Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-286/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi; iddianın mümkünlüyü; məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Cavabdehnə qarşı “torpaq sahəsinin icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 14 oktyabr tarixli, 2-1( 105)-535/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2021-ci il 18 mart tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.0 ha torpaq sahəsinin icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qoyulmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 2021-ci il 11 iyun tarixli, 2-1(118)-904/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı işdə də Cavabdeh qeyd olunan torpaq sahəsi üzərində icarə hüqu qunun özgəninkiləşdirilməsinə razılıq verməsi ilə bağlı diskresion səlahiyyətləri vardır. O, bu səlahiyyətinə uyğun olaraq cavabdehin müraciətinin təmin edilməsindən imtina etmişdir. Buna əsas kimi də yuxarıda da qeyd olunduğu kimi iddiaçı tərəfindən icarə haqlarının vaxtında ödənilmədiyini göstərmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən icarə müqaviləsi üzrə öhdəliklərin yerinəyetirilib yetirilməməsi hazırkı məhkəmə araşdırmasının predmetinə aid olmasa da, dolayısı ilə, yəni qeyd edilən hallara qiymət verilməsi Cavabdeh diskresion səlahiyyətlərinin həddini aşıb-aşmaması hallarının müəyyən edilməsi istiqamətində əhəmiyyət kəsb edir. Cavabdeh iddiaçı tərəfindən icarə haqlarının ödənilməməsini qeyd edir, iddiaçı tərəfindən isə bunun əksini təsdiq edən hər hansı sənəd məhkəməyə tə qdim olunmamışdır. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən qanunvericiliklə ona verilmiş diskresion səlahiyyətlərin həddinin aşıldığı müəyyən olunmur.
4. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 14 oktyabr tarixli, 2-1(105)-535/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2021-ci il 11 iyun tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xah iş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
8. Kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi istərsə də apellyasiya instansiya məhkəməsi yanlış qərar qəbul edərkən Cavabdeh imtina məktubuna əsaslanmışdır. Belə ki, imtina məktubunda ayrılmış sahənin əkin işlərinin aparılmaması, eləcə də icarə haqlarının ödənilməməsi qeyd olunsa da, mülki işdə olan və məhkəmə kollegiyasının müəyyən etdiyi qəbzlərdən görünür ki, iddiaçı tərəfindən icarə haqqı qismən də olsa ödənilmişdir. İddiaçının azadlıqdan məhrum edilməsi, torpaq sahəsində kənd təsərrüfatlı təyinatlı tikililər tikməsi, banka girov qoyulmuş mənzillərin hərrac yolu ilə satılması səbəbindən ağır maddi sıxıntıya düşmüş və nəticədə isə icarə haqqını tam ödəyə b ilməmişdir. İddiaçı torpaq sahəsində 3 il qarğıdalı və sarımsaq əkməsinə dair dəlillər gətirsə də, cavabdeh iddiaçının torpaq sahəsinin təyinatına uyğun istifadə olunmadığını imtinasında qeyd etsə də, hansı məqsədlərlə istifadə olunmasını göstərməmişdir. Məhkəmə kollegiyası dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində hüququn özgəninkiləşdirilməsinə razılıq verilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyəti olduğunu qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi nəzərə almamışdır ki, Cavabdeh səlahiyyətlərindən istifadə edərək cavabdehə qarşı ayrı-seçkiliyə yol vermişdir. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 2007-ci il 14 mart tarixli, 084 say müqaviləyə əsasən, Cavabdeh tərəfindən 70 ha torpaq sahəsi "xxxx" MMC-nin icarəsinə ver ilmişdir. Cavabdeh başçısının 2007-ci il 14 mart tarixli, 084 saylı sərəncamı ilə Abşeron rayonunun X1 Fondundan saxlanılmış torpaqlardan “Uğur” KTMİM-nin ərazisindən sahibkarlıq məqsədilə 70 ha torpaq sahəsinin 99 müddətinə icarə qaydasında "xxxx" MMC-yə ayrılması haqqında icarə müqaviləsinin və digər torpaqayırma sənədlərimi təsdiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 2019-cu il 26 noyabr tarixli Çıxarışı ilə Cavabdehndə hüququ yüklü edilmiş Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.0 ha torpaq sahəsi 2007-ci il 14 mart tarixli, 84 nömrəli icarə müqaviləsi, 2014-cü il 27 avqust tarixli, 3M/162 nömrəli icarə hüququnun alğı-satqı müqaviləsi və Abşeron Rayon Məhkəməs inin 2018-ci il 6 fevral tarixli, 2(012)-93/2018 saylı icra vərəqəsi ilə İddiaçı adına **********96 reyestr nömrəsi ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 2-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Həmin Məcəllənin 51-ci maddəsinin tələbinə görə: torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsb it olunur. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların m əhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə va qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
9. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə i craatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlid ir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
12. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının b ütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
14. İPM-in 2.1-ci maddəsinin tələbindən göründüyü kimi inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən yalnız o mübahisələrə baxılır ki, bu, inzibati hüquq münasibətlərindən irəli gəlsin və həmin mübahisəyə baxılmasının qanunla başqa aidiyyət qaydası müəyyən edilməmiş olsun.
15. İşdən göründüyü kimi, iddia olunan torpaq sahəsi ilə bağlı tərəflər arasında icarə (müqavilə) münasibətləri mövcuddur və tərəflər bu münasibətlərdə mülki hüququnun müstəqil subyektləri kimi çıxış edirlər.
16. Beləliklə, iddiaçı ilə cavabdeh arasındakı münasibətlər inzibati hüquq müna sibətlərindən irəli gəlmədiyindən, həmçinin irəli sürülən tələbin məzmunu inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid olmadığından həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.
17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qərarın ləğv edilməsi hissəsində təmin olunur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 14 oktyabr tarixli, 2-1(105)-535/2021 nömrəli qərarı ləğv edilir. İddia mümkün sayılmır. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.