Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2867/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: diplomum tanınması, əyani təhsil, sərhədkeçmə məlumatları giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X3, vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1460/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 2013-2017-ci illərdə X6 Təhsil Universitetində azərbaycan dilində “iqtisadçı” ixtisası üzrə təhsil almış və həmin universiteti bitirdikdən sonra ona həmin ixtisas üzrə bakalavr dərəcəsi verilmişdir. İddiaçı diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin mü əyyən edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 12 iyun 2018-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçı təhsil aldığı universitetin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan, diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyri-mümkün hesab edilərək ərizənin təmin olunmasından imtina edilir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddiaçının Azərbaycan Respublikasından çıxışı və respublika ərazisinə girişi barədə sərhədkeçmə məlumatına əsasən müəyyən olunur ki, onun 2013-2017-ci illəri əhatə edən tədris illəri ərzində əyani təhsil forması üçün nəzərdə tutulan hər il 9 aylıq tədris müddətinə uyğun olan təhsilalma davamiyyəti (Gürcüstanda olma müddəti) müəyyən olunmur. Belə olan halda, onun tərəfindən diplomun əlavəsində göstərilən həcmdə tədris yükünü mənimsəməsi istisna edilir. Cavabdehin məhkəməyə təqdim olunmuş 16.05.2018-ci il tarixli ekspert rəyində qeyd olunur ki, iddiaçı tərəfindən qısa müddət ərzində diploma əlavədə göstərilən tədris yükünün yerinə yetirilməsi qeyri-mümkündür. Bu baxımdan Qaydaların 3.7-ci bəndinə əsasən diplom üzrə ixtisasın tanınmasının mümkünsüzlüyü barədə mənfi rəy verilmişdir. İddiaçı 5 iyul 2018-ci il tarixdə iddia ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz sayılması, Gürcüstanın Tbilisi şəhərində yerləşən Açıq Təhsil Universiteti tərəfindən adına verilmiş 10 iyul 2017-ci il tarixli mütəxəssis diplomunun Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqı nda şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassız olduğundan diplom və ixtisasın tanınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 148.2-ci maddəsinə, Nazirlər Kabinetin 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1, 3.6-ci bəndlərinə istinad olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(82)-3357/2018 saylı iş) 14 dekabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək Gürcüstanın Tbilisi şəhərində yerləşən Açıq Təhsil Universiteti tərəfindən iddiaçıya verilmiş 10 iyul 2017-ci il tarixli diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X2məruzəçi, X7 və X5, 2-1(103)-1460/2019 saylı iş) 13 iyun 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki,iddiaçı (və onun nümayəndəsi) iddia ərizəsində və məhkəməyə verdiyi izahatlarında X6 Təhsil Universitetində “İqtisadiyyat” ixtisası üzrə azə rbaycan dilində təhsil aldığını bildirsə də, ona verilmiş diploma əlavədən görünür ki, tədris dili “gürcü” dili olmuş və iddiaçı tədris aldığı institutun müəyyən etdiyi tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. İddiaçı 7 avqust 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçının təhsil aldığı dövrdən əvvəlki tarixlərdə, habelə təhsil aldığı dövrdə, eləcə də indiki dövrdə də həmin fakültədə dərslər Azərbaycan dilində tədris olunur və akademik həyatın əksər hissəsi də azərbaycanlı müəllimlərdir. Diploma əlavədəki qeyd ilə izahat arasındakı məqam məhkəmə tərəfindən natamam hesab olunduğu h alda bir gənc olaraq iddiaçının həyatı, gələcəyi üçün önəm kəsb edən bir məsələyə səthi baxılaraq qərar vermək yerinə əlavə araşdırma aparılması obyektiv həqiqətin aşkarlanmasına səbəb ola bilərdi. Universitetə göndəriləcək bir məhkəmə sorğusu ilə məsələ tam aydınlaşdırıla bilər, lakin məhkəmə proses iştirakçısı kimi iddiaçıya yardım etmə borcunu yerinə yetirməmiş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qərar çıxarılmışdır. Digər əsasla əlaqədar qeyd edilməlidir ki, məhkəmə cavabdehin apellyasiya şikayətinin məzmununun əksər hissəsini qərarda əks etdirərək diplomun tanınıb-tanımama qərarının cavabdehin diskresion səlahiyyəti daxilində olduğu qənaətinə gəlmişdir. “İnzibati icraat haqqında” Qanunun 52-ci maddəsinə əsasən iddiaçının ərizəsinə araşdırılıb cavab verilməsi ərizəsinin qeydə alındığı tarixdən 30 gün ərzində olmalı halda, cavabdeh tərəfindən 6 aydan sonra imtina verilmişdir. Hər hansı bir əhəmiyyətli hala görə əlavə araşdırmanın aparılması üzrə müddətin uzadılması barədə isə iddiaçıya hər hansı bir məlumat verilməmiş, habelə imtina məktubunda bununla bağlı bir əsaslandırma da edilməmişdir. İddiaçının ərizəsinin təminindən imtinaya əsas kimi qeyd edilən, apelyasiya instansiya məhkəməsində işə baxarkən ancaq əldə etdiyi ekspert rəyindən belə aydın olur ki, iddiaçının ərizəsinin araşdırıldığı altı aylıq müddət ərzində sadəcə iddiaçının ölkədən giriş-çıxış tarixləri barədə məlumata baxmaqla ekspertlər mənfi rəyə çatmışlar. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12.2, 148.2, 151-ci, “İnzibati icraat haqqında” Qanunun 14, 61 -ci maddələrinə, Nazirlər Kabinetin 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7, 3.8-ci bəndlərinə istinad olunmuşdur tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (Azərbaycan Re spublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM- in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması v ə ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təs diq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. İddiaçıya məxsus 2017-ci ilin avqust ayında verilmiş diplomda onun X14 Universitetini bitirərək “iqtisadiyyat” ixtisası üzrə bakalavr dərəcəsi verildiyi qeyd edilmişdir. Təqdim diploma əlavədə iddiaçının əyani formada təhsil aldığı müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının əyani təhsil dövründə hər il 9 aylıq tədris müddətində Gürcüstan Respublikasında olmasının təsdiq olunmadığına, 2015-2016-cı illərdə isə həmin ölkədə cəmi 25 gün müddətində olmasına əsaslanaraq diplomun əlavəsində göstərilən həc mdə tədris yükünün mənimsəmədiyi qənaətinə gəlib iddianı təmin etməmişdir. Sərhədkeçmə, habelə iddiaçının pasportunda olan məlumatlarından görünür ki, iddiaçı 2013-cü il birinci tədris ilində sentyabr ayında, 2014-cü ildə fevral ayında 22 gün, iyul, avqust və dekabr aylarında, 2015-ci ildə yanvar, may, iyul, avqust, dekabr ayılarında, 25 gün noyabr ayında, 2016-cı ildə 23 gün fevral, 15 gün aprel ayında, yanvar, mart, may, iyul, avqust, oktyabr, noyabr, dekabr aylarında, sonuncu tədris ili olan 2017-ci ildə fevral, mart, may aylarında Gürcüstan Respublikasında olmamışdır. İddiaçı iddia ərizəsində ali təhsili Azərbaycan dilində aldığını qeyd etsə də, işin 51-ci səhifəsində olan diploma əlavədə tədris dilinin gürcü dili olduğu yazılmışdır. Bundan başqa, yenə işin 51-ci səhifəsində diploma əl avədə təhsil proqramının rəsmi müddətinin 8 semestr, 240 AKTS kreditləri, 1 akademik il-60 kredit, 1 kredit-25 saat qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.5-ci bəndinə əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir (8.7.6-cı bənd). 8.7.7. Hər tədris ilində tətil müddəti 8-12 həftədir (o cümlədən qış tətili müddəti 2 həftədən az olmayaraq) (8.7.7-ci bənd). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında 4 iyun 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. İşdə olan sənədlərlə iddiaçının əyanı təhsil forması üzrə tədris dövrü ərzində tədris müddətində bütövlükdə Tbilisi şəhərində olması sübuta yetməmişdir. Nəticədə iddiaçının X14 Universitetinin normativi üzrə orada t əhsil almaq üçün tələb olunan ümumi tədris müddətinin əyani formada tədris alması nəzərə alınarsa, ayrı-ayrı illərdə tədris müddətinin qarşılığında normativ müddətin tələbinə əməl olunmamış, tələb olunan müddətin qarşılığında Gürcüstan Respublikasında az olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarının 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə e kspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasını n müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçının bütövlükdə təhsil dövrü ərzində Gürcüstan Respublikasının Tbilisi şəhərində olması sübut olunmadığından onun aldığı təhsilin məzmununun uyğunluğu öz təsdiqini tapmamışdır. Qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusu baş verməmişdir. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98. 1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1460/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2867/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2867/2019
12.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver