Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2852/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2852/19 Bakı şəhəri 04 dekabr 2019-cu il Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü, müddətin bərpasına dair ərizəyə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, cavabdeh Azə rbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2-1(103)-1708/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 23 avqust 1983-cü il tarixdən hazırki tarixədək Sabirabad rayon X2 Dispanserində həkim fiziatr vəzifəsində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olaraq zərərli əmək stajı kimi nəzərə alınmaqla, 12 mart 2009-cu il tarixdən, yəni 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğindəki fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 23 avqust 1983-cü ildən hal-hazıradək Sabirabad rayon X2 Dispans erində həkim fiziatr vəzifəsində işləyir və göstərilən hal onun əmək kitabçasında da öz əksini tapmışdır. Onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “19. Səhiyyə və sosial təminat işçilari” bölməsinə müvafiq olaraq zərərli peşələrə aiddir. Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 15 iyun 2012ci il tarixli, 07/19-5697 nömrəli məktubda qeyd olunsa da, cavabdeh iddiaçıya 50 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş, yazılı etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzib ati-İqtisadi Məhkəməsinin 27 iyul 2015-ci il tarixli, 2-1(82)2534/2015 saylı qərarı ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilmişdir. Həmin məhkəmə bildirmişdir ki, iddiaçı 50 yaşının tamam olduğu 12 mart 2009-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən siyahıda nəzərdə tutulmuş peşə üzrə 10 ildən artıq güzəştli staja malik olduğundan və onun ali təhsil illəri də nəzərə alınmaqla 01 avqust 1997-ci il tarixdə 20 ildən artıq ümumi stajı mövcud olduğundan onun əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq 50 yaşdan güzəştli pensiya hüququ yaranmışdır. Həmin qərardan cavabdeh 29 may 2019-cu il tarixində apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh həmçinin buraxıl mış prosessual müddətin bərpasına dair ərizə təqdim edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsini və şikayətin icraata qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2-1(103)-1708/2019 saylı qərardadı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və İlham Əhmədov) cavabdehin buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və apellyasiya şikayəti qeyri-mümkün hesab olunaraq onun qəbulundan imtina edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin hazırki iş üzrə məhkəmə qərarından apellyasiya şikayəti verməsi üçün kifayət qədər imkanı olmuş və o, bundan istifadə etməm iş, nəticədə prosessual müddət onun təqsiri ucbatından və üzürsüz səbəbdən buraxılmışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1, 22.1, 24.1, 24.2, 24.3, 24.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsi və apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarı 28 iyun 2015-ci il tarixdə qəbul edilsə də, sonrakı araşdırmalar nəticəsində yeni açılmış hallar müəyyən edildiyindən ötürülmüş müddət ü zrlü hesab edilməli və buraxılmış müddət bərpa edilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası olaraq cavabdeh Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. 27 iyul 2015-ci il tarixli məhkəmə iclasının protokolundan görünür k i, iddiaçının nümayəndəsi X1, yəni məhkəmə qərarının qəbul olunduğu məhkəmə iclasında iştirak etmiş və qərardan məlumatlı olmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin qeyri-mümkünlüyü ilə bağlı düzgün nətic əyə gəlmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin hazırki iş üzrə məhkəmə qərarından apellyasiya şikayəti verməsi üçün kifayət qədər imkanı olmuş və o, bundan istifadə etməmiş, nəticədə prosessual müddət onun təqsiri ucbatından və üzürsüz səbəbdən buraxılmışdır. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, iş üzrə birinci instansiya məhkəməsinin qərarı 28 iyun 2015-ci il tarixdə qəbul edilsə də, sonrakı araşdırmalar nəticəsində yeni açılmış hallar müəyyən edildiyindən ötürülmüş müddət üzrlü hesab edilməli və buraxılmış müddət bərpa edilməlidir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən şikayətin dəlili ilə razılaşmır. Azərbaycan Respublikası İPM-in: - 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nə zərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır; - 23.2-ci maddəsinə əsasən, hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Bu müddəaların mənasına görə, təqdim edilmiş gün də nəzərə alınmaqla məhkəmə qərarından şikayət 30 gün müddətində verilməlidir. Təqdim edilməyən qərar isə elan oluduqda, ondan 1 il ərzində şikayətin verilməsi müəyyən edilmişdir. Bu müddətdən sonra verilmiş şikayət isə apellyasiya baxışının predmeti ola bilməz. İşin hallarında cavabdehə qərarın rəsmi qaydada təqdim edilməsi müəyyən edilməsə də, lakin həmin qərar onun qəbul edildiyi gün, yəni 27 iyul 2015-ci il tarixində cavabdehin nümayəndəsinin iştirakı ilə elan olunmuşdur. Habelə, həmin qərarla həmin vaxtdan pensiyanən təyin edilməsi məsələsi həll edildiyindən, cavabdehin həmin qərardan məlumatlı olması anlamı yaranır. Eyni zamanda, şikayətin verilməməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmadığını cavabdeh bildirməmiş və bu hallara istinad etməmişdir. Lakin onun tərəfindən 2019-cu ildə apellyasiya şiakyətinin və prosessual müddətin bərpasına dair ərizənin təqdim edilməsinə münasibətdə məhkəmə kolelgiyası aşağıdakıları qeyd edir. Prosessual müddətin buraxıldı ğı təqdirdə onun bərpası imkanı Azərbaycan Respublikası İPM-nin aşağıdakı müddəalarında nəzərdə tutulmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Müddəaların mənasına əsasən, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxildığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuşdur ki, müəyyən hallar istisna olunmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi və müvafiq olaraq ona baxılması mümkün deyildir. Qeyd edilmiş halda məhk əmə kolelgiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən müddətin bərpasına dair ərizəyə baxılması inzibati prossessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır və belə nəticəyə gəlir ki, bu hissədə apellaysiya məhkəməsinin qərardadı ləğv olunmaqla, müddətin bərpasına dair ərizə mümkün hesab edilməməlidir. Cavabdeh tərəfindən müddətin ötürülməsinin onun təqsiri olmadan və yeni açılmış hallarla baş verməsinə dair bildirdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, göstərilmiş dəlil buraxılmış müddətin bərpası üçün əsaslı hesab oluna bilməz. Belə ki, yeni açılmış hallarla bağlı icraat Azərbaycan Respublikası İPM-nin “Xİİ Fəsli”ndə nəzərdə tutulmuş qaydalarla tənzimlənir ki, həmin qaydaların prosessual müddətin və apellyasiya şikayətinin verilməsinə dair qaydalarla əvəz edilməsi prosessual qanunvericiliyin düzgün tətbiq edilməməsi nəticəsini yaratmış olur və qəbul oluna bilməz. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə qismən uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərardadın qismən ləğv olunması üçün əsaslıdır. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən XXX tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2-1(103)-1708/2019 saylı qərardadı qismən – cavabdehin buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi hissəsində ləğv edilsin. Prosessual müddətin bərpasına dair cavabdehin ərizəsi mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardad digər hissədə dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2852/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2852/2019
04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver