Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-285/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış binasına mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1977-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi üzərində m ülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2023-cü il tarixli, 2-1(103)-1869/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1281 nömrəli sərəncamına əsasən, Azərbaycan Elmlər Akademiyasının Təmir-inşaat idarəsinin ərazisində – Badamdar şossesi 40 ünvanında 16 m x 10 m ölçüdə ticarət obyektinin tikintisi üçün həmin idarənin nəzdində fəaliyyət göstərən “Xarrat” çoxsahəli sərbəst kiçik müəssisəsinə icazə verilmişdir.
2. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 2282 nömrəli sərəncamına əsasən, Azərbaycan Elmlər Akademiyasının Təmir-inşaat idarəsinin nəzdində fəaliyyət göstərən “Xarrat” çoxsahəli sərbəst kiçik müəssisəsinə məxsus olan və Badamdar şossesi 40 ünvanında yerləşən ticarət obyektinin yanındakı boş ərazidə “Xarrat” kiçik müəssisəsinə 15mx10m ölçüdə sahə ayrılmışdır.
3. Kommersiya qurumunun dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışa əsasən, İddiaçı sərbəst “Xarrat” çoxsahəli kiçik müəssisəsinin yeganə təsisçisidir.
4. İddiaçı sözügedən qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi barədə cavabdehə müraciət etmişdir.
5. Cavabdeh tərəfindən sö zügedən qeyri-yaşayış binasına dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli müayinə aktına əsasən, torpaq sahəsinin ölçüsü 952,9 kv.m, tikilinin ümumi sahəsi 928,9 kv.m-dir. Tikili sifarişçinin öz vəsaiti hesabına inşa edilmiş yeni tikilidir, torpaq ayrılmasına və tikiliyə bütövlükdə sənəd təqdim edilməmişdir. Elektron baza məlumatlarına əsasən koordinatı verilmiş torpaq sahəsi Mərkəzi Nəbatət bağının ərazisinə bitişik, yol kənarında yerləşir.
6. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığına istinadən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 40 ünvanında öz şəxsi vəsaiti hesabına tikdiyi 928,9 kv.m olan qeyri-yaşayış sahəsi (sahəsi 86,5 kv.m olan açıq eyvan ümumi sahəyə daxil edilməklə) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 1281 nömrəli sərəncamı ilə “Xarrat” kiçik müəssisəsinə Badamdar şossesi 40 ünvanında 16 m x 10 m ölçüdə ticarət obyekt inin tikintisinə icazə verilmişdir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 2282 nömrəli sərəncamı ilə “Xarrat” kiçik müəssisəsinə məxsus olan və Badamdar şossesi 40 ünvanında yerləşən ticarət obyektinin yanındakı boş ərazidə 15 m x 10 m ölçüdə sahə “Xarrat” kiçik müəssisəsinə ayrılmışdır. Həmin sərəncamlar Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında mövcuddur. xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən “Xarrat” kiçik müəssisəsinə məxsus Badamdar şossesi 40 ünvanında yerləşən ticarət obyektinin texniki pasportu tərtib edilmişdir. İddiaçı tələb olunan sənədləri əlavə etməklə, öz vəsaiti hesabına tikdiyi Badamdar şossesi 40 ünv anında yerləşən sözügedən ticarət obyektinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi əsas gətirilərək müraciətinin təmin olunmasından imtina edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: Günel Sevdimalıyeva) 09 yanvar 2023-cü il tarixli, 2-1(112)-1531/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 40 ünvanında öz şəxsi vəsaiti hesabına tikdiyi, sahəsi 928,9 kv.m olan qeyri-yaşayış sahəsi (sahəsi 86,5 kv.m olan açıq eyvan ümumi sahəyə daxil edilməklə) üzərində iddiaçının mülkiyyət hüquq larının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi 40 ünvanında Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-ci il tarixli, 1281 nömrəli və xx.xx.1995-ci il tarixli, 2282 nömrəli sərəncamlarına əsasən “Xarrat” kiçik müəssisəsinə torpaq sahəsi ayrılmışdır. Orada mövcud olan tikililər şəxsi vəsait hesabına inşa olunmuşdur. “Xarrat” kiçik müəssisəsinə dair tərtib olunmuş xx.xx.1995-ci il tarixli texniki pasporta əsasən,Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi 40 ünvanında torpaq sahəsinin ölçüsü 967,7 kv.m olaraq göstərilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfi ndən tərtib olunmuş cizgiyə əsasən tikintinin ümumi sahəsi 928,9 kv.m-dir (açıq eyvan 86,5 kv.m). Qeyd olunan torpaq sahəsi Mərkəzi Nəbatət bağının ərazisində deyil, bağa bitişik yolun kənarında yerləşir və şəxsi vəsait hesabına inşa edilmişdir. İddiaçı sərbəst “Xarrat” çoxsahəli kiçik müəssisəsinin yeganə (100%) təsisçisidir. Odur ki, sərbəst “Xarrat” çoxsahəli kiçik müəssisəsinin əmlakına hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır. Sərbəst “Xarrat” çoxsahəli kiçik müəssisəsi vaxtilə qüvvədə olan “Müəssisələr haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında yaradılmışdır. Həmin Qanunun 24-cü maddəsinin 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik aktları və müəssisənin nizamnaməsi ilə digər hal nəzərdə tutulmayıbsa, müəssisə sərəncamında olan binaları, qurğula rı, avadanlığı, nəqliyyat vasitələrini, inventarı və digər maddi sərvətləri satmaq və başqa müəssisələrə, təşkilatlara və idarələrə vermək, dəyişdirmək, icarəyə vermək, müvəqqəti istifadə üçün pulsuz vermək, yaxud da borc vermək, habelə onları balansdan silmək hüququna malikdir. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Belə ki, torpaq sahəsində tikilmiş qeyriyaşayış binasının tikinti sinə buna həmin dövrdə səlahiyyətli qurum tərəfindən icazə verilmiş və layihəsi (1995-ci ildə) razılaşdırılmışdır və həmin qeyri-yaşayış binasına mülkiyyət hüququnun tanınmasına dair iddiaçının etimadı qanunla qorunur. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının həmin qeyri-yaşayış binasına (sahəsinə) mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik e dən və məruzəçi/, Mirzə Tağızadə və İkram Şirinov) 18 avqust 2023-cü il tarixli, 2-1(103)-1869/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarını, istismara qəbul aktını təqdim etməlidir. Lakin müvafiq qeyri-yaşayış binasına və yerləşdi yi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, istismara qəbul aktı) iş materiallarında mövcud deyildir və eyni zamanda, hazırkı mərhələdə də iddiaçı tərəfindən bununla bağlı sənəd və sübutlar təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1995-ci il tarixli texniki pasportun surətinə münasibətdə qeyd edilməlidir ki, texniki pasporta əsasən torpaq sahəsinin ölçüsü 967,7 kv.m, tikintialtı sahəsi 282,8 kv.m olaraq göstərilsə də, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş ********** nömrəli cizgiyə əsasən ümumi tikintialtı sahə 631,7 kv.m (əsas 616 kv.m, daş hasar 15,7 kv.m) olmaqla açıq torpaq sahəsi 321,2 kv.m təşkil edir, ümumi torpaq sahəsinin 952,9 kv.m, ərazidəki ikimərtəbəli tikilinin birinci mərtəbəsi 505,4 kv.m, ikinci mərtəbəsi 423,5 kv.m olmaqla, cəmi 928,9 kv.m, açıq eyvan sahəsinin 86,5 kv.m olduğu müəyyən edilir. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş texniki pasportla daşınmaz əmlakın faktiki ölçüsü arasında fərqlər mövcuddur ki, bu hal sənədin əsaslılığına şübhə yaradır.
14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüqu qunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Torpaq sahəsində tikilmiş qeyri-yaşayış binasının tikintisinə icazə və layihəsi həmin dövrdə (1995-ci ildə) buna səlahiyyətli qurum tərəfindən razılaşdırılmışdır və həmin qeyri-yaşayış binasına mülkiyyət hüququnun tanınmasına dair iddiaçının etimadı qanunla qorunur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 18. “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikil ilərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qey diyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan idd iaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərar ı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəru ri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 40 ünvanında öz şəxsi vəsaiti hesabına tikdiyini iddia etdiyi 928,9 kv.m olan qeyri-yaşayış sahəsi (sahəsi 86,5 kv.m olan açıq eyvan ümumi sahəyə daxil edilməklə) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına və bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsinə nail olmaqdan ibarətdir.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının mülkiyyət h üququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Kassasiya şikayətində təkrarlanan dəlillərə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı üzərində hüququnun qeydə alınmasını tələb etdiyi qeyri-yaşay ış sahəsinin (928,9 kv.m ölçüdə (sahəsi 86,5 kv.m olan açıq eyvan ümumi sahəyə daxil edilməklə) tikintisini və istismara qəbulunu tikinti və şəhərsalma qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmiləşdirməmiş, yəni həmin ölçüdə tikinti obyektinin tikintisinə və istismarına icazə almamışdır. Eləcə də, həmin tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin (952,9 kv.m ölçüdə) torpaq qanunvericiliyinə uyğun olaraq onun qanuni istifadəsinə verilməsi barədə səlahiyyətli orqanlar tərəfindən qəbul olunmuş müvafiq inzibati aktları təqdim etməmişdir. Bu zaman həm də Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 2282 nömrəli sərəncamı ilə Badamdar şossesi 40 ünvanında yerləşən ticarət obyektinin yanındakı boş ərazidə “Xarrat” kiçik müəssisəsinə ayrılmış 15 m x 10 m ölçüdə sahənin (Bad amdar şossesi 40 ünvanında yerləşən ticarət obyektinin yanındakı boş ərazinin) sərhədlərini və koordinatlarını müəyyən etməyə və bunun üzərindən həmin sahəni fərdiləşdirməyə imkan verən hər hansı sənədin təqdim olunmadığı da nəzərə alınmalıdır.
28. Həmçinin nəzərə almaq lazımdır ki, daşınmaz əmlak üzərində hüquq bu qərarın 17-18-ci bəndlərində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında dövlət reyestrində qeydiyyata alınır. İstinad olunan normalara görə, iddiaçının sözügedən qeyriyaşayış sahəsi üzərində hüququnun dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq i cra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı təqdim olunmalıdır. Hazırkı mübahisəyə münasibətdə həmin hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur.
29. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, ap ellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2023-cü il tarixli, 2-1(103)-1869/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.