Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2868/2019 16.10.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar söz: torpaq sahəsi və üzərindəki evə dair hüquqların qeydə alınması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(10 3)-801/19 saylı 08 may 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Ünvan1 bağ sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi müvafiq dövrdə qeydiyyat orqanı kimi fəaliyyət göstərmiş Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 31 mart 1998-ci il tarixdə verilmiş BM 001238 nömrəli “Qeydiyyat vəsiqəsi”, eləcə də həmin bağın yerləşdiyi torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-8195H KOD 00501016 nömrəli şəhadətnamə ilə iddiaçının mərhum atası X4 və mərhum anası X5 adına qey də alınmışdır. X7 31.03.2015-ci il tarixdə, X8 isə 21.12.2014-cü il tarixdə vəfat etmiş, onların vəfatı ilə əlaqədar İddiaçı ərizəsi əsasında Bakı şəhəri 5 saylı notariat kontorunda vərəsəlik işi açılmış, vərəsənin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri 5 saylı notariat kontorunun notariusu X9 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə 30.08.2017-ci il tarixdə məktub ünvanlanaraq ünvan nə dair məhdudiyyət və yüklülük haqqında (forma 1) arayışın verilməsi xahiş olunmuş, lakin cavabdeh orqan forma 1 arayışını notariusa təqdim etməmişdir. İddiaçı 26.09.2017-ci il tarixdə Ünvan1 bağ sahəsinə dair hüquqların dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı ********** nömrəli ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.1, 8.0.9.1.2 və 8.0.10.2-ci maddələrinə istinad edərək imtina mətubunda bildirmişdir ki, Ünvan1 bağ sahəsində A yaşayış evində rekonstruksiya işləri aparılaraq əlavə sahə inşa edilmiş, idarənin elektron baza məlumatlarına əsasən sənədlə faktiki vəziyyət arasında perimetrik ölçü fərqi və konfiqurasiya dəyişikliyi mövcud olduğundan ərizənin icrası mümkün olmamışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum valideynləri X7 və X1 miras qalmış Ünvan1 bağ sahəsinə və orada yerləşən fərdi yaşayış evinə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdhein üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Ünvan1 torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi ona atası X2 və anası X3 miras qalmışdır. O, miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 5 saylı Notariat Kontoruna müraciət etmişdir. Həmin notariat kontoru sözügedən daşınmaz əmlaka reyestrdən çıxarışın verilməsi ilə bağlı hazırkı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 04.10.2017-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. Həmin torpaq sahəsinə dair şəhadətnamə və evə dair qeydiyyat vəsiqəsi olmasına baxmayaraq, cavabdeh əsassız olaraq bu əmlakı qeydiyyata almaqdan i mtina etmişdir. İddia ərizəsi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və İPM-in 2-ci, 32-ci maddələri ilə əsaslandırılmışdır. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2974/2018 saylı, 25 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı mərhum atası X6 məxsus Ünvan1 bağın yerləşdiyi torpaq sahəsinə və həmin torpaq sahəsindəki fərdi yaşayış evinə (vahid əmlak kimi) hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə reyestridən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianı n rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-801/19 saylı 08 may 2019-cu il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının inzibati orqana ilkin müraciəti ilə hazırkı iddia tələbi arasında uyğunsuzluq vardır. Belə ki, iddiaçının ilkin müraciəti daşınmaz əmlaka dair yüklülük haqqında forma 1 arayışının verilməsi ilə bağlı olsa da, cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər 1 saylı Ərazi İdarəsi tərəfindən həmin arayışın verilib-verilməməsi barədə hər hansı cavab əldə edilmədən (belə bir cavab məktubu iş materiallarında mövcud deyildir), habelə mübahisəli torpaq sahəsində yerləşən yaş ayış evi ilə bağlı iddiaçı məlumatlandırma icraatına əməl etmədən torpağa və onun üzərindəki yaşayış evinə dair vahid çıxarış və texniki pasportun verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi və birinci instansiya məhkəməsinin qərarı iddiaçının inzibati orqana müraciətindən fərqli olduğundan həmin tələb iddianın mümkünlük şərtlərinə uyğun gəlmir, buna görə də məhkəmə işə mahiyyəti üzrə baxmaqla düzgün nəticəyə gəlməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-801/19 saylı 08 may 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı valideynlərindən qalma digər miras əmlak üzrə qanuni vərəsə kimi tanınmışdır. Sözügedən əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq üçün notariat kontoruna müraciət edilmiş, notariat kontoru əmlaka dair forma 1 arayışının alınması üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı digər əmlaklar üzrə qanuni vərəsə sayıldığından faktiki olaraq Ünvan1 bağ sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi üzərində də vərəsə kimi qəbul edilməlidir. Kassator MM-nin 1243-cü maddəsinə, İPM-nin 92, 93-cü maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-801/19 saylı 08 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı və cavabdhein iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-801/19 saylı 08 may 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Ünvan1 bağ sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi müvafiq dövrdə qeydiyyat orqanı kimi fəaliyyət göstərmiş Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 31 mart 1998-ci il tarixdə verilmiş BM 001238 nömrəli “Qeydiyyat vəsiqəsi”, el əcə də həmin bağın yerləşdiyi torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-8195H KOD 00501016 nömrəli şəhadətnamə ilə iddiaçının mərhum atası X4 və mərhum anası X5 adına qeydə alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı ildən əvvəl iddiaçının mərhum valideynlərinin adına verilmiş “Qeydiyyat vəsiqəsi” və “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” miras əmlakın iddiaçının mərhum valideynlərinə məxsus olmasını təsdiq edir və bu hal daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin, iddiaçı ona miras qalmış torpaq sahəsi və onun üzərindəki yaşayış evinin öz adına qeydə alınması məqsədilə inzibati orqana ilkin müraciətin p rosedur qaydalarına düzgün əməl etmədən birbaşa çıxarışın və texniki pasportun verilməsi barədə müraciət etdiyi üçün inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci və 139-1.1.3-cü maddələrinə əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 148.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Azərbaycan Respublikası “Notariat haqqında” Qanununun 57-ci maddəsinə görə, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Qərarına əsasən, vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı ), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Həmin Qərarın 95-ci maddəsinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbindən göründüyü kimi, iddiaçının mərhum valideynlərinin adına qeydə alınmış və onlardan miras qalmış torpağa mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ilk növbədə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (Forma 1) alınmalı idi. Arayış alındıqdan sonra notariat orqanına təqdim edilməli idi. Belə ki, notariat orqanı tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün, miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış tələb edilir. Bundan sonra, yəni forma 1 arayışı alındıqdan sonra bunun əsasında notarius orqanı iddiaçının adına vərəsəlik şəhadətnaməsi verməli və iddiaçı Ünvan1 bağın yerləşdiyi torpaq sahəsinə və həmin torpaq sahəsindəki fərdi yaşayış evinə (vahid əmlak kimi) hüquqların (öz miras əmlak payına müvafiq olaraq) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etməli idi. Təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun olduqda və hüquqların qeydiyyatından imtina üçün əsaslar olmadıqda mülkiyyət hüququ qeydi yyata alınmalı və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməli idi. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının vərəsəlik şəhadətnaməsini əldə etmək üçün müvafiq notariat orqanına müraciətindən sonra Bakı şəhər 5 saylı notariat Kontoru Daşınmaz Əmlakın Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə sorğu ünvanlayaraq ünvan nə dair məhdudiyyət və yüklülük haqqında (forma 1) arayışın verilməsini xahiş etmişdir. Sözügedəna arayış isə təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı ünvan nə dair məhdudiyyət və yüklülük haqqında (forma 1) arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı birbaşa olaraq, yəni forma 1 arayışını və vərəsəlik şəhadətnam əsini almadan torpaq sahəsi və onun üzərindəki evə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensa siyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-801/19 saylı 08 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2868/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2868/2019
16.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver