Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2864/2019 ALİ MƏHKƏMƏ İddiaçının Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə (Açar söz: mənəvi zərərin əvəzinin ödənilməsi) GİRİŞ HİSSƏ Hakimlər: 16.10.2019 Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “cavabdehdən vurduğu mənəvi zərərin əvəzi olaraq 10000 manatın müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1315/2019 saylı 31 may 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Sabunçu rayon Məhkəməsinin 2(102)-3118/2015 saylı 07 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı qeydiyyatda olduğu ünvan1 22 saylı evin 3 sayl mənzilinə köçürülməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)1039/2015 nömrəli iş üzrə 11 mart 2015-ci il tarixli qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin 2(102)-3118/2015 saylı 07 iyul 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 iyul 2015-ci il tarixli, 2(102)3118/15 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi mülki Kollegiyasının 2(103)1039/2015 nömrəli iş üzrə 11 mart 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sabunçu rayon Məhkəməsi tərəfindən 04.06.2014-cü il tarixl i 2(008)-1178/2014 saylı İcra Vərəqəsi verilmişdir. Cavabdeh 22.07.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş və məhkəmə qərarını icra etmişdir. Sabunçu rayon Məhkəməsinin 29.04.2016-cı il tarixli 8(008)-1482/2016 saylı qərardadı ilə Sabunçu rayon Məhkəməsinin 04.06.2014-cü il tarixli 2(008)-1178/2014 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə icra şöbəsinin təqdimatı təmin edilmişdir. Sabunçu rayon Məhkəməsinin 29.04.2016-cı il tarixli 8(008)-1482/2016 saylı qərardadından iddiaçı şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8(103)-343/2016 saylı 22.06.2016-cı il tarixli qərardadı ilə Sabunçu rayon İcra Şöbəsinin “icra vərəqəsinin icraatına xitam verilməsi”nə dair təqdimatına yenidən baxılması üçün iş materialları Sabunçu r ayon Məhkəməsinə göndərilmiş, Sabunçu rayon Məhkəməsinin 22.09.2016-cı il tarixli 8(008)-1482/2016 saylı qərardadı ilə Sabunçu rayon Məhkəməsinin 04.06.2014-cü il tarixli 2(008)-1178/2014 saylı İcra Vərəqəsi üzrə icraata xitam verilməsinə dair Sabunçu rayon İcra Şöbəsinin təqdimatı təmin edilməmişdir. Sabunçu rayon Məhkəməsi tərəfindən 19.06.2017-ci il tarixdə 2(008)-1178/2014 saylı təkrar İcra Vərəqəsi verilmişdir. Cavabdeh 23.06.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Cavabdeh tərəfindən 21.09.2017-ci il tarixdə Sabunçu rayon Məhkəməsinin 04.06.2014-cü il tarixli 2(008)-1178/2014 saylı icra sənədinə xitam verilmişdir. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3118/15 saylı, 07.07.2015-ci il tarixli qərarı və yaxud 22.09.2016-cı il tarixli, 8(008)-1482/2016 nömrəli qətnaməsinin icra olunması üçün Qanunvericiliklə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi öhdəliyinin icrasının cavabdehin üzərinə qoyulması və cavabdehdən vurduğu mənəvi zərərin əvəzi olaraq 10000 manat müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qərarın icra edilməməsi nəticəsində ona ziyan dəymişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1038/2019 saylı 18.03.2019-cu il tarixli qərardadı ilə iddia tələbinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)3118/15 saylı, 07.07.2015-ci il tarixli qərarı və yaxud 22.09.2016-cı il tarixli, 8(008)1482/2016 nömrəli qətnaməsin in icra olunması üçün Qanunvericiliklə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi öhdəliyinin icrasının cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1088/2019 saylı, 18 mart 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1088/2019 saylı, 18 mart 2019-cu il tarixli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1315/2019 saylı 31 may 2019-cu il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1088/2019 saylı, 18 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı mənəvi zərərin ödənilməsi barəsində tələb irəli sürmüş ols a da, mənəvi zərərin məhz cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, habelə zərərin tələbdə ifadə olunan miqdarının əsasını təşkil edən hər hansı sübutu nə birinci instansiya məhkəməsi zamanı, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1315/2019 saylı 31 may 2019-cu il tarixli qərarından kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə mübahisəsinin kökü olan Sabunçu rayon Məhkəməsinin 04.06.2014-cü il tarixli 2(008)-1178/2014 saylı qərarı ilə təsdiq olunmuşdur ki, iddiaçı mənzil hüququndan məhrum olunmuşdur. Belə ki, sözügedən qərarla iddiaçının ünvan1 22 saylı evin 3 sayl mənzilinə köçürülməsi qət edilmişdir. Sab unçu rayon Məhkəməsinin 04.06.2014-cü il tarixli qərarı ilə iddiaçının hüquqları bərpa olunsa da, caavbdeh tərəfindən sözügedən qərarın icra olunmaması nəticəsində iddiaçı mənzil hüququndan 4 ildən artıq müddətdir ki məhrumdur. Bu səbəbdən iddiaçı kirayə götürdüüy və ya tanışlarına aid mənzillərdə yaşayır. Bu isə ona maddi və mənəvi ziyan vurur. Lakin işə baxan məhkəmələr işin halalrına düzgün qiymət verməyərək iddia tələbini təmin etməmişlər. Kassator “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarına, Azərbaycan Respublikası Konstitutsiyasının 43-cü maddəsinin İ hissəsinə, 68-ci maddəsinin İV hissəsinə,Azərbaycan Respublikası İnzibati Prose ssual Məcəllənin 12, 69.4, 82, 87, 90, 96.9-cu maddələrinə istinad edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1315/2019 saylı 31 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1315/2019 saylı 31 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Mə hkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1315/2019 saylı 31 may 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində m araqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsin i ifadə edir. Həmin Qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hazırkı iş üzrə Sabunçu rayon Məhkəməsinin 2 (102)-3118/2015 saylı 07 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı qeydiyyatda olduğu ünvan1 22 saylı evin 3 sayl mənzilinə köçürülməsi qət edilmiş, Sabunçu rayon Məhkəməsi tərəfindən 04.06.2014-cü il tarixli 2(008)-1178/2014 saylı İcra Vərəqəsi verilmişdir. Cavabdeh 22.07.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş və məhkəmə qərarını icra etmişdir. Sabunçu rayon Məhkəməsinin 29.04.2016-cı il tarixli 8(008)-1482/2016 saylı qərardadı ilə Sabunçu rayon Məhkəməsinin 04.06.2014-cü il tarixli 2(008)-1178/2014 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə icra şöbəsinin təqdimatı təmin edilmişdir. Daha sonra X1 rayon Məhkəməsinin 29.04.2016-cı il tarixli 8(008)-1482/2016 saylı qərardadından şikayət vermiş və bildirmişdir ki, 20.04.2016-cı il tarixdə mübahisəli m ənzilə köçürülsə də, icra məmuru mənzili tərk edən kimi onu mənzildən yenidən çıxarmışlar. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8(103)-343/2016 saylı 22.06.2016-cı il tarixli qərardadı ilə Sabunçu rayon İcra Şöbəsinin “icra vərəqəsinin icraatına xitam verilməsi”nə dair təqdimatına yenidən baxılması üçün iş materialları Sabunçu rayon Məhkəməsinə göndərilmiş, Sabunçu rayon Məhkəməsinin 22.09.2016-cı il tarixli 8(008)-1482/2016 saylı qərardadı ilə Sabunçu rayon Məhkəməsinin 04.06.2014-cü il tarixli 2(008)-1178/2014 saylı İcra Vərəqəsi üzrə icraata xitam verilməsinə dair Sabunçu rayon İcra Şöbəsinin təqdimatı təmin edilməmişdir. Göründüyü kimi icra məmuru qətnamənin icra etmiş, iddiaçı mübahisəli mənzilə köçürmüş, lakin daha sonradan iddiaçı həmin mənzildən çıxarılmış dır. Beləliklə, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərərin dəydiyini iddia etsə də, mənəvi zərərin məhz cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsini sübut edə bilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisəyə baxılarkən apellyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1315/2019 saylı 31 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. 2-1(103)-
Məhkəmə qərarları › İş №2-1(102)-2864/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2864/2019
16.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver