Məhkəmə qərarları › İş №2-1(102)-2845/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2845/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2845/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, kameral vergi yoxlamasının qanunvericiliklə müəyyən edilmiş müddətdə həyata keçirilməməsi, xaricdən əldə olunan gəlirlər üzrə gəlir vergisi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi nə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyul 2024-cü il tarixli, 2-1(103)-1591/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının 2020-ci il üzrə gəlirləri İsveçrə Konfederasiyasında maliyyə aktivlərinin təqdim edilməsindən (səhm satışından) əldə olunmuşdur.

2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********987700 nömrəli qərarına əsasən, kameral yoxlama nəticəsində iddiaçıya 2020-ci ilin gəlir vergisi üzrə əlaqəli məlumatlara əsasən 54032,23 manat vergi hesablanmışdır.

3. İddiaçının həmin qərardan inzibati qaydada verdiyi xx.xx.2022-ci il tarixli şikayət Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********979600 nömrəli qərarı ilə təmin edilməmiş, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********987700 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə cavabdeh vergi orqanı 2020-ci ilin gəlir vergisi üzrə kameral vergi yoxlaması keçirmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, ****** ****987700 nömrəli qərar qəbul edərək, iddiaçıya 54032,23 manat məbləğində gəlir vergisi hesablamışdır. İddiaçının həmin qərardan inzibati qaydada verdiyi şikayət yuxarı vergi orqanının xx.xx.2023-cü il tarixli, **********979600 nömrəli qərarı ilə təmin edilməmiş, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh vergi orqanı hesablamaya əsas kimi, uyğunsuzluq məktubunda qarşılıqlı mübadilə çərçivəsində daxil olmuş məlumata əsasən xaricdə gəlirlərin əldə edilməsini təsdiq edən sənədlərin ilkin araşdırılması nəticəsində iddiaçının əldə etdiyi gəlirlərin maliyyə aktivlərinin təqdim edilməsindən (səhm satışından) ibarət olduğunun müəyyən edildiyini, 2020-ci il ərzində iddiaçının səhm satışından ümumi gəliri 664705,44 manat və xərcləri 278760,92 manat olmaqla, vergiyə cəlb olun an gəlirinin 385944,52 manat təşkil etdiyini və əldə edilmiş gəlirin bəyannamə təqdim edilməklə həmin bəyannamənin müvafiq sətirlərində əks etdirilmədiyini, bunun isə, vergidən yayınma halı kimi qiymətləndirildiyini qeyd etmişdir. Cavabdeh vergi orqanı kameral vergi yoxlaması keçirərkən kobud prosessual və maddi hüquq normaların pozulmasına yol vermiş, iş üzrə bütün faktiki halları araşdırmamış, iddiaçı üçün əlverişli olan bütün halları aydınlaşdırmamış və nəticə etibarı ilə əsassız və qanunsuz qərar qəbul etmişdir. İddiaçı barəsində aparılan kameral vergi yoxlaması və onun nəticəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar xx.xx.2023-cü il tarixdən əvvəlki dövrə aid edildiyindən, həmin kameral vergi yoxlamasının keçirilməsi üçün müddət kimi Vergi Məcəlləsinin 37.2-ci maddəsinin xx.x x.2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 30 iş günü tətbiq edilməlidir. Cavabdeh vergi orqanı isə 2022-ci ilin iyul-avqust aylarında xaricdən daxil olmuş məlumat əsasında gəlirlərin əldə edilməsi ilə bağlı iddiaçını dəvət etmiş, onun xaricdən əldə olunan gəlirlərinin araşdırılmasını aparmış, lakin buna baxmayaraq, kameral vergi yoxlamasını məlumat daxil olduğu tarixdən 30 iş günü müddəti başa çatdıqdan sonra keçirərək müvafiq qərar qəbul etmiş, bununla da kobud qanun pozuntusuna yol vermişdir. Bundan başqa, qeyd edilməlidir ki, cavabdeh vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktubundan da görünür ki, iddiaçı xarici ölkədə səhmlərin satışı ilə məşğul olmuşdur. “Azərbaycan Respublikası Hökuməti və X2 arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergit utmanın aradan qaldırılması haqqında” Konvensiyanın 13-cü maddəsinin 4-cü bəndində təsbit edilmişdir ki, Razılığa gələn Dövlətin rezidentinin aktivləri əsasən Razılığa gələn digər Dövlətdə yerləşən daşınmaz əmlakdan bilavasitə və ya dolayısı ilə ibarət olan şirkətin səhmdar kapitalının səhmlərinin və ya digər korporativ hüquqlarının özgəninkiləşdirilməsindən əldə etdiyi gəlirlər həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər. Göründüyü kimi, ikiqat vergitutmanın aradan qaldırılması haqında Sazişin müddəalarına görə də, əgər vergi ödəyicisi şirkətin səhmlərinin və digər korporativ hüquqlarının özgəninkiləşdirilməsi ilə məşğul olmuşdursa, bu halda da həmin xarici dövlətdə vergiyə cəlb edilməlidir. İddiaçıdan səhmlərin satışı ilə məşğul olduğu 2020-ci il ərzində ümumilikdə 29130,49 dolar (4952 1,83 manat) məbləğində vergi və digər ödənişlər tutulmuşdur. Qeyd edilən halı iddiaçının müraciəti əsasında hesabı olduğu bankdan əldə etdiyi məktub təsdiq edir. Cavabdeh vergi orqanı kameral vergi yoxlaması keçirərkən qeyd olunan halları nəzərə almamışdır. Cavabdeh vergi orqanı 2020-ci il ərzində iddiaçının səhm satışından ümumi gəliri 664705,44 manat və xərcləri 278760,92 manat olmaqla vergiyə cəlb olunan gəlirinin 385944,52 manat təşkil etdiyi qənaətinə gələrək, həmin gəliri 14%-ə vurmaqla 54032,23 manat vergi hesablamışdır. Vergi orqanı araşdırma apararkən iddiaçı tərəfindən xarici dövlətdə ödənilən vergiləri, digər ödənişləri və bankın daxili komissiya xərclərini nəzərə almamışdır. Belə ki, iddiaçı 2020-ci il ərzində 29130,49 dollar (49521,83 manat) məbləğində vergi və digər ödənişlər və 77484,28 dollar (131723,28 manat) məbləğində bankın komissiya xərclərini ödəmişdir.

6. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, qarşılıqlı mübadilə çərçivəsində daxil olmuş məlumata əsasən xaricdə gəlirlərin əldə edilməsini təsdiq edən sənədlərin ilkin araşdırması nəticəsində iddiaçının əldə etdiyi gəlirlərin maliyyə aktivlərinin təqdim edilməsindən (səhm satışından) ibarət olduğu müəyyən edilmişdir. Belə ki, 2020-ci il ərzində iddiaçının səhm satışından ümumi gəliri 664705,44 manat və xərcləri 278760,92 manat olmaqla vergiyə cəlb olunan gəlirinin 385944,52 manat təşkil etdiyi və əldə edilmiş gəlirin bəyannamə təqdim edilməklə həmin bəyannamənin müvafiq sətirlərində əks etdirilmədiyi müəyyən edilmiş və bu, vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Yaranmış kənarla şma ilə əlaqədar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə iddiaçı tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il gəlir vergisi bəyannaməsi üzrə 54032,23 manat vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli, **********987700 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı tərəfind ən vergi orqanının qərarından verilmiş xx.xx.2022-ci il tarixli inzibati şikayət yuxarı vergi orqanının xx.xx.2023-cü il tarixli, **********979600 nömrəli qərarı ilə təmin edilməmişdir. Daxil olan məlumatlar əsasında iddiaçının Azərbaycan Respublikasından kənarda gəlir əldə etdiyi müəyyən edilmiş, onunla Dövlət Vergi Xidmətinin inzibati binasında görüşlər keçirilmiş və müvafiq izahatlar və təsdiqedici sənədlər əldə edilmişdir. İddiaçının xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə ilə (“Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair” (DTA-02)) xx.xx.2023-cü il tarixdə vergi orqanına müraciət etməsinə baxmayaraq, xarici dövlətdə vergilərin ödənilməsini sübut edən sənədlər mürac iətə əlavə edilməmişdir. Qeyd olunan sənəd müvafiq dövlət qurumları tərəfindən təqdim olunur. Vergi orqanına ünvanlanmış müraciətə əlavə edilmiş müvafiq bank tərəfindən təqdim edilmiş məktubda dövlət rüsumu və yığımlarının iddiaçı tərəfindən ödənilməsinin əks olunmasına baxmayaraq, adıçəkilən məktubda vergilərin ödənilməsinə dair heç bir qeyd nəzərdə tutulmamışdır. Eyni zamanda, xarici dövlətdə müvafiq vergilərin ödənilməsinə dair sənədlərin həmin dövlətlərin buna səlahiyyəti olan müvafiq dövlət qurumları tərəfindən təqdim edilməli olmasına baxmayaraq, iddiaçı tərəfindən ərizə (DTA-02) ilə müraciət edilən zaman qeyd olunan müvafiq sənədlər vergi orqanına təqdim edilməmişdir.

7. Dövlət Vergi Xidməti tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İsveçrə Konfederasiyasının səlahiyyətli orqanlarından xx.xx.2021-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikasının rezidentləri olan fiziki və hüquqi şəxslərin 2020-ci hesabat ili ərzində Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirdikləri maliyyə əməliyyatları barədə elektron məlumatların təhlili nəticəsində iddiaçının İsveçrə Konfederasiyasında bank hesabı açdığı və həmin bank hesabı üzrə 2841,5 ABŞ dolları məbləğində divident və 8892530,94 ABŞ dolları məbləğində maliyyə aktivlərinin təqdim edilməsindən gəlir əldə etdiyi müəyyən olunmuşdur. Lakin daxil olmuş məlumat yalnız ümumi gəlirləri (xərclər nəzərə alınmadan) əks etdirdiyi və təsdiqedici sənədlər olmadığı üçün, vergi öhdəliklərinin düzgün müəyyən edilməsi məqsədilə iddiaçı xx.xx.2022-ci il tarixl i məktubla Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin nümayəndələri ilə görüşə dəvət edilmişdir. İddiaçı ilə xx.xx.2022-ci il tarixində Dövlət Vergi Xidmətinin inzibati binasında görüş keçirilmiş, xarici ölkələrdə əldə edilmiş gəlirlər və həmin gəlirlərin əldə edilməsi ilə bağlı çəkilmiş xərclər barədə məlumat və sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Nəticədə, iddiaçının İsveçrə Konfederasiyasında açdığı bank hesabından çıxarışın şəxsən onun tərəfindən xx.xx.2022-ci il tarixində Dövlət Vergi Xidmətinin inzibati binasında videoçəkiliş ilə keçirilmiş görüş zamanı təqdim edilməsi təmin edilmişdir. Belə ki, vergi orqanlarının apardığı araşdırma İsveçrə Konfederasiyasının səlahiyyəli orqanlarından xx.xx.2021-ci il tarixində təqdim etdiyi elektron mə lumat əsasında deyil, iddiaçının şəxsən təqdim etdiyi sənədlər əsasında həyata keçirilmişdir. Təqdim etdiyi sənədlər əsasında aparılmış araşdırmanın nəticəsində iddiaçının 2020-ci il üzrə divident və səhm satışından ümumi gəliri 664705,44 manat və xərcləri 278760,92 manat olmaqla, vergiyə cəlb olunan gəlirinin 385944,52 manat, Vergi Məcəlləsinin 99.3-cü maddəsinin müddəalarına uyğun olaraq vergi ödəyicisinin xaricdə əldə etdiyi gəlirlər qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aid olduğundan, Məcəllənin 101.2-ci maddəsinin müddəalarına əsasən gəlir vergisinin məbləğinin 54032,23 manat təşkil etdiyi müəyyən edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 12 dekabr 2023-cü il tarixli, e-2-1(112)-7194/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin tələblərinə əməl olunmuşdur. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar maddihüquqi baxımdan da əsaslıdır. İddiaçı tərəfindən xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA-02) ilə xx.xx.2023-cü il tarixdə vergi orqanına müraciət edilməsinə baxmayaraq, xarici dövlətdə vergilərin ödənilməsini sübut edən sənədlər müraciətə əlavə edilməmişdir.

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Elvin Əliyev) 02 iyul 2024-cü il tarixli, 2-1(103)-1591/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, iddiaçı şikayətinin dəlili kimi cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozularaq prosessual müddətə əməl edilmədən qərar qəbul edildiyini göstərmişdir. Bununla bağlı qeyd edilməlidir ki, işin hallarından göründüyü kimi, cavabdeh tərəfindən aparılmış h esablama xaricdən əldə olunmuş məlumata əsasən deyil, vergi ödəyicisinin təqdim etdiyi məlumatlara əsasən aparılmışdır. Belə ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərindən göründüyü kimi, həmin maddədə qeyd olunan prosessual müddət vergi ödəyicisi tərəfindən bəyannamə təqdim olunduğu halda, həmin bəyannamənin yoxlanılması üçün tələb olunan prosessual müddətdir. Hazırkı halda isə, iddiaçı tərəfindən 2020-ci il üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmiş və ona analoji qaydada vergi hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə olmadığından bu zaman Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş prosessual müddətlər tətbiq edilməlidir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Göründüyü kimi, cavabdeh vergi orqanının prosessual müddəti ötürməsi barədə iddiaçının apellyasiya şikayətinin dəlili əsassızdır.

13. Həmçinin, iddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikasından kənarda gəlir əldə etdiyini, “Azərbaycan Re spublikası Hökuməti və X2 arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın 13-cü maddəsinin 4-cü bəndinə əsasən Razılığa gələn Dövlətin rezidentinin, aktivləri əsasən Razılığa gələn digər Dövlətdə yerləşən daşınmaz əmlakdan bilavasitə və ya dolayısıyla ibarət olan şirkətin səhmdar kapitalının səhmlərinin və ya digər korporativ hüquqlarının özgəninkiləşdirilməsindən əldə etdiyi gəlirlərin həmin digər Dövlətdə vergiyə cəlb edilməli olduğunu bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, vergi ödəyicisi tərəfindən səhmləri ticarət edilmiş şirkətlərin açıq internet məlumatlarından əldə edilən maliyyə hesabatlarına əsasən, aktivlərinin əsasən 50%-dən çoxunun digər dövlətdə yerləşən daşınmaz əmlakdan bilavasitə və ya dolay ısı ilə ibarət olan şirkətlər olmadığı müəyyən edildiyindən iddiaçının Konvensiyanın 13-cü maddəsinin 4-cü hissəsinə istinadı əsassızdır. Belə olan halda, həmin Konvensiyanın 13-cü maddəsinin 5-ci hissəsində nəzərdə tutulduğu kimi, maddənin 1-ci, 2-ci, 3-cü və 4-cü bəndlərində qeyd olunanlar istisna edilməklə, istənilən əmlakın özgəninkiləşdirilməsindən əldə edilən gəlirlər, yalnız əmlakı özgəninkiləşdirən şəxsin rezident olduğu Razılığa gələn Dövlətdə vergiyə cəlb edilməlidir. Göründüyü kimi, iddiaçının apellyasiya şikayətinin bu dəlili də əsassızdır.

14. Eləcə də qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Hazırkı halda iddiaçı vergi orqanının hesablamalarının səh v olduğunu sübut edə bilməmişdir.

15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyala rını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünü n təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 85.4 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna ma likdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borclud ur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Al i Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxıl ır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılm ış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şi kayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

26. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********987700 nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir.

27. Mübahisəyə dair işin apellyasiya instansiya sı məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının 2020-ci il üzrə gəlirləri İsveçrə Konfederasiyasında maliyyə aktivlərinin təqdim edilməsindən (səhm satışından) əldə olunmuşdur. Qarşılıqlı mübadilə çərçivəsində xx.xx.2021-ci il tarixdə daxil olmuş məlumata əsasən, cavabdeh tərəfindən kameral yoxlama qaydasında iddiaçının 2020-ci il ərzində səhm satışından ümumi gəliri 664705,44 manat və xərcləri 278760,92 manat olmaqla, vergiyə cəlb olunan gəlirinin 385944,52 manat təşkil etdiyi, lakin əldə edilmiş gəlirin bəyannamə təqdim olunmaqla həmin bəyannamənin müvafiq sətirlərində əks etdirilmədiyi müəyyən olunmuş və bu, vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Kameral yoxlamanın nəticələrinə dair cavabdeh “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesabl anması barədə” xx.xx.2022-ci il tarixli, **********987700 nömrəli qərar qəbul etmiş və həmin qərarla iddiaçıya 2020-ci ilin gəlir vergisi üzrə 54032,23 manat vergi hesablamışdır.

28. Vergi Məcəlləsinin 37.2-ci maddəsinin həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına görə, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda, kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.

29. İş üzrə materiallardan vergilərin hesablanmasına əsas olmuş məlumatın vergi orqanına qarşılıqlı mübadilə çərçivəsində xx.xx.2021-ci il tarixdə daxil olduğu müəyy ən olunur. İstinad olunan normanın təfsiri baxımından yoxlama müddətinin axımı müvafiq məlumatın daxil olduğu tarixdən hesablanmalıdır. İddiaçı tərəfindən bununla bağlı müvafiq məlumatların cavabdehə xx.xx.2022-ci il tarixdə (bax: 1-ci cild, i.v. 127) təqdim olunması da müddətin hesablanması ilə bağlı bu qaydanın mahiyyətini dəyişmir. Belə ki, həmin məlumatlar cavabdeh tərəfindən yoxlama çərçivəsində də tələb oluna və əldə edilə bilərdi. Göründüyü kimi, cavabdeh Vergi Məcəlləsinin 37.2-ci maddəsinin 2022-ci ildə qüvvədə olan redaksiyasına zidd davranaraq, həmin norma ilə müəyyən olunmuş 30 iş günündən sonra kameral vergi yoxlamasını həyata keçirmiş və istinad olunan normanın müddətlə bağlı tələbini pozmuşdur.

30. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə, cavabdeh tərəfindən kameral vergi yoxlaması ilə bağlı Vergi Məcəlləsinin 37.2-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasında nəzərdə tutulmuş müddət (30 iş günü) tələbinin pozulduğuna əhəmiyyət verməmişdir. Halbuki, Vergi Məcəlləsinin 37.2-ci maddəsi imperativ xarakterli normadır və həmin norma ilə müəyyən olunmuş müddətlərdən sonra kameral vergi yoxlamasının həyata keçirilməsi istisna olunur. Həmin müddətlər ötürüldükdən sonra keçirilən kameral yoxlamanın nəticələrinə dair qərar isə, qanunsuz sayılmalı və ləğv olunmalıdır.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına q anunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

32. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 02 iyul 2024-cü il tarixli, 21(103)-1591/2024 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********987700 nömrəli qərarı ləğv edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar