Məhkəmə qərarları › İş №2-1(102)-286/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-286/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-286/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı əsasında əldə edilmiş torpaq sahəsinə hüququn qeydiyyata alınması; torpaq sahəsinə texniki pasportun verilməsi tələbinin rədd edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh D aşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxslər: X21, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “torpaq sahəsinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-332/2023 nömrəli qərarından 3-cü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2008-ci il tarixli, AN–İN ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai ra yonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsi, 3N/37 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 11572,8 kv metr torpaq sahəsi üçüncü şəxs X21 tərəfindən iddiaçıya, o cümlədən digər fiziki şəxslərə satılmışdır.

2. Alqı-satqı həyata keçirildikdən sonra İddiaçı yeni mülkiyyət hüququ haqqında çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazisi İdarəsinə müraciət etmişdir. Həmin idarənin ona ünvanlanmış məktubu ilə ona çıxarışın verilməsindən imtina edilmişdir.

3. İddiaçılar X9, İddiaçı və digərləri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahələrinə hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışların ver ilməsi tələblərini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişlər.

4. İşə mahiyyəti üzrə xx.xx.2012-ci ildə baxılmış və 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin həmin tarixli qərarı ilə iddiaçıların iddiası təmin edilmişdir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi sözügedən xx.xx.2012-ci il tarixli qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmuşdur.

6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qə rarı ləğv edilmiş və iş 3-cü şəxs Müdafiə Nazirliyinin iştirakı ilə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

7. İş 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və X21 inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmuşlar. 8. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-29/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçıların cavabdehə qarşı “torpaq sahələrinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışların və texniki pasportların (plan-ölçülərin) verilməsi” barədə iddia tələbləri üzrə işdən İddiaçı cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) ver ilməsi” barədə iddia tələbi, iddiaçı X1 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X16 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı XN cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X5 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X10 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan- ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X11 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X19 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (planölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X6 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X3 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X7 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbləri üzrə icraatlar ayrılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “torpaq sahələrinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportların (plan-ölçü) verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən Rizvan Quliyevə məxsus olan torpaq sahəsini almışdır. Alqı-satqı həyata keçirildikdən sonra o, yeni çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Ko mitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin ona ünvanlanmış məktubu ilə ona çıxarışın verilməsindən imtina edilmişdir. Həmin torpaq sahəsi elə həmin cavabdeh orqan tərəfindən verilmiş çıxarışa əsasən satıcıya məxsusdur. Ümumiyyətlə, alqı-satqı müqaviləsini təsdiqləyən notariat orqanı mülkiyyət hüququ ilə bağlı hər hansı problem olmadığı üçün müqaviləni təsdiqlədiyi halda cavabdeh heç bir əsaslı və qanuni səbəb olmadan ona mülkiyyət hüququnu təsdiq edən çıxarışı verməkdən imtina etmişdir. Hesab edir ki, inzibati orqanın hərəkətsizliyi, yəni ona aldığı torpaq sahəsi üzərinə müvafiq hüquqmüəyyənedici çıxarışın verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Qanunvericiliklə yeni çıxarışın alınması üçün nəzərdə tutulan bütün sənədlər cavabdehə təqd im edilsə də, müraciətinin təmin edilməsindən imtina edilməsi əsassız və qanunsuzdur. cavabdehin etirazı:

11. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim etməmişdir. 3-cü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin etirazı: 12. 3-cü şəxs Müdafiə Nazirliyi xx.xx.2020-ci il tarixdə iddiaya dair etiraz təqdim edərək göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən mübahisəli torpaq sahəsi Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil İstismar Hissəsinin təminatında olan faktiki olaraq 1950ci ildən 8 nömrəli şəhərcik yerləşir. Mübahisəli ərazi sutka ərzində mühafizə olunur, həmin əraziyə giriş yalnız Müdafiə Nazirliyinin icazəsi ilə mümkündür və hal-hazırda da həmin ərazidə yalnız Müdafiə Nazirliyinə məxsus olan tikililər yerləşir. Torpaqların kateqoriyalara aid edilməsi və bir kateqoriyad an digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq qanunvericiliyi kobud şəkildə pozaraq mübahisəli torpaq sahəsinin bir kateqoriyadan digərinə keçirilməsinə sərəncam vermişdir. 3-cü şəxs göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-397/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsi, 3N/37 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 11572,8 kv metr torpaq üçüncü şəxs Rizvan Quliyev tərəfindən digər fiz iki şəxslərə, o cümlədən iddiaçıya satılmışdır. İddiaçıya Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsində 0,013 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması barədə 2009-cu ildə çıxarış verilmişdir. Buna baxmayaraq 2011-ci ildə iddiaçı alqı-satqı müqaviləsi əsasında ona satılmış torpaq sahəsinə hüquqların qeydiyyata alınması və reyestrindən çıxarışı, torpaq sahəsinin plan ölçüsünün verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə qəbul edilmiş xx.xx.2012-ci il tarixli qərar ilə iddiaçının iddiası təmin edilmişdir. Həmin qərar əsasında iddiaçı Xətai rayon məhkəməsində iddia qaldıraraq Müdafiə Nazirliyi tərəfindən onun torpaq sahəsinin zəbt edilməsinə son qoyulması, torpaq sahəsinin yerləşdiyi ərazilərə keçilməsi üçün qoyulan hər bi r maneənin götürülməsinə dair iddia qaldırmış, lakin iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Müdafiə Nazirliyi tərəfindən mühafizə olunur, həmin torpaq sahəsi hərbi şəhərciyin ərazisi olmaqla orada hələ 1950-1966-cı illərdə inşa olunan Müdafiə Nazirliyinə məxsus binalar yerləşir, qeyd edilən iddia Xətai rayon məhkəməsinin qüvvəyə minmiş qətnaməsi ilə rədd edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iddiaçıya torpaq sahəsinə çıxarışın verilməsi üçün əsas olmuş 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qərarı ləğv edilmişdir, iş yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır.

15. İşin faktiki hallarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının hazırda mülk iyyət hüquqlarına dair çıxarışın, plan ölçünün verilməsini tələb etdiyi torpaq qanunvericiliklə müəyyən edilmiş qaydada Müdafiə Nazirliyinin istifadəsinə verilmiş müdafiə təyinatlı torpaqdır, bu hal məhkəmə tərəfindən torpaq sahəsinin yerində müayinəsi zamanı da müəyyən edilmişdir.

16. Azərbaycan Respublikasının qanunvericiliyində isə müdafiə təyinatlı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

17. Məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş “m üvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Halbuki iddiaçının mülkiyyəti hesab etdiyi torpaq sahəsinin təyinatının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dəyişdirilməsi baş verməmişdir.

18. İddiaçı torpaq sahəsini üçüncü şəxs R.Quliyevdən notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsində əldə etdiyini göstərmişdir, lakin R.Quliyevin torpağı satın alması haqqında şəhadətnamədə torpağın yerləşdiyi ünvan ünvan 5açının əldə etdiyi torpağın məhz həmin torpaq olması iş materialları ilə müəyyən edilmir.

19. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və icraatın davam etdirilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-136/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 21(112)-397/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. c. kassasiya instansiya məhkəməsindəki birinci icraat

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1023/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-136/2022 saylı qərarı ləğv edilərək iş t əkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

24. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən işin hallarını tam və hərtərəfli araşdırmamış, nəticə etibarı ilə iş üzrə düzgün olmayan məhkəmə qərarı qəbul etmişdir.

25. Belə ki, iş materiallarında olan mütəxəssis rəyində açıq-aşkar göstərilmişdir ki, “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin elektron kadastr bazasında ölçmə aparılmış ərazi barədə heç bir məlumat olmadığından həmin ərazinin Müdafiə Nazirliyinin istifadəsində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır”.

26. Digər tərəfdən, mübahisə predmetinə çevrilmiş torpaq ərazisinin məhz Müdafi ə Nazirliyinin mülkiyyətində, istifadəsində və ya icarəsində olduğunu təsdiq edən hər hansı bir rəsmi mötəbər sənəd işdə mövcud deyildir.

27. Bundan başqa, sözügedən torpaq sahəsinin alqı-satqısına dair müqaviləyə əlavə edilmiş 1 nömrəli forma üzrə sənəddə həmin torpaq sahəsinin yüklü olması barədə məlumat yoxdur.

28. Göründüyü kimi, mübahisəli ərazinin özəlləşdirilməsi qadağan edilmiş əraziyə aid edilməsini və Müdafiə Nazirliyinin istifadəsinə verilmiş müdafiə təyinatlı torpaq olmasını təsdiq edən mötəbər sübutlar iş materiallarında olmamasına baxmayaraq işə baxan apellyasiya instansiya məhkəməsi iddia tələbinin əsassız olması nəticəsinə gəlmişdir.

29. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, inzibati mübahisənin düzgün həll edilməsi üçün əsas və həlledici araşdırılmalı olan məsələ torpaq sahəsinin həqiqətən kimə məxsus olması, o cümlədən onun təyinatı haqqındadır.

30. Bu məqsədlə apellyasiya məhkəməsi işə təkrar baxarkən sözügedən məsələnin tam və hərtərəfli araşdırılması məqsədi ilə aidiyyəti olan səlahiyyətli orqanlara sorğu göndərməklə, mübahisə predmetinə çevrilmiş torpaq sahəsinin hansı hüquqi əsaslara görə Müdafiə Nazirliyinin faktiki istifadəsində olmasını tədqiq etməli, həmçinin Müdafiə Nazirliyinin özündən həmin torpaq sahəsinə aid bütün mötəbər hüquqi sənədlər tələb edilməli, eyni zamanda həmin torpağın təyinatı haqqında Nazirlər Kabinetindən məlumat alınmasını təmin etməlidir. d. apellyasiya instansiyası məhkəməsində ikinci icraat 31. 3-cü şəxsin nümayəndəsi xx.xx.2023-cü il tarixində iş üzrə icraatın dayandırılması barədə vəsatət təqdim edərək, iddiaçı t ərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-397/2021 nömrəli qərarından verilmiş apellyasiya şikayətinin Bakı şəhəri Xətai Rayon Məhkəməsində e-2(011)-7708/2022 nömrəli mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışının (2-1(103)-2921/2022 nömrəli iş) dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-332/2023 nömrəli qərardadı ilə inzibati iş, iddiaçı Müdafiə Nazirliyinin cavabdehlər İddiaçı və X17 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır.

33. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-332 /2023 nömrəli qərardadı ilə inzibati iş üzrə icraat təzələnmişdir. İcraatın təzələnməsinə səbəbi isə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-725/2023 saylı qərardadı ilə iddiaçı Müdafiə Nazirliyinin cavabdeh İddiaçı və Rizvan Quliyevə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması və xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almasıdır.

34. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-332/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-397/2021 nömrəli qərarı ləğv edilmiş, ünvan 6 ünvanda yerləşən torpaq sahəsinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pa sportun (plan-ölçü) İddiaçı verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

35. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsi cavabdeh orqan tərəfindən verilmiş çıxarışa əsasən satıcıya məxsusdur. Ümumiyyətlə, alqı-satqı müqaviləsini təsdiqləyən notariat orqanı mülkiyyət hüququ ilə bağlı hər hansı problem olmadığı üçün müqaviləni təsdiqlədiyi halda cavabdeh heç bir əsaslı və qanuni səbəb olmadan ona mülkiyyət hüququnu təsdiq edən çıxarışı verməkdən imtina etmişdir.

36. İmtinanın əsası sözügedən torpaq sahəsinin “N” saylı hərbi hissənin yerləşdiyi hərbi təyinatlı torpaq sahəsi olması ilə bağlı olmuşdur.

37. İşin araşdırılmış hallarından da göründüyü kimi, Müdafiə Nazirliyinin Mənzilİstismar İdarəsi tərəfindən məhkəmələrə ünvanlanmış məktublara əsasən Bakı şəhəri, Xətai ra yonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsi, 3N/37 ünvanında yerləşən torpaq sahəsinin Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin təminatında olan “H.Aslanov-8” hərbi şəhərciyinin ərazisinə aid olduğu və hərbi təyinatlı olduğu bildirilmişdir. xx.xx.201N-cü il tarixdə tərtib edilmiş Binaların, Qurğuların və Hərbi şəhərciyin ərazisinin təhvil (təslim) verilməsi haqqında Aktına əsasən, H.Aslanov-8 nömrəli hərbi şəhərciyi N saylı hərbi hissə təhvil vermiş və Abşeron MİH-nin N saylı Evlər İdarəsi təhvil almışdır.

38. Sözügedən torpaq sahəsinin məhz hazırda Abşeron MİH-nin N saylı Evlər İdarəsi tərəfindən təhvil alınmış torpaq sahəsi daxilində olması işin mübahisəsiz halıdır.

39. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq olaraq aidiyyəti orqanlara sorğular ünvanlanmış, iş üzrə araşdırmaya xidmət edən materiallar iş materiallarına əlavə edilmişdir.

40. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********02 saylı məktub əsasında göndərilən sorğuya cavabda Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsində yerləşən 0.3628 ha torpaq sahəsinə dair Rizvan Quliyevə verilmiş Şəhadətnamə ilə bağlı arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin (şəhadətnamə, daşınmaz əmlakın alqı-satqı müqaviləsi, ərizə, torpaq sahəsinin bölgü sxemi) təsdiq edilmiş surəti təqdim edilmişdir.

41. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfində n məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli xx/xx-628N/11 saylı məktub əsasında göndərilən sorğuya cavabda Bakı şəhəri 31 saylı dövlət notariat ofisində 05 noyabr 2008ci il tarixdə NƏ/2-21N və NƏ/2-215 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrə dair notariat işinin kserosurəti təqdim edilmişdir.

42. Təqdim olunan sənədlərə əsasən: - mülkiyyət hüququ haqqında xx.xx.2005-ci il tarixli, 006317 nömrəli şəhadətnamədən görünür ki, ünvan 9 ünvanında yerləşən 1179,25 kvm qeyri-yaşayış sahəsinin mülkiyyətçisi 3-cü şəxs Rizvan Quliyevdir; - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 00131N nömrəli “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin y erləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” Şəhadətnaməyə əsasən, ünvan 9 ünvanında qeyri-yaşayış sahəsinin yerləşdiyi 11572.8 kv.m olan torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada Rizvan Quliyevə satılmışdır; - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 00N307 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” Şəhadətnamədən görünür ki, ünvan 9 ünvanında yerləşən əmlak kompleksi qanunvericiliklə müəyyən edilmiş qaydada Rizvan Quliyevə satılmışdır; - xx.xx.2008-ci il tarixli, AN–İN ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsində Rizvan Quliyevin mülkiyyətində olan 0,3628 ha torpaq sahəsindən X2 200 kv.m, X13 N00 kv.m, X2N 130 kv.m, İddiaçı 120 kv.m, X8 300 kv.m, X1N 100 kv.m və X18 N00 kv.m olmaqla, qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışlar.

43. Həmçinin, sözügedən torpaq sahəsinin təyinatı ilə bağlı araşdırma nəticəsində müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********31 saylı məktub əsasında göndərilən sorğuya cavabda ünvan 6 ünvanda yerləşən torpaq sahəsinin Müdafiə Nazirliyinin istifadəsi ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ü nvanlanmış xx.xx.2022-ci il tarixli **********36 saylı məktub əsasında göndərilən sorğuya cavabda Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsi, 3N/37 ünvanında yerləşən, Müdafiə Nazirliyi tərəfindən mühafizə olunan torpaq sahəsinin təyinatı ilə bağlı bildirilmişdir ki, vahid elektron kadastr məlumat bazası “NECAS” (TEKUİS) sisteminə əsasən, qeyd olunan ərazi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyalı göstərilsə də, “N” saylı hərbi hissə kimi qeyd olunmuşdur.

44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsi, 3N/37 ünvanında yerləşən torpaq sahəsinin hansı kateqoriya torpaq sahələrinə aid olması ilə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, qeyd olunan ərazi “yaşayış məntəqələrinin torpaqları” kateqor iyasına aiddir, “müdafiə təyinatlı” torpaq deyildir.

45. Həmçinin iddiaçı Müdafiə Nazirliyinin cavabdeh İddiaçı və Rizvan Quliyevə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Odur ki, alqı-satqı müqaviləsinin etibarsız hesab olunması ilə bağlı mübahisəli hal mövcud deyildir.

46. Mübahisəli torpaq sahəsinin notarial qaydada alqı-satqı müqaviləsi yolu ilə iddiaçının mülkiyyətinə verilməsi işin mübahisəsiz halıdır.

47. Beləliklə, hazırkı halda nə qədər ki satıcının adına olmuş mülkiyyət hüquqlarının dövlət qeydiyyatına əsas olmuş sənədlər ləğv edilməmiş, eyni zamanda alıcı və satıcı arasında alqı-satqı müqaviləsi etibarsız hesab edilməmişdirsə iddiaçının adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinanın qanuni əsasından söhbət gedə bilməz. 48. 3-cü şəxs Müdafiə Nazirliyi apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

49. Şikayətin dəlillərinə görə, mübahisəli torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi (çıxarışın alınması və ona əsas olmuş sənədlər) faktiki olaraq sənəd üzərində aparılmışdır. Belə ki, X23 Nazirliyinin məlumatı olmadan Müdafiə Nazirliyinin operativ istifadəsində olan 11572,8 kv.m torpaq sahəsini hissələrlə ayrı-ayrı vətəndaşlara, alqı-satqı müqavilələri əsasında, həmçinin iddiaçıya satmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci m addəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin 6N6.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Lakin, təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı aldığı torpaq sahəsinin əvəzinə Rizvan Quliyevə müəyyənləşdirilmiş pul məbləğini ödəmiş, Rizvan Quliyev satdığı torpaq sahəsini alıcıya verməmişdir, yəni götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Həmin torpaq sahəsini alıcıya verə də bilməzdi, çünki həmin torpaq sahəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi yerləşmi şdir. Bununla da sübut edilir ki, sənədləşdirmə yalnız sənəd üzərində aparılmışdır.

50. Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağan olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003-cü il tarixli, 2 saylı qərarında qeyd olunub ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilmədən buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşdə olan sənədlərdən müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin statusu müdafiə təyinatlı torpaqdır. Lakin, Məhkəmə alqı-sat qı müqaviləsinin predmeti olan torpaq sahəsinin statusunu müəyyən etmədən buna müvafiq olaraq müdafiə tədbirləri seçilmədən əsassız qərar qəbul etmiş, nəticədə, müdafiə təyinatlı torpaq sahəsi qanunsuz olaraq özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində müdafiə təyinatlı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi nəzərdə tutulmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

52. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 9N.1. Kassasiya şikayəti məhkəmə qər arının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 9N.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 9N.N. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

110. Prosessual xərcləri ödəmək vəzifəsi 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

53. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilir. 54.Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİY ASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

55. Apellyasiya instansiyası məhkəməsinin qərarı “torpaq sahəsinə iddiaçının adına texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

56. İşdən göründüyü kimi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 00131N nömrəli “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” Şəhadətnaməyə əsasən, ünvan 9 ünvanında qeyri-yaşayış sahəsinin yerləşdiyi 11572.8 kv.m olan torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada Rizvan Quliyevə satılmışdır. 57. xx.xx.2008-ci il tarixli, AN–İN ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsində Rizvan Quliyevin mülkiyyətində olan 0,3628 ha torpaq sahəsindən İddiaçı 120 kv.m satın almışdır. Həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən satıcıya məxsusdur. 58. ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə əsasən, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsi n xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

59. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

60. Beləliklə, iddiaçının əldə etdiyi torpaq sahəsi üzərində satıcının mülkiyyət hüququ daşınmaz əmlakın reyestrində qeydə alınmaqla dövlət tərəfindən tanınmış və təsdiq edilmişdir. 61. ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

62. İddiaçı da öz tələbinin əsası kimi daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqaviləyə istinad edir.

63. Beləliklə, iddiaçının torpaq sahəsinə hüququn qeydə alınmasına dair yuxarıda istinad edilən normalardan irəli gələn tələb hüququ vardır. 64. “Torpaq sahəsinə iddiaçının adına texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

65. Torpaq Məcəlləsinin 65-ci maddəsini n müddəalarına əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (1). Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (3). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (5).

66. Azərbaycan Respublikası Prezidentinin 200N-cü il 1N oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin "İnventar nömrəsi" və "Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin "Mərtəbə" və "Yeraltı mərtəbə" qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, "Mərtəbə" qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin "Mərtəbələr üzrə plandakı nömrələr" qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obye ktində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir (23.N).

67. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın N.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdır ma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir.

68. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F1NN nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir.

69. Normaların əlaqəli təhlilindən göründüyü kimi, daş ınmaz əmlak kimi bina və qurğulara münasibətdə “texniki pasport”, torpaq sahələrinə münasibətdə isə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilir.

70. Hazırkı halda, iddiaçının iddia etdiyi torpaq sahəsində onun tərəfindən qanunla müəyyən edilmiş qaydada inşa edilmiş və ya əldə edilmiş hər hansı tikilinin (bina və qurğunun) olduğuna dair məlumat işdə yoxdur. Belə olan halda, mövcud olmayan daşınmaz əmlaka dair texniki pasportun verilməsinə (tərtib edilməsinə) dair tələb əsaslı hesab edilə bilməz.

71. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-332/2023 nömrəli qərarı “Torpaq sahəsinə iddiaçının adına texniki pasportun verilməsi öhdəliyinin c avabdehin üzərinə qoyulması” hissəsində ləğv edilir. İddia həmin hissədə rədd edilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar