AzərbaycanRespublikasıadından Qərar Bakışəhəri İş№2-1(102)-2863/2025 15.05.2026 ALIMƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Subsidiyanın verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızıvəVəliyevSərvərYaquboğlundanibarəttərkibdə, İddiaçı İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “subsidiyanın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı X4 ##.##.2007-ci il tarixdə ********** VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyataalınmışdır.
2. Müəssisənin təsisçisinin ##.##.2014-cü il tarixli qərarına əsasən həmin tarixdən X1müəssisəninrəhbəri(təmsilçisi)vəzifəsinətəyinolunmuşdur.
3. İddiaçı X4 toxum və ting istehsalı ilə məşğul olan təsərrüfat subyekti kimi Attestasiya Komissiyasının ##.##.2020-ci il tarixli qərarına (Protokol №**) əsasən toxum istehsalçılarının reyestrinə daxil edilmiş, bu barədə ##.##.2023-cü il tarixədək qüvvədə olan***nömrəliarayışverilmişdir.
4. ***** nömrəli aprobasiya aktından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi tərəfindən ##.##.2023-cü il tarixdə İddiaçı X4 “Günəş” sortundaarpaəkinireproduksiyalıtoxuməldəetməküçünaprobasiyaedilmişdir.
5. ***** nömrəli aprobasiya aktından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi tərəfindən ##.##.2023-cü il tarixdə İddiaçı X4 “Mətin” sortunda buğdaəkinireproduksiyalıtoxuməldəetməküçünaprobasiyaedilmişdir.
6. ***** nömrəli aprobasiya aktından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi tərəfindən ##.##.2023-cü il tarixdə İddiaçı X4 “Qırmızı Gül-1” sortundabuğdaəkinireproduksiyalıtoxuməldəetməküçünaprobasiyaedilmişdir.
7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi tərəfindən İddiaçı X4 toxumların kondisiyalılığı haqqında ##.##.2024-cü il tarixədək qüvvədə olan 2301728, 2301729, 2301730, 2301731, 2301732, ******* nömrəli sertifikatlar, daha sonra ##.##.2023-cü il tarixdə həmin məhsul nümunələrinin qiymətləndirilməsi barədə uyğunluq sertifikatlarıverilmişdir.
8. İddiaçı X4 2022-ci ildə əkdiyi taxıla görə subsidiyanın verilməsi və toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün verilən şəhadətnamənin müddətinin artırılmasına köməklik göstərilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmiş, Aqrar Xidmətlər Agentliyi tərəfindən ##.##.2023-cü il tarixli, 3 **-*/*-***/**** nömrəli məktubla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə bildirilmişdir ki, təsərrüfatların toxum istehsalının (toxumluq əkin sahələrinin bəyanı, aqrobasiyası və sertifikatlaşma) arayışlarının etibarlılığının qüvvədə olduğu müddət ərzində həyata keçirildiyi nəzərə alınaraq, Attestasiya Komissiyası tərəfindən həmin təsərrüfatların toxum satış bəyanının və subsidiyaya müraciətinin vaxtında formalaşması məqsədilə toxumçuluq arayışlarının etibarlılıq müddətinin X2 İnformasiya Sistemi (EKTİS) üzərindən müvəqqəti olaraq dekabr ayının sonunadək uzadılması məqsədəuyğun hesab edilmişdir. İddiaçı X4 adı da qeyd olunan siyahıya daxil edilmişdir.
9. İddiaçı X4 toxum subsidiyasının verilməsi ilə bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət etmiş, sonuncu tərəfindən ##.##.2024-cü il tarixli, 3-22-2/2-H244/2 **-***/**** nömrəli məktubla bildirmişdir ki, 2020-ci il # ###### tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq, X2 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Qaydanın 3.6-cı bəndinə uyğun olaraq, toxum subsidiyası X3 müəyyən etdiyi bitki növləri üzrə ölkədə istehsal edilib satılmış 1-ci və 2-ci reproduksiyalı toxumların hər kiloqramına görə baza məbləğinə əmsallar tətbiq edilməklə müəyyənləşdirilir. Qaydanın 3.15-ci bəndinə uyğun olaraq, fermerlər toxum subsidiyası ilə bağlı proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) cari il iyun ayının 10-dək EKTİS-ə daxil etməlidirlər. İddiaçı KTM tərəfindən istehsal edilmiş 6,9 min kq R2 reproduksiyalı buğda toxumunun satışına dair EKTİS-ə daxil edilmiş məlumatlar və qanunvericiliklə müəyyən edilmiş digər meyarlar nəzərə alınmaqla, 2023-cü ildə hesablanmış 345,9 toxum subsidiyası müəssisənin kart hesabına köçürülmüşdür. Digər toxum satışlarına dair məlumatlar qanunvericiliklə müəyyən edilmiş müddətdə EKTİS-ə daxil edilmədiyi üçün müəssisəyə subsidiyanın hesablanması mümkün olmamış və təqvim ili üzrə ayrılmış subsidiyaməbləğidövlətbüdcəsinəqaytarılmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2023-cü il ərzində istehsal edilmiş 90.000 kq R1 reproduksiyalı buğda, 30.000 kq R1 reproduksiyalı arpa və 90.000 kq R2 reproduksiyalı buğda toxumuna görə subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbulolunmasınıxahişetmişdir.
11. Daha sonra iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbulolunmasınıxahişetmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisə Göygöl rayonu Balçılı kəndində 61,0 ha torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin # ####### 2008-ci il tarixli şəhadətnaməsinə əsasən müəssisəyə kənd təsərrüfatı bitkilərinin toxumlarının və tinklərinin istehsalı, istifadəsi, saxlanılması və satışına icazə verilmişdir. İddiaçı torpaq sahəsində şəkər çuğunduru və buğda, toxum istehsal edir. Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şəhadətnamələri əsasında kənd təsərrüfatı bitkilərini toxumlarının və tinklərinin istehsalı, istifadəsi, saxlanılması və satışına icazə əldə etmişdir. “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” qaydasına əsasən, 10 hektardan çox, 61 ha torpaq sahəsində əkin işləri apardığına görə iddiaçıya əkin subsudiyası ayrılmışdır. Subsidiyalaşma X2 İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Mütəmadi olaraq, X2 Sistemində (EKTİS) torpaq sahəsində illik əkin və satış barədə məlumat verməklə bəyan etmiş və bəyənnamə əsasında da qanunda nəzərdə tutulan qaydada subsidiya ilə təmin olunmuşdur. Qaydalara uyğun olaraq iddiaçı 2023-cü il üçün Reproduksiya R1-buğda bitkisinin “Mətin” sortunun toxumundan 60 ton, “Qırmızı Gül-1” sortunun toxumundan 60 ton, “Qırmızı Gül-1” sortunun toxumundan 30 ton (reproduksiya R1 olmaqla, hər kq üçün 0,10 manat subsidiya hesablanmalı), reproduksiya R1 arpa bitkisinin “Günəş” sortunun toxumundan 90 ton (Reproduksiya R1 olmaqla, hər kq üçün 0,10 manat subsidiya hesablanmalı), Reproduksiya R2 buğda birkisinin “Qırmızı Gül-1” sortunun toxumundan 90 ton (reproduksiya R1 olmaqla, hər kq üçün 0,07 manat subsidiya hesablanmalı) olmaqla, əkib məhsul yetişdirmiş və məhsulu satmışdır. İddiaçı Qaydalara uyğun olaraq da toxum subsidiyası almaq üçün məlumatları X2 İnformasiya Sisteminə yükləmək istəmiş, lakin mümkün olmamışdır. Səbəb kimi də şəhadətnamənin vaxtının bitməsi göstərilmişdir. Çoxsaylı müraciətlərindən sonra 2023-cü ilin dekabr ayında sistemə girişi bərpa edildikdən sonra həmin məlumatları elektron sistemə yükləmək mümkün olmuşdur.
13. Cavabdehin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı KTM tərəfindən istehsal edilmiş 6,9 min kq R2 reproduksiyalı buğda toxumunun satışına dair EKTİS-ə daxil edilmiş məlumatlar və qanunvericiliklə müəyyən edilmiş digər meyarlar nəzərə alınmaqla, 2023-cü ildə hesablanmış 345,9 manat toxum subsidiyası müəssisənin kart hesabına köçürülmüşdür. Digər toxum satışlarına dair məlumatlar qanunvericiliklə müəyyən edilmiş müddətdə EKTİS-ə daxil edilmədiyi üçün müəssisəyə subsidiyanın hesablanması mümkün olmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləğidövlətbüdcəsinəqaytarılmışdır.
14. Gəncə İnzibati Məhkəməsinin (hakim: Z.A.Quliyev) ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı X4 2023-cü il ərzində 90.000 kq R1 reproduksiyalı buğda toxumu, 30.000 kq R1 reproduksiyalı arpa toxumu, 90.000 kq R2 reproduksiyalı buğda toxumuna görə subsidiyanın verilməsi öhdəliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyininüzərinəqoyulmuşdur.
15. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı müəssisə arayışın müddətinin uzadılması ilə bağlı cavabdehə və onun tabe olduğu nazirliyə müraciət etmiş, müraciəti üzrə toxumçuluq arayışlarının etibarlılıq müddətinin X2 İnformasiya Sistemi (EKTİS) üzərindən müvəqqəti olaraq dekabr ayının sonunadək uzadılması məqsədəuyğun hesab edilmiş və bu barədə, cavabdehə məlumat verilmişdir. Lakin buna baxmayaraq, cavabdeh məlumatların qanunvericiliklə müəyyən edilmiş müddətdə EKTİS-ə daxil edilmədiyini əsas gətirərək iddiaçıya məhsul subsidiyasının ödənilməsindən imtina etmişdir. Halbuki, iddiaçının şikayətinə aidiyyəti üzrə baxmış olan üçüncü şəxs tərəfindən cavabdehə və iddiaçıya toxumçuluq arayışlarının etibarlılıq müddətinin X2 İnformasiya Sistemi (EKTİS) üzərindən müvəqqəti olaraq dekabr ayının sonunadək uzadılmasının məqsədəuyğun hesab olunması və iddiaçının adının da həmin siyahıyadaxiledilməsibarədəməlumatverilmişdir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasınıxahişetmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, A.V.Bayramov və R.Z.Mamedov) ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarıdəyişdirilmədənsaxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması:
19. Cavabdehin imtina dəlili və hazırkı halda apellyasiya şikayətinin əsasını təşkil edən dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 2020-ci il # ###### tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq, X2 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Qaydanın 3.6-cı bəndinə uyğun olaraq, toxum subsidiyası X3 müəyyən etdiyi bitki növləri üzrə ölkədə istehsal edilib satılmış 1-ci və 2-ci reproduksiyalı toxumların hər kiloqramına görə baza məbləğinə əmsallar tətbiq edilməklə müəyyənləşdirilir. Qaydanın 3.15-ci bəndinə uyğun olaraq, fermerlər toxum subsidiyası ilə bağlı proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni(müraciəti)cariiliyunayının10-dəkEKTİS-ədaxiletməlidirlər.
20. Göründüyü kimi, üçüncü şəxs tərəfindən cavabdehə və iddiaçıya toxumçuluq arayışlarının etibarlılıq müddətinin X2 İnformasiya Sistemi (EKTİS) üzərindən müvəqqəti olaraq dekabr ayının sonunadək uzadılmasının məqsədəuyğun hesab olunması və iddiaçının adının da həmin siyahıya daxil edilməsi barədə məlumat verilmişdir. İddiaçı isə ona verilən cavab əsasında əkin və təhvil verdiyi məhsulun qəbzləri barədə məlumatları 2023-cü ilin dekabr ayının sonunadək EKTİS-ə daxil etsə də, cavabdeh həmin məhsullar üzrə iddiaçıya məhsul subsidiyasının ödənilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, subsidiyanın alınmasında əsas məsələ ağlabatan inamın olmasıdır ki, yalnız bu halda dövlət tərəfindən təqdim edilmiş şərti geri qaytarılmayan borc olan dövlət subsidiyası verilir. Davam edən münasibətlər çərçivəsində arayışların etibarlılıq müddətinin 2023-cü ilin dekabr ayının sonunadək uzadılmasının məqsədəuyğun hesab olunması və iddiaçının da adının həmin siyahıya daxil edilməsi barədə məlumatın verilməsi səbəbindən, sonuncunun bu əsasla əkin və təhvil verdiyi məhsulun qəbzləri barədə məlumatları 2023-cü ilin dekabr ayının sonunadək EKTİS-ə daxil etməsinə görə subsidiyanın verilməsindən imtina ədalət prinsipi ilə uyğun gəlmir və qarşılıqlıetimadınpozulmasınasəbəbolmuşdur.
21. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, hazırkı mübahisəyədək iddiaçı müəssisə ilə cavabdeh orqan arasında subsidiya ilə bağlı hər hansı mübahisə olmamışdır. Hazırkı mübahisənin yaranmasına səbəb isə yuxarıda qeyd olunduğu kimi, sertifikat müddətinin bitməsi və bundan sonra məlumatların EKTİS-ə sonradan daxil edilməsiolmuşdur.
22. Bununla yanaşı iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli 3-22-#/# ****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-**-*/*-***/**** nömrəli, ##.##.2025-ci il tarixli *- **-*/*-***/**** nömrəli və ##.##.2025-ci il tarixli *-**-*/*-***/**** nömrəli məktublarla müəyyən olunur ki, İddiaçı KTM tərəfindən EKTİS-ə daxil edilmiş məlumatlara əsasən, 69,7 min kq R1 və 59 min kq R2 buğda, 34,8 min kq R1 arpa toxum satışlarına görə 2021ci ildə 5555,70 (beş min beş yüz əlli beş manat yetmiş qəpik) manat, 60 min kq R1 və 112,4 min kq R2 buğda, 30 min kq R1 və 25,1 min kq R2 arpa toxum satışlarına görə 2022-ci ildə 6888,70 (altı min səkkiz yüz səksən səkkiz manat yetmiş qəpik) manat toxum subsidiyası müəssisənin kart hesabına ödənilmişdir. Habelə, İddiaçı KTM tərəfindən toxum satışına dair 2022-ci ilin 19 və 21 dekabr tarixlərində EKTİS-ə daxil edilmiş 6,9 min kq R2 buğda toxum satışına görə 2023-cü ildə 345,9 (üç yüz qırx beş manat doxsan qəpik) manat, 2023-cü ilin 17 və 21 dekabr tarixlərində EKTİS- ə daxil edilmiş 89,9 min kq R1 və 88,7 min kq R2 buğda, 30 min kq R1 arpa toxum satışlarına görə 2024-cü ildə 11548,14 (on bir min beş yüz qırx səkkiz manat on dörd qəpik) manat toxum subsidiyası müəssisəninkarthesabınaödənilmişdir.
23. Məhkəmə kollegiyası subsidiyanın verilməsinin kənd təsərrüfatının inkişafına yönəlmiş dövlət siyasətinin istiqaməti, həmçinin subsidiya informasiya sisteminin sahibkarlıq subyektlərinin subsidiya əldə etməsinə əlçatanlığının təmin edilməsinə xidmət edən sistem olduğunu, iddiaçı müəssisə tərəfindən 2023-cü il ərzində 90.000 kq R1 reproduksiyalı buğda toxumu, 30.000 kq R1 reproduksiyalı arpa toxumu, 90.000 kq R2 reproduksiyalı buğda toxumunun tədarük edilməsi və satılmasının mübahisələndirilməməsini, tələb üzrə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ##.##.2025-ci il tarixli *-**-*/*-***/**** nömrəli, ##.##.2025-ci il tarixli *- **-*/*-***/**** nömrəli və ##.##.2025-ci il tarixli *-**-*/*-***/**** nömrəli məktublarında qeyd edildiyi kimi, İddiaçı KTM tərəfindən toxum satışına dair 2022-ci ilin 19 və 21 dekabr tarixlərində EKTİS-ə daxil edilmiş 6,9 min kq R2 buğda toxum satışına görə 2023-cü ildə 345,9 (üç yüz qırx beş manat doxsan qəpik) manat, 2023-cü ilin 17 və 21 dekabr tarixlərində EKTİS-ə daxil edilmiş 89,9 min kq R1 və 88,7 min kq R2 buğda, 30 min kq R1 arpa toxumu satışlarına görə 2024-cü ildə 11548,14 (on bir min beş yüz qırx səkkiz manat on dörd qəpik) manat toxum subsidiyasının müəssisənin kart hesabına ödənilməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsininqərarıdəyişdirilmədənsaxlanılmalıdır.
24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini vəiddianınrəddolunmasınıxahişetmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
25. Cavabdehin kassasiya şikayətində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məktublarda iddia tələbi ilə bağlı 2 məsələyə münasibət bildirilmişdir. 1) EKTİS-ə daxil edilmiş məlumatlar. Həmin məlumatlar iddia tələbi ilə üstüstə düşmür. Belə ki, iddia tələbində 90.000 kq R1 reproduksiyalı bugda toxumu, 30.000 kq R1 reproduksiyalı arpa toxumu, 90.000 kq R2 reproduksiyalı bugda toxumuna gorə subsidiyanın verilməsi ohdəliyinin cavadehin üzərinə qoyulması göstərilir. Halbuki, EKTİS-ə daxil edilmiş rəqəmlər fərqli olmuş, EKTİS-ə 89,9 min kq R1 və 88,7 min kq R2 buğda, 30 min kq R1 arpa toxum haqda məlumatlar təqdim edilmişdir. Apellyasiya Məhkəməsinin Qərarının 30-cu bəndində göstərilir ki: “İş materiallarına əlavə edilmiş sənədlərlə iddiaçı müəssisə tərəfindən 2023-cü il ərzində 90.000 kq R1 reproduksiyalı buğda toxumu, 30.000 kq R1 reproduksiyalı arpa toxumu, 90.000 kq R2 reproduksiyalı buğda toxumunun tədarük edilməsi və satılması təsdiq olunur. Həmçinin, bu hal cavabdeh orqan tərəfindən mübahisələndirilmir”. Göründüyü kimi, məhkəmə bu halı mübahisələndirilməyən hal kimi qəbul etməklə düzgün nəticəyə gəlməmiş və bununla bağlı araşdırma aparmalı olduğu halda, bunu etməmişdir. 2) EKTİS-ə daxil edilmiş 89,9 min kq R1 və 88,7 min kq R2 buğda, 30 min kq R1 arpa toxum satışlarına görə 2024-cü ildə 11548,14 (on bir min beş yüz qırx səkkiz manat on dörd qəpik) manat toxum subsidiyasının iddiaçının kart hesabına ödənilməsi. İddia tələbində göstərilən məbləğ faktiki olaraq cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Məhkəmə bu hala da qiymət verməmiş və iddia tələbinin faktiki olaraq cavabdeh tərəfindən təmin edildiyini öz qərarındagöstərməmişdir.
26. İddia tələbində göstərilir ki, 2023-cü il üçün Reproduksiya R1-buğda bitkisinin “Mətin” sortunun toxumundan 60 ton, “Qırmızı Gül-1” sortunun toxumundan 60 ton, “Qırmızı Gül-1” sortunun toxumundan 30 ton (reproduksiya R1 olmaqla, hər kq üçün 0,10 manat subsidiya hesablanmalı), reproduksiya R1 arpa bitkisinin “Günəş” sortunun toxumundan 90 ton (Reproduksiya R1 olmaqla, hər kq üçün 0,10 manat subsidiya hesablanmalı), Reproduksiya R2-buğda birkisinin “Qırmızı Gül-1” sortunun toxumundan 90 ton (reproduksiya R1 olmaqla, hər kq üçün 0,07 manat subsidiya hesablanmalı) olmaqla əkib məhsul yetisdirmis və məhsulu satmısdır”. Məhkəmə tərəfindən subsidiyanın hesablanmasının əsası müəyyənləşdirilməmiş, iddia tələbində göstərilən subsidiya məbləğlərinə münasibət bildirilməmişdir. Belə ki, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli *** nömrəli Fərmanına əsasən, fermerlərə 2020-ci il ######ın #-dən etibarən subsidiyalar yeni mexanizmə uyğun olaraq, “X2” informasiya sistemi vasitəsilə verilir. Qaydanın 2.2-ci bəndinə uyğun olaraq, yaradılan X3 “2023-cü il bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə” 2022-ci il # ###### tarixli iclasında qəbul edilmiş Qərarla buğda və arpa üçün 2023-cü ildə toxum əmsalı 0,0004, subsidiya məbləği 0,08 manat müəyyənləşdirilmiş, R1 Reproduksiyalı buğda üçün kvota 7000 ton, R2 Reproduksiyalı buğda üçün kvota 59000 min ton, R1 Reproduksiyalı arpa üçün kvota 2200 ton müəyyənləşdirilmişdir. 2023-cü ildə kvotadan artıq toxum satışları nəzərə alındıqda, R1 Reproduksiyalı buğda və arpa üçün subsidiya məbləği hər kiloqram üçün 4 qəpik, R2 Reproduksiyalı buğda üçün subsidiya məbləği 8 qəpik təşkil etmişdir. İddiaçıya 89,9 min kq R1 və 88,7 min kq R2 buğda, 30 min kq R1 arpa toxum satışlarına görə 2024cü ildə 11548,14 (on bir min beş yüz qırx səkkiz manat on dörd qəpik) manat toxum subsidiyasıödənilmişdir.
27. Məhkəmə tərəfindən iddia tələbi təmin edilmiş, İddiaçı X4 2023-cü il ərzində 90.000 kq R1 reproduksiyalı buğda toxumu, 30.000 kq R1 reproduksiyalı arpa toxumu, 90.000 ton R2 reproduksiyalı buğda toxuma görə subsidiyanın verilməsi öhdəliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Halbuki, məhsulun çəkisi ilə bağlı qərarın nəticə hissəsində olan məlumatlar yanlış olmuşdur. Apellyasiya insansiyasında proses zamanı məhsulun çəkisi və subsidiya məbləği barədə xüsusatlar ortaya çıxsa da, həmin məlumatlara münasibət bildirilməməsi iddiaçıya ödəniləcək subsidiya ödənişinin məbləğinin hesablanmasında anlaşılmazlıq yaradır və mübahisənin tam həll edilməməsinə, gələcəkdə yeni mübahisələrin açılmasına zəmin yaradır. Beləliklə, Gəncə İnzibati Məhkəməsi, eləcə də Gəncə Apellyasiya Məhkəməsi tərəfindən yuxarıda göstərilən xüsusatlarla bağlı mubahisənin duzgun həlli ucun əhəmiyyət kəsb edən butun faktiki hallar araşdırılmamış, zəruri sübutlar toplanmamış, düzgün qiymətləndirilməmiş,tamvəhərtərəfliarasdırmaaparılmamışdır.
b) kassasiya şikayətinə qarşı etiraz:
28. Kassasiyaşikayətinəqarşıetiraztəqdimedilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə12.İşinhallarınınaraşdırılmasıprinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinəgörəaraşdırmağaborcludur. ... Maddə58.Sübutlarınaraşdırılmasıqaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqedilməsiniyoxlayır.
Maddə94.Kassasiyaşikayətininverilməsinədairtələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiqapellyasiyainstansiyasıməhkəməsivasitəsiiləverilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlargöstərilməlivəşikayətəsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə96.AliMəhkəmədəicraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardadqəbuledir.Bubarədəprosesiştirakçılarınaməlumatverilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyəhaqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasıtələbolunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qəraraqarşıverilmişşikayətlətələbedilənhəddə(həcmdə)dəyişdiriləbilər. ... Maddə98.AliMəhkəmənininzibatimübahisələrədairişüzrəqərarı 98.1.AliMəhkəmənininzibatimübahisələrədairişüzrəqərarıqətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiyamümkünhesabedilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrarbaxılmasıüçünhəminməhkəməyəgöndərilməlidir.
33. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının toxumçuluq arayışlarının etibarlılıq müddətinin uzadılmasının aidiyyəti dövlət orqanı tərəfindən məqsədəuyğun hesab edildiyi və bu barədə cavabdehə məlumat verildiyi halda, yalnız məlumatların EKTİS-ə vaxtında daxil edilməməsinə istinad edilməklə subsidiyanın verilməsindən imtinasını qanuni və əsaslı hesab etməmiş, bu əsasla iddianı təmin etmiş, apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşmışdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmamış, cavabdehin təqdim etdiyi sübutlara və iş üzrə sonradan yaranmışhallaralazımihüquqiqiymətverməmişdir.
35. Belə ki, iddiaçı hazırkı tələbi ilə 2023-cü il ərzində istehsal edilmiş 90.000 kq R1 reproduksiyalı buğda, 90.000 kq R2 reproduksiyalı buğda və 30.000 kq R1 reproduksiyalıarpatoxumlarınagörəsubsidiyaödənilməsinitələbedir.
36. Lakin apellyasiya icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*/*-***/**** nömrəli məktubundan müəyyən olunur ki, iddiaçıya 2023-cü ilin 17 və 21 dekabr tarixlərində EKTİS vasitəsilə edilmiş müraciətlər əsasında 89.900 kq R1 buğda, 88.700 kq R2 buğda və 30.000 kq R1 arpa toxum satışlarınagörə2024-cüildə11.548,14manatməbləğindəsubsidiyaödənilmişdir. Apellyasiya məhkəməsi həmin məktubun məzmununu qərarında qeyd etsə də, bu məlumatların iş üzrə hüquqi əhəmiyyətini qiymətləndirməmişdir. Belə ki, məhkəmə tərəfindən iddiaçının tələb etdiyi subsidiya məbləğinin hansı hissəsinin cavabdeh tərəfindən artıq ödənildiyi, ödənişlərin iddia predmetinə daxil olan məhsullara aid olubolmaması,37. ödənilmiş məbləğin iddiaçının tələb etdiyi subsidiyanı tam və ya qismən təmin edib-etməməsiməsələləriaraşdırılmamışdır.
38. Halbuki inzibati məhkəmə icraatında məhkəmə yalnız tərəflərin təqdim etdiyi dəlillərlə kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalıdır (İPM-in 12.1-ci maddəsi). Sübutlar isə digər sübutlarla qarşılıqlı əlaqədə tam və hərtərəfli qiymətləndirilməlidir (İPM-in 58.7cimaddəsi).
39. Bundan əlavə, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, tələb olunan subsidiyaməbləğihərbirməhsulnövüüzrəayrıcagöstərilmişdir.Beləki,iddiaçı: R1 reproduksiyalı buğda toxumuna görə 90.000 kq məhsul üzrə hər kq üçün 0,10 manat olmaqla 9.000 manat; R1 reproduksiyalı arpa toxumuna görə 30.000 kq məhsul üzrə hər kq üçün 0,10 manat olmaqla 3.000 manat; R2 reproduksiyalı buğda toxumuna görə 90.000 kq məhsul üzrə hər kq üçün 0,07 manat olmaqla 6.300 manat; cəmi, 210 ton (210.000 kq) toxum məhsulu üzrə 18.300 manat məbləğində subsidiyaödənilməsinitələbetmişdir.
40. Lakin nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinin qərarında tələb olunan subsidiya məbləğinin hesablanma qaydası göstərilməmiş, tələb olunan hər məhsul növü üzrə subsidiyanın hansı qaydada hesablanması, cavabdeh tərəfindən edilmişödənişlərinhəminməbləğlərəmünasibətimüəyyənedilməmişdir.
41. Bu səbəbdən, apellyasiya məhkəməsinin qərarı qəbul edildikdən sonra iddiaçı həmin məhkəməyə ərizə təqdim edərək, cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*/*- ***/**** nömrəli məktubunun nəzərə alınmadan qərar qəbul edildiyini, qərarda subsidiyanın hesablanma qaydasına aydınlıq gətirilmədiyini bildirmiş, bu səbəbdən, bununlabağlıməhkəməqərarındadəqiqləşdirməaparılmasınıxahişetmişdir.
42. Digər tərəfdən, cavabdeh kassasiya şikayətində bildirmişdir ki, EKTİS-ə daxil edilmiş 89.900 kq R1, 88.700 kq R2 buğda və 30.000 kq R1 arpa toxum satışlarına görə 11.548,14 manat subsidiya iddiaçıya ödənildiyi halda, məhkəmə bu halı qiymətləndirməmiş və iddia tələbinin faktiki olaraq cavabdeh tərəfindən təmin edildiyini qərarındaqeydetməmişdir.
43. Göründüyü kimi, iddiaçı məhkəmə qərarında tələb olunan subsidiya məbləğinin hesablanma qaydasının göstərilmədiyini bildirir, cavabdeh isə əksinə, hazırkı iddia tələbi üzrə subsidiya ödənişlərinin artıq həyata keçirildiyini, nəticə etibarilə, iddia tələbinin faktiki olaraqicraedildiyinivətərəflərarasındamübahisəpredmetininqalmadığınıqeydedir.
44. Bundan başqa, işin qeyd olunan hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 89.900 kq R1, 88.700 kq R2 buğda və 30.000 kq R1 arpa toxum satışlarınagörə11.548,14manatsubsidiyaödənilmişdir.
45. İddiaçının hazırkı tələbində iddia etdiyi subsidiya ödənişi isə bundan daha artıq miqdarda olan məhsulları əhatə edir. Belə ki, iddiaçının tələbi yuxarıda qeyd edildiyi kimi, 90.000 kq R1 reproduksiyalı buğda, 90.000 kq R2 reproduksiyalı buğda və 30.000 kq R1 reproduksiyalıarpatoxumlarınagörəsubsidiyaödənilməsibarədədir.
46. Göründüyü kimi, cavabdeh tərəfindən ödənişi həyata keçirilmiş toxum miqdarı ilə iddiaçının tələb etdiyi miqdar arasında R1 buğda üzrə 100 kq, R2 buğda üzrə isə 1.300 kqfərqmövcuddur.
47. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkıməhkəməqərarıəsaslandırılmışməhkəməaktıkimiqiymətləndiriləbilməz.
48. Məhkəmə kollegiyası işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, işə təkrar baxılarkən apellyasiya məhkəməsi tərəfindən, ilk növbədə, iddiaçının hüquqi marağına uyğun olaraq tələbi dəqiqləşdirilməli, tələb etdiyi subsidiyanın hansı növ, hansı miqdarda məhsulları əhatə etdiyi, hər məhsul növünün 1 kq hissəsi üzrə tələb etdiyi subsidiya miqdarı müəyyən edilməli, hər məhsul növü üzrə subsidiyanın hesablanması qaydası müvafiq qanunvericilik aktları əsasında aydınlaşdırılmalı, iddiaçının yekun tələbi ilə, cavabdeh tərəfindən ödənilmiş subsidiya məbləği müqayisə edilməli, ödənişlərin hansı hissəsinin iddia predmetinə aid olduğu və tərəflər arasında hazırda hər hansı ödənilməmiş subsidiya öhdəliyinin qalıb-qalmadığı araşdırılmalı, qeyd olunan hallar əsasındaiddiatələbinəhüquqiqiymətverilməlidir.
49. Nəticə etibarı ilə, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq noprmaları pozulduğundan, barəsində şikayət verilən qərar ləğv edilməli, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş təkrar apellyasiya baxışına qaytarılmalı, əlavə araşdırmaya zərurət olduğundan iddianın rəddedilməsihissəsindəşikayəttəminedilməməlidir.
50. Şərhedilənlərəəsasən,məhkəməkollegiyası
QƏRARA ALDI:
Kassasiyaşikayətiqisməntəminedilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-***/****nömrəliqərarıləğvedilsin. İştəkrarbaxılmasıüçünhəminməhkəməyəgöndərilsin. Qərarqətidir.