Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2846/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qaçqın statusunun verilməsi. GİRİŞ HİSSƏ 29.10.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı İddiaçınin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 -1(103)-1134/2019 saylı iş üzrə 14 may 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 oktyabr 2019cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 25 iyul 2018-ci il tarixli, İQ-90/1 saylı qərarına əsasən Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçıyə qaçqın statusu verilməsindən imtina edilmişdir. Həmin qərar aşağıdakı qaydada əsaslandırılmışdır: “Ərizəçi 1991-ci ildə İranın Tehran şəhərində anadan olan Əfqanıstan vətəndaşıdır. O, təhsilini Kabil şəhərinin “Deyeərabane Kərğə” liseyində alıb, 2017-ci ildə Kabildə özəl universitet “Ğərcestan”a qəbul olub və yalnız bir il təhsil alıb. Bundan əlavə, 2016-ci ildə Türkiyənin Siva ş şəhərində yerləşən Polis akademiyasında dörd aylıq kurs keçib, 2016-ci ildə ərizəçi Kabulda yerləşən polis məntəqəsində işləməyə başlayıb, ictimai asayişin qorunması idarəsində dəftərxana işləri ilə məşğul olub. Ərizəçi Əfqanıstanı qeyri-sabit vəziyyətə, insanların təhlükəsizliyinə təminat olmadığına, həmçinin polisdə xidmət edən qadınların taliblər tərəfindən daha çox təhdidə məruz qaldıqlarına, işlədiyi təşkilata taliblər tərəfindən qadınlarla bağlı təhdid məktubları gəldiyinə, həmçinin özünə bu barədə iki dəfə telefon zəngi gəldiyinə görə Əfqanıstanı tərk etdiyini bildirmişdir. Ərizəçi həmçinin ölkəsini tərk etməsinin digər səbəbini əvvəllər X1adlı şəxslə ailə qurması, sonradan ondan boşanması, boşandıqdan sonra atasının onu başqa bir şəxsə ərə getməyə məcbur edəcəyindən ehtiyat etməs i ilə əlaqələndirmişdir. Ərizəçi göstərilən səbəblərə görə Əfqanıstanda qalmaq istəmədiyini bildirmiş, qalacağı təqdirdə həyatı üçün təhlükə yaranacağından ehtiyat edərək Azərbaycana gəlmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı söylədiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri, polisdə işləməsini sübut edərək etibarlı pasportunu və sənədlərini təqdim etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçinin müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin material larına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Beləliklə, ərizəçi ilə aparılmış müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusunun verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir”. Qərarla razılaşmayan iddiaçı inzibati şikayətlə müraciət edərək qərara yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 03 oktyabr 2018-ci il tarixli, 264 saylı qərarı ilə şikayət əsassız olduğuna görə təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdehin sözügedən qərarlarının ləğv edilməsini və ona qaçqın status u verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-394/19 saylı, 27 fevral 2019-cu il tarixli qərardadı (hakim – M.T.Hacıbəyova) ilə iddiaçı İddiaçınin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin 264 saylı, 03 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-394/2019 saylı, 27 fevral 2019-cu il tarixli qərarı (hakim – M.T.Hacıbəyova) ilə iddiaçı İddiaçınin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddiaçıya qaçqın statusunun verilməsi barədə qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehin 25 iyul 2018-ci il tarixli, İQ-90/1 nömrəli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edliməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1134/2019 saylı, 14 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – K.N.Abiyeva, hakimlər – M.N.Tağızadə və Ü.A.Mayılov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-394/2019 saylı, 27 fevral 2019-cu il tarixli qərardadıdəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1134/2019 saylı, 14 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – K.N.Abiyeva, hakimlər – M.N.Tağızadə və Ü.A.Mayılov) iddiaçının apellyasiya şikayə ti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-394/2019 saylı, 27 fevral 2019-cu il tarixli qərarıdəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 may 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan, həmçinin maddi və prosessual normalarının pozulması yolu ilə çıxarıldığından ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, ərizəçi polisdəki işi ilə bağlı Taliban tərəfindən təhdid olunub. Tez-tez təhdid məktubları onların ofisinə göndərilib və orada işləyən bütün qadınlar hədə lənib. Həmçinin 2016cı ildə ərizəçi bilinməyən nömrələrdən təhdid alıb. Bundan başqa, ərizəçi yoldan keçərkən onu maşınla vuraraq öldürməyə cəhd ediblər, xoşbəxtlikdən yüngül xəsarət alaraq sağ qalıb. Əfqanıstandan getməsinin digər səbəbi isə ərizəçinin boşanmış qadın kimi əfqan cəmiyyətində yaxşı qarşılanmamasıdır, ailəsi onun ikinci dəfə evlənməsini istəyir, lakin ərizəçi bunu istəmir. Cavabdeh özünün qərarında iki fundamental səhvə yol verib. Belə ki, cavabdeh işin mühüm faktiki hallarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib, eləcə də ərizəçinin əsaslı təqib qorxusunun və real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmadan şablon ifadələrdən istifadə edib. “Qaçqınların statusu haqqında” Konvensiyanın və “Qaçqınların və məcburi köçkü nlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun tələblərinə görə qaçqın statusunun təsir dairəsinə düşə bilmək üçün əsasən aşağıdakı elementlərin tələbləri ödənilməlidir: a) əsaslı qorxu, b) təqib və təqib üçün səbəblər, c) öz ölkəsinin himayəsindən istifadə edə bilməmək. "Təqib" termininin hamılıqla qəbul edilmiş anlayışı yoxdur. Ümumilikdə irqinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya müəyyən sosial qrupa mənsubluğuna görə şəxsin həyat və ya azadlığının təhlükə altında olması bütün hallarda təqibdir. Eyni səbəblərə görə insan hüquqlarının digər ciddi pozuntuları da təqib təşkil edir (BMT QAK, Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında Bələdçi, 51-ci bənd). Bu ehtimal ağlabatandır ki, Əfqanıstana qayıdacağı təqdirdə ərizəçinin həyata və səhhəti zorakılıq riski altındadır. İddiaçıya qarşı təqibi həyata keçirən şəxslər onun tanımadığı Taliban döyüşçüləridir və təqib edilməsinin əsasını polisdə çalışması və iddiaçının boşanmış olması təşkil edir. İşin hallarından görünür ki, iddiaçı təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar vermişdir. Həmin izahatlar işin hallarına münasibətdə spesifikdir və ziddiyyət təşkil etmir. Buna görə də, həmin izahatlar mötəbərlik tələbatını ödəyir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişi ndə iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində kö çürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqa nı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə al ındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdiyi izahatdan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Kollegiya inzibati orqanın gəldiyi nəticə ilə razılaşır ki, ərizəçinin müsahibə zamanı bildirdiyi məqamlar onun mənşə ölkəsində həyatı üçün hazırda ciddi bir təhlükənin olmadığ ını deməyə əsas verir. Belə ki, onun dediklərinə əsasən, o, vətəndaşı olduğu və daimi yaşadığı ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmamışdır. Ərizəçinin barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, hər hansı səbəbə söykənən istənilən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun alınmasına əsas təşkil edə bilər. İddiaçının izahatlarından bəlli olur ki, o, özünün fərdi təqib qorxusu ilə bağlı hər hansı əsaslı iddia irəli sürmür, Əfqansındandakı ümumi təhlükəsizlik mühiti ilə bağlı səbəblərə və polisdə işləyən qadın kimi təhdid aldığına, eləcə də boşanmış qadın kimi yenidən iradəsinin ziddinə evləndirilicəyindən ehtiyat etdiiynə görə ölkəsinə geri qayıtmaq istəmir. Göründüyü kimi iddiaçı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusundan ehtiyat etmir. İddiaçının istinad etdiyi ümumi narahatçılıq isə özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. İddiaçı onun barəsində sözügedən haldan irəli gələn irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan əsaslı təqib qorxusunun mövcudluğunu dəstəkləyən hər hansı inandırıcı və mötəbər sübut da təqdim etməmişdir. Yenidən evləndiriləcəyinə dair qorxu isə iddiaçının ö zünün də bildirdiyi kimi ehtimala əsaslanır. Bundan başqa, iddiaçı vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmamışdır. Göründüyü kimi inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzib ati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Hazırkı işin halları baxımından iddiaçının belə təqibin qurbanı olması barəsində tam əsaslı ehtiyatın mövcudluğu sübut olunmur. İddiaçının bildirdiyi “Taliban” terror təşkilatının döyüşçüləri tərəfindən işgəncəyə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalacağından qorxduğu üçün vətəndaşı olduğu ölkəyə qayıtmaq istəmədiyi ilə bağlı dəlilə münasibətdə isə kollegiya qeyd edir k i, hər şeydən əvvəl bu dəlil konkret hallara söykənməyən ümumi bir narahatçılıqla bağlıdır. Belə ümumi narahatçılıq isə yuxarıda da qeyd edildiyi kimi özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. İddiaçı onun barəsində sözügedən haldan irəli gələn əsaslı təqib qorxusunun mövcudluğunu dəstəkləyən hər hansı inandırıcı və mötəbər sübut da təqdim etməmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, hazırkı vəziyyətdə Əfqanıstanın bütün ərazisində “Taliban” terror təşkilatının təsir və təhlükə yaratmaq imkanları yoxdur. İddiaçı hətta bu təhlükə onun yaşadığı yerdə realdırsa belə, Əfqanıstanın digər bölgələrində sözügedən təhlükədən azad şəkildə yaşamaq imkanına malikdir. Yuxarıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, iddiaçının barəsində irqi əlamətinə, mil liyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilmədiyindən inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı olaraq imtina etmişdir. Kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ H İSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1134/2019 saylı iş üzrə 14 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2846/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2846/2019
29.10.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver