Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2861/2019 16.10.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə (Açar söz: 57 yaşdan güzəştli şərtlərlə pensiya) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı 57 yaşının tamam olduğu 01 yanvar 2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Sabunçu ra yon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2019-cu il tarixli 2-1(103)-1383/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 03.05.1976-cı ildən 04.05.1978-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuş, 01.06.1978-ci ildən əmək fəaliyyətinə başlamış, 01.06.1978-ci ildən 02.04.1990-cı il tarixədək fəhlə, 02.04.1990-cı ildən 01.10.2003-cü il tarixədək hazırkı “xxxx” ASC-də elektrik qaynaqçısı vəzifəsində işləmişdir. O,güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün Dövlət Sosial Müdafiə F ondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə müraciət etmiş, müraciətinə cavab olaraq göndərilmiş 26 noyabr 2018-ci il tarixli 16/01-5923 nömrəli məktubda qeyd edilmişdir ki, şöbəyə təqdim edilən sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı təsdiqini tapmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 57 yaşının tamam olduğu 01 yanvar 2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Sabunçu rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş e tmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 2-1(82)780/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 2-1(82)780/2019 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 2-1(103)-1383/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 2-1(82)780/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıya güzəştlı pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan bütün şərtlər yerinə yetirilir. Belə ki, iddiaçının 57 yaşı vardır,bu yaş daxilində 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi sığorta stajı toplanmışdır.Bu da qanunvericiliyə əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün əsasdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 2-1(103)-1383/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır, bu səbəbdən də, iş üzrə həmin qərar ləğv edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 01.07.2017-ci il tarixdən kişilər 63 yaş 06 ay tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar.DSMF- nin Sabunçu rayon Şöbəsi iddiaçının çalışdığı müəssisədə qarşılıqlı yoxlama aparılmış, arxiv sənədlərinin olmamasına görə iddiaçının güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmamışdır. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.6, 90.1, 90.3, 91-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qərarı haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 2- 1(103)-1383/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 2-1(103)-1383/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, xx.xx.1958-ci il təvəll üdlü İddiaçı 03.05.1976-cı ildən 04.05.1978-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuş, 01.06.1978-ci ildən əmək fəaliyyətinə başlamış, 01.06.1978ci ildən 02.04.1990-cı il tarixədək fəhlə, 02.04.1990-cı ildən 01.10.2003-cü il tarixədək hazırkı “xxxx” ASC-də elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İddiaçının tələbi ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. İddiaçının 57 yaşının tamam olduğu, 01.01.2015-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı sı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehin imtinasının əsasını iddiaçının çalışdığı müəssisədə qarşılıqlı yoxlama aparılması nəticəsində arxiv sənədlərinin olmamasının müəyyən edilməsinə görə iddiaçının güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun yaranmaması təşkil edir. Halbuki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 01 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyas ı hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Əmək pensiyaları haqqında Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir və buna görə də iddiaçının çalışdığı müəssisədə qarşılıqlı yoxlama aparılması, arxiv sənədlərinin olmamasına görə iddiaçının güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun yaranmaması qənaətinə gəlinməsi əsassızdır. Bundan başqa “İnzibati icraat haqqında” Azərb aycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İddiaçının əmək kitabçasına əsasən, o, 01.06.1978-ci ildən əmək fəaliyyətinə başlamış, 01.06.1978-ci ildən 02.04.1990-cı il tarixədək fəhlə, 02.04.1990-cı ildən 01.10.2003-cü il tarixədək hazırk ı “xxxx” ASC-də elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Göründüyü kimi iddiaçının 25 ildən artıq ümumi iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin, və göstəricilərin” 2 nömrəli Siyahısının “Ümumi peşələr” adlı 33-cü bölməsində 23200000—19906 kodu ilə “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi güzəştli pensiya hüququ verən peşələr sırasına aid edilmişdir. Göründüyü kimi iddiaçının 12 il 06 aydan artıq güzəştli iş stajı vardır. Beləliklə, iddiaçının qanunla tələb olunan 25 il ümumi 12 il 06 ay güzəştli iş stajı olduğundan iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi nə dair apellyasiya instansiya məhkəməsinin nəticəsi əsaslıdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayə tin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 2-1(103)-1383/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2861/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2861/2019
16.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver