Məhkəmə qərarları › İş №2-1(102)-2849/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2849/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2849/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhsil müəssisəsinə əcnəbi kimi qəbul olunmuş şəxsə diplomun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Cavabdeh2nə qarşı “diplomun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2-1(103)-2262/202 3 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1991-ci il təvəllüdlü iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmasına baxmayaraq, Rusiya Federasiyasının vətəndaşlıq pasportu və orta təhsili həmin ölkədə alması barədə attestatdan istifadə etməklə əcnəbi vətəndaş kimi Cavabdeh2nə müalicəprofilaktika fakültəsinə qəbul olunmuşdur.

2. Cavabdeh2 0254/10 nömrəli xx.xx.2010-cu il tarixli tələbə biletinə əsasən iddiaçı 2010-cu ildən 2016-cı ilədək Cavabdeh2 müalicə-profilaktika fakültəsinin tələbəsi olmuşdur.

3. İddiaçı 2010-2015-ci illərdə Cavabdeh2 X2 hər il 17001, 70 manat təhsil ödənişləri etmiş və müvafiq qəbzləri iddia ərizəsinə əlavə etmişdir.

4. İddiaçının vəkilinin müraciətinə cavab olaraq Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 01-06/302 nömrəli məktubunda qeyd edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı İddiaçı Cavabdeh2 rektorunun 315/T nömrəli xx.xx.2010-cu il tarixli əmri ilə müalicəprofilaktika fakültəsinin İ kursuna ödənişli əsaslarla qəbul olunmuş və 2016-cı ildə həmin fakültəni bitirmişdir. İddiaçının diplomunun alınması məqsədilə onun sənədləri Təhsil Nazirliyinin Təhsilin X1 (TİMS) qeydiyyata alınmalıdır. Bu sənədlərdən biri də əcnəbi vətəndaşlara Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşama haqqında vəsiqədir. Həmin vəsiqənin gətirilməsi üçün iddiaçıya şifahi və yazılı (xx-xx/2648 nömrəli xx.xx.2018-ci il tarixli məktub) müraciət olunmasına baxmayaraq bu günə kimi gətirmədiyinə görə TİMS-də onun qeydiyyatını aparmaq mümkün olmamışdır.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il il tarixli, 1(101)-898/2021 nömrəli hökmünə əsasən: - X3 və qeyriləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.2, 320.1, 320.2-ci maddələri ilə təqsirli bilinmişlər ona görə ki, “.....pul vəsaitini Amin İmanovun vasitəsi ilə Qurban Şahbazovdan aldıqdan sonra həmin vaxtdan 2010-cu ilin sentyabr ayına kimi olan müddət ərzində istintaqla dəqiq müəyyən edilməyən şəraitdə Rusiya Federasiyasının orta təhsil haqqında attestatını qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə tərtib edib məzmununa diyircəkli qələmlə rus dilində İddiaçı Moskva şəhər Təhsil Departamen tinin Cənub dairəsinin dövlət ümumtəhsil müəssisəsinin 629 saylı orta ümumtəhsil məktəbini 2009-cu ildə bitirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib, istintaqla müəyyən edilməyən şəraitdə qanunsuz olaraq hazırlanan və içərisində rus dilində «Moskva şəhər Təhsil Departamentinin Cənub dairəsinin dövlət ümumtəhsil müəssisəsinin 629 saylı orta ümumtəhsil məktəbi» yazıları olan möhürlə təsdiq edərək hüquq verən rəsmi sənəd olan həmin xx.xx.2009-cu il tarixli ** AA ***2834 №-li attestatı qanunsuz olaraq təkrarən hazırlamış, eyni niyyətlə 2010-cu ilin avqust- sentyabr aylarında qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə Rusiya Federasiya sı vətəndaşının pasportunu qanunsuz olaraq tərtib edərək məzmununa rus dilində İddiaçı Rusiya Federasiyasının vətəndaşı olması, eləcə də pasportun X5 Xidmətinin Moskva vilayətinin Krasnoselsk rayonu üzrə şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilərək 4510 442060 №-li olmasına dair bilə-bilə yalan məlumatlar daxil edib hüquq verən rəsmi sənəd olan Rusiya Federasiyası vətəndaşının pasportunu istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən hazırladıqdan sonra, həmin pasport və attestatın saxta olmasını bilə-bilə ondan qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq təkrarən istifadə edərək 2010-cu ilin sentyabr ayının istintaqla dəqiq müəyyən edilməyən günündə qeyd olunan saxta sənədləri və həmin sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini Amin İmanovun vasit əsi ilə Qurban Şahbazova vermiş...”; - “Şahid İddiaçı ifadəsində göstərmişdir ki, 2008-ci ildə məktəbi bitirdikdən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali təhsil müəssisələrinə qəbul ilə bağlı test imtahanlarında iştirak etmiş, keçid balı toplaya bilmədiyi üçün universitetə qəbul oluna bilməmiş, 2009-cu ildə də test imtahanlarında iştirak etsə də, yenə keçid balı toplaya bilmədiyindən universitetə qəbul olunmamışdır. Bundan sonra atası Qurban Şahbazov Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunması ilə maraqlanmağa başlamış və bir nəfər dostu onun xaricdə təhsil almağını məsləhət görmüşdür. 2010-cu ilin yay aylarında atası həmin dostu vasitəsi ilə Rusiya Federasiyasının vətəndaşlığına keçməyi barədə pasport və orta təhsili həmin ölkədə almağı barədə attestatı əldə etməklə ona vermişdir. Həmin pasport və attestatı alanda Rusiya vətəndaşı olduğuna inanmışdır. Diplom və attestatının saxta olmasını Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsində izahat verən zaman bilmişdir”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2010-2016-cı il tarixdə Cavabdeh2ndə təhsil almağını və bu təhsili başa çatdırmağını təsdiq edən diplomun verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 sentyabr 2010-cu il tarixdə Cavabdeh2 rektorunun 315/t nömrəli əmri ilə həmin universitetin müalicə-profilaktika fakültəsinin İ kursuna ödənişli əsaslarla qəbul olunmuşdur. 201 0-2016-cı illərdə iddiaçı Cavabdeh2ndə təhsil almış, hər tədris ili üçün nəzərdə tutulmuş təhsil ödənişlərini etmiş, imtahan və məqbulları vermiş, təhsilini başa çatdırmışdır. Buna baxmayaraq iddiaçıya təhsilini başa çatdırmağını təsdiq edən diplom verilməmişdir. Bu səbəbdən də Cavabdeh2ndə təhsil aldıqdan sonra ona diplomun verilməməsinin səbəbinin aydınlaşdırılması üçün iddiaçı həmin quruma müraciət etmiş, 16 fevral 2021-ci il tarixli məktubla iddiaçının Cavabdeh2nə Rusiya Federasiyası vətəndaşı kimi qəbul olunduğu üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin X1 qeydiyyata alınmalı olduğu və bu qeydiyyat zamanı əcnəbi vətəndaşa Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşama haqqında vəsiqəni təqdim etməli olduğu bildirilmişdir. İddiaçı qısa bir müddət həm Rusiy a Federasiyası, həm də Azərbaycan Respublikası vətəndaşı olmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə əcnəbi vətəndaşa müvəqqəti yaşama haqqında vəsiqənin verilməsi ilə əlaqədar müraciət etməmişdir. Hazırda iddiaçı yalnız Azərbaycan Respublikası vətəndaşıdır. Buna görə də cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Cavabdeh2 tərəfindən bu universitetdə təhsil almağını təsdiq edən diplomun ona verilməsindən imtina edilməsi qanuni hesab edilə bilməz.

8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsili n hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil almaları haqqında” Əsasnamənin tələbinə görə, Azərbaycan Respublikasına təhsil almağa gələn əcnəbilər – onun mənsubiyyətini müəyyən edən milli paspo rt təqdim etməklə təhsil müəssisəsi ilə müqavilənin bağlanmasını mümkün hesab edirdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 may 2016-cı il tarixli, 5(001)200/2016 saylı “Məlumatların götürülməsi haqqında” qərarından görünür ki, 1991-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmasına baxmayaraq, Rusiya Federasiyasının vətəndaşlıq pasportu və orta təhsili həmin ölkədə alması barədə attestatdan istifadə etməklə əcnəbi vətəndaş kimi Cavabdeh2nə müalicə-profilaktika fakültəsinə qəbul olunmuşdur. Məhkəmə qərarının məzmunundan göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olmasına baxmayaraq, qanunvericiliyə zidd olaraq, xarici ölkə vətəndaşı (əcnəbi) kimi Universitetə müqavilə əsasında qəbul olunmuşdur. Bildiririk ki, ali təhsil müəssisəsinə qə bul qaydalarına zidd olaraq, ATU-ya qəbul olan və təhsilini başa vuran iddiaçıya nazirlik tərəfindən təhsil haqqında sənəd verilməmişdir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçının saxta sənədlərlə ATU-ya qəbulu qanunsuz olmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin 2 mart 2023-cü il tarixli, 2-1(112)-475/2023 nömrəli qərarı (hakim L.S.Musayeva) ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının Cavabdeh2nə müqavilə əsasında daxil olması üçün yeganə şərt onun xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs olmasıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının vəkili Nümayəndə1 izahatında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində qısa müddət həm Azərbaycan Respublikası, həm də Rusiya Federasiyasının vətəndaşı olduğunu qeyd etsə də, əslində iddiaçı heç bir zaman Rusiya Federasiyasının vətəndaşı olmamışdır. İddiaçının diplomunun verilməsi üçün onun sənədləri Təhsil Nazirliyinin Təhsilin X1 (TİMS) qeydiyyata alınmalıdır. Sənədlərdən biri də əcnəbi vətəndaşlara Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşama haqqında vəsiqədir. İddiaçıda həmin vəsiqənin olmadığından Cavabdeh2 tərəfindən diplomun verilməsi mümkün olmamışdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası vətəndaşı olduğu təqdirdə xarici vətəndaş kimi Cavabdeh2nə müqavilə əsasında daxil olub təhsil almışdır. Təhsilin bitirdikdə isə Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşama haqqında vəsiqəsi olmadığından diplom ala bilməmişdir.

11. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2-1(103)-2262/2023 nömrəli qərarı (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2 mart 2023-cü il tarixli, 2-1(112)-475/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

15. İddiaçı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin heç bir dəlilinə qiymət verməmişdir. Apellyasiya şikayətində iddiaçının təhsil müəssisəsində həqiqi təhsil alması və üzərinə qoyulan vəzifələri tam icra etməsi, qanunsuz əlverişli inzibati aktın ləğv edilə bilməməsi və dövlətin səhvinin vətəndaşın hesabına düzəldilə bilməməsi kimi dəlillər irəli sürülsə də, həmin dəlillərin heç birinə məhkəmə münasibət bildirməmiş və nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir.

16. Apellyasiya qərarının əsaslandırılması kimi istinad edilən müddəaların heç biri saxta sənədlər əsasında əcnəbi statusu almış şəxsin aldığı təhsilinə görə ona diplom verilməməsini nəzərdə tutmur. Bununla yanaşı, qeyd edilməlidir ki, apellyasiya məhkəməs i iddiaçının saxta əcnəbi vətəndaş kimi ATU-ya qəbul olunmasını və təhsil almasını “Təhsil haqqında” Qanunun 1.0.1, 22.3 və 44.1-ci maddələrinin, habelə Qaydaların tələblərinin pozuntusu kimi dəyərləndirmişdir. Halbuki, qeyd edilən müddəaların heç biri nəzərdə tutmur ki, saxta sənədlər əsasında ali təhsil müəssisəsinə qəbul olunan şəxs təhsil ala bilməz, yaxud bu şəkildə təhsil aldığı halda ona diplom verilə bilməz. “Təhsil haqqında” Qanunun qeyd edilən müddəaları abituriyentin anlayışı, bakalavriat təhsil səviyyəsinin mahiyyəti, əcnəbilərin Azərbaycan Respublikasında təhsil alması üçün şərtlər (kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsi ilə birbaşa bağlanan müqavilə) kimi məsələləri tənzim edir. Qaydalar da həmin qanunun müddəalarını tamamlayır. Bu baxımdan apellyasiya məhkəməsini n tətbiq edilməli olmayan normaları tətbiq edərək maddi və prosessual hüquq normalarının ciddi pozuntusu ilə qərar qəbul etmişdir. Bu isə ona görə mümkün olmuşdur ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini hər hansı bir müddəa ilə təkzib edə bilməmiş və öz iradəsini əsaslandıra biləcək konkret norma tapa bilməmişdir.

17. İddiaçı təhsil müəssisəsində həqiqi (real) təhsil almış və üzərinə qoyulan vəzifələri tam icra etmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, iddiaçının əcnəbi statusu qanunsuz olsa belə, onun təhsili həqiqi (real) olmuşdur. Belə ki, iddiaçı təhsil müəssisəsi ilə birbaşa bağladığı 47/2010-2011 nömrəli nümunəvi müqavilə (Qaydalara Əlavə olan) əsasında təhsil müəssisəsinə qəbul olmuş, Müqavilənin 2.2.2-ci maddəsinə uyğun olaraq təhsil haqqını ödəmiş, təhsi lalan kimi “Təhsil haqqında” Qanunun 32.5.1-1-ci maddəsindən irəli gələn bütün vəzifələrini icra etmiş, yəni təhsil müəssisəsində formal təhsil almış, dərsdən yayınma hallarına yol verməmiş, habelə təhsil alması ilə bağlı müqavilənin bütün şərtlərinə riayət etmişdir. Buna rəğmən cavabdeh təhsil müəssisəsi müqavilədən irəli gələn vəzifələrini icra etməmişdir. Belə ki, müqavilənin 2.1.5-ci bəndinə və Qaydaların 4.9cu bəndinə əsasən əcnəbi tələbə təhsilini uğurla başa vurduqdan sonra ona təhsil haqqında dövlət nümunəli sənəd vermək təhsil müəssisəsinin vəzifəsi olduğu halda, cavabdeh həmin vəzifəsinə əməl etməmişdir. Belə olan halda isə, təhsil haqqında dövlət nümunəli sənəd verməkdən imtina qanuni və əsaslı sayıla bilməz.

18. Qanunsuz əlverişli inzibati akt ləğv edilə bilməz. Qeyd edilməlidi r ki, iddiaçının saxta əcnəbi olaraq təhsil müəssisəsinə qəbul edildiyi halda, ona diplom verməkdən imtina həm də ona görə qanunsuzdur ki, qanunsuz əlverişli inzibati akt ləğv oluna bilməz. İddiaçının təhsil müəssisəsinə qəbul edilməsi pul öhdəliklərinin əmələ gəlməsinə (təhsil haqqının ödənilməsinə) səbəb olduğundan və ona təhsil almaq hüququ verdiyindən qanunsuz əlverişli inzibati akt olaraq ləğv edilə bilməz. Habelə, dövlətin səhvi vətəndaşın hesabına düzəldilə bilməz. Digər tərəfdən isə, dövlət orqanı hesab edilən cavabdehlərin səhvinə (üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməsinə) görə məsuliyyət iddiaçının üzərinə qoyula bilməz və onların səhvləri iddiaçının hesabına düzəldilə bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Cavabdeh2 kassasiya şikayətinə dair etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2-1(103)-2262/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. abituriyent - ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxs;... Maddə

22. Ali təhsil... 22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... Maddə

44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı be ynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir....

21. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: Maddə

3. Əsas anlayışlar 3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.1. əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs; 3.0.2. vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxs;...

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2001-ci il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil almaları haqqında Əsasnamə” (xx.xx.2015-ci il tarixdən etibarən ləğv edilmişdir): İİ. Xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil alması...

1. Təhsil müəssisələrinə qəbul şərtləri 1.1. Azərbaycan Respublikasının təhsil və elmi tədqiqat müəssisələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu aşağıdakı əsaslarla həyata keçirilir: Azərbaycan Respublikası və xarici ölkələr arasında təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlıq haqqında hökumətlərarası sazişlər əsasında; təhsil müəssisələri arasında bağlanmış birbaşa müqavilələr əsasında; qeyri-hökumət və xeyriyyə cəmiyyətlərinin təsis etdiyi təqaüdlər hesabına; təhsil müəssisələrinin xarici ölkələrin təşkilatları, şirkətləri, assosiasiyaları, d igər müəssisələri, vətəndaşları və s. ilə bağladıqları müqavilələr əsasında.... 1.13. Təhsil almağa gələn əcnəbilər aşağıdakı sənədləri təqdim etməlidirlər: təhsil müəssisəsi rəhbərinin adına ərizə; keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən təhsil haqqında sənədin (sənədlərin) notarius tərəfindən təsdiq olunmuş surəti (surətləri); sağlamlıq və QİÇS haqqında arayışlar; milli pasportun surəti, pasport yaşına çatmamış şəxslər üçün isə doğum haqqında şəhadətnamə; tərcümeyi-hal; 4x3 ölçüdə 8 ədəd fotoşəkil.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları ” (xx.xx.2015-ci il tarixdən etibarən qüvvədə olan):

3. Əcnəbilərin Azərbaycan Respublikasının təhsil müəssisələrinə qəbulu 3.1. Əcnəbilərin təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu aşağıdakı əsaslarla həyata keçirilir: 3.1.1. təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota əsasında; 3.1.2. təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında; 3.1.2-1. dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında; 3.1.3. təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında; 3.1.4. təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında; 3.1.5. təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında;... (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) 3.4. Bu Qaydaların 3.1.1-3.1.6-cı yarımbəndlərində qeyd olunan əsaslarla Azərbaycan Respublikasında təhsil almaq üçün müraciət edən əcnəbilər seçdikləri təhsil müəssisəsinə aşağıdakı sənədləri təqdim etməlidirlər: 3.4.1. seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər); 3.4.2. əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış(və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş sur əti (surətləri); 3.4.3. sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış; 3.4.4. etibarlı sərhədkeçmə sənədi; 3.4.5. 3x4 ölçüdə 6 ədəd fotoşəkil; 3.4.6. tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda); 3.4.7. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).... (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada) 3.4. Bu Qaydaların 3.1.1-3.1.6-cı yarımbəndlərində qeyd olunan əsaslarla Azərbaycan Respublikasında təhsil almaq üçün müraciət edən əcnəbilər seçdikləri təhsil müəssisəsinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin (bundan sonra – TMİS) “Elektron sənəd qəbulu” altsistemi vasitəsilə elektron qaydada mür aciət edir. Həmin müraciətlər TMİS-də qeydiyyata alınır və hər bir əcnəbiyə sistemdə şəxsi kabinet açılır. Əcnəbi onun üçün açılmış şəxsi kabinetdə müraciətinin statusunu izləyə bilər. Əcnəbi TMİS-nin Elektron sənəd qəbulu altsistemində “Elektron ərizə”ni doldurur və bu müraciətə aşağıdakı sənədlərin skan olunmuş surəti əlavə edilir: 3.4.2. əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış(və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri); 3.4.3. sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış; 3.4.4. etibarlı sərhədkeçmə sənədi; 3.4.6. tədris dilindən imta han verilməsi barədə sertifikat (mövcud olduğu halda); 3.4.7. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda)....

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılm ası qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı b arədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelly asiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassa siya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki halların a hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

32. İddiaçının kassasiya şikayətinin başlıca dəlillərinə görə iddiaçı təhsil müəssisəsində həqiqi təhsil almış, üzərinə qoyulan vəzifələri tam icra etmişdir. İddiaçı ilə təhsil müəssisəsi arasında bağlanmış müqavilə ləğv edilə bilmədiyindən cavabdeh təhsil müəssisəsi həmin müqavilə ilə üzərinə qoyulan öhdəlikləri icra etməmiş və dövlətin səhvinin düzəldilməsi öhdəliyi vətəndaşın (iddiaçının) üzərinə qoyulmuşdur.

33. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdeh təhsil müəssisəsində təhsil alması, təhsil haqqı ödəmə si və təhsilini başa vurması işin mübahisələndirilməyən hallarındandır. İddiaçının başlıca hüquqi marağı ona 2010-2016-cı il tarixdə Cavabdeh2ndə təhsil almağını və bu təhsili başa çatdırmağını təsdiq edən diplomun verilməsindən ibarətdir.

34. İşin digər mübahisələndirilməyən halına görə iddiaçı təhsil müəssisəsinə əcnəbi vətəndaş (Rusiya Federasiyasının vətəndaşı) kimi müqavilə əsasında daxil olmuş və həmin əsaslarla təhsil almışdır. Hazırda iddiaçıya həmin ali təhsili alması barədə diplomun verilməsindən imtina olunmasının əsasında iddiaçının əcnəbi vətəndaş kimi Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşama haqqında vəsiqəsinin cavabdehlərə təqdim edilməməsi və buna görə də, Təhsilin X1 (TİMS) qeydiyyatın aparılmasının mümkünsüzlüyü göstərilmişdir.

35. Apellyasiya insta nsiyası məhkəməsi tərəfindən müəyyən edilən işin hallarına əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla heç vaxt əcnəbi – Rusiya Federasiyasının vətəndaşı olmamış, onun Rusiya Federasiyasının vətəndaşı olması barədə pasportu və guya Rusiya Federasiyasının «Moskva şəhər Təhsil Departamentinin Cənub dairəsinin dövlət ümumtəhsil müəssisəsinin 629 saylı orta ümumtəhsil məktəbi»ndə təhsil alması barədə attestatı saxta olmuşdur.

36. İddiaçı həmin saxta sənədlər əsasında guya əcnəbi vətəndaş kimi cavabdeh təhsil müəssisəsinin bakalavriat səviyyəsinə qəbul olmuş və təhsil almışdır. İddiaçının təhsil müəssisəsinə qəbul olunması saxta sənədlər əsasında olduğundan hazırda iddiaçı əcnəbi vətəndaş kimi təhsilini başa vurmasına dair müvafiq sənədləri cavabdehlərə təqdim edə bilməmişdir. O na görə də, cavabdehlərin imtinası qanuna uyğun olmuşdur.

37. Bundan başqa, iddiaçı kassasiya şikayətində qeyd edir ki, dövlət orqanı hesab edilən cavabdehlərin səhvinə (üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməsinə) görə məsuliyyət iddiaçının üzərinə qoyula bilməz və onların səhvləri iddiaçının hesabına düzəldilə bilməz.

38. Həmin dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı heç vaxt Rusiya Federasiyasının vətəndaşı olmadığı halda cavabdeh təhsil müəssisəsi ilə əcnəbi vətəndaş kimi müqavilə imzalamışdır. İddiaçı özünün vətəndaşlıq mənsubiyyəti (Azərbaycan Respublikasının vətəndaşı olması) barədə dəqiq məlumata malik olmasına baxmayaraq saxta sənəd əsasında ali təhsil müəssisəsinə daxil olması barədə müqavilə imzalayarkən və təhsil haqqı ödəməklə təhsil almağa davam edər kən bunun hüquqi nəticəsini bilməli olduğu halda, hazırda həmin səhvin cavabdehlərin hesabına düzəldilməsini tələb etməkdə haqlı sayıla bilməz.

39. İşin hallarından və iddiaçıya verilən imtina cavabından göründüyü kimi cavabdehlər onun təhsil haqqı ödəməsi və təhsil alması ilə bağlı məsələləri mübahisələndirməmiş, sadəcə olaraq əcnəbi vətəndaş kimi ali təhsil müəssisəsinə qəbul olduğunu vurğulamaqla qanunvericiliyin əcnəbi vətəndaşlarla bağlı müddəalarının yerinə gətirilməsini tələb etmişlər. Cavabdehlərin tələbləri mövcud maddi hüquq normalarının tələblərinə uyğun olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olacaq halları ehtiva etməmişdir.

40. Ona görə də, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, habelə, apellyasiya instansi yası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 21(103)-2262/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar