Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2851/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2851/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: iddiaçının işlədiyi vəzifələr «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmamışdır). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş o ğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)905/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə İnzib ati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx 1986cı il tarixdən xxxx 1991-ci il tarixədək AMEA-nın X1 20 saylı Laboratoriyada xüsusi zərərli iş şəraiti olan mühəndis texnoloq, xxxx 1999-cu il tarixdən xxxx 2011-ci il tarixədək BP Exploration şirkətində laboratoriya texniki vəzifəsində işlədiyini, həmin vəzifələrin işin xarakterinə və vəzifə funksiyalarına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li, xxxx 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli pensiya hüququ verən vəzifələrin İ nömrəli siyahısı”na uyğun (***** Vİİİ. Kimya istehsalatı bölməsi 1080A0017541 kodu ilə neft kimya sənayesi sahələrinin mütəxəssisləri) olduğunu, cavabdeh inzibati orqana müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etdiyini, sonuncu, xxxx 2019 -cu il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanuna zidd olduğuna istinad etməklə, müraciətdən imtina etdiyini, bununla da onun xxxx 2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8, 10 və 27-ci maddələri üzrə hüquqlarının pozulduğunu bildirərək, 52 yaşının tamam olduğu - 07 mart 2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-4715/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 52 yaşının tamam olduğu xxxx 2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə hə valə edilmişdir (hakim - X.X.İmanov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-905/2019 saylı qərarı ilə (sədrlik edən E.E.Nağıyeva, hakimlər V.Ə.Baxışova və H.Ü.Həmidov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayə ti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı xxxx 1986-cı il tarixdən (əmr N K-****) xxxx 1991-ci ilədək AMEA-nın X1 20 saylı laboratoriyada (“Dizel yanacaqlarının və yağların karbamidlə deparafinizasiyası”) və xxxx 1992-ci il tarixdən (əmr N K-*****) xxxx,1998-ci ilə kimi (əmr N K-01) 33 saylı laboratoriyada (“Ağır neft qalıqlarının katalitik emalı ilə mühərrik yanacaqlarının alınması”) xüsusi zərərli iş şəraiti olan mühəndis-texnoloq vəzifəsində işləmiş, xxxx 1996-cı il tarixdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində Şimal İxrac Boru Kəmərləri sahəsinə laboratoriya texniki vəzifəsinə qəbul edilmiş, xxxx 1999-cu il tarixdən xxxx 2011-ci il tarixədək BP Exp loration LTD şirkətində laboratoriya texniki vəzifəsində işləmiş, işlədiyi vəzifələrin adı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda göstərilmiş, həmin Siyahında **** Vİİİ. Kimya istehsalatı bölməsində tam iş günü istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələr, rəhbərlər və mütəxəssisləri güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququna malikdirlər. Tərəflərin izahatları İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fond unun Bakı şəhəri Nərimanov rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı v ə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin fakt iki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-905/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, НВ seriyalı, **** saylı diploma görə İddiaçı 1981-ci ildə M.Əzizbəyov adına X3 ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, 1986-cı ildə “Əsas üzvi və neft kimyası sintezinin texnolo giyası ixtisası” üzrə tam kursu bitirmiş, dövlət imtahan komissiyasının xxxx 1986-cı il tarixli qərarı ilə kimyaçı-texnoloq mühəndisi ixtisası verilmiş, İddiaçı 1986-cı ildə əmək fəaliyyətinə başlamış, xxxx 1986-cı ildən xxxx 1991-ci ilədək AMEA-nın X1 20 saylı Laboratoriyada mühəndis texnoloq, xxxx 1992-ci ildən xxxx 1992-ci ilə kimi Bolluq firmasında mütəxəssis, xxxx 1992-ci ildən xxxx 1998-ci ilə kimi AMEA-nın X1 mühəndis-texnoloq, texnoloq, elmi işçi, xxxx 1999-ci ilə kimi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində laboratoriya texniki vəzifələrində işləmiş, iddiaçı, cavabdeh inzibati orqana müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, sonuncu, xxxx 2019-cu il tarixli məktubla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin e dilməsinin qanuna zidd olduğuna istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının “BP Exploration” şirkətində boru kəmərləri şöbəsində işlədiyi laboratoriya texniki və X1 laboratoriyada mühəndis-texnoloq peşəsiAzərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda göstərilən peşə və vəzifələrə uyğun deyildir, həmin Siyahıda nəzzərdə tutulan “Kimya İstehsalatı” üzrə istehsalatda çalışan şəxslər tam iş günü ərzində həmin işlərdə çalışdığı halda güzəştli şərtlərlə pensiya hüquq əldə edirlər, iddiaçı isə bilavasitə istehsalatda deyil, “BP Exploration” şirkətində boru kəmərləri şöbəsində laboratoriyada texnik və X1 laboratoriyada mühəndis-texnoloq vəzifəsində işləmiş, bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş bilavasitə istehsalla bağlı vəzifə olmadığından, güzəştli iş stajı hesab edilə bilməz, beləliklə, cavabdehin imtinası qanuni və ə saslı olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığ orta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı güzəştli şərtlərlə pensiya hüququnu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəşt li şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda qeyd edilmiş (Vİİİ. Kimya istehsalatı) *****—17541 kodla əsaslandırmışdır ki, həmin koda əsasən tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssislərinin güzəştli pensiya hüququ olduğu müəyyən edilmişdir. İş materiallarına əsasən isə iddiaçı bilavasitə istehslatda deyil, BP Exploration” şirkətində boru kəmərləri şöbəsində laboratoriyada texniki və X1 laboratoriyada mühəndis-texnoloq vəzifələrində işləmiişdir ki, laboratoriya şəraitində yerinə yetirilmiş əmək funksiyaları tam iş günü ərzində bilavasitə istehsalatlarda icra edilmiş işlər kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, iddiaçının həmin Siyahıda istinad etdiyi kod konkret peşəni deyil, sonradan Siyahıda sadalanan istehsalatlar və işlərin ümumi kodudur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının “BP Exploration” şirkətində boru kəmərləri şöbəsində işlədiyi laboratoriya texniki və X1 laboratoriyada mühəndistexnoloqpeşəsininAzərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşə lərin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda göstərilən peşə və vəzifələrə uyğun olmadığını, həmin Siyahıya əsasən “Kimya İstehsalatı” üzrə istehsalatda çalışan şəxslərin tam iş günü ərzində həmin işlərdə çalışdığı hallarda güzəştli şərtlərlə pensiya hüquqlarının müəyyən edildiyini, iddiaçının işlədiyi vəzifələrin isə güzəştli iş stajı hesab edilmədiyini, beləliklə, cavabdehin imtinasının qanuni və əsaslı olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq nor malarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-905/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-905/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2851/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2851/2019
13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver