Məhkəmə qərarları › İş №2-1(102)-2848/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2848/2019

03.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2848/2019 03.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar söz: fəxri adını verilməsinə dair təqdimatın icra edilməsi üçün aidiyyəti hərəkətlərin edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı fəxri adının verilməsinə dair təqdimatın icra edilməsi üçün aidiyyəti hərəkətlərin edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİKnın 28 iyun 2019-cu il tarixli 2-1(103)-1670/2019 saylı qərardadından iddia çı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 03 oktyabr 2019-cu il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı fəxri adının verilməsinə dair təqdimatın icra edilməsi üçün aidiyyəti hərəkətlərin edilməsi tələbi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 15 may 2019-cu il tarixli iş № 2-1(81)-940/2019, (sədrlik edən hakim Vəkil) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 15 may 2019-cu il tarixli qərarının ləğv edil məsini və iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 28 iyun 2019-cu il tarixli iş № 2-1(103)-1670/19 (hakimlər – M.Tağızadə sədrlik edən və məruzəçi, Ü.Mayılov və K.Abiyeva) qərardadı ilə birinci instansiya məhkəməsinin 15 may 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının iddia tələbinə baxılmasının mümkünsüz olması barədə gəlmiş olduğu hüquqi nəticə ilə razılaşa bilmir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsini istədiyi tələbi barədə Müdafiə Nazirliyinin Təltif Komissiyası tərəfindən bir qərara gəlinmişdir. Hər iki məhkəmə tərəfindən qəbul edilən qərarda belə bir mövqe göstərilməyə çalışır ki, o, N saylı hərbi hissənin təqdimatı əsasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsini cavabdeh Müdafiə Nazirliyinə həvalə edilməsini xahiş edir. Əslində onun belə bir xahişi yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təltif Komissiyası öz iradəsini ortaya qoyaraq N saylı hərbi hissə komandirinin təqdimatını müzakirə etmiş və təqdimat əsasında şəhid oğlu Bəhruz Nuriyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi qərarına gəlmişdir. Belə ki, N saylı hərbi hissə komandiri kapitan Mirzəyev və N saylı hərbi hissənin qərargah rəisi kapitan Niy azəliyevin imzaları ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülməsi barədə 26 oktyabr 1993-cü il tarixli təqdimatı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərmişdir. Bu təqdimat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təltif Komissiyasının 10.03.1994cü il tarixli iclasında müzakirə edilmiş və oğlu Bəhruz Nuriyevə “Bayraq ordeni” fəxri adının verilməsi qərara alınmışdır. Daha sonra oğlu Bəhruz Nuriyevə “Bayraq ordeni” adının verilməsi üçün 0/8, 10.03.1994-cü il tarixli siyahı ilə Prezidentin Hərbi işlər üzrə birinci müavini Nurəddin Sadıqovun qəbulundan sonra etdiyi haqlı şikayət nəzərə alınaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təltif Komissiyasında N saylı hərbi hissə komandirinin “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsinə dair təqdimatı 22 aprel 1994-cü il tarixində müzakirə edilərək yekdilliklə qərara alınmışdır ki, çavuş X2 cəbhədə göstərdiyi döyüş hünərlərinə görə (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilsin. Göründüyü kimi, cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi belə bir qərar almışdır. Belə olan halda inzibati orqanın üzərinə vəzifə qoyulmur və cavabdeh inzibati orqanın birbaşa diskresion səlahiyyətinə müdaxilə təşkil edilmir. Buna görə də, Bakı Apelyasiya Məhkəməsi öz qərarını əsaslandırması üçün İPM-nin 73.3.2-ci maddəsinə istinad etməklə səhv nəticəyə gəlmişdir. Bununla yanaşı, Bakı Apelyasiya Məhkəməsinin “İnzibati İcraat haqqında Qanununun 2.0.7-ci maddəsinə istinad etməsi də işin mahiyyətinə uyğun deyildir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin q arşısında şəhid Bəhruz Nuriyevin göstərdiyi qəhrəmanlıq şücaətlərini əks etdirən hərbi hissə komandirinin bir neçə təqdimatı olmamışdır ki, diskresion səlahiyyətindən istifadə edərək birini seçmək hüququndan istifadə etsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə şəhid Bəhruz Nuriyevin göstərdiyi şücaətləri əks etdirən bir təqdimat olmuşdur ki, həmin təqdimatda da, ona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi göstərilir. Bütün bu hallardan görünür ki, məhkəmələr iddia tələbinin mahiyyətini düzgün qəbul etməmişlər. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1670/2019 saylı, 28 iyun 2019-cu il tarixli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi K ollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 28 iyun 2019-cu il tarixli, 2-1(103)167/2019 saylı qərardadla iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 15 may 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən İnzibat i Prosessual Məcəllənin 35.1, 73.3.2-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiyası məhkəməsi haqlı olaraq iddianı mümkün saymamışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan dəlilləri iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdı ğı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üz rə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3cü bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın v erilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanu nsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş materiallarından görünür ki, AR Müdafiə Nazirliyi N saylı Hərbi hissə çavuş X1 ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülməsinə dair təqdimat vermiş, təqdim edilmiş təltif sənədlərinə əsasən X3 Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 16.09.1994-cü il tarixli Fərmanı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur. H azırkı tələbində iddiaçı şəhid olmuş oğlu çavuş X2 “Azərbaycan Milli Qəhrəmanı” fəxri adının verilməsinə dair hərbi hissə tərəfindən verilmiş təqdimatın icra edilməsi üçün aidiyyəti hərəkətlərin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsini tələb edir. “Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında Əsasnamənin 2-ci bəndinə əsasən “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. İnzibati Prosessual Məcəllənin 73.3.2-ci maddəsinə əsasən inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi il ə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyət qanunla inzibati orqanın mümkün qanunauyğun qərarlardan birini seçmək imkanıdır. Apelyasiya instansiyası məhkəməsini haqlı olaraq öz qərardadında qeyd etmişdir ki, diskresion səlahiyyətlərin həyata keçirilməsi inzibatı orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququdur. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edərsə onda diskresion qərarı özü qəbul edə bilməz. Başqa sözlə, məhkəmə inzibati aktın qanunsuzluğunu müəyyən etdikdən sonra inzibati orqana diskresion səlahiyyətləri ilə müəyyən edilmiş hərəkət azadlığına müdaxilə etməməlidir. Bundan sonra məhkəmənin nəzarəti yalnız inzibati orqanın öz diskresion səlahiyyətini düzgün, mütənasiblik prinsipinə müvafiq olaraq yerinə yetirilib-yetirilmədiyinin yoxlanılması ilə məhdudlaşmalıdır. Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası hesab edir ki, hazırkı iş üzrə hərbi hissənin “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülməsinə dair təqdimatın Müdafiə Nazirliyinə təqdim etməsi cavabdeh orqan üçün həmin təqdimatın icra edilməsi üçün aidiyyəti hərəkətləri bilavasitə icra etməsi vəzifəsi yaratmır. Belə ki, “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülməsinə dair təqdimatın yuxarı icra orqanına verilməsi bilavasitə cavabdeh orqanı mülahizəsindən asılı olmaqla sonuncunun diskresion səlahiyyətinə aiddir. İddiaçının arzuladığı tələbə uyğun inzibati orqanın ü zərinə vəzifənin qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Bütün yuxarıda göstərilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin 28 iyun 2019-cu il tarixli qərardadı qanuni və əsaslı olduğundan, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 28 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 iyun 2019-cu il tarixli2-1(103)1670/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sə drlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar