Məhkəmə qərarları › İş №2-1(102)-286/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-286/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-286/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X8 şəhər şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyə görə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı vaxt qüvvədə olan normanın tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Və liyəddin oğlunun iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “5 il sosial sığorta stajının tamam olduğu, yəni xx.xx.2014-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməklə, həmin tarixdən ödəniləcək əmək pensiyası ilə ödənilmiş sosial müavinət məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-280/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əmək kitabçası, Elektron Hökumət Portalından əldə edilmiş xx.xx.2019-cu il tarixli məlumat vərəqələri və X9 Sistemindən çıxarışa əsasən iddiaçı xx.xx.2009-cu il tarixindən X11 İstismar İdarəsində mühəndis-topoqraf işləyir.

2. Şəki 19 saylı Zona TSEK tərəfindən verilmiş 207571 nömrəli arayışdan görünür ki, iddiaçı uşaqlıqdan 3-cü qrup əlildir.

3. İddiaçının müavinət işindən və əlilliyə dair arayışlardan müəyyən olunur ki, iddiaçıya hər dəfə bir il müddətinə əlillik təyin olunmuş və sonuncu dəfə xx.xx.2015-ci il tarixində ümumi xəstəlik səbəbindən müddətsiz 3-cü dərəcəli əlillik təyin olunmuşdur.

4. İddiaçı xx.xx.2019-cu il tarixində əlilliyə görə əmək pensiyası təyin olunması üçün Şəki Regional “Asan Xidmət” Mərkəzi vasitəsi ilə müvafiq sənədləri cavabdehə təqdim etmişdir.

5. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubla sosial sığorta s tajının tamam olduğunu, lakin tələb olunan minimum pensiya kapitalının olmadığını əsas gətirərək müraciətə rədd cavabı vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “5 il sosial sığorta stajının tamam olduğu, yəni xx.xx.2014-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməklə, həmin tarixdən ödəniləcək əmək pensiyası ilə ödənilmiş sosial müavinət məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Əmək fəaliyyətinə xx. xx.2009-cu ildə X11 İstismar İdarəsində başlamışdır. İddiaçıya xx.xx.1990-cı il tarixdə ümumi xəstəliyinə görə əlillik təyin edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixdə təkrar müayinədən sonra ümumi xəstəliyinə görə üçüncü dərəcəli əlilliyi təsdiq olunmuşdur. Hal-hazıradək üçüncü dərəcəli əlilliyinə görə müddətsiz müavinət alır. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinə istinad edərək cavabdehin imtinasını qanunsuz hesab edir.

8. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası təyin olunması üçün vətəndaşın yaşına uyğun sosial sığorta stajı ilə bərabər pensiya kapitalı tələb olunur. Təqdim olunan sənədlə rə və fərdi uçot məlumatlarına əsasən tələb olunan 6 il 7 ay sosial sığorta stajı tamam olmasına baxmayaraq tələb olunan minimum pensiya kapitalı olmadığına görə müraciətdən imtina edilmişdir.

9. Şəki İnzibati Məhkəməsinin (hakim X3, 2-1(116)-550/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinə iddiaçıya 5 il sosial sığorta stajının tamam olduğu, yəni xx.xx.2014-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödəniləcək əmək pensiyası ilə ödənilmiş sosial müavinət məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ xx xxxx 2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahis əyə xx xxxx 2017-ci il tarixdə qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun müddəaları tətbiq edilməlidir. “Əmək Pensiyaları haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1984-cü il tarixdə doğulmuş, onun hüququ yarandığı xx xxxxxx 2014-cü il tarixdə 29 yaşı olmuş və həmin tarixdən ona əlilliyə görə pen siya təyin edilməsi üçün 5 il sosial sığorta stajı tələb olunur. (əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə). İddiaçının məhkəmə təqdim etdiyi ******* saylı əmək kitabçasının təsdiqlənmiş surəti, Elektron Hökumət Portalından əldə edilmiş xx.xx.2019-cu il tarixli məlumat vərəqələri və X9 Sistemindən çıxarışa əsasən isə iddiaçının həmin tarixə tələb olunan 5 il sosial sığorta stajı var.

11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X2-məruzəçi, Rəfiyev Rövşən Rafiq oğlu və X5, 2-1(107)-280/2020 saylı iş) xx xxxxxxx 2020-ci il tarixli qə rarı ilə la cavabdehin apelyasiya şikayəti təmin edilərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı qismən- yəni həmin tarixdən ödənilən əmək pensiyası ilə ödənilmiş sosial müavinət məbləğin fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilməklə, iddia tələbi həmin hissədə qismən təmin edilərək cavabdehin üzərinə iddiaçıya xx.xx.2016-cı il tarixdən müraciət etdiyi xx.xx.2019-cu il tarixə kimi yaranmış və ödənilməmiş fərqin ödənilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə qanunvericiliyə əsasən iddiaçının əmək pensiyasının məbləği müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün yen idən hesablanmalı olduğu halda, birinci instansiya məhkəməsi qərarında xx.xx.2014-cü il tarixdən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsini qərara almışdır. Həmçinin məhkəmə iddiaçıya hesablanmamış pensiyanın birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla, sosial təminat hüququ olan digər vətəndaşların sosial təminat hüququnu pozmuş olur. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh orqana xx.xx.2019-cu ildə müraciət etmişdir.

14. Cavabdeh qərarın surətini xx xxxxxxx 2020-ci tarixdə almış, xx xxxxxx 2020ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) K asasiya şikayətinin dəlilləri 15.

16. Apelyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır və ləğv edilməlidir. İddiaçı xx.xx.2019-cu il tarixdə əlilliyə görə əmək pensiyası təyini üçün müraciət etmişdir. Təqdim olunmuş sənədlərə baxılmış, xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən tələb olunan pensiya kapitalı olmadığı üçün əmək pensiyası almaq hüququ olmamışdır. Halbuki, iddiaçı xx.xx.2017-ci il tarixdən əvvəlki dövrdə qüvvədə olan əmək pensiyaları qanunvericiliyinin tələblərinin tətbiq edilməsini tələb etmiş, məhkəmələr isə əsassız olaraq həmin tələbi təmin etmişdir. 17. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digə r fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 23-cü maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə) məcburi dövlət sosial sığorta haqları Ödənildikdə, sığorta stajına daxil edilir. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyəti nin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

18. Hər üç normanın məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmən dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir.. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasa siya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

21. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 12.1 (x xxxx 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya). Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər t am ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Maddə 12.1 (x xxxx 2017-ci ildən qüvvədə olan hazırkı redaksiya). Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə tə yin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (x xxxx 2017-ci ilə qədər olan redaksiya). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (x xxxx 2017-ci ildən qüvvəyə minmiş redaksiya).

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı x xxxxxxx 2020-ci il tarixli qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32. 1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gü n müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 98-1.3. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. 98-1.5. Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 981.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

25. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edil mişdir.

26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, apelyasiya məhkəməsi mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun x xxxx 2017-ci il tarixdən qüvvədə olan 12.1-ci maddəsinin redaksiyasını tətbiq etməli olduğu halda bunu et məmişdir.

29. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

30. İşdə olan sənədlərə əsasən iddiaçının İİİ dərəcəli əlil olması x xxxx 2017-ci ilədək mövcud olmuşdur. Sonuncu dəfə İİİ dərəcəli əlillik x xxxxxxxx 2015-ci ildə müddətsiz olaraq müəyyən edilmişdir. Həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə görə iddiaçıya əlilliyə görə pensiya təyin olunması üçün azı 5 il sığorta stajına malik olmalı idi. İddiaçı 5 il sığorta stajına malik olsa da, əlilliyə görə pensiya təyin olunması üçün yalnız xx xxxxxx 2019-cu ildə cavabdehə müraciət etmişdir.

31. İddiaçının əlilliyi x xxxx 2017-ci ilədək mövcud olduğundan apelyasiya məhkəməsi haqlı olaraq “Əmək pensiyaları haqqında” Qanunun x xxxx 2017-ci ilədək qüvvədə olmuş 12.1-ci maddəsinə uyğun mübahisəyə hüquqi qiymət vermişdir. 32. “Əmək pensiyaları haqqında” Qanunun x xxxx 2017-ci ildən qüvvədə olan hazırkı redaksiyasına görə İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

33. Bu norma x xxxx 2017-ci ildən sonra İİ və İİİ qrup əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə tətbiq edildiyindən zəruri miqdarda pensiya kapitalının olmasına dair cavabdehin şikayətinin dəlilləri əsaslı sayıla bilməz.

34. Odur ki, mübahisəyə baxılarkən iddiaçının müraciət etdiyi vaxt qüvvədə olan hüquq norması deyil, pensiya hüququnun yarandığı zaman qüvvədə olan h üquq normasını tətbiq etməklə apelyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı x xxxxxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

36. Ali Məhkəmənin inzibati kollegiyas ı bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi x xxxxxxx 2020-ci il tarixli qərardadda təsbit etmiş, məhkəmə tərkibi eyni xarakterli hazırkı məsələyə baxarkən, x xxxxxxx 2020-ci il tarixli qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab etməmişdir.

37. Hazırkı işin hallarına görə iddiaçı xx xxxxxx 2019-cu il tarixdə pensiyanın təyin edilməsi barədə cavabdehə müraciət etmişdir.

38. İddiaçı x xxxx 2017-ci ilə qədər pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmədiyindən və əvvəlki illərin fərqi iddiaçıya müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməli olduğundan, xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2019-cu ilə qədər dövr üzrə pensiyanın hesablanması tələbinə da ir hissədə apelyasiya məhkəməsi iddianı təmin etmişdir.

39. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

40. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-280/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar