Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2869/2019 16.10.2019 ALİ MƏHKƏMƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə (Açar söz: torpaq üzərində mülkiyyət hüququnun qeydə alınması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi və vəkili X1 və cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Cıdır döngəsi, 24 sayl ı yaşayış evinin 0,03468 ha torpaq sahəsi ( həyətyanı və tikintialtı) üzərində, İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1361/19 saylı 13 iyun 2019-cu iltarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 14.11.2014-cü il tarixli RX serialı ******* №-li daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Ünvan1 saylı yaşayış evi üzərində mülkiyyət hüququ iddiaçının adına qeydiyyata alınmış və fərdi yaşayışı evinin texniki pasportu tərtib edilib ona verilmişdir. Bundan əlavə, 04.02.2015-ci ildə AR DTXK Bakı şəhər şöbəsi tərəfindən ona texniki pasportda göstərilən 0,03468 ha torpaq sahəsinə dair plan və ölçü (kadastr planı) tərtib olunub verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınıb reyestrdən çıxarış verilməsini cavabdehdən xahiş etmiş, lakin sonuncu 13.12.2018-ci il tarixli **********36 №-li cavab məktubunda bildirmişdir ki,aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, evin «B» tikilisi sökülmüş, «A» tikilisinə bitişik əlavə köməkçi sahələr artırılmış, yenidənqurma işlərinə dair istismara qəbul aktı və müvafiq icra hakimiyyəti orqanının qərarı təqdim edilməmişdir. Bu səbədən ərizənin icrası mümkün olmamışdır. Bundan sonra iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ünvan1 saylı yaşayış evinin 0,03468 ha torpaq sahəsi ( həyətyanı və tikintialtı) üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakn dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-901/2019 saylı 21 fevral 2019cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-901/2019 saylı 21 fevral 2019-cu il tarixli qərarından apellyasiya şikayəti ve rmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1361/19 saylı 13 iyun 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-901/2019 saylı 21 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu, başqa sözlə, qeydiyyat orqanı olaraq qanunla üzərinə düşən öhdəliyini yerinə yetirmədiyi sübuta yetirilir. Bu mənada, İPM-in 34.1-ci maddəsinin tələbi baxımından iddiaçının cavabdehdən mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və bu barədə reyestrdən çıxarış ver ilməsini tələb etməsi qanuni və əsaslı tələbdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1361/19 saylı 13 iyun 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, müvafiq fərdi yaşayış evi (yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət növü –dövlət, hüququn növü –istifadə) daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyatdan keçmişdir.Bundan əlavə, müvafiq fərdi yaşayış evinin “B” tikilisi sökülmüş və “A” tikilisinə bitişik əlavə köməkçi sahələr inşa olunmuşdur.Lakin, fərdi yaşayış evində aparılmış yenidənqurma işlərinə dair istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı ( istismara icazə sənədi) və müvafiq icra hakimiyyəti orqanının qərarı ərizəy ə əlavə olunmamışdır. Lakin bu hal işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Kassator “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci; 8-ci; 9-cu; 11.1-ci; 23-cü; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci; 26.1-ci; 27.1-ci; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci; 67-ci; 68-ci; 111.1-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 28.1-ci; 91-ci; 96.9-cu; 90-96-cı maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1361/19 saylı 13 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məluma t verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı İddiaçı nümayəndəsi və vəkili X2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1361/19 saylı 13 iyun 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1361/19 saylı 13 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1361/19 saylı 13 iyun 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, 14.11.2014-cü il tarixli RX serialı ******* №-li daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Ünvan1 saylı yaşayış evi üzərində mülkiyyət hüququ iddiaçının adına qeydiyyata alınmış və fərdi yaşayışı evinin texniki pasportu tərtib edilib ona verilmişdir. Bundan əlavə, 04.02.2015-ci ildə AR DTXK Bakı şəhər şöbəsi tərəfindən ona texniki pasportda göstərilən 0,03468 ha torpaq sahəsinə dair plan və ölçü (kadastr planı) tərtib olunub verilmişdir. Hazırkı iş üzrə iddiaçının tələbi Ünvan1 saylı yaşayış evinin 0,03468 ha torpaq sahəsi ( həyətyanı və tikintialtı) üzərində, İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin DƏDRXnin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsidir. Cavabdehin imtinasının əsasını isə aparılmış araşdırma zamanı evin «B» tikilisi sökülmsəi və «A» tikilisinə bitişik əlavə köməkçi sahələrin artırılmasının müəyyən edilməsi, lakin yenidənqurma işlərinə dair istismara qəbul aktının və müvafiq icra hakimiyyəti orqanının qərarının təqdim edilməməsi səbəbindən ərizənin icrası mümkün olmaması təşkil edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 30.10.1999-cu il tarixdə 095883 nömrəli müqavilə ilə Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Cıdır döngəsi, 24 saylı yaşayış evini almışdır. 14.11.2014-cü il tarixli RX serialı ******* №-li daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Ünvan1 saylı yaşayış evi üzərində mülkiyyət hüququ iddiaçının adına qeydiyyata alınmışdır. Ünvan1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçının adına 13.11.2014-cü il tarixdə tərtib olunmuş texniki pasportunda evin yerləşdiyi faktiki torpaq sahəsi 0,03468 ha ölçüdə olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 04.02.2015-ci il tarixdə sözügedən torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuş, həmin sənəddə də torpaq sahəsinin ölçüsü 0,03468 ha göstərilmişdir. Bununla yanaşı cavabdeh tərəfindən təqdim olunmuş həmin ünvanda yerləşən fərdi yaşayış evinin Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən 1961-ci ildə tərətib olunmuş Pasportu ndan da evin yerləşdiyi torpaq sahəsinin 0,0348 ha (346,8 kv m) olduğu öz təsdiqini tapır. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüququn əmələ gəlməsi üçün əsas sayılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşı nmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.11-ci bəndində isə təsbit olunur ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar həmin əmlaklar üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyy atı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Belə olan halda cavabdeh tərəfindən iddiaçının Ünvan1 saylı yaşayış evinin 0,03468 ha torpaq sahəsi ( həyətyanı və ti kintialtı) üzərindəki hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinası yuxarıda sadalanan normaların tələblərinə uyğun olmamışdır. Cavabdehin iddiaçının sorğusuna əsasən 26.10.2018-ci il tarixli məktubu ilə ona göndərdiyi «həmin ünvanda yerləşən fərdi yaşayış evinin Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən 1961-ci ildə tərətib olunmuş Pasportundan da evin yerləşdiyi torpaq sahəsinin 0,0348 ha (346,8 kv m) olduğu öz təsdiqini tapır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istis na edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə Ünvan1 saylı yaşayış evinin 0,03468 ha torpaq sahəsi ( həyətyanı və tikintialtı) üzərində, İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilsə də, cavabdeh bunun əksini, sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası nın 2-1(103)-1361/19 saylı 13 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1361/19 saylı 13 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2869/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2869/2019
16.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver