Məhkəmə qərarları › İş №2-1(102)-2865/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2865/2019

13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2865/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2865/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: iddiaçının daxili işlər orqanlarından xaric olunduğu tarixə xidmət müddəti ümumilikdə 19 il 08 ay 29 gün təşkil etmişdir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı X1, vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı X1 cavabdeh Azər baycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı məlumat vərəqəsinin göndərilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-966/2019 saylı qərarından İddiaçı X1 və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxxx 1955-ci ildə anadan olduğunu, 1973-1978-ci illərdə həqiqi hərbi xidmətdə olduğunu, xxxx 1979-cu ildən xxxx 1992-ci ilədək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyini, Daxili İşlər Nazirliyinin Daxili qoşunların Baş İdarəsinə ona qulluq illərinə görə pensiya təyin edilməsi üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdehin qeyri müəyyən cavabları ilə məsələyə konkret münasibət bildirilmədiyini, cavabdehin ona pensiya təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 135 saylı qərarına əsasən “Məlumat vərəqəsi”nin DSMFnin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərməli olduğunu, onun 22 il 09 ay xidmət etdiyini və pensiya hüququnun qazandığını bildirərək, ona 22 il 09 ay xidmət illəri nəzərə alınmaqla xxxx 2006-cı il tarixindən pensiya təyin edilməsi üçün “Məlumat vərəqəsi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanınd a Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-232/2018 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı X1 xidmət illərinə görə ona xxxx 2006-cı il tarixdən pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin DSMF-nin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi və “İnzibati icraat haqqında” Qanunun tələbləri nəzərə alınmaqla yenidən baxılması və bununla bağlı müvafiq qanuni və əsaslandırılmış inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim – X.X.İmanov). Bakı Apelly asiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1592/18 saylı qərarı ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və M.A.Məmmədov) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(102)-251/19 saylı qərarı ilə (sədrlik edən R.S.Nəbizadə, hakimlər A.S.Hüseynov və X.S.Məmmədov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apell yasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-966/2019 saylı qərarı ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və V.M.Ağayev) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı X1 və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəli lləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı cinayət etdiyindən, həbs edildiyi xxxx 1992- ci il tarixinə imtiyazi xidmət müddəti 20 il 05 ay 12 gün təşkil edir, Azərbaycan Respublikası Prezidentinin xxxx 1999cu il tarixli, ****** Fərmanı ilə təsdiq edilmiş “Daxili Qoşunlarda xidmət keçmə haqqında” Əsasnamənin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 il və daha çox xidmət etmiş əməkdaşlar malikdir, həmçinin Azərbaycan Respublikası Prezidentinin xxxx 1992-ci il tarixli, 109 saylı Fərmanı ilə təsdiq edilmiş “Hərbi Qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəs inin “a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular malikdir, beləliklə, İddiaçı xidmət illərinə görə pensiya hüququnu qazanmışdır. İddiaçı Sami oğlu və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasə n Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı Sami oğlunun, vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-966/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının xidmət keçmə vərəqəsinə əsasən xxxx 1973-cü il tarixdə Sumqayıt hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, xxxx 1975-ci ildə tərxis edilmiş, xxxx 1979-cu ildən xxxx 1980-ci ilədək Daxili qoşunların 3-cü bölüyünə nəzarətçi vəzifəsində, xxxx 1980-cı ildən xxxx 1982-ci ilədək nəzarətçi, xxxx 1985-ci ildən xxxx 1988-ci ilədək baş nəzarətçi, xxxx 1988-ci ildən xxxx 1990-cı ilədək texnik-müdir, xxxx 1990-cı ildən xxxx 1990-cı ilədək avtomobil təmir i üzrə texnik, xxxx 1990-cı ildən xxxx 1992-ci ilədək avto təmir bölüyündə işləmiş, ehtiyatda olan gizir İddiaçı X1 xxx 1973-cü il tarixdən xxxx 1975-ci il tarixədək müddətli hərbi xidmət, xxxx 1979-cu il tarixdən xxxx 1992-ci il tarixədək Sovet Ordusunda müddətdən artıq xidmət etmiş, Sumqayıt xalq məhkəməsinin qərarı ilə məhkum olunduğuna görə xxxx 1992-ci ildən bütün təminatlardan və şəxsi heyətin siyahısından çıxarılmışdır. İş üzrə həmçinin müəyyən edilmişdir ki, N saylı hərbi hissənin mövcud olan əlifba qeydiyyat kitabının əsasında İddiaçı Sami oğlu N saylı hərbi hissə komandirinin xxxx 1979-cu il tarixli, 126 saylı əmri ilə N saylı hərbi hissənin 3-cü bölüyünün nəzarətçisi təyin edilmiş, N saylı hərbi hissənin 3-cü bölüyünün 1-ci batalyonun baş nəzarətçisi gizir İddiaçı N saylı hərb i hissə komandirinin nizami hissə üzrə xxxx 1988-ci il tarixli N saylı əmri ilə hərbi hissənin şəxsi heyət siyahılarından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə ezam edilmiş, həmçinin 1981-ci ilə qədər N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri RF Moskva şəhəri X1 saxlanılır, cavabdeh tərəfindən verilmiş 701 saylı, xxxx 2017-ci il tarixli arxiv arayışında qeyd olunur ki, iddiaçı N saylı hərbi hissə komandirinin xxxx 1988-ci il əmri ilə xidmətini davam etdirmək üçün xxxx 1988-ci il tarixdə N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, yoxlama nəzarət məntəqəsinin rəisi-texnik vəzifəsinə təyin edilmiş, N saylı hərbi hisə komandirinin xxxx 1991-ci il tarixli 282 nömrəli əmri ilə noyabr ayının 11-dən 18-dək ictimai asayişin mühafizəsi üçün Mahaçqala şəhərinə xidməti ezamiyyətə getmiş, N saylı hərbi hissə komandirinin xxxx 1991-ci il tarixli 290 nömrəli əmri ilə Mahaçqala şəhərindən xidməti ezamiyyətdən gəlmiş, N saylı hərbi hissə komandirinin xxxx 1992-ci il tarixli 19 nömrəli əmri ilə döyüş tapşırığını yerinə yetirmək üçün Şuşa şəhərinə xidməti ezamiyyətə getmiş, N saylı hərbi hissə komandirinin xxxx 1992-ci il tarixli 27 nömrəli əmri ilə Şuşa şəhərindən xidməti ezamiyyətdən gəlmiş hesab edilmiş, Daxili Qoşunların komandanının xxxx 1992-ci il tarixli 1 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xxxx 1992-ci il tarixli 48 nömrəli əmri ilə avtomobil taborunda tağım komandiri vəzifəsinə təyin edilmiş, N saylı hərbi hissə koman dirinin xxxx 1992-ci il tarixli 51 nömrəli əmri ilə döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam şəhərinə xidməti ezamiyyətə getmiş hesab edilmiş, N saylı hərbi hissə komandirinin xxxx 1992-ci il tarixli 53 nömrəli əmri ilə xxxx 1992-ci il tarixdə Ağdam şəhərindən xidməti ezamiyyətdən gəlmiş, N saylı hərbi hissə komandirinin xxxx 1992-ci il tarixli 63 nömrəli əmri ilə döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam şəhərinə xidməti ezamiyyətə getmiş, N saylı hərbi hissə komandirinin xxxx 1992-ci il tarixli 72 nömrəli əmri ilə 19 mart 1992-ci il tarixdə Ağdam şəhərindən xidməti ezamiyyətdən gəlmiş, iddiaçı, xidmət illərinə görə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün məlumat vərəqinin göndərilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xxxx 2014-cü il tarixli məktubl a iddiaçının xidmət illərinin hesablanmasının təmin olunduğuna istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının iddia etdiyi kimi xxxx 1989-cu ildən xxxx 1991-ci il tarixədək fövqəladə vəziyyət rayonunda xidmət etməsi barədə hər hansı qeydlər (əmr, sərəncam və s.) müəyyən olunmamış, eləcə də həmin vaxtlarda Maxaçkala, Ağdərə, Xocalı, Şuşa, Ağdam və digər rayonlarda ezamiyyətdə olması barədə hər hansı mötəbər sübut təqdim edilməmiş, buna görə də iddiaçının xxxx 1989-xxxx 1991-ci il tarixədək 1 il 11 ay 05 gün imtiyazlı xidmət illərinin olması öz təsdiqini tapmadığından, pensiya təyin olunmaq üçün nəzərdə tutulmuş xidmət illərinə daxil edilə bilməz, eləcə də iddiaçı xxxx 1988-ci il tarixdən xxxx 1992-ci il tarixədək xidmətdə olduğunu və bu müddəti 04 il 01 ay olaraq hesablanmalı olduğunu bildirsə də, iddiaçı AR DİN N nömrəli hərbi hissənin N nömrəli xxxx 1992-ci il tarixli əmri ilə məhz xxxx 1992-ci il tarixdən hərbi hissənin bütün təminatlarından və şəxsi heyətin siyahısından çıxarılmış, beləliklə, iddiaçının xidmət müddəti xxxx 988-ci il tarixdən xxxx 1992-ci il tarixədək hesablanmalıdır ki, bu halda həmin dövr üzrə iddiaçının xidmət müddəti 3 il 09 ay 10 gün edir, daxili işlər orqanlarından xaric olunduğu tarixə iddiaçının xidmət müddəti ümumilikdə 19 il 08 ay 29 gün təşkil etdiyindən, xidmət illərinə görə pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin göndərilməsi barədə tələb əsaslı hesab edilə bilməz, həmçinin şəxsi işin araşdırılması ilə, cavabdeh tərəfindən təqdim e dilmiş arxiv arayışlarında iddiaçının tələb olunan 20 il xidmət ilinin tamamlanmadığı müəyyən olunmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə görə o cümlədən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunma sı Qaydaları”nın 1-ci bəndinə əsasən hərbi qulluqçulara-Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə-Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydaları müəyyən edilir. Qaydanın 2-ci bəndində qeyd olunur ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artım lar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Qaydaların 3-ci hissəsinə görə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təmınat xərcliyi barədə məlumatiar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmış formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azə rbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınin xxxx 2019-cu il tarixliqərarında verilmiş göstərişləri yerinə yetirərək, işə yenidən baxan apellyasiya məhkəməsi tərəfindən iddiaçının xxxx 1989-cu ildən xxxx 1991-ci il tarixədək fövqəladə vəziyyət rayonunda xidmət etməsi barədə hər hansı qeydlərin (əmr, sərəncam və s.) mövcudluğu müəyyən olunmamış, eləcə də həmin vaxtlarda Maxaçkala, Ağdərə, Xocalı, Şuşa, Ağdam və digər rayonlarda ezamiyyətdə olması barədə hər hansı mötəbər sübutun təqdim edilmədiyinə görə iddiaçının xxxx 1989-x xxx 1991-ci il tarixədək 1 il 11 ay 05 gün imtiyazlı xidmət illərinin olması öz təsdiqini tapmadığı, iddiaçı xxxx 1988-ci il tarixdən xxxx 1992-ci il tarixədək xidmətdə olduğu və bu müddətin 04 il 01 ay olaraq hesablanmalı olduğunu bildirsə də, o, AR DİN N nömrəli hərbi hissənin N nömrəli xxxx 1992-ci il tarixli əmri ilə hərbi hissənin bütün təminatlarından və şəxsi heyətin siyahısından çıxarılsa da, əmrin özündə iddiaçının Sumqayıt xalq məhkəməsinin qərarı ilə məhkum olunduğundan, məhz xxxx 1992-ci il tarixdən hərbi hissənin bütün təminatlarından və şəxsi heyətin siyahısından çıxarılmasının göstərildiyi, daxili işlər orqanlarından xaric olunduğu tarixə iddiaçının xidmət müddətinin ümumilikdə 19 il 08 ay 29 gün təşkil etdiyi, həmçinin şəxsi işin araşdırılması ilə, cavabdeh tərəfindən təq dim edilmiş arxiv arayışlarında iddiaçının tələb olunan 20 il xidmət ilinin tamamlanmadığı müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının xxxxx 1989-cu ildən xxxx 1991-ci il tarixədək fövqəladə vəziyyət rayonunda xidmət etməsi barədə hər hansı qeydlərin (əmr, sərəncam və s.) müəyyən olunmadığını, xxxx 2017-ci il tarixli arxiv arayışına əsasən iddiaçının yalnız qısa müddət ərzində döyüş bölgələrinə xidməti ezamiyyətdə olduğunun təsdiq edildiyini, iddiaçının xxxx 1989-xxxx 1991-ci il tarixədək 1 il 11 ay 05 gün imtiyazlı xidmət illəri öz təsdiqini tapmadığından, pensiya təyin olunmaq üçün nəzərdə tutulmuş xidmət illərinə dax il edilə bilmədiyini, daxili işlər orqanlarından xaric olunduğu tarixə iddiaçının xidmət müddətinin ümumilikdə 19 il 08 ay 29 gün təşkil etdiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-966/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-966/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar