Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2866/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1981-ci il təvəllüdlü; FİN: xxxxxxx5) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin qeydiyyatının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1661/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MMC və "xxxx" Elmi-İstehsalat Müəssisəsi arasında bağlanmış xx.xx.2009cu il tarixli “Birgə fəaliyyət müqaviləsi”nə və ona 1 saylı əlavəyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 159 ünvanında "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən inşa edilmiş 13223 kv.m sahəsi olan hündürmərtəbəli binanın dövlət məqsədləri ilə sökülməsi əvəzində "xxxx" Elmi-İstehsalat Müəssisəsinə məxsus, çoxmərtəbəli yaşayış binasının inşasına sərəncamı o lan, Bakı şəhəri, Binəqədi rayonu, X2 qəsəbəsində, ATS-in qərbində yerləşən torpaq sahəsinin 1500 kv.m-də yenidən inşa olunan iki bloklu yaşayış binasının sahəsinin Müqavilənin 5.1-ci bəndinə əsasən bölündüyünü, bölgü nəticəsində “A” blokunda 4820,64 kv.m yaşayış və 1556 kv.m qeyri-yaşayış, “B” blokunda isə 3649,52 kv.m yaşayış sahəsi olmaqla ümumilikdə 10026,16 kv.m daşınmaz əmlak sahəsinə "xxxx" MMC-nin Müqavilənin 2.2-ci, 3.1-ci və 4.3-cü bəndlərinə əsasən özünün bütün öhdəliklərini yerinə yetirdikdən sonra mülkiyyət hüququ əldə etdiyini, binanın yerdə qalan sahələrinə isə "xxxx" Elmi-İstehsalat Müəssisəsinin mülkiyyət hüququnu qəbul və təsdiq etmişlər.
2. İddiaçı (sifarişçi) və "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi “X3” MMC (icraçı) arasında bağlanmış GZEİM-A-84/2013 nömrəli, xx.x x.2013-cü il tarixli müqavilə və ona əlavələrdən görünür ki, tərəflər 19 mərtəbəli, 2 bloklu bina, “A” bloku, 18-ci mərtəbə, razılaşma qiyməti və ümumi dəyəri 73500 manat, ümumi satış sahəsi 102,07 kv.m, 1 ədəd 2 otaqdan ibarət olan 84 saylı mənzilin tikilmiş halda icraçı tərəfindən sifarişçiyə satılmasına, sifarişçi tərəfindən isə mənzilin dəyərinin ödəniş qrafikinə əsasən ödənilməsinə dair razılığa gəlmişdirlər. İddiaçı tərəfindən ümumi məbləğdən 8000 manat ödənilmiş, 65500 manat isə ödənilməmiş qalmışdır.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, xx.xx.2018-ci ildə ünvan 2 ünvanında yerləşən 22821 kv.metr sahəsi olan çoxmərtəbəli yaşayış binasına "xxxx" X1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışd ır.
4. İddiaçı sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə cavabdehə müraciət etmişdir.
5. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, qeyd olunan mənzil daşınmaz əmlakın dövlət reyestrində "xxxx" Elmi-İstehsalat Müəssisəsinin adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Binəqədi rayonu, X2 qəsəbəsi, Mirmahmud Kazımovski küçəsi, bina 54-56, blok “A” ünvanında yerləşən 84 saylı mənzilin tərəfindən əldə edilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə təqdim ediləcəyi təqdirdə qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, ünva n 3 ünvanında yerləşən 84 saylı mənzilə dair qeydiyyatın ləğv edilməsi və həmin mənzilin iddiaçının mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydin aparılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 84 saylı mənzilin qeydiyyatının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 84 saylı mənzildə ailə üzvləri ilə birgə yaşayır. İddiaçı həmin mənzili xx.xx.2013cü il tarixdə “X3” MMC ilə aralarında bağlanmış GZEİMA84/2013 nömrəli müqavilə ilə əldə etmişdir. Həmin müqavilənin “müqavilənin predmeti” adlanan birinci bölməsindən göründüyü kimi, “X3” MMC "xxxx" MMC tərəfindən ona verilmiş xx.xx.2013-cü il tarixli etibarnamə əsasında "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən tikilən müvafiq mənzili iddiaçıya satmışdır. 9. 06.05.2021-ci il tarixdə "xxxx" Elmi-İstehsalat Müəssisəsi iddiaçının və ailə üzvlərinin Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 84 saylı mənzildən köçürülməsi və mənzilin boşaldılması barədə iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. 10. 20.08.2021-ci il tarixdə "xxxx" Elmi-İstehsalat Müəssisəsi iddia həcminin artırılmasına dair ərizə verərək ilkin iddia tələbi ilə bərabər xx.xx.2013-cü il tarixdə “X3” MMC ilə iddiaçı arasında bağlanmış GZEİM-A-84/2013 nömrəli müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddianın əsası kimi "xxxx" Elmi-İstehsalat Müəssisəsinin ünvan 4 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına tam mülkiyyət hüququ əldə etməyə imkan verən xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışı göstərmişdir. Sözügedən çıxarış qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, "xxxx" Elmi-İstehsalat Müəssisəsi qeyd olunan mənzilin “X3” MMC tərəfindən müvafiq müqavilə ilə satılmasından xəbərsiz olduğunu bildirsə də, mübahisə predmeti olan binanın mənzillərinin yarısının “X3” MMC tərəfindən satılması, bununla bağlı "xxxx" Elmi-İstehsalat Müəssisəsi ilə “X3” MMC arasında müqavilənin və müvafiq etibarnamənin mövcud olmasından bina sakinlərinin əksəriyyətinin məlumatı olmuşdur. Əks halda, binaya ümumi nəzarəti həya ta keçirən "xxxx" Elmi-İstehsalat Müəssisəsi 8 ildən artıq müddətdə həmin vətəndaşların mənzilləri təmir edib məskunlaşmasına, orada yaşamasına imkan verməzdi. Eyni zamanda, bu sakinlər, eləcə də iddiaçı mütəmadi olaraq kommunal ödənişlər etmiş və "xxxx" Elmiİstehsalat Müəssisəsi həmin mənzildə yaşamalarına dair arayışlar əldə edərək müvafiq orqanlara təqdim etmişdir. 12. "xxxx" Elmi-İstehsalat Müəssisəsi mənzillərin “X3” MMC tərəfindən satılmasından xəbərdar olmuş və hərəkətsizlik nümayiş etdirməklə razılığını bildirmişdir. "xxxx" Elmi-İstehsalat Müəssisəsi 2013-cü ildə mübahisə predmeti olan mənzilin iddiaçıya satılmasına dair müqavilədən xəbərdar olmuş və razılıq vermişdir, əks halda isə həmin vaxt etirazını bildirməklə həmin müqavilənin mövcudluğunu müəyyən edib mübahisələndirməli idi.
13. Bu məsələnin həlli ilə əlaqədar cavabdehə müraciət ünvanlanmışdır. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 84 saylı mənzilə dair hüquqlar "xxxx" Elmi-İstehsalat Müəssisəsinin adına qeydiyyata alınmışdır. Həmin mənzilin iddiaçı tərəfindən əldə edilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə təqdim ediləcəyi təqdirdə qeyd olunan daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. "xxxx" Elmi-İstehsalat Müəssisəsi mübahisəli mənzilin xx.xx.2013-cü il tarixdə “X3” MMC ilə aralarında bağlanmış GZEİM-A-84/2013 nömrəli müqavilə ilə iddiaçıya satılmasına razılıq verməsinə və həmin müqavilədən məlumatlı olmasına baxmayaraq, bunu nəzərə almadan hüquqdan sui-istifadə etməklə alınmış x x.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışla sözügedən çoxmərtəbəli yaşayış binasına tam mülkiyyət hüququ əldə etmiş və əldə olunmuş həmin çıxarışa əsaslanmaqla iddiaçıya qarşı iddia irəli sürmüşdür. Cavabdehin etirazları:
14. Cavabdehin iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, qeyd olunan mənzil daşınmaz əmlakın dövlət reyestrində "xxxx" Elmi-İstehsalat Müəssisəsinin adına qeydiyyata alınmışdır. Həmin mənzilin iddiaçı tərəfindən əldə edilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə təqdim ediləcəyi təqdirdə qeyd olunan daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********91 nömrəli, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. ünvan 4 ünvanında yerləşən çoxmə rtəbəli yaşayış binası üzərində mülkiyyət hüququ hüquqmüəyyənedici sənədlər əsasında ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin sözügedən ünvanda inşa edilmiş binada yerləşən 84 saylı mənzil (yeni qaydalarla: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi, 56, M18, m 4) "xxxx" Elmi-İstehsalat Müəssisəsinin adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda onun mülkiyyətindədir.
15. Birinci instansiya məhkəməsinin 03.02 2022-ci il tarixli qərardadı ilə “X3” MMC, "xxxx" MMC və "xxxx" Elmi-İstehsalat Müəssisəsi inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşlar. Birinci instansiya məhkəməsinin gə ldiyi nəticə:
16. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4777/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2013-cü il tarixli, GZEİM-A-84/2013 nömrəli müqavilədə tərəflərin necə adlandırmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Lakin əgər şəxs yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil, yaxud qeyri-yaşayış sahəsi əldə etmək istəyirsə və bu arzusunu reallaşdırarkən hər hansı səbəbdən MTK ilə MMC-ni fərqləndirə bilmirsə, onun niyyəti kooperativ üzvü kimi hərəkət edərək, yaşayış (qeyri-yaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etmə kdirsə, bu halda onların bu niyyətinə üstünlük verilməli və yeni inşa edilən çoxmənzilli MMC binalarında yerləşən mənzillərə MTK yaşayış evlərində yerləşən mənzillər kimi yanaşılmalıdır (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). Belə olan halda aydın olur ki, iddiaçının xx.xx.2013-cü il tarixli GZEİM-A-84/2013 nömrəli müqaviləyə əsasən 84 saylı mənzilə hüququnun yaranması üçün ilk əvvəl onun həmin mənzilə dair pay haqqını tam ödəməsi zəruridir. Lakin işdən görünür ki, iddiaçı 73500 manat ödəniş etməyi öhdəsinə götürdüyü müqavilə üzrə cəmi 8000 manat ödəniş etmişdir. İddiaçı hazırda həmin əmlaka "xxxx" Elmi-İstehsalat Müəssisəsinin mülkiyyət hüququ barədə reyestrdə aparılmış qeydiyyatın 84 saylı mənzilə münasibətdə ləğv edilməsini xahiş edir, bu zaman həmin mənzilin ona mə xsus olduğunu iddia edir. Lakin yuxarıda istinad olunanlardan görünür ki, iddiaçı həmin əmlakın dəyərini tam olaraq ödəməmiş, bununla da onun mənzilə mülkiyyət hüququ yaranmamışdır.
18. Digər tərəfdən, xx.xx.2009-cu il tarixli birgə fəaliyyət müqaviləsində “A” blokunda 4820,64 kv.metr yaşayış və 1556 kv.metr qeyri-yaşayış, “B” blokunda isə 3649,52 kv.metr yaşayış sahəsi olmaqla, ümumilikdə 10026,16 kv.metr daşınmaz əmlak sahəsinə müqavilənin 2.2, 3.1 və 4.3-cü bəndlərinə əsasən özünün bütün öhdəliklərini tam yerinə yetirdikdən sonra "xxxx" MMC-nin mülkiyyətini təşkil edəcəyi göstərilsə də, işdən müəyyən olunur ki, həmin əmlaka "xxxx" MMC-nin deyil, "xxxx" Elmi-İstehsalat Müəssisəsinin mülkiyyət hüququ qeydə alınmış, "xxxx" MMC bu halı mübahisələndirməmişdir.
19. İddiaçı həmin qərardan apel lyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1661/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, sözügedən mənzil iddiaçıya satıldığı vaxt yaşayış binasının tikintisi üçün qanuni icazə alınmadığından həmin yaşayış binasına mülkiyyət hüququndan bəhs oluna bilməz. Yalnız müvafiq icazələr alındıqdan sonra həmin binaya xx.xx.2018-ci ildə "xxxx" Elmi-İstehsalat Müəssisəsinin mülkiyyət hüququ yaranmışdır. Lakin nəzərə almaq lazımdır ki, həmin tarixdə artıq binanın bir çox mənzili başqa şəxslərə satıldığı kimi, 84 saylı mənzil də iddiaçıya satılmışdır. Sözügedən mənzil qanuni olaraq bağlanmış müqavilə əsasında iddiaçının sahibliyində olduğu halda "xxxx" Elmi-İstehsalat Müəssisəsinin adına mülkiyyət hüququ əsasında rəsmiləşdirilməsi qanunsuzdur. Bu səbəbdən də həmin mənzilə dair reyestrdə aparılmış qeydiyyat ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı et irazın dəlilləri:
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şi kayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi ba rədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisə ləndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
29. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
30. Qeyd olunduğu kimi, sözügedən mənzilə dair iddiaçı (sifarişçi) ilə "xxxx" MMCnin etibarnamə üzrə nümayəndəsi “X3” MMC (icraçı) arasında GZEİM-A-84/2013 nömrəli, xx.xx.2013-cü il tarixli podrat müqaviləsi bağlanmışdır.
31. İddiaçı bəyan edir ki, icraçı tərəfindən mənzil ona təhvil verilmiş və ötən 8 ildən artıq müddətdə həmin mənzili təmir edib ailəsi ilə birgə orada məskunlaşmışdır. Başqa sözlə, sifariş etdiyi mənzil onun sahibliyindədir.
32. Müqavilə ilə şərtləşdirilmiş məbləğin iddiaçı tərəfindən tam ödənilmədiyinə, bununla da həmin mənzilə mülkiyyət hüququ əldə etmədiyinə dair apellyasiya instansiyası məhkəməsinin qənaətinə gəldikdə, nəzərə alınmalıdır ki, müqavilə öhdəliklərinin icra edilməməsini və bunun nəticələrini mübahisələndirmək hüququ həmin müqavilənin tərəflərinə mənsubdur. Qeyd olunan müqavilənin ləğv edildiyinə və ya hər hansı digər səbəblərə görə qüvvədən düşdüyünə dair məlumat işdə yoxdur.
33. Apellyasiya instansiyası məhkəməsinin “mənzil-tikinti kooperativinə ödənilməli olan pay haqqı” kimi qiymətləndirdiyi ödənişin tam icra olunmadığına dair dəlili isə hazırkı məzmunda iddianın rədd edilməsinin əsası kimi çıxış edə bilməz. Belə ki, iddiaçı dəyişdirilmiş iddiasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə nəinki istinad etmir, o, mübahisəli mənzilə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmasını belə tələb etmir. Hazırkı halda iddiaçı yuxarıda istinad edilən müqaviləyə əsasən onun sahibliyinə verilmiş mənzil üzərində mülki qanunvericilikdən, habelə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsindən irəli gələn hüquqlarını müdafiə edir. Bu hüquqların reyestrdə qeydə alınmaması isə həmin hüquqların qüvvəsinə təsir etməli deyil. Bu qənaət həm də ondan irəli gəlir ki, iddia olunan mənzil üzərində hüquqlar artıq üçüncü şəxsin adına reyestrdə qeydə alınmışdır. Hazırkı mübahisənin düzgün həlli üçün isə məhz həmin qeydə alınmanın qanuniliyi yoxlanılmalıdır.
34. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən xx.xx.2009-cu il tarixli “Birgə fəaliyyət müqaviləsi” və həmin müqavilənin icrası ilə əlaqədar sənədlərin, həmçinin GZEİM-A-84/2013 nömrəli, xx.xx.2013-cü il tarixli podrat müqaviləsi və həmin müqavilənin icrası ilə əlaqədar sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri əldə edilməmiş, həmin sənədlər, eləcə də "xxxx" MMC-nin “Birgə fəaliyyət müqaviləsi”ndən irəli gələn öhdəliklərinin yerinə yetirilib-yetirilməməsinin, habelə iddia olunan mənzilin “Birgə fəaliyyət müqaviləsi”nin şərtlərinə görə "xxxx" MMC-yə aid edildiyi, yuxarıda qeyd olunan, iddiaçı ilə bağlınmış GZEİM-A-84/2013 nömrəli, xx.xx.2013-cü il tarixli müqavilənin mövcud olduğu və iddianın əsaslarına görə, mənzil 8 il əvvəl iddiaçının sahibliyinə verildiyi halda, həmin mənzilə dair hüquqların üçüncü şəxsin adına qeydə alınmasının əsaslarının müəyyən edilməsi istiqamətində hər hansı araşdırma aparılmamışdır. Bu səbəbdən iddiaçının qeyd etdiklərinin müqayisəli şəkildə yoxlanılması və onlara hüquqi qiymət verilməsi mümkün deyil.
35. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materialla rla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, iddia tələbi üzrə gəldiyi nəticəni təsdiq edən, tərəflərin əsaslandığı şübhələri aradan qaldıran sübutlara əsaslanmalıdır. Hazırkı işdə bu, baş vermədiyindən, apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı hesab oluna bilməz.
36. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
37. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların təl əblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
38. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1661/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.