Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2845/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə Açar sözlər: əmrin dəyişdirilməsi, diskresion səlahiyyətlər. QƏRAR GİRİŞ HİSSƏ 01.11.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili X1, cavabdehin nümayəndəsi X3 və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı əmrin dəyişdirilməsi tələbinə d air Bakı Apellasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-311/2019 saylı iş üzrə 14 mart 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 01 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 14.07.1993-cü ildən 02.09.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 7 may 2016-cı il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmış, 02.09.2016-cı il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmaq la qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə göndərilmişdir. 05.09.2016-cı il tarixdən SHXÇDX-nin Xətai rayon idarəsində qeydiyyata alınmışdır. Sağlamlığında yaranmış ciddi problemlərlə əlaqədar SHXÇDX-nin Bakı şəhər Xətai rayon idarəsi rəisinin 17.01.2017-ci il tarixli 22 nömrəli göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. İddiaçı Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 27 fevral 2017-ci il tarixli 575 nömrəli Xəstəlik haqqında şəhadətnaməyə əsasən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndi (ştatların ixtisarına görə) ilə ehtiyata buraxıldığı haqqında qərarının dəyişilərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsin in “v” bəndi (xəstəliyə görə) ilə əvəz olunması barədə qərar verilməsi və pensiyanın yenidən hesablanmasına dair aidiyyəti üzrə göstəriş verilməsi üçün 19 aprel 2017-ci il tarixdə cavabdehə müraciət etmişdir. Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin Komplektləşdirmə şöbəsinin Komplektləşdirmə bölməsi (zabit və gizirlərlə) tərəfindən 24.05.2017-ci il tarixdə verilmiş cavab məktubunda iddiaçının xidmətdən ehtiyata buraxılması barədə əmrin imzalanması zamanı qüvvədə olan qanunların pozuntusuna yol verilmədiyi üçün əmrin dəyişdirilməsinə müsbət qərar qəbul edilməmişdir (“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsi əsas kimi göstərilmişdir). Bundan sonra iddiaçı 20.06.2017-ci il tarixdə təkrar ərizə ilə Müdafiə Nazirliyinə müraciət etmiş, hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı hərbi travmanı, hərbi xidmət dövründə aldığı xəstəliyi və qüsursuz xidmətini nəzərə alaraq, ehtiyata buraxılması haqqında qərarının dəyişilərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndi (xəstəliyə görə) ilə əvəz olunması barədə qərar verilməsi və pensiyasının yenidən hesablanmasına dair müvafiq göstəriş verilməsini bir daha xahiş etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 19.07.2017-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında“ Əsasnamənin 22-ci maddəsinə əsasən hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və ya ehtiyata buraxılması xidmət etdiyi hərbi hissə komandiri tərəfindən imzalanmış təqdimat əsasında həyata keçirilir. 25.02.2016-cı il tarixli raporta əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15 6-cı maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq təqdimat tərtib olunmuş və 14.04.2016-cı il tarixdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə daxil olmuşdur. 25.02.2016-cı il tarixdə 1-ci söhbət və 16.03.2016-cı il tarixdə 2-ci söhbət zamanı müayinə üçün Hərbi Həkim Komissiyasına göndərilməsi zəruriliyi sualına “Sıradankənar hərbi xidmətə yararlı” olması qeyd edilmiş, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin dəyişdirilməsinə müsbət qərar qəbul edilməmişdir. İddiaçı 22 avqust 2018-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək cavabdehin 07.05.2016-cı il tarixli 0322 nömrəli əmrinin dəyişdirilərək, Azərbaycan Respublikası Müdafiə Naz irliyinin Hərbi Həkim Komissiyası tərəfindən 27.02.2017-ci il tarixli 575 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən xəstəliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 14.07.1993-cü ildən 02.09.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası Müdafiə nazirinin 07 may 2016-cı il tarixli müvafiq əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «q» bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq ehtiyata buraxılmış, 02.09.2016-cı il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmaqla qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə göndərilmişdir. 05.09.2016-cı il tarixdən SHXÇDX-nin Xətai rayon idarəsində qeydiyyata alınmışdır. Sağlamlığında yaranmış ciddi problemlərlə əlaqədar SHXÇDX-nin Bakı şəhər Xətai rayon idarəsi rəisinin 17.01.2017-ci il tarixli 22 nömrəli göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Mərkəzi Hərbi Həkim komissiyası tərəfindən diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında qərar verilmiş, diaqnoz: «Xarici amilin-radiasiyanın təsiri nəticəsində yaranan toksiki-postradiasion ensefalopatiyanın soltərəfli piramid çatışmazlığı, davamlı vegetativ-damar və asteno-nevrotik əlamətlərlə keçən ifadəli funksional pozğunluqlarla təzahür edən nəticələri». Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır. Nadir hallarda kəskinləşən, hissi-hərəki pozulmalarla təzahür edən, residiv gedişli diskogen mənşəli xroniki boyun (C3-C4.C5-C6) və bel-oma (L3-L4,L4-L5,L5-S1) radikuliti, remissiya mərhələsində. C3-C4, C5-C6, L3-L4, L4-L5, L5-S1 fəqərələrarası disklərin protruziyaları. Xroniki qeyri-spesifik prostatit, natamam remissiya mərhələsində xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Hərbi Həkim Komissiyasının hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: Xəstəliklər cədvəlinin 24c, 85c, 26c maddəsinin İİİ qrafasına və ƏTCyə (Azərba ycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə qoşma) əsasən, Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Hərbi xidmətdən ehtiyata buraxılandan 3 (üç) il keçmədən, Mərkəzi Hərbi Həkim Kamissiyası tərəfindən verilmiş 27 fevral 2017-ci il tarixli 575 nömrəli Xəstəlik haqqında şəhadətnaməyə əsasən onun «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «q» bəndi (ştatların ixtisarına görə) ilə ehtiyata buraxıldığı haqqında qərarının dəyişilərək «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «v» bəndi (xəstəliyə görə) ilə əvəz olunması barədə qərar verilməsi və pensiyanın yenidən hesablanmasına dair aidiyyəti üzrə göstəriş verilməsi üçün 19 aprel 2017-ci il tarixdə Müdafiə Nazirliyinə ərizə göndərmişəm. Onun 19.04.2017-ci il tarixli ərizəsinə dair Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin Komplektləşdirmə şöbəsinin Komplektləşdirmə bölməsinin (zabit və gizirlərlə) rəisi şöbə rəisinin müavini Vahim Səfərov tərəfindən imzalanmış 24.05.2017-ci il tarixli 1/B-5759 nömrəli cavab məktubunda onun xidmətdən ehtiyata buraxılması barədə əmrin imzalanması zamanı qüvvədə olan qanunların pozuntusuna yol verilmədiyi üçün əmrin dəyişdirilməsinə müsbət qərar qəbul edilməmişdir («Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 168-ci maddəsi əsas kimi göstərilmişdir). Bundan sonra o, 20.06.2017-ci il tarixdə təkrar ərizəsi ilə Müdafiə Nazirliyinə müraciət etmiş, ərizəsində göstərmişdir ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 162-ci maddəsinə ə sasən buraxılışla əlaqədar söhbətləşmə aparılan zaman onun xahişləri ehtiyata buraxılanadək öz həllini tapmamış xidmət dövründə 3 dəfə komanda üzrə, ehtiyata buraxıldıqdan sonra 1 dəfə Müdafiə Nazirliyinə müraciət etmiş, həmçinin həmin Əsasnamənin 163-cü maddəsinin tələblərinə əsasən buraxılışla əlaqədar hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilməmiş və həmçinin bu məqsədlə hərbihəkim komissiyasının müayinəsinə öz xahişi ilə göndərilməyə bilən hərbi qulluqçular kateqoriyasına da aid deyildir. İşin faktiki hallarından da göründüyü kimi, ehtiyata buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilmişdir və buna görə də həqiqi-hərbi xidmətdən buraxılması haqqında şəxsi heyət üzrə əmrdə dəyişiklik edilə bilər («Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 168-ci maddəsi). Beləliklə, hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı hərbi travmanı, hərbi xidmət dövründə aldığı xəstəliyi və qüsursuz xidmətini nəzərə alaraq, ehtiyata buraxılmağı haqqında qərarının dəyişilərək «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «v» bəndi (xəstəliyə görə) ilə əvəz olunması barədə qərar verilməsi və pensiyasının yenidən hesablanmasına dair müvafiq göstəriş verilməsini bir daha xahiş etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən göndərilmiş 1/B-7506 nömrəli 19.07.2017-ci il tarixli cavab məktubunda onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə əmrin dəyişdirilməsinə müsbət qərar qəbul edilmədiyi bildirilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsinin 2-1(82)-205/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarı (hakim - Z.M.Tağıyev) ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 07 may 2016-cı il tarixli, 0322 nömrəli əmrinin dəyişdirilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 27 fevral 2017-ci il tarixli, 575 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə əsasən xəstəliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılma vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-311/2019 saylı, 14 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və K.N.Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-205/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçının xidmət etdiyi hərbi hissə komandanlığına səhhəti ilə bağlı problemlərin olması və onun hərbi xidmət dövründə aldığı xəstəliyi nəzərə alaraq ehtiyata buraxılmasını istəməmişdir. Özü şəxsən yazdığı raportla aidiyyəti üzrə müraciət edərək ş tatların ixtisarına görə ehtiyata buraxılmasını xahiş etmişdir. İddiaçı ilə ehtiyata buraxılmazdan əvvəl aparılmış söhbətlər zamanı (25.02.2016 və 16.03.2016-cı il tarixlərində) ştatların ixtisarına görə ehtiyata buraxılmasına münasibətiniz sualına cavab olaraq bildirmişdir ki, etirazı yoxdur, razıdır. Bundan əlavə, müayinə üçün hərbi həkim komissiyasına göndərilməsinə münasibətdə isə bildirmişdir ki, 2016-cı ilin yanvar ayında HHK-dan keçmişdir və sıradankənar hərbi xidmətə yararlıdır qərarı verilmişdir. Bir ay keçməmiş (20 gün) yenidən həkim komissiyasına müayinəyə getməkdən şüurlu surətdə imtina etmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən iddia tələbini rədd etməli idi. Lakin bu hala qiymət verilməyib. Belə çıxır ki, yuxarı komandanlıq öz diskresion səlahiyyətlərindən istifadə edi rsə (bu hal fərqi yoxdur ya təqdimat yaxudda ki, raport formasında olduqda) barəsində tədbir görülən şəxs tez raportla (ərizəylə) müraciət edərək başqa maddənin onun barəsində tətbiq edilməsini tələb edə bilər. Beləlilkə, iddiaçının barəsində qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 27 fevral 2017-ci il tarixli 575 nömrəli Xəstəlik haqqında şəhadətnamə iddiaçının hərbi xidmətdən ehtiyata buraxılma anına hərbi xidmətə yarasız olduğunu təsdiq etmir və iddiaçının 9 aydan sonrakı vəziyyətini göstərən bir sənəddir. Belə ki, həmin şəhadətnamədə iddiaçının xidmətə yarasız olmasının məhz ehtiyata buraxılma anına təsadüf etməsi barədə hər hansı qeyd yoxdu r. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın dəlilləri ondan ibarət olmuşdur ki, hərbi hissə komandanlığına ünvanladığı 25 fevral 2016-cı il tarixli raportla iddiaçı məhz sağlamlığında yaranmış problemləri nəzərə almaqla hərbi xidmətdən ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan qeyd olunanları nəzərə almadan iddiaçını hərbihəkim komissiyasının müayinəsinə göndərməmişdir. Bundan başqa, N nömrəli hərbi hissə tərəfindən verilmiş N aprel 2016-cı il tarixli təqdimatda iddiaçı ilə aparılmış söhbətlər zamanı onun “yenidən müayinəyə ehtiyacı olmadığını bildirdiyi” qeyd olunsa da, işdə olan söhbət vərəqələrindən görünür ki, iddiaçı həmin söhbətlər zamanı hərbi həkim komissiyasının rəyi nəzərə alınaraq buraxılmanın əsaslarının dəqiqləşdirilməsinin zəruriliyi məsələsi ilə bağlı 05 fevral 2016-cı il tarixində (yəni sağlamlığında yaranmış problemlərlə əlaqədar 25 fevral 2016-cı il tarixdə raportla müraciət etməzdən əvvəl) müayinədən keçməyi və “sıradankənar hərbi xidmətə yararlı olması” barədə məlumat vermiş, lakin müayinədən keçməkdən imtina etməmişdir. Məhkəmə iclasında iddiaçı və vəkili etirazda göstərilən məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya mə hkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı bəndinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddət ləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları)... Sözügedən Əsasnamənin 163-cü maddəsi ilə müəyyən edilmişdir ki, ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər, ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər. Həmin Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi, 158-ci maddəsinin «b» bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin «q» bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər. Hərbi qulluqçunun hərbi xidm ətə, habelə suüstü gəmilərdə və xüsusi qurğularda xidmətə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibbi müayinə haqqında Əsasnaməyə uyğun, uçuş işlərinə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının uçuş heyətinin tibbi müayinəsi haqqında Əsasnaməyə uyğun həyata keçirilir. Həmin Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Apellyasiya məhkəməsi qeyd olunan normaları işin müəyyən olunmuş faktiki hallarına tətbiq etməklə belə n əticəyə gəlmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini-şöbə rəisinə ünvanladığı 25.02.2016-cı il tarixli raportla məhz sağlamlığında yaranmış problemləri nəzərə alaraq onu hərbi xidmətdən ehtiyata buraxılması üçün yuxarı komandanlıq vəsatət qaldırmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan qeyd olunanları nəzərə almadan və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 163-cü maddəsinin tələbinə görə 156-cı maddəsinin «q» bəndi əsasən iddiaçını ehtiyata buraxarkən hərbi-həkim komissiyasının müayinəsinə göndərməmişdir. Bundan başqa, apellyasiya məhkəməsi qeyd etmişdir ki, N nömrəli hərbi hissə tərəfindən verilmiş 11.04.2016-cı il tarixli təqdimatda iddiaçı ilə aparılmış söhbətlər zəmanı onun «yenidən müayinəyə eytiyacı olmadığını bildirdiyi» qeyd o lunsa da, işdə olan söhbət vərəqələrindən görünür ki, iddiaçı həmin söhbətlər zamanı hərbi həkim komissiyasının rəyi nəzərə alınaraq buraxılmanın əsaslarının dəqiqləşdirilməsinin zəruriliyi məsələsi ilə bağlı 05.02.2016-cı il tarixdə (yəni sağlamlığında yaranmış problemlərlə əlaqədar 25.02.2016-cı il tarixli raportla müraciət etməzdən əvvəl) müayinədən keçməsi və «sıradankənar hərbi xidmətə yararlı olması» barədə məlumat vermiş, lakin müayindən keçməkdən imtina etməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komisiyyası tərəfindən iddiaçıya 27 fevral 2117-ci il tarixdə 575 şəhadətnaməyə görə isə iddiaçı hərbi travmanı hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır. Kollegiya apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı və qanuni hesab edərək k assasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Qanunvericliyin yuxarıda sadalanmış müddəalarının təhlilindən müəyyən olunur ki, qayda ondan ibarətdir ki, ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilməlidirlər. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticələri nəzərə alınmalıdır. Eyni zamanda, qeyd olunmalıdır ki, qanunvericilikdə bu qaydadan istisnalar da nəzərdə tutulmuşdur. Belə ki, həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər, habelə ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər hərbi-həkim komissiyasının müayinəsinə öz xahişinə əsasən göndərilməyə bilərlər. İddiaçının da aid olduğu digər kateqoriya hərbi qulluqçulara (Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi, 158-ci maddəsinin «b» bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin «q» bəndi ilə buraxılmaya təqdim olunanlar) münasibətdə isə qanunverici onların adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmədiklərini təsbit etmişdir. Beləliklə, aydınlaşdırılmalı olan məsələ ondan ibarətdir ki, “adətən” ifadəsi hansı qaydada hüquq tətbiqetmə təcrübəsində tətbiq olunmalıdır, eləcə də bu ifadə iddiaçı və cavabdeh üçün hansı hüquq və vəzifələr yaradır. Başqa sözlə, ştatların ixtisarı ilə əlaqədar ehtiyata buraxılmanı x ahiş edən iddiaçının bu barədə tələb irəli sürüb-sürməməsindən asılı olmayaraq cavabdehin iddiaçını hərbi-həkim komissiyasının müayinəsinə göndərmək vəzifəsi varmı və belə vəzifə hansı hallarda yaranmış olur? “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 25.1-25.5-ci maddələrinə görə normativ hüquqi aktlar daxilən uzlaşdırılmalı, məntiqli qurulmalı və normayaratma texnikasına uyğun olmalıdır. Normativ hüquqi aktın normaları ifadə edilərkən həm həddindən artıq ümumiləşdirilmiş, həm də həddindən artıq təfərrüatlı ifadələrə, eləcə də eyni məsələ ilə bağlı normativ göstərişlərin təkrarlanmasına və onların çoxluğuna yol verilməməlidir. Normativ hüquqi aktın (onun struktur elementinin) adı yığcam olmalı, aydın ifadə edilməli və həmin aktın (struktur elementinin) əsas mahiyyətini əks etdirməlidir. Normativ hüquqi aktın normaları yığcam şəkildə, əsasən təsdiq formasında və indiki zamanda ifadə edilməlidir. Normativ hüquqi aktın mətnində istifadə edilən termin və anlayışlar aydın və birmənalı olmalıdır. X2 54.1-54.3-cü maddələrində isə təsbit edilmişdir ki, normativ hüquqi aktın terminologiyası aydın anlaşılan sözlərdən və söz birləşmələrindən istifadə etməklə formalaşdırılmalıdır. Normativ hüquqi aktda eyni terminlər bir mənada işlədilməli və vahid formaya malik olmalıdır. Normativ hüquqi aktda istifadə edilən terminlərin və onların tərifinin dəqiqləşdirilməsi zərurəti olduqda həmin aktda onların mənasını izah edən maddə (hissə, bənd) yerləşdirilir. Kollegiya ilk növbədə “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunun istinad olunan normalarının tələblərindən çı xış edərək belə hesab edir ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 163-cü bəndində təsbit olunmuş “adətən” ifadəsi Konstitusiya Qanununun tələb etdiyi aydın ifadə edilmə və anlaşılma, eləcə də birmənalı məna daşımaya dair tələblərlə uyğunlaşmır. Bununla belə, kollegiya hesab edir ki, hazırkı mübahisənin həlli baxımından xüsusi əhəmiyyət daşıdığı nəzərə alınmaqla həmin ifadəyə qanunun güddüyü məqsəd, diskresion səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudlar daxilində və xüsusən həmin səlahiyyətin qanunun güddüyü məqsədə uyğun həyata keçirilib-keçirilməməsindən çıxış edilməklə qiymət verilməlidir. Çünki «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 163-cü bəndində təsbit olunmuş normanın mənasından göründüyü kimi ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular ın (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilməsi cavabdehə məxsus səlahiyyətdir. İddiaçının halına münasibətdə (ştatların ixtisarı ilə əlaqədar) həkim komissiyasının müayinəsinə göndərilmə məsələsini həll etmək də müstəsna olaraq cavabdehə məxsus hüquqdur. Bundan başqa, həmin hüquq qanunvericilikdə cavabdehin diskresion səlahiyyəti kimi təsbit edilmişdir. Qanunvericinin bu zaman “adətən” ifadəsindən istifadə etməsi inzibati orqana öz seçimi ilə davranış imkanı verir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seç mək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məsqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Bu mənada, işin müə yyən edilmiş hallarından görünür ki, ehtiyata buraxılmadan əvvəl cavabdeh iddiaçını həkim müayinəsinə göndərməmişdir. Cavabdeh bununla bağlı mövqeyini onunla əsaslandırır ki, iddiaçı xidmət etdiyi hərbi hissə komandanlığına müraciətində səhhəti ilə bağlı problemlərin olması və onun hərbi xidmət dövründə aldığı xəstəliyi nəzərə alaraq ehtiyata buraxılmasını istəməmişdir. Özü şəxsən yazdığı raportla aidiyyəti üzrə müraciət edərək ştatların ixtisarına görə ehtiyata buraxılmasını xahiş etmişdir. İddiaçı ilə ehtiyata buraxılmazdan əvvəl aparılmış söhbətlər zamanı (25.02.2016 və 16.03.2016-cı il tarixlərində) ştatların ixtisarına görə ehtiyata buraxılmasına münasibətiniz sualına cavab olaraq bildirmişdir ki, etirazı yoxdur, razıdır. Bundan əlavə, müayinə üçün hərbi həkim komissiyasına göndərilmə sinə münasibətdə isə bildirmişdir ki, 2016-cı ilin yanvar ayında HHK-dan keçmişdir və sıradankənar hərbi xidmətə yararlıdır qərarı verilmişdir. Bir ay keçməmiş (20 gün) yenidən həkim komissiyasına müayinəyə getməkdən şüurlu surətdə imtina etmişdir. İddiaçının mövqeyinə görə isə o, hərbi hissə komandanlığına ünvanladığı 25 fevral 2016cı il tarixli raportla məhz sağlamlığında yaranmış problemləri nəzərə almaqla hərbi xidmətdən ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan qeyd olunanları nəzərə almadan onu hərbi-həkim komissiyasının müayinəsinə göndərməmişdir. Bundan başqa, N nömrəli hərbi hissə tərəfindən verilmiş N aprel 2016-cı il tarixli təqdimatda onunla aparılmış söhbətlər zamanı onun “yenidən müayinəyə eh tiyacı olmadığını bildirdiyi” qeyd olunsa da, işdə olan söhbət vərəqələrindən görünür ki, o, həmin söhbətlər zamanı hərbi həkim komissiyasının rəyi nəzərə alınaraq buraxılmanın əsaslarının dəqiqləşdirilməsinin zəruriliyi məsələsi ilə bağlı 05 fevral 2016-cı il tarixində (yəni sağlamlığında yaranmış problemlərlə əlaqədar 25 fevral 2016-cı il tarixdə raportla müraciət etməzdən əvvəl) müayinədən keçməyi və “sıradankənar hərbi xidmətə yararlı olması” barədə məlumat vermiş, lakin müayinədən keçməkdən imtina etməmişdir. Beləliklə, aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, cavabdeh ehtiyata buraxılmadan əvvəl iddiaçını həkim müayinəsinə göndərməməklə özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmiş dirmi? “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. İPM-in 74-cü maddəsində də təsbit edilmişdir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin dis kresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya hesab edir ki, işin faktiki halları nəzərə alındığında hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməmişdir. Belə ki, həkim müayinəsindən keçirilmənin təmin edilməsinə dair qanunun güddüyü ümumi məqsəd onu tələb edir ki, ehtiyata buraxılma zamanı hərbi qulluqçunun səhhətində problemlərin mövcudluğuna işarə edən hallar varsa və bu hallar hərbi hissə komandanlığına məlumdursa, hərbi qulluqçu müayinədən keçirilməlidir. Çünki söhbət xüsusi kateqoriya olan şəxslər kimi hərbi qulluqçulardan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, eləcə də ehtiyata və ya istefaya buraxılmasına dair xüsusi tələblər vardır. Belə xüsusi tələblərin müəyyən olunduğu özünü onda biruzə verir ki, yalnız hərbi qulluqçularla ehityata və ya istefaya buraxılmazdan əvvəl xüsusi söhbətlərin aparılması nəzərdə tutulur. Qanunverici məhz bununla hər bir hərbi qulluqçunun fərdi hallarının aydınlaşdırılmasına və xidmətdən sonra belə onlara zəruri kömək göstərilməsinə nail olmaq məqsədi qoyur. Bu məqsədə nail olmaq üçün isə ehtiyata buraxılma zamanı həm də hərbi qulluqçuların səhhəti ilə bağlı məsələlər tam aydanlaşdırılma tələb edir. Səhhətinə görə ehtiyata buraxılan hərbi qulluqçunun təminatında müəyyən fərqli qaydada yanaşma tələb olunduğu üçün də bu hala işarə edən halları inzibati orqan kimi cavabdeh aydınlaşdırmaq vəzifəsi daşıyır. Konkret işin hallarından isə müəyyən olunur ki, iddiaçı yazdığı raportunda ştatların ixtisarı ilə əlaqədar hərbi xidmətdən buraxılmasını xahiş etsə də, o, həmin raportunda sağlamlığında yaranmış problemlər olduğunu bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. Bundan başqa, o, aparılmış söhbətlərdə də həkim müayinəsindən keçdiyini bildirmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.1-24.4-cü maddələrinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, ştatların ixtisarı əsası ilə hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etməsinə baxmayaraq iddiaçı yazdığı raportunda və onunla aparılmış söhbətlərdə sağlamlığında yaranmış problemlərin olduğunu və bunların nəzərə alınmasını bildirdiyi üçün inzibati orqan olaraq cavabdeh iddiaçının səhhəti ilə bağlı vəziyyəti aydınlaşdırmaq vəzifəsi daşımışdır. Bu qaydada davranmamaqla cavabdeh «Hərbi xidmətkeçmə haqqında» Əsasnamən in 163-cü bəndinin və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərini pozmuşdur. Ona görə də, iddiaçı tələbində haqlıdır. Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 27 fevral 2017-ci il tarixli 575 nömrəli Xəstəlik haqqında şəhadətnamənin iddiaçının hərbi xidmətdən ehtiyata buraxılma anına hərbi xidmətə yararsız olduğunu təsdiq etmədiyi ilə bağlı kassasiya şikayətinin dəlili də əsassızdır. Çünki həmin şəhdətnamədə iddiaçının xəstəliyinin hərbi travma olduğu və hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alındığı birmənalı müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsass ız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-311/2019 saylı iş üzrə 14 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2845/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2845/2019
01.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver