Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-285/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-285/2019) Bakı şəhəri xxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı, üçüncü şəxs X14 vəkili Vəkiliştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin in 17 saylı Ərazi İdarəsinə qarşı xxx 2016-cı il tarixli, **********41 nömrəli reyestrin və ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-1(107)475/2018 saylı qərarından üçüncü şəxs X8 və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X2 onun atası, X6 isə anası, atasının 2-ci Dünya Müharibəsi veteranı olduğunu, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xxxx 1989-cu il tarixli, 76 nömrəli qərarına ə sasən Mingəçevir şəhər Xaldan şossesinin sol tərəfindən 15-ci küçədə "Müharibə veteranlarına" ayrılmış ərazidən ona 0,05 ha torpaq sahəsi onların istifadəsinə verildikdən sonra atasının orada ağaclar əkdiyini, 2002-ci ilə qədər torpaq sahəsindən istifadə etdiyini, 2002-ci ildə atası xəstələndiyindən onun yanında yaşadığını, 8 il yataq xəstəsi olduğundan torpaq sahəsinə gedib-gələ bilmədiyini, bundan istifadə edən qonşu torpaq sahəsinin mülkiyyətçisi X10 həmin torpaq sahəsini zəbt etdiyini, dəfələrlə torpaq sahəsindən çıxmağı tələb etməsinə baxmayaraq, onu həmin torpaq sahəsindən çıxara bilmədiyini, atası xxxx 2011-ci ildə Yevlax rayonu Salahlı kəndində vəfat etdiyini, Mingəçevir şəhər məhkəməsinin xxxx 2013-cü il tarixli 2(051)1691/2013 nömrəli qətnaməsi ilə Mingəçevir şəhəri Xaldan şosses ində 0,05 ha ölçüdə X1 ayrılmış torpaq sahəsi üzərində olan istifadə hüququnun vərəsəlik qaydasında ona keçmiş hesab edildiyinə baxmayaraq X7 adına həmin torpaq sahəsinə dair plan və ölçü sənədi verildiyini, bu səbəbdən o, məhkəməyə müraciət edərək, X7 adına verilmiş ***** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdiyini, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli, 2-1(107)-19/2017 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə "Veteran" bağçılığında yerləşən 25 nömrəli torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən X7 adına hazırlanmış, X12 kitabında 1113 nömrə ilə qeydə alınmış ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyi qoyulduğunu, bundan sonra da cavabdehin, torpaq sahəsi üzərində hüquqlarını qeydə almaqdan imtina ediyini, lakin Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxx2017-ci il tarixli, 2-1(84)36/2017 nömrəli qərarı ilə cavabdehin üzərinə Mingəçevir Şəhər XDS İK-in xxx 1989- cu il tarixli 76 nömrəli qərarına əsasən Mingəçevir şəhər Xaldan şossesinin sol tərəfindən 15-ci küçədə müharibə veteranlarına ayrılmış ərazidən X1 verilmiş 25 nömrəli 0,05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, çıxarışın verilməsi öhdəliyi qoyulduğunu, cavabdeh isə 23.10.2017-ci il tarixli məktubla onun mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X3 adına qey diyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyünə istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, X3 adına hazırlanmış xxxx 2016-cı il tarixli **********41 nömrəli reyestrin və onun əsasında verilmiş ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərardadı ilə mərhum X3 qızı X8 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2- 1(84)-229/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, X3 adına daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində aparılmış **********41 reyestr nömrəli qeydiyyatın və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqın da daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim V.K.Qasımov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-475/2018 saylı qərarı ilə (sədrlik edən G.Q.Abbasov, hakimlər R.R.Rəfiyev və E.Ş.Hüseynov) üçüncü şəxs X4 apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından üçüncü şəxs X8 və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırıl mışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xxxx 1985-ci il tarixli, 241 nömrəli qərarına əsasən şəhər müharibə və əmək veteranları şurasının “Veteran " sahəsi 10 nömrəli ərazidən bağçılıq təsərrüfatı və yoldaşlıq bağçılıq təsərrüfatı məqsədi ilə 0,05 ha torpaq sahəsi X5 verilmiş, qeyd olunan xüsusat hazırda da Azərbaycan Respublikası “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası”nın Mingəçevir Şəhər Filialı tərəfindən də təsdiq edilir, sonradan qeyd olunan hüquqi əsaslarla X3 adına ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinə xxxx 2016-cı il tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmiş, qeyd olunan çıx arış tam qanuni əsaslarla verilmiş və İddiaçı hüquqlarına toxunmur, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli 2-1(84)- 229/2018 nömrəli qərarında qeyd olunan hüquqi əsasların onun mərhum anasının torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur, X7 adına hazırlanmış, “Veteran" bağçılığında da yerləşən, X12 kitabında 1113 nömrə ilə qeydə alınmış A seriyalı, 274288 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli, 2-1(107)-19/2017 nömrəli qərarının onun mərhum anasının torpaq sahəsi ilə heç bir aidiyyəti yoxdur, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli 2-1(84)-229/2018 nömrəli qərarında tam əsasız olaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Koll egiyasının xxxx 2017-ci il tarixli qərarına əsaslanmış, belə ki, X10 ilə anasının heç bir qohumluq əlaqəsi yoxdur və onun torpaq sahəsi ilə anasının torpaq sahəsinin heç bir əlaqəsi olmamışdır. Üçüncü şəxs X8 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişlər. İddiaçın məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, h eç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qa ydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki h allarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, üçüncü şəxs X4, vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-475/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xxxx 1989-cu il tarixli, 76 nömrəli qərarı ilə X1 verilmiş, onun xəstə olub həmin torpaq sahəsinə gedib gələ bilmədiyi dövrdə isə həmin ərazi S.Quliyeva tərəfindən zəbt edilmiş və dürüstləşdirilmiş siyahısı məlu m olmayan Mingəçevir İcra Hakimiyyəti Başçısının xxxx 2008-ci il tarixli, 20 nömrəli sərəncamı ilə sözügedən torpaq sahəsi S.Quliyevaya verilmiş, Mingəçevir şəhər məhkəməsinin xxxx 2013-cü il tarixli, 2(051)-1691/2013 nömrəli qətnaməsi ilə Mingəçevir şəhəri Xaldan şossesində 0,05 ha ölçüdə X1 ayrılmış torpaq sahəsi üzərində olan istifadə hüququ vərəsəlik qaydasında İddiaçı keçmiş hesab edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə "Veteran" bağçılığında yerləşən 25 nömrəli torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən X7 adına hazırlanmış, X12 kitabında 1113 nömrə ilə qeydə alınmış A seriyalı 274288 nömrəli to rpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyi qoyulmuş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı ilə DƏDRX-in 17 saylı Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhər XDS İK-in 21.02.1989-cu il tarixli, 76 nömrəli qərarına əsasən Mingəçevir şəhər Xaldan şossesinin sol tərəfindən 15-ci küçədə müharibə veteranlarına ayrılmış ərazidən X1 verilmiş 25 nömrəli 0,05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, çıxarışın verilməsi öhdəliyi qoyulmuş, iddiaçı, həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, sonuncu, xxxx 2017-ci il tarixli məktubla Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarix li qərarı ilə onun mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyünə istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, xxxx 2017-ci il tarixli, **** nömrəli ekspert rəyinə görə Mingəçevir şəhəri (Veteran bağçılıq yoldaşlığında) yerləşən, X7 adına işlənmiş ***** nömrəli torpaq sahəsinin plan və ölçüsü, İddiaçı atası, mərhum X1 ayrılmış mübahisələndirilən 25-ci yerlə üstüstə düşür, Mingəçevir şəhər XDS İK-in xxxx 1989-cu il tarixli, 76 nömrəli qərarına əsasən Mingəçevir şəhər Xaldan şossesinin sol tərəfindən 15-ci küçədə müharibə veteranlarına ayrılmış ərazidən X1 verilmiş 25 nömrəli 0,05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, çıxarışın verilməsi öhdəliyinin DƏDRX-in 17 saylı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qanuni qüvvəyə minmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinin tələblərinə uyğun olaraq həmin torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həy ətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlard an istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xxxx 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı s ahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda sadalanan maddi hüquq normaları vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi ilə bərabər, həmin torpaql arın vətəndaşların mülkiyyətinə onların qanuni istifadəsində olan ölçüdə verilməsini də tənzimləyir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xxxx 2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştira k edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xxxx 2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası qanuni qüvvəyə minmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017ci il tarixli qərarının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olduğunu, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli qərarı ilə mübahisəli torpaq sahəsi üzrə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edildiyini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı ilə iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulduğundan, cavabdeh tərəfindən həmin torpaq sahəsinə dair qanuni əsaslar olmadan aparılmış reyestr qeydinin ləğvini tələb etməkdə haqlı olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəm ə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(107)-475/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-475/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-285/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-285/2019
30.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver