əlavə tik ili yoxdur; qərardadın ücüncü sualı üzrə: ünvan 3 ünvanda yerləşən 2 saylı mənzil hal-hazırda qeyriyaşayış sahəsi kimi istifadə olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Ak. Həsən Əliyev küçəsi ev 30 ünvanda yerləşən 2 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı dövlət reyestrində müvafiq dəyişiklik edilməsi, mənzilin ümumi sahəsinin 121,5 kv.m, yaşayış sahəsinin 38 kv.m, köməkçi sahəsinin 80,4 kv.m göstərilməsi və dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2009/2022 nömrəli iş üzrə 29 avqust 2022ci i l tarixli nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şər tin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 2 saylı mənzilə dair texniki pasportda göstərilmiş 121,5 kv.metrdən başqa, ünvanda hər hansı əlavə tikili yoxdur və ünvan 4 ünvanında yerləşən 2 saylı mənzil halhazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Odur ki, qeyd edilən daşınmaz əmlakın yaşayış və köməkçi sahələri hazırda mövcud olmadığından mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılmasına dair iddiaçının qanuni gözləntisi yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunundan: Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının d ayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Mənzil Məcəlləsindəndən: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilmədən (buna dair müvafiq qərar yoxdur) hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu halda iddiaçının qeyd edilən əmlaka yaşayış və köməkçi sahələri göstərilməklə (həmin sahələr mövcud olmadığından) mənzil kimi mülkiyyət hüququn tanınması tələbi təmin edilməməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir.
13. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-654/2023 nömrəli 06 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər R.Səmədov (sədrlik edən və məruzəçi), X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslarına görə, “İddiaçı tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili iddiaçının öz yaşayış sahəsini qeyriyaşayış sahəsinə keçirmək niyyətinin olmaması, mərhum həyat yoldaşının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə müvəqqəti olaraq yaşayış sahəsindən qeyri-yaşayış sahəsi kimi istifadə etməsindən ibarətdir. Halbukı, iş üzrə keçirilən ekspertiza rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 2 saylı mənzilin iş materiallarında olan texniki pasportu ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Belə ki, 3 və 4 saylı tikililər ilə 2 və 5 saylı tikililər arasında olan arakəsmələr faktiki vəziyyətdə yerində yoxdur. Bundan əlavə, texniki pasportda gös tərilən 6 və 7 saylı tikililər arasındakı arakəsmə divarlar yerində mövcud deyil. Mənzilə dair texniki pasportda göstərilmiş 121.5 kv.metr-dən başqa, ünvanda hər hansı əlavə tikili yoxdur. Mənzil hal- hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunundan: 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Mənzil Məcəlləsinə əsasən: -20.1. Yaşa yış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. -21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin qanunvericiliyin tələblərinə və işin hallarına əsasən yoxlayıb qiymət verərək hesab edir ki, yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilmədən hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu üçün iddiaçının qeyd edilən əmlaka yaşayış və köməkçi sahəl əri göstərilməklə (həmin sahələr mövcud olmadığından) mənzil kimi mülkiyyət hüququn tanınması barədə tələbi, o cümlədən apellyasiya şikayətinin dəlilləri əsassızdır, təmin edilməməlidir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ
15. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, qərarın ləğv edilib, yeni qərar qəbul edilməsini xahiş etmişdir. a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə nəzərə almayıb ki, miras mənzil yerindədir, iddiaçının mərhum həyat yoldaşının həmin mənzilə hüquqlarının dövlət reyestrində qeydiyyatı ləğv edilməyib, hüquqlar vərəsə kimi iddiaçıya keçməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Maddə
13. Mülkiyyət İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və a zadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 12.2. Yaşayış sa həsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür; Maddə 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; Maddə 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət v ə digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir; Maddə 9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir; Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq ç ıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.
22. Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı: Bənd
5. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (ə lavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etsin.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əla və məlumat və sübutlar tələb edə bilər; Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır; Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir; Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmi yyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir; Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsin in İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərar: “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusi yasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.”
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları Milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin işi üzrə xx.xx.2007-ci il tarixli Qərar); ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, bu, məhkəmənin bel ə dəlillərin rədd edilməsinə dair nəticəni əsaslandırmamasına dəlalət edir (Hiro Balani işi üzrə xx.xx.1994-cü il tarixli Qərar). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASİ QAYDASİ a) Kassasiyanın mümkünlüyü
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. b) Kassasiya baxışının hədləri
27. Kassasiya şikayətində qərarın ləğvi xahiş edildiyi instansiyasının yekun məhkəmə aktı şikayət həddində tam yoxlanılır. üçün, apellyasiya c) İşə baxılması qaydası
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları pozulmuş, prosessual hüquq normalarının tələblərinə riayət edilməyərək, işin faktiki halları tam araşdırılmamışdır. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
30. İlk olaraq, işin mübahisəsiz halları ondan ibarətdir ki: 1. mübahisəli daşınmaz əmlak mənzildir, yəni yaşayış sahəsidir, yaşayış sahəsi dedikdə isə vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür (§20); 2. mənzil 2 otaqlıdır; 3. mənzilin yalnız yaşayış sahəsi 38 kv.m-dir; 4. iddiaçıya verilən xx.xx.2021-ci çıxarışda 38 kv.m. mənzilin ümumi sahəsi kimi göstərilmişdir.
31. Mənzilə dair ilkin sənədlərdə onun yalnız yaşayış sahəsi göstərilsə də, aşağı instansiya məhkəmələri həmin mənzilin dəhliz, mətbəx, sanitar qovşağı və sair kimi köməkçi sahələrinin olub-olmadığını araşdırmamışlar. Qanunun mənası prezumpsiya olaraq belə bir nəticəyə imkan verir ki, əgər qeyd olunan köməkçi sahələr mövcud olmasaydı, o halda ilkin hüquqi sənədlərdə və sonrakı qeydiyyat sənədlərində daşınmaz əmlak mənzil olaraq qeyd edilməməli və qeydə alınmamalı idi. Belə olan halda, mövcudluğu prezumpsiya təşkil edən və iş materialları ilə təkzib olunmayan köməkçi sahələrin neçə kvadratmetr olması da ar aşdırılmalı idi.
32. Bundan əlavə, işdən müəyyən edilir ki, iddiaçının təqdim etdiyi texniki pasport tərtib edilməyə başlansa da (həmin sənəddə Bakı ŞİH BA TİMHQ idarəsinin sənədi tərtib edən iki vəzifəli şəxsinin adları, imzaları və xx.xx.1995-ci il tarixi qeyd olunmuş, sənədə üzərində TİMHQİ-nin adı olan üçkünc və dördkünc ştamplar vurulmuşdur), prosesin niyə yekunlaşmadığı, texniki pasportun layihəsində göstərilən mənzilin ümumi sahəsinin cəmi 120,4 kv.m. və digər göstəricilərin həqiqəti əks etdirib-etdirmədiyi də məhkəmə təqdiqatının predmetui olmamışdır. Nəzərə alınsa ki, Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022-ci il tarixli ekspert rəyində mənzilin sahəsi 121,5 kv.m. göstərilmişdir, o halda bu rəqəmlər dəqiqləşdirilməli idi.
33. Həmçinin, adıçəkilən ekspert rəyində mənzildə 121, 5 kv.m-dən başqa hər hansı əlavə tikilinin olmadığı qeyd edilmişdir ki, bu hal da mübahisəli mənzilin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanının 5-ci bəndinin (§22) təsiri altına düşüb-düşməməsi məsələsinə işə yenidən baxarkən hüquqi qiymət verilməsini zəruri edir.
34. Məhkəmə kollegiyası bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət müha kiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə xx.xx.1987-ci il tarixli Qərar, §53; Suominen Finlandiyaya qarşı iş üzrə xx.xx.2003-cü il tarixli Qərar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X5rşı iş üzrə xx.xx.1994-cü il tarixli Qərar, §30; Buzescu Rumıniyaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli Qərar, §67).
35. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
36. Prosessual qanunvericiliyin tələblərinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qərar və qərardadının ləğv edilməsi və işin təkrar baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
37. İnzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
38. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-654/2023 nömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Qərar qətidir.