Məhkəmə qərarları › İş №2-1(102)-2867/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2867/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2867/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyun 2024-cü il tarixli 2-1(103)- 1713/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X3 adına (iddiaçının mərhum atası) 1982-ci ilin fevral ayında tərtib olunmuş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un əsasən, ünvan 1 ünvanında - cəmi, tikinti sahəsi 95,8 kv.m və cəmi meydança sahəsi olan 2939,2 kv m təşkil edə daşınmaz əmlak H.Nəcəfovun sahibliyində olmuşdur.

2. X5 xx.xx.1999-cu il tarixdə vəfat etmiş və 9 saylı Notariat ofisi tərəfindən açılmış vərəsəlik işi ilə bağlı iddiaçı onun vərəsəsi kimi tanınmışdır.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

4. Cavabdeh 19 iyul 2022-ci il tarixli, **********06 saylı məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, idarənin arxivində qeyd edilən fərdi yaşayış evinə dair texniki pasport aşkar edilməmişdir. Eyni zamanda təqdim edilmiş texniki pasport ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqləri mövcuddur. Bundan əlavə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi dəmir yolunun mühafizə zonasında yerləşməklə yaşıllıq ərazisidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda olan fərdi yaşayış evi və torpaq sahəsinə mülkiyyət hüquqlarının mərhum X4 məxsus olması haqqında arayışın (çıxarışın) iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1982-ci il ildə verilmiş texniki pasporta əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının atası X4 məxsus olmuşdur. Həmin sənəddə 1960-cı ildə evin və hasarın inşa olunduğu da qeyd olunmuşdur. Atası xx.xx.1999-cu ildə vəfat etmiş və Bakı şəhəri 9 saylı Notariat kontorunda vərəsəlik işi açılmışd ır. Notariat Kontoru tərəfindən torpaq sahəsinə dair çıxarış verilməsi üçün cavabdeh orqana xx.xx.2022-ci il tarixli məktub göndərilmiş, həmçinin, özü də torpaq sahəsinə hüquqlarının qeydiyyatı ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2022-cü il tarixli cavab məktubu ilə əsassız olaraq həmin texniki pasportun arxivdə mövcud olmadığını, perimetrik ölçü və konfiquriyasiya fərqlərinin mövcud olması, dəmir yolunun mühafizə zolağı və yaşıllıq ərazisində yerləşmə və digər şəxslərin müraciətlərinin olmasına istinadən imtina etmişdir.

7. Cavabdeh iddiaya qarşı imtina məktubuna uyğun etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmiş, əlavə olaraq qeyd edilmişdir ki, həmin torpaq sahəsinə digər şəxslərin (Əmlak Məsələləri Dövlət Xidməti, "xxxx" MMC) müraciətləri qeyd ə alınmışdır.

8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, xx.xx.2022-ci il tarixli “Müstəqil ekspertiza” Mərkəzinin mütəxəssis rəyində qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin aeroftoplanı çəkilib koordinatları təyin edilməklə, müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hüdudlarının, qonşu sahədə yerləşən "xxxx" MMC-nin, eləcə də “İnter-servis” firmasının istifadəsində olan torpaq sahələrinin hüdudları ilə üstüstə düşmədyi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, həmin qurumların iddiaçı ilə həmin torpaqla bağlı hər hansı bir mübahisəsi də mövcud olmamışdır, hal-hazırda da ona qarşı hər hansı iddiaları yoxdur.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11223/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC və Əmlak Məsələləri D övlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11223/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə sənədlərin-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İş materiallarında əsli olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportunda və ona əlavə olan Kartoçkada o cümlədən yazı, möhür, imzalarda saxtalıq əlamətləri, mötəbərliyinə şübhələnmə əsasları mövcuddur mu?

2. Həmin sənədin özündə və əlavəsində olan kartoçkasında çap üsulu və mürəkkəblə edilmiş yazılar, o cümlədən imza və möhür, həmçinin kağızın köhnəlik əlaməti üzrə özü adıçəkilən Pasport və kartoçkanın tarixinə (1982-ci il) uyğun gəlirmi?

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “sənədlərin məhkəmə texniki ekspertizası” üzrə verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə qeyd olunan pasportda saxtalıq əlamətləri aşkar olunmaması bildirilmişdir.

12. Cavabdeh tərəfindən məhkəmənin müvafiq sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, faktiki sahə pasportda 2939,2 kv.m göstərilmişdir ki, vahid elektron kadastr bazasına əsasən də həmin 2939,2 kv.m sahənin 500,0 kv.m hissəsi dəmiryolu xəttinin zonasına düşür.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11223/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11223/2022 saylı, 01 noyabr 2022-ci il t arixli qərardadı ləğv edilmiş "xxxx" MMC və Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməmiş sayılmışlar.

14. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbini dəqiqləşdirərək pasportdakı 2939,2 kv.m faktiki torpaq sahəsindən dəmiryolu mühafizə zolağına düşən 500 kv.m hissəni çıxaraq, ünvan 3 ünvanda olan fərdi yaşayış evinə və mühafizə zolağına düşməyən 2439,2 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının mərhum X4 məxsus olması haqqında arayışın (çıxarışın) iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(112)-11223/2022 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, ünvan 3 ünvanda olan fərdi yaşayış evinə və mühafizə zolağına düşməyən 2439,2 k v.m torpaq sahəsinə mülkiyyət hüquqlarının mərhum X4 məxsus olması haqqında arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

16. Məhkəmə hesab etmişdir ki, şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Həmin sənədin cavabdehə məxsus arxivdə aşkar edilməməsi isə həmin sənədin mötəbərliyini istisna edən hal qismində çıxış etmir.

17. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birin ci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2-1(103)-1794/2023 nömrəli qərarı ilə (hakimlər C.Yusifov (sədrlik edən), P.Hüseynov və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamamsı barədə yeni qərar çıxarılması xahiş edilmişdir. c. kassasiya instansiyası məhkəməsində icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2798/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev (məruzəçi), R.Nə bizadə və V.Məmmədov) cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 avqust 2023-cü il tarixli, 2-1(103)1794/2023 nömrəli qərarı ləğv edilmiş və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

22. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, məhkəmələr “X1” 212 saylı, 01 noyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsaslanaraq iddianı təmin etmişlər. Halbuki, həmin rəydə iddiaçıya məxsus torpaq sahəsinin perimetrləri müəyyən edilərkən "xxxx" MMC-nin torpaq sahəsi nəzərə alınmamış, reyestr xidmətinin təqdim etdiyi məlumatlarda MMC-nin adına olan torpaq kimi qeyd olunan torpaq sahəsi də iddiaçının mərhum atasına məxsus olan torpaq sahəsi kimi göstərilmiş, qeyd olunmuşdur ki, X3 ifadəsində ola n torpaq sahəsinin ölçüsünün 0.46 ha olması müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi məhz bu mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edərək ətraflı araşdırma aparmamış, bu sahədə əsas ixtisaslaşmış qurum olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis rəyi almamışdır. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2024-cü il tarixli 21(103)-1713/2024 nömrəli qərardadı ilə "xxxx" MMC zəruri cəlbdetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyun 2024-cü il tarixli 21(103)-1713/2024 nömrəli qərarı ilə (hakimlər M.Tağızadə (sədrlik edən), R.Səmədov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh idarənin arxivində qeyd edilən fərdi yaşayış evinə dair texniki pasport aşkar edilməməsinə, texniki pasport ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqləri mövcud olmasına, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin dəmir yolunun mühafizə zonasında yerləşməklə yaşıllıq ərazisi olmasına əsaslanmaqla iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hüquqmüəyyənedici sənədin (texniki pasportu) mötəbərliyini şübhə altına almışdır. Qeyd edilən texniki pasport tələb edilərək əslinə baxış keçirilmiş, baxış zamanı texniki pasportun səlahiyyətli şəxslər tərəfindən, yəni rəis və texniki inventarizasiya və qiymətləndirmə qrupunun rəhbəri tərəfindən imzalanmadan möhürlə təsdiq olunması, eyni zamanda texniki pasport ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqlərin mövcud olması (iş materiallarında olan aerofotoplan ilə texniki pasportun müqayisəli təhlil zamanı) müəyyən olunmuşdur. Eyni zamanda, cavabdeh tərəfindən apelyasiya şikayətinə əlavə edilmiş 1980 və 2004-cü illərə aid olan texniki xəritədə və ortofoto görüntüdə iddiaçıya aid texniki pasportda göstərilmiş tikililərin müşahidə edilmədiyi müəyyən olunmuşdur. Üçüncü şəxs "xxxx" MMC-yə məxsus torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsinin daxilində yerləşir və həmin əraziyə dair üçüncü şəxsin mülkiyyət hüququ Bakı şəhəri İcra Hak imiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli FM seriyalı 031226 nömrəli qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir. İddiaçı üçüncü şəxsə aid torpaq sahəsi də daxil olmaqla, 2439,2 ha torpaq sahəsinin reyestrdə qeydə alınmasını tələb edir. İş materiallarından müəyyən olunur ki, üçüncü şəxsə aid qeyd hal-hazırda qüvvədədir və ləğv edilməmişdir. Belə olan halda, üçüncü şəxsə aid qeyd reyestrdə ləğv edilmədən həmin sahəyə başqa şəxsin adına hüquqlar qeydə alına bilməz.

26. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərarın çıxarılması xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

27. İddiaçı kas sasiya şikayətində qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi iş üzrə bütün faktiki halları aydınlaşdırmadan qərar qəbul etmişdir. Müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar – daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər sırasına aid edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazi rliyi tərəfindən iddiaçının mərhum atası X3 adına 1982-ci ilin fevral ayında tərtib olunmuş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un nəzər saldıqda görünür ki, ünvan 1 ünvanında - cəmi, tikinti sahəsi 95,8 kv.m və cəmi meydança sahəsi olan 2939,2 kv.m təşkil edən daşınmaz əmlak mərhum H.Nəcəfovun sahibliyində olmuşdur. “Müstəqil ekspertiza” Mərkəzinin mütəxəssis rəyinə əsasən mübahisəli torpaq sahəsinin aerofotoplanı çəkilib koordinatları təyin edilməklə, müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hüdudlarının, qonşu sahədə yerləşən "xxxx" MMC-nin, eləcə də “İnter-servis” firmasının istifadəsində olan torpaq sahələrinin hüdudları ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, həmin qurumla rın iddiaçı ilə həmin torpaqla bağlı hər hansı bir mübahisəsi də mövcud olmamışdır, hal-hazırda da ona qarşı hər hansı iddiaları yoxdur.

28. Bundan əlavə Daşınmaz əmlakın texniki inventarlaşdırılması və qiymətləndirmənin təşkili şöbəsində mühəndis inventarlaşdırıcı vəzifəsində işləyən X2 izahatı ilə “elektron baza məlumatlarında müvafiq döngə nöqtələrinin koordinatlarını yığdıqda "xxxx" MMC-nin torpaq sahəsinin iddiaçının iddia etdiyi torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşməsi” halını qeyd edərək mütəxəssis rəyini heç bir ekspertiza təyin etmədən mötəbər sübut kimi qeyd edilməmişdir.

29. Kassasiya şikayətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyasının 13, 25, 60-cü maddələri, Mülki Məcəllənin 140-cı maddəsi, “İnzibati icraat haqqında” Qanunun 12.1, 13.1, 13.2, 13.4, 13.5, 67.5-ci maddələri təşkil edir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “İnzibati icraat haqqında” Qanun Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hes ab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xit am verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciə t etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqan ı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

33. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsi n hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şi kayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini ara şdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır.

38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddi anın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

39. İlk növbədə qeyd edlməlidir ki, işdən görünür ki, iddiaçının hüquqi marağı ünvan 3 ünvanda olan fərdi yaşayış evinə və mühafizə zolağına düşməyən 2439,2 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının mərhum atası X4 məxsus olması haqqında arayışın (çıxarışın) verilməsinə yönəlmişdir.

40. Hazırkı iddia üzrə hüquqmüəyyənedici sənəd kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X3 adına (iddiaçının mərhum atası) 1982-ci ilin fevral ayında tərtib olunmuş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” çıxış edir.

41. Həmin sənəddən görünür ki, ünvan 1 ünvanında - cəmi, tikinti sahəsi 95,8 kv.m və cəmi meydança sahəsi olan 2939,2 kv.m təşkil edən da şınmaz əmlak mərhum H.Nəcəfovun sahibliyində olmuşdur.

42. Məhkəmə kollegiyası qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsi nəzərdə tutur ki, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlakın dövlət reyestrində hüquqların əmələ gəlməsi üçün əsasdır.

43. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlə rin siyahısı”nın 1.11-ci bəndinə görə də Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur.

44. Göründüyü kimi, hüququn qeydə alınması üçün iddiaçı tərəfindən təqdim edilən hüquqmüəyyənedici sənəd, yəni Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən iddiaçının mərhum atası X3 adına 1982-ci ilin fevral ayında tərtib olunmuş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Qeyd olunan hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığın dan və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. 45. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

46. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyy ənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

48. Bu ndan əlavə, cavabdehin imtinasının dəlillərinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən qeyd etmişdir ki, idarənin arxivində qeyd edilən fərdi yaşayış evinə dair texniki pasport aşkar edilməməsidir.

49. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, belə ki, həmin texniki pasportun mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Həmçinin, həmin sənəddə saxtalıq əlamətlərinin aşkar edilməməsi işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “sənədlərin məhkəmə texniki ekspertizası” üzrə verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə də təsdiq edilmişdir.

50. Məhkəmə kollegiyası hesab edir ki, həmin sənədin cavabdehin idarəsində aşkar edilməməsi və ya lazımi qaydada saxlanıl maması iddiaçının deyil, cavabdehin məsələsidir və onun məsuliyyət sferasına aiddir. Hazırkı halda, texniki pasportun arxivdə aşkar edilməməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

51. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olma yan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.

52. Hazırkı iş üzrə cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sadalanan hallara aid olmadığından qanunsuzdur.

53. Apellyasiya məhkəməsi iddianı rədd edərkən üçüncü şəxs "xxxx" MMC-yə məxsus torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsinin daxilində yerləşməsini və həmin əraziyə dair üçüncü şəxsin mülkiyyət hüququ Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli FM seriyalı 031226 nömrəli qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilməsini bildirmişdir.

54. Bununla bağlı isə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan "xxxx" MMC-in və iddiaçının mərhum atasının məxsus olan torpağın üst-üstə düşməsi (üst-üstə düşən koordinatla) və konfiqurasiya uyğunsuzluğu üzrə hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, bundan əlavə ümumiyyətlə "xxxx" MMC-in mülkiyyət hüquqlarını təsdiq edəcək daşınmaz əmlakın dövlət reyestrindən çıxarış iş materiallarına əlavə edilməmişdir. Halbuki İPM-in 14-cü maddəsinin tələbləri baxımından cavabdeh etirazın əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməli idi.

55. Bununla yanaşı qeyd olunmalıdır ki, iş materiallarında olan üçüncü şəxs "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanan məktubdan müəyyən olun ki, tərəflər arasında olan mübahisə öz həllini tapmış və həmin ünvanla bağlı "xxxx" MMC-nin heç bir iddiası yoxdur.

56. Beləliklə, yuxarıda göstərilənlərdən görünür ki, iddiaçının mərhum atası X5, ona ayrılan fərdi yaşayış evi və torpaq sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. 57. “Daşınmaz əmlakın dövlət reyestrində haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında ara yışı qeydiyyat orqanı verir.

58. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən iddiaçının mərhum atasının adına 1982-ci ilin fevral ayında tərtib olunmuş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” əsasında fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüquqlarının mərhum X4 məxsus olması haqqında arayışın (çıxarışın) verilməsindən cavabdeh tərəfindən imtina edilməsi qanuna zidd və əsassızdır.

59. Odur ki, kasasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməli, ünvan 3 ünvanda olan fərdi yaşayış evinə və mühafizə zolağına düşməyən 2439,2 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının mərhum X4 məxsus olması haqqında arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

60. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyun 2024-cü il tarixli 21(103)-1713/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. ünvan 3 ünvanda olan fərdi yaşayış evinə və mühafizə zolağına düşməyən 2439,2 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının mərhum X4 məxsus olması haqqında arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar