Məhkəmə qərarları › İş №2-1(102)-2866/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2866/2019

29.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2866/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı Rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü, müddət ötürülməklə verilmiş apellyasiya şikayəti. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərba ycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Cavabdehnə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsitələbinə dair iş üzrə apellyasiya şikayətinin mümkün sayılmamasına dair Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1695/2019 saylı, 27 iyun 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 29 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4917/2017 saylı, 10 noyabr 2017-ci il tarixli qərarı (hakim - E.M.Mustafayev) ilə iddia tələbi təmin edilmiş, İddiaçı 10.05.198019.05.1982-ci illər hərbi xidmətdə olduğu müddətin, 20.04.1978-03.11.1978-ci illər Bakıbalıqflotda, 24.11.1978-18.04.1979-cu i llər Filial BPKSD-də, 15.06.1979-1209.1979-cu illər Bakıbalıqflotda, 28.06.1982-ci il tarixdən 13.08.1984-cü il tarixədək 2704 nömrəli Avtokolonda, 23.10.1984-01.12.1984-cü illərdə Bakıtaksotransda, 18.10.1985-02.06.1986-cı illər 3 nömrəli Avtobus Parkında, 31.10.1986-11.03.1987-ci illərdə 2714 nömrəli Avtokolonda, 24.03.1987-11.10.1994-cü illərdə 2704 nömrəli Avtokolonda, 11.11.199401.01.2006-cı illərdə Qum adası NQÇİ-də işlədiyi illər sosial sığorta stajına daxil edilərək, ona 52 yaşı tamam olduğu gündən, 09.07.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin vaxtdan yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı ra yon şöbəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1695/2019 saylı,27 iyun 2019-cu il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – C.A.Yusifov, hakimlər - V.M.Ağayev və A.B.Nuriyeva) iləcavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4917/2017 saylı 10 noyabr 2017-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamış, apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilmiş və geri qaytarılması qərara alınmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyun 2019-cu il tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi hesab etmişdir ki, qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. İnzibati orqan tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də, həmin müddət bərpa edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı 10 noyabr 2017-ci il tarixdə qəbul edilsə də, şöbənin rəhbərliyinin dəyişdirilməsindən sonra araşdırmalar nəticəsində yeni açılmış hallar müəyyən edilmişdir. Buna görə də, cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Tərəflərin izaha tları İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qəradadı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsi ilə verilir. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (q ərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İnzibati Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Hazırkı iş in hallarından müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4917/2017 saylı, 10 noyabr 2017-ci il tarixli qərarı cavabdehə 10 noyabr 2017-ci il tarixli məktubla göndərilmişdir (i.v.32). Lakin cavabdeh qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməmiş, bundan sonra birinci instansiya məhkəməsi qərarı 25 yanvar 2018-ci il tarixli məktubla icraya yönəltmişdir (i.v.34). Daha sonra isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Cavabdeh məhkəməyə 14.02.2018-ci il tarixli, 18/04-859 nömrəli məktub ünvanlayaraq İddiaçı iddiası üzrə çıxarılmış qərarın icra olunduğunu bildirmişdir (i.v.37). Cavabdeh qərarı icra etdiyini bildirməsinə baxmayaraq 24 may 2019-cu il tarixdə birinci instansiya məhkəməsinin qərarından apellyasiy a şikayəti vermişdir. Apellyasiya məhkəməsi həmin şikayətin prosessual müddətlər ötürülməklə verildiyini, eləcə də müddətin bərpasına dair ərizə təqdim olunmadığını nəzərə almaqla iş üzrə apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına dair məhkəmə iclası təyin etmiş, tərəfləri bununla bağlı məlumatlandırmışdır. 27 iyun 2019-cu il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi şikayətin mümkün sayılıb mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Beləliklə, apellyasiya şikayəti prosessual müddət ötürülməklə verilmiş, məhkəmə tərəfindən yardım edilməsinə baxmayaraq cavabdeh qüsuru aradan qaldırmayaraq müddətin bərpasına dair ərizə verməmişdir. Bundan başqa, apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qərardan şikayət vermə bir ildən də xeyli keçdik dən sonra verildiyindən, deməli, müddətin bərpasına dair ərizənin verilməsi belə mümkün deyildir. Ona görə də, kollegiya hesab edir ki, apellyasiya şikayətini mümkün saymayaraq şikayəti qəbul etməkdən imtina etməkdə məhkəmə haqlı olmuşdur. Kassasiya şikayətində göstərilən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının üzürlü səbəblərdən baş verdiyi ilə bağlı dəlilə münasibətdə isə qeyd edilməlidir ki, əvvəla, cavabdeh həmin səbəblərin nədən ibarət olduğunu bildirməmişdir. Digər tərəfdən isə həmin səbəblərin üzürlü olub-olmadığına qiymət verilməsi üçün cavabdeh tərəfindən müddətin bərpasına dair ərizə verilməlidir. Lakin cavabdeh belə bir ərizə də verməmişdir. Nəhayət, nəzərə alınmalıdır ki, İPM-in 24.4-cü maddəsinə əsasən müddətin buraxılmasından bir il keçdikdən so nra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən sözügedən bir illik müddət də ötürülmüşdür. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1695/2018 saylı iş üzrə 27 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar