Məhkəmə qərarları › İş №2-1(102)-286/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-286/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-286/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin сavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun silinməsi, ümidsiz borc) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin “AR-nin CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi”ndə mövcud olan 82432.10 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2-1(107)-298/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh inzibati orqana müraciət edərək 82432.10 manat vergi borcunun (kameral vergi yoxlaması nəticəsində 2016-cı ilin iyun ayı üzrə hesablanmış 43892.78 manat ƏDV-nin və 2 016-cı ilin 3-cü rübü üzrə hesablanmış 34701.2 cari vergi məbləğinin ödənilməmiş hissəsi) ümidsiz borc kimi silinməsini xahiş etmiş, tələbini qeyd olunan vergi borcunun tələbetmə müddətinin bitməsi ilə əsaslandırmışdır. Lakin, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, dövlət büdcəsinə vergilər üzrə borcların tərkibində ödəmə müddəti bitmiş və silinməli olan borc olmadığını bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR-nin CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi”ndə mövcud olan 82432.10 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin iyun ayı üzrə hesabat dövrü xx.xx.2016-cı il tarixdə, 5 illik müddət xx.xx.2021-ci il tarixdə, 2016-cı ilin 3-cü rübünün cari vergi ödəməsi üzrə hesabat dövrü xx.xx.2016-cı il tarixdə 5 illik müddət isə xx.xx.2021-ci il tarixdə bitmişdir. Bu da həmin hesabat dövrü üzrə qalıq borcun ümidsiz borc kimi silinməli olduğunu göstərir.

4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, vergi ödəyicisi İddiaçı tərəfindən külli miqdarda təşkil edən 161411.56 manat məbləğində vergilərin dövlət büdcəsindən ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə ********* №-li cinayət işi başlanılaraq istintaqı aparılır. Hazırda həmin cina yət işi ********* №-li cinayət işinə birləşdirilərək istintaqı davam etdirilir. İddiaçının ümidsiz borc kimi silinməsini tələb etdiyi məbləğ sözügedən cinayət işi üzrə mülki iddia məbləği olduğundan həmin məbləğin Vergi Məcəlləsinin 85.4 və 93.1-ci maddələrinə əsasən ümidsiz borc kimi silinməsi mümkün deyildir. Ümumilikdə isə xx.xx.2022-ci il tarixə İddiaçı-yə məxsus şəxsi hesab vərəqəsinin “AR-nin CPM-in 53.1.3cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi”ndə göstərilməli olan məbləğ 82432.10+6358.47=88790,57 manat təşkil edir

5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 14 iyul 2022-ci il tarixli 21(116)-990/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə AR-nin CPM-in 53. 1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş Ömür” MMC-yə aid borc vərəqəsi”-ndə mövcud olan 82432.10 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

6. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən borc məbləğinin cinayət işinin predmeti olduğundan ümidsiz borc kimi silinə bilməməsi ilə bağlı qanunvericilikdə qadağa və hər hansı istisna nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 93.1-ci maddəsində ümidsiz borcların vergi orqanları tərəfindən hansı hallarda silinməli olması imperativ qaydada müəyyən edilmişdir. Hətta sözügedən borcun zamanında tutulması məsələsini cavabdeh Vergi Məcəlləsinin 89, 90-cı maddələrinin tələbləri çərçivəsində də həll etmək imkanına malik olsa da, bunu etməmişdir, yəni, iddia çının bu istiqamətdə hər hansı bir hərəkətləri cavabdehin vergi qanunvericiliyinin müddəalarına riayət etməklə adıçəkilən borcun zamanında tutulmasını məhdudlaşdıra bilməzdi.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2-1(107)-298/2022 nömrəli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2-1(116)-990/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət inin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin “AR-nin CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi”ndə mövcud olan 82432.10 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın təmin edilməməsi qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" MMC-də külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının CM-in 213.2.2-ci maddəsi ilə cinayət işi başlanılmış, xx.xx.2022-ci il tarixli mülki iddiaçı və onun nümayəndəsi qism ində tanınmaq haqqında qərarla ********* saylı cinayət işi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin istintaq şöbəsinin böyük müstəntiqi tərəfindən qəbul edilmiş qərar əsasında xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Bundan əlavə, hazırkı iş üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış, ümidsiz borc kimi silinməsi tələb olunan məbləğ cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin predmetidir və həmin cinayət işi üzrə mülki iddia məbləğidir. Belə olan halda cavabdeh inzibati orqan hesa bat dövrü qurtardıqdan sonra 5 il ərzində həmin məbləği tutmaq hüququnu itirməmişdir və həmin məbləği tələb etmək hüququna malikdir.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, mübahisləndirilən borc məbləği ilə bağlı 5 illik tələbetmə müddəti bitdiyi halda, işə baxmış məhkəmə borc məbləği ilə bağlı cinayət işi başlandığından və cavabdeh də həmin cinayət işi üzrə mülki iddiaçı qismində tanındığından tələbetmə müddətinin bitmədiyi qənaətinə gəlmişdir. Halbuki, yuxarıda qeyd olunanlardan açıq şəkildə aydın olur ki, 5 illik müddət ərzində vergi orqanının ona verilmiş hüquqlardan istifadə edib-etməməsindən, eləcə də borc məbləği ilə bağlı cinayət işinin başlanıb-başlanmasından asılı olmayaraq, həmin müddətin bitməsi ödənilməmiş vergi, faiz və maliyyə sanksiyasının ümidsiz borc qismində silinməsi ilə nəticələnir. Belə ki, Vergi Məcəlləsinin 85.5-2-ci maddəsində 5 illik müddətin axımının dayandığı hallar açıq şəkildə və qapalı siyahı formasında sadalanmış və cavabdehin subyektiv mövqeyinin əksinə olaraq cinayət işinin başlanması və vergi orqanının mülki iddiaçı qismində tanınması həmin siyahıda öz əksini tapmamışdır. Bundan başqa, Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyy ə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir. Qeyd olunan normadan başa düşürük ki, əgər 5 illik müddət ərzində vergi, faiz və maliyyə sanksiyasının alınması barədə məhkəmə qərarı, o cümlədən cinayət işləri üzrə mülki iddianın təmin edilməsi barədə hökm qəbul edildiyi təqdirdə, müddətin axımı hesabat müddətinin bitdiyi tarixdən deyil, məhkəmə qərarının qəbul edildiyi tarixdən hesablanır. Yuxarıda göstərilənlərin qarşılıqlı təhlilindən aydın olur ki, qanunverici cinayət işinin başlanmasını müddətin axımına təsir edən hal ki mi qiymətləndirməmiş, yalnızca 5 illik müddət ərzində həmin cinayət işi üzrə mülki iddianın təmin edilməsi barədə məhkəmə hökmü qəbul edildiyi təqdirdə, müddətin axımının hesablanmasının yeni üsulunu – müddətin qərarın qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qaydasını müəyyən etmişdir. Başqa sözlə desək, Vergi Məcəlləsində 5 illik tələbetmə müddətinin axımını istisna edən hallar və vergi borcunun dövlət büdcəsinə alınması barədə məhkəmə aktı (qərar, qətnamə, hökm) olduğu halda müddətinin axımının hesablanmasının yeni qaydası konkret şəkildə müəyyən edilmiş, lakin buna baxmayaraq cavabdeh vergi orqanı iddiaçının şəxsi hesab vərəqəsində tələbetmə müddəti ötmüş borcu silməkdən imtina etmiş və işə baxmış hakim də vergi orqanın qanunsuz mövqeyi ilə razılaşmışdır. Halbuki, hazırkı işdə tələ betmə müddətinin axımının dayanmasına səbəb ola biləcək VM-nin 85.5-2-ci maddədə sadalanan hallardan hər hansı biri və müddətin hesablanmasının yeni qaydasını zəruri edə biləcək hər hansı məhkəmə qərarı mövcud deyildir. b.Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Vergilər Məcəlləsi: Maddə 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Maddə 85.2. Vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisi bu Məcəllə ilə müəy yən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. Maddə 85.3. Vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Maddə 85.5-2. Vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. Maddə 89.1 Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edi lmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 90.1 Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qə rar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 90.2 Məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Maddə 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə, 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alı nması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə.

14. «Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 30 dekabr 2016cı il tarixli 474-VQ nömrəli Qanunu: Maddə

1. Vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Maddə 2.1. Vergi ödəyicilərinin vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqan larındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» 12 yanvar 2011-ci il tarixli qərarı.

16. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəm ə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı q ətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

20. İddiaçının tələbi CPM-in 53.1.3-cü maddəsi nə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsində mövcud olan 82432.10 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.

21. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini əsassız saymış və mövqeyini onunla əsaslandırmışdır ki, dövlət büdcəsinə ödənilməkdən yayındırılmış, ümidsiz borc kimi silinməsi tələb olunan məbləğ cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin predmetidir və həmin cinayət işi üzrə mülki iddia məbləğidir. Belə olan halda cavabdeh inzibati orqan hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində həmin məbləği tutmaq hüququnu itirməmişdir və həmin məbləği tələb etmək hüququna malikdir.

22. Kassatorun əsas dəlili ondan ibarətdir ki, mübahisləndirilən borc məbləği ilə bağlı 5 il lik müddət ərzində vergi orqanının ona verilmiş hüquqlardan istifadə edibetməməsindən, eləcə də borc məbləği ilə bağlı cinayət işinin başlanıb-başlanmasından asılı olmayaraq, həmin müddətin bitməsi ödənilməmiş vergi, faiz və maliyyə sanksiyasının ümidsiz borc qismində silinməsi ilə nəticələnir.

23. Məhkəmə kollegiyası kassatorun dəlillərini əsaslı sayaraq, aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

24. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə uyğun olaraq vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hes abat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

25. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

26. Həmin Məcəllənin 93.1-ci maddəsinə müvafiq olaraq vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; - 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzr ə vergi öhdəlikləri qüvvədən düşdükdə, - 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə.

27. Bundan əlavə «Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 30 dekabr 2016cı il tarixli 474-VQ nömrəli Qanununa 1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqan larındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

28. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» 12 yanvar 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisini n hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Azərbaycan Respublikası VMin 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunver iciliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə verg i ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müd dət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kim i silinir. Belə olan halda cavabdeh vergi ödəyicisinin öhdəliyinin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına verilən hüquqdan istifadə etməmiş, iddiaçının ödənilməmiş vergilərinin qanunla müəyyən edilmiş qaydada və müddətdə dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd edildiyi kimi, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliy i və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Beləliklə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul o lunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir.

30. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ümumilikdə ümidsiz borc kimi silinməsi tələb edilən 82432.10 manat vergi borcuna münasibətdə 5 illik müddət xx.xx.2021-ci il tarixində bitmişdir. Buna baxmayaraq, cavabdeh orqan həmin məbləğin heç bir hüquqi əsas olmadan silinməsindən imtina etmiş və mövqeyini İddiaçı tərəfindən külli miqdarda təşkil edən 161411.56 manat məbləğində vergilərin dövlət büdcəsindən ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə başlanmış cinayət işinin ********* №-li cinayət işinə birləşdirilərək istintaqının davam etdirilməsi və həmin məbləğin sözügedən cinayət işi üzrə mülki iddia məbləği olması ilə əsaslandırmış dır.

31. Məhkəmə kollegiyası cavabdehin «iddiaçının ümidsiz borc kimi silinməsini tələb etdiyi məbləğin sözügedən cinayət işi üzrə mülki iddia məbləği olduğundan həmin məbləğin Vergi Məcəlləsinin 85.4 və 93.1-ci maddələrinə əsasən ümidsiz borc kimi silinməsinin mümkün olmaması» ilə bağlı mövqeyi və bu mövqeyi düzgün hesab edən apelyasiya instansiyası məhkəməsinin qənaəti isə yanlışdır.

32. Belə ki, mübahisələndirilən borc məbləğinin cinayət işinin predmeti olduğundan ümidsiz borc kimi silinə bilməməsi ilə bağlı qanunvericilikdə qadağa və hər hansı istisna nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 93.1-ci maddəsində ümidsiz borcların vergi orqanları tərəfindən hansı hallarda silinməli olması imperativ qaydada müəyyən edilmişdir. Hətta sözügedən borcun zamanında tutulması məsələsini cavabdeh Vergi Məcəlləsinin 89.1. 90-cı maddələrinin tələbləri çərçivəsində də həll etmək imkanına malik olsa da, bunu etməmişdir, yəni, iddiaçının bu istiqamətdə hər hansı bir hərəkəti cavabdehin vergi qanunvericiliyinin müddəalarına riayət etməklə adıçəkilən borcun zamanında tutulmasını məhdudlaşdıra bilməzdi.

33. Bununla yanaşı xüsusi olaraq qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş məlum 12 yanvar 2011-ci il tarixli qərarında göstərdiyi hüquqi mövqeyi də, şübhəsiz ki, nəzərə alınaraq 2020-ci ilin 01 yanvar tarixindən Vergi Məcəlləsinin 93.9.3-cü maddəsinə məhkəmə aktının olduğu halda belə, tələb edilməsi vaxtı keçmiş vergi borcunun ümidsiz borc sayıla bilməsi barədə dəyişiklik edilmişdir.

34. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləs inin 85.5-2-ci maddəsində 5 illik müddətin axımının dayandığı hallar dairəsi sadalanmışdır. Cavabdehin mövqeyinin əksinə olaraq cinayət işinin başlanması və vergi orqanının mülki iddiaçı qismində tanınması həmin siyahıda öz əksini tapmamışdır.

35. Qanunverici cinayət işinin başlanmasını müddətin axımına təsir edən hal kimi qiymətləndirməmiş, yalnızca 5 illik müddət ərzində həmin cinayət işi üzrə mülki iddianın təmin edilməsi barədə məhkəmə hökmü qəbul edildiyi təqdirdə, müddətin axımının hesablanmasının yeni üsulunu – müddətin qərarın qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qaydasınımüəyyən etmişdir. Buna baxmayaraq cavabdeh vergi orqanı iddiaçının şəxsi hesab vərəqəsində tələbetmə müddəti ötmüş borcu silməkdən imtina etmiş, apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin mövqeyi ilə razılaşmışdır.

36. Halbuki, hazırkı işdə tələbetmə müddətinin axımının dayanmasına səbəb ola biləcək VM-nin 85.5-2-ci maddədə sadalanan hallardan hər hansı biri və müddətin hesablanmasının yeni qaydasını zəruri edə biləcək hər hansı məhkəmə qərarı mövcud deyildir.

37. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən yuxarıda göstərilənləri nəzərə almayaraq, iş üzrə yanlış nəticəyə gəlmişdir.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir.

39. Kassasiya şikayəti əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İPM-in 96.5.1 və 96.5.2-ci maddələrində nəzərdə t utulan hallar hazırkı işdə mövcud olmadığından, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur.

40. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kasasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 21(107)-298/2022 tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə AR-nin CPM-in 53.1.3-cü maddəsinə əsasən tələbetmə müddəti keçmiş Ömür” MMC-yə aid borc vərəqəsi”-ndə mövcud olan 82432.10 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyi qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar