Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2849/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nəsimi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2849/19 Bakı şəhəri 25 sentyabr 2019-cu il Açar sözlər: pensiya təminatı hüququ, prokurorluq işçilərinin pensiyasına qulluq illərinə görə əlavənin hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Əli Rüstəmov və Gündüz Quliyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili Arif Rəsulovun və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Bakı şəhər Nəsimi rayon şöbəsinin nümayəndəsi XXXun iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Bakı şəhər Nəsimi rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 iyul 2019-cu il tarixli, 2-1(103)-1434/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nəsimi rayon Şöbəsinə qarşı (bundan sonra mətndə cavabde h) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 30 aprel 2004-cü il tarixdən bu günədək olan dövr üçün, yəni pensiya hüququnun yarandığı tarixdən yaranan fərqin birdəfəlik ödənilməsi şərti ilə, o cümlədən iddiaçıya müalicə ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin, əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardımın, məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatının verilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli, 194 saylı fərmanı ilə təsdiq edilmiş, 2 saylı əlavədə olan “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları” ilə pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha so nra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla onun pensiyasının 01 yanvar 2006-cı il tarixdən yenidən hesablanması, həmin tarixdən ödənilməmiş fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 16 dekabr 1974-cü il tarixdən 30 apr el 2004-cü il tarixədək Azərbaycan Respublikası Prokurorluq orqanlarında bir sıra vəzifələrdə çalışmış və xidməti illərinə görə 29 aprel 2004-cü il tarixdə öz arzusu ilə təqaüdə çıxmışdır. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənməsinə baxmayaraq, onun əmək pensiyasının hesablanması zamanı qanunvericiliklə nəzərdə tutulan, hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləği, müalicə olunma ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımlar nəzərə alınmamışdır. Bununla bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə məktubu ilə imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət b ildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2-1(81)1447/2019 saylı qərarı ilə (hakim Rəşid Rzayev) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, prokurorluq orqanlarının əməkdaşlarına il ərzində məzuniyyətə getmələri və müalicə olunmaları ilə əlaqədar hər biri ikiqat əmək haqqı həcmində olmaqla ödənilən müavinatlar qanunvericiliklə əmək haqqının tərkibinə aid edilmişdir. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının hesablanması zamanı prokurorluq orqanlarının əməkdaşlarına il ərzində məzuniyyətə getmələri və müalicə olunmaları ilə əlaqədar hər biri ikiqat əmək haqqı həcmində olmaqla ödənilən müavinət və maddi yardımın nəzərə alınmasından imtina olunması iddiaçının pensiya hüququnu pozmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 iyul 2019-cu il tarixli, 2-1(103)-1434/2019 saylı qərarı ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Ülvi Mayılov və Kəmalə Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamış və hesab etmişdir ki, iddiaçının əmək pensiyasının düzgün hesablanmaması nəticəsində onun əldə edə bilmədiyi məbləğ onun mülkiyyətini təşkil edir və iddiaçı əmək pensiyasının yanlış hesablanması nəticəsində yaranmış məbləğ fərqinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9, 21.1, 21.4, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 20.8.3, 26.1, 29.3, 20.1, 20.8, 20.9, 21.4,37.7-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, qanunvericilik pensiyanın hesablanması üçün əmək haqqının alınması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışın təqdim olunmasını nəzərdə tutmuşdur. İddiaçı isə belə bir arayışı cavabdeh inzibati orqana təqdim etmədiyindən, onun əmək pensiyası əmək haqqına əlavələrə deyil, əmək haqqına istinad olunmaqla hesablanmışdır. Bunan başqa bildirilmişdir ki, iddiaçı işlədiyi dövr ərzində “Prokurorluqda qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş əlavələri almamış və həmin əlavələrdən sosial sığorta haqqı tutulmamışdır. Bu səbəbdən, onun əmək pensiyasının hesablanması zamanı həmin əlavələr nəzərə alına bilməzdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, “Sosial sığorta stajı haqqında” Azərbaycan Respublikası Qanunun 1, 4, “Prokurorluqda qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 20.9-cu maddələrinə istinad etmişdir. Tərəflərin işt irakı və izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun rədd edilməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçıya 30 aprel 2004-cü il tarixdən prokurorluq işçısı kimi p ensiya təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək prokurorluq işçilərinin sosial müdafiəsi ilə bağlı “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələr nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 05 fevral 2019-cu il tarixli, **********0 saylı imtina məktubundan gprünür ki, iddiaçının müraciətinin təmin edilməməsinin əsas kimi, onun pensiyasının hesablanması zamanı nəzərə alınmasını xahiş etdiyi əlavələri almasını təsdiq edən sənədin şöbəyə təqdim edilməməsi, əlavələri almış olsa belə, həmin əlavələrdən sosial sığorta haqqı tutulmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun maddi-texniki təminat şöbəsinin rəis müavini tərəfindən iddiaçıya ünvanlanmış 17 dekabr 2018-ci il tarixli, 17/931 saylı məktubundan görünür ki, 29 iyun 2001-ci il tarixli, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8 və 20.9-cu maddələrinə uyğun olaraq, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq, müalicə olunmaları ilə əlaqədar isə 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin qanunun 20.8 və 20.9-cu maddələrində nəzərdə tutulmuş müavinətlərdən Dövlət Sosial Müdafiə Fonduna ayırmalar, yalnız 2007-ci ildən məzuniyyət üçün müavinət, 2010cu ildən müalicə üçün müavinət sosial müdafiə ayırmalarına cəlb olunan ödənişlərə daxil edilmişdir. Həmin qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq əməkdaşlarına onların əmək haqqının 2 q at mislindən az olmayaraq maddi yardım verilir. Azərbaycan Respublikası Baş Prokurorunun ümumi əmrlərinə əsasən mart, oktyabr və dekabr aylarında ümumilikdə 3 qat əmək haqqı həcmində maddi yardım verilir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələbl ərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya pensiya təyin edilərkən, düzgün olmayaraq “Prokurorluqda qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları ilə nəzərdə tutulmuş imtiyazlar nəzərə alınmamışdır.. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlillərinə görə, qanunvericilik pensiyanın hesablanması üçün əmək haqqının alınması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışın təqdim olunmasını nəzərdə tutmuşdur. İddiaçı isə belə bir arayışı cavabdeh inzibati orqana təqdim etmədiy indən, onun əmək pensiyası əmək haqqına əlavələrə deyil, əmək haqqına istinad olunmaqla hesablanmışdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İddia tələbindən göründüyü kimi, iddiaçı aşağıdakı əlavələrin pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmasını xahiş etmişdir: - prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı; - prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti; - prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım. Bu vəsaitlərin verilməsi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda aşağı dakı kimi tənzimələnmişdir: - 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir; - 20.9-cu maddəsinə əsasən, (...) prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir; - 21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Maddələrin tələblərindən göründüyü kimi, prokurorluq işçilərinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə vəzifə maaşlarına müəyyən əlavələrin verilməsi nəzərdə tutulmuşdur. Bunlara məzuniyyətlə bağlı müavinət, müalicə olunmaları lə bağlı müavinət və maddi yardım aiddir. Göstərilmiş məbləğlərin pensiyanın hesablanması z amanı nəzərə alınmasına münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddiaçıya həmin əlavələrin qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixdən verilməsi müəyyən edilmişdir. Həmin dövrə münasibətdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun redaksiyasında aşağıdakılar nəzərdə tutulmuşdur: - 9.4-cu maddəsinə əsasən, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır; - 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı sığorta olunanlara təyin edilir: 20.1.5. prokurorluq işçiləri; - 20.8-ci maddəsinə əsasən: bu Qanunun 20.1.5-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə — 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir (20.8.3); - 29.3-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1-20.1.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Maddələrin mətnindən göründüyü kimi, sabiq prokurorluq işçilərinə pensiya hesablanarkən qulluq stajına görə əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. Həmin dövrdə qüvvədə olmuş qanunvericilikdə sabiq prokurorluq işçilərinin qulluq stajına görə əlavənin alınması yalnız prokurirluq orqanlarda ən azı 5 il qulluq etməsi müddəti ilə şərtləndirilmiş və əlavənin məbləği qulluq illərinin sayına uyğun olaraq faiz nisbi ilə müəyyən olunmuşdur. Habelə, əlavənin məbləğinin əmək haqqının məbləğindən asılılığı nəzərdə tutulmuşdur ki, onun yenidən hesablanması əmək haqqında baş verilmiş dəyiş iklik olduqda müəyyən edilmişdir. Müvafiq məbləğin alınması keçmiş müddətlə məhdudlaşıdırlmamışdır. Apellyasiya məhkəməsi iddiaçının tələblərini bu maddələrə uyğun olaraq əsaslı hesab etmişdir və məhkəmə kollegiyası bu nəticə ilə razılaşdığını qeyd edir. Cavabdehin bildirdiyi dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tələbin təmin edilməsinin hüquqi əsası bilavasitə pensya məbləği deyil, həmin pensiyaya qulluq stajına görə hesablanan əlavəyə dair müddəalar təşkil edir. Həmin maddədə isə müəyyən edilmişdir ki, əlavələrin hesablanması əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla aparılmalıdır. “Əmək haqqı” anlayışı isə prokurorluq işçilərinə münasibətdə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.-ci maddəsində a şağıdakı kimi müəyyən edilmişdir: prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Bu və yuxarıda əks olunmuş maddələrin tətbiqi o anlamı yardır ki, pensiya çıxmış şəxsin vaxtı ilə tutduğu vəzifədə hazırda işləmiş şəxsin əmək haqqısına uyğun olaraq pensiyanın hesablanması aparılmalıdır. Yəni hazırda işləyən şəxsin əmək haqqısına həmçinin iddia tələbinə əsasən ödənilməli olan məbləğlər daxil edildiyindən, həmin məbləğlər əmək pensiyasına əmək haqqındakı sonrakı artım kimi qiymətləndirilməklə iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Bununla da belə nəticə əldə olunur ki, iddiaçının pensiya məbləğinə qulluq stajına görə əlavə hesablanarkən prokurorluq işçilərinin aldığı əmək h aqqına daxil olan bütün növ ödənişlərin nəzərə alınması qanuni qaydada müəyyən edilmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı əsasən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən v ə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Bakı şəhər Nəsimi rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 iyul 2019-cu il tarixli, 2-1(103)-1434/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2849/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2849/2019
25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver