Məhkəmə qərarları › İş №2-1(102)-287/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-287/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-287/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi, yaralanma şəraitinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, İddiaçı, onun vəkili Vəkil, cavabdehin nümayəndəsi X6 və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-317/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1984-cü il tarixdə doğulmuşdur. xx.xx.N2-ci ildən xx.xx.N4-cü ilədək hərbi xidmətdə olmuş, xx.xx.N3-cü ildən xx.xx.N3-cü ilədək “sağ budun yuxarı 1/3-nin güllə yarası” diaqnozu ilə N saylı hərbi hissədə müalicə və müayinə olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 553 saylı, xx.xx.N3-cü il tarixli, hərbi hissə komandirinin N saylı xx.xx.N4-cü il tarixli əmrinə əsasən ehtiyata buraxılmışdır.

2. İddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etm iş və xx.xx.2N8-ci il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, N nömrəli hərbi hissənin travma haqqında arayışında onun şəxsi ehtiyatsızlıq nəticəsində yaralandığı göstərildiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi və son 3 il ərzində müharibə veteranlarına verilmiş aylıq məvacibin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir (sonradan iddiaçı şifahi izahatında tələbinin yalnız ona “Müharibə veteranı” a dının və vəsiqəsinin verilməsindən ibarət olduğunu bildirdiyinə görə məhkəmə həmin tələb üzrə işə baxmışdır).

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müalicə aldığı N saylı hərbi hissənin komandirinin verdiyi 12 nömrəli forma arayışda onun xidmət etdiyi müddətdə düşmən tərəfindən atılan güllə nəticəsində sağ budunun 1/3-nin yaralanması öz təsdiqini tapdığından ona müharibə veteranı adı verilməlidir.

5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2N9-cu il tarixli 2-1(085)-183/2N9 nömrəli qərarı ilə (hakim İ.Quliyev) iddia təmin edilməmişdir.

6. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Yuxarı instansiya məhkləmələrindəki icraat

7. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2N9cu il tarixli 2-1(105 )-663/2N9 nömrəli qərarı ilə (hakimlər N.Nəsibov (sədrlik edən və məruzəçi), Z.Məmmədov və V.Cəfərov) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxx 2020-ci il tarixli 2-1(102)-961/2020 nömrəli qərarı ilə (hakimlər N.Rəsulbəyova (sədrlik edən və məruzəçi), Z.Quliyev və R.Nəbizadə) İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)663/2N9 nömrəli, xx.xx.2N9-cu il tarixli qərarı nın ləğv edilməsi və işin təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, hazırki mübahisənin həlli üçün ilk növbədə iddiaçının yaralanması şəraiti müəyyən olunmalı və iddiaçının yaralanması ilə bağlı işə əlavə olunmuş sənədlərdəki ziddiyətli məlumatlara aydınlıq gətirilməlidir. Belə ki, işin apelyasiya məhkəməsində müəyyən edilən hallarından aydın olur ki, cavabdeh orqan iddiaçının ehtiyatsızlıqdan yaralanmasını N nömrəli hərbi hissənin arayışı ilə əsaslandırsa da, məhkəməyə həmin arayışın kserosurətini təqdim etmiş, məhkəmə tərəfindən iddiaçı barəsində onun xx.xx.N2-ci ildən xx.xx.N4-cü ilədək xidməti, xidmət etdiyi dövrdə yaralanması, yaralanma şəraiti barədə məlumatın və bununla bağlı müvafiq sənədlə rin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı və N saylı hərbi hissələrinə sorğular göndərilsə də, həmin hərbi hissələrin komandirlərinin N3N4-cü il tarixli nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyi Mərkəzi Arxivinə daxil olmadığı müəyyən olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən bildirilmişdir ki, N2 və N4-cü il tarixli “Zədələnmələrin və yaralanmaların qeydiyyatı” kitabında İddiaçı barəsində heç bir məlumat yoxdur. N3-cü ilin “Zədələnmələrin və yaralanmalar”ın qeydiyyatı kitabı isə tibb məntəqəsində olmadığı üçün heç bir məlumat vermək mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının şəxsi ehtiyatsızlıq səbəbindən yaral anması ilə bağlı N nömrəli hərbi hissənin arayışında göstərilən məlumatlar öz təsdiqini tapmadığı halda, cavabdeh orqan məhz həmin arayışa əsaslanaraq iddiaçının tələbini təmin etməmişdir. Halbuki, işə apelyasiya instansiya məhkəməsində baxılarkən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə verilmiş sorğuya cavab olaraq iddiaçının adına tərtib edilmiş 1249 nömrəli xəstəlik tarixindən çıxarış epikrizinin surəti məhkəməyə göndərilmiş və həmin sənəddə iddiaçının düşmən tərəfindən atılan güllə nəticəsində N saylı hərbi hissədə müalicə və müayinə olunması ilə bağlı qeydiyyat olduğu müəyyən edilmişdir. Bununla yanaşı işə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin xx.xx.2N8-ci il tarixli, 417 n ömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.N2-ci il tarixində Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.N2-ci il tarixindən – xx.xx.N4-cü il tarixinədək N saylı hərbi hissədə xidmət etmiş, N saylı hərbi hissədə xidmət edərkən düşmən tərəfindən atılan güllə nəticəsində xx.xx.N3-cü il tarixindən – xx.xx.N3-cü il tarixinədək “Sağ budunun yuxarı 1/3-nin güllə yarası” diaqnozu ilə N saylı hərbi hissədə müalicə və müayinə olunmuşdur. Yuxarıda göstərilən işin apelyasiya instansiya məhkəməsində araşdırılan hallarından göründüyü kimi, cavabdeh, iddiaçının şəxsi ehtiyatsızlıq səbəbindən yaralandığını bildirsə də bunu sübut edə bilməmiş, eynilə yaralanma şəraitini də izah edə bilməmiş, iş materialları ilə iddiaçının düşmən gülləsi tərəfindən yaralandığı təsd iq olunmuş, apelyasiya instansiya məhkəməsində bu uyğunsuzluq araşdırılmamışdır. Belə ki, hazırki iş üzrə iddiaçı müvafiq hərbi hissədə xidmət edərkən döyüş gözləmə mövqeyində olduğu vaxt yaralandığını iddia etmiş, lakin apelyasiya instansiya məhkəməsi iddiaçının xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin döyüş zonasında yerləşməsini, iddiaçının döyüş əməliyyatlarında iştirak edibetmədiyini və yaralanma şəraitini ətraflı araşdırmamışdır. Odur ki, məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar kassasiya şikayətinin dəlilini əsaslı hesab edir və bildirir ki, iddiaçının düşmən tərəfindən atılan güllə nəticəsində yaralandığı təsdiq olunduğundan onun baş vermə şəraiti hərtərəfli araşdırılmalı, yaralanmanın döyüş əməliyyatları zamanı baş verib-verməməsi m əsəsləsinə aydınlıq gətirilməli olduğu halda, apelyasiya instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bu halı araşdırmamış, bununla da Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərini pozmuşdur.

11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-317/2020 nömrəli qərarı ilə (hakimlər F.Məmmədov (sədrlik edən və məruzəçi), T.Məmmədov və S.Qafari) apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 2-1(085)-183/2N9 saylı, xx xxxx 2N9-cu il tarixli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilərək, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alın mışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 12.1. Kassasiya şikayətində göstərilir ki, məhkəmə hadisə baş verən zaman hərbi hissənin döyüş əməliyyatı aparmamasını nəzərə almamışdır. İddiaçının “Müharibə veteranı” adı almaq hüququ hərbi hissənin döyüş əməliyyatları aparması, iddiaçının bu döyüş əməliyyatlarında iştirak etməsi və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması ilə yarana bilərdi. Halbuki, N nömrəli hərbi hissə döyüş zonasında yerləşsə də, iddiaçının xəsarət aldığı vaxtda döyüş əməliyyatları aparmamış, iddiaçı döyüş əməliyyatlarında iştirak etməmişdir. Məhz buna görə də N nömrəli hərbi hissə travma haqqında arayışında iddiaçının şəxsi ehtiyatsızlıq nəticəsində xəsarət almas ını göstərmişdir. 12.2. xx xxx N3-cü il tarixli 61 saylı müayinə aktında da iddiaçının “səngərin üstünə çıxaraq ayaqyoluna getməsi və qalxıb qayıtmaq istəyərkən düşmən tərəfindən atəş açılaraq onun sağ buduna dəyməsi” göstərilir. Həmin qeydlər iddiaçının özünün deməsinə əsasən aparılmışdır. 12.3. Məhkəmə qərar qəbul edərkən “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq normalarının tələblərini nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə həm də prosessual normaları pozmuşdur. b. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin t əmin olunmasını xahiş etdilər.

14. İddiaçı və onun vəkili kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Veteranlar haqqında” Qanun Maddə

1. Veteranlar barəsində dövlət siyasətinin əsaslarından biri də sosial və hüquqi müdafiənin təmin edilməsindən ibarətdir. Maddə

2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3.1.2. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxsl ər müharibə veteranı sayılırlar. Maddə

7. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.

16. Azərbaycan Respublikası Müdafiə nazirinin x xxxxxx 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat 1.6. 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, ord en və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 199 4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının v ə ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edə n hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

18. İnzibati icraat haqqında qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hü quqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

19. Azərbaycan Respublikasl İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı veri lmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə tam riayət edilməmiş, işin halları t am araşdırılmamışdır. Buna görə də qərar ləğv edilərək iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

23. Belə ki, bəhs olunan yaralanma faktı 1994-cü il 12 may tarixindən sonraya aid olduğuna görə, hazırki iddianın təmin olunması üçün “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələbinə əsasən üç şərt mütləq mövcud olmalıdır:

1. İddiaçının döyüş zonasında yerləşən hərbi hissədə xidmət etməklə bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi;

2. Bu döyüşlər ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması;

3. Bu barədə hərbi idarəetmə orqanlarının verdiyi sənədlərin olması (Müdafiə Nazirliyi, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və hərbi idarəetmə orqanları tərəfin dən verilmiş arayışlar, hərbi bilet (hərbi xidmət keçməni sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi iş, orden və medallarla təltif olunmaq haqqında vəsiqə, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar).

24. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməməsinə baxmayaraq, işə baxıldıqdan sonra məhkəməyə daxil olmuş N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, həmin hərbi hissə bilavasitə düşmınlə üzbəüz döyüş növbətçiliyi aparmaqla yanaşı düşmənin hər hansı təxribat xarakterli hərəkətlərinin qarşısının alınması üçün döyüş tapşırığı yerinə yetirmişdir.

25. İddiaçının döyüş şəraitində xəsarət alması faktını müəyyən etmək üçün apelyasiya instansiyası məhkəməsin in istinad etdiyi sübutlardan biri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin xx xxx 2N8-ci il tarixli 417 saylı arayışıdır. Arayşda qeyd olunur ki, iddiaçı xx.xx.N2-ci ildən xx.xx.N4-cü ilədək N saylı hərbi hissədə xidmət edərkən düşmən tərəfindən atılan güllə nəticəsində xx.xx.N3-cü ildən xx.xx.N3-cü ilədək “Sağ budun yuxarı 1/3-nin güllə yarası” diaqnozu ilə N saylı hərbi hissədə müalicə və müayinədə olmuşdur.

26. Lakin həmin arayışda, bu məlumatın hansı mənbəyə (şəxsi işi, hərbi hissənin arayışı və s.) istinadən verildiyi göstərilməmişdir və işə baxmış məhkəmə bu arayışı sübut kimi qəbul etməsinə baxmayaraq, onun əsasını təşkil edən sənədləri tələb etməmişdir.

27. İddia tələbi təmin edilərkən məhkəmənin istinad etdiyi digər sübut iddiaçının adın a tərtib edilmiş 1249 nömrəli xəstəlik tarixindən çıxarış-epikrizidir. Həmin epikrizdə iddiaçının düşmən tərəfindən atılan güllə nəticəsində N saylı hərbi hissədə müalicə və müayinə olunması ilə bağlı qeyd vardır.

28. Lakin epikrizin mətnindən görünür ki, düşmın tərəfindən atılan güllə nəticəsində yaralanma yalnız iddiaçının deməsinə görə yazılmış, bunu təsdiq edən digər sənəd və ya sübuta istinad edilməmişdir.

29. Həmçinin apelyasiya məhkəməsinin istinad etdiyi xx xxx N3-cü il tarixli, 61 saylı müayinə aktının surətindən də görünür ki, həmin müayinə aktı İddiaçı düşmən tərəfindən atılan atəş nəticəsində odlu silah yaralanması xəsarəti alması faktı üzrə təhqiqat naparan Qarabağ Hərbi Prokurorluğunun müstəntiqinin təliqəsi əsasında həyata keçirilmişdir. 30. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsində deyiolir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ixtisaslaşdırılmış prokurorluq olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə (bundan sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələri), bu Qanunla və Azərbaycan Respublikasının digər qanunları ilə hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu... Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əmlakın talanması, hərbi xidmət əleyhinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məlumatları və qanunvericiliklə müəyy ən edilmiş digər məlumatlar əsasında Azərbaycan Respublikası Hərbi prokurorunun qərarı ilə yoxlamanın aparılmasını, bu məqsədlə mütəxəssislərin ayrılmasını, habelə araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsini təmin edir.

31. Göründüyü kimi iddiaçının xəsarət alması ilə bağlı səlahiyyətli dövlət orqanı olan hərbi prokurorluq tərəfindən araşdırma aparılımışdır. Bu halda, prokurorluğun apardığı təhqiqat materialları və həmin yoxlamanın nəticələri üzrə çıxarılan qərar, iddiaçının xəsarət aldığı şəraitin müəyyən edilməsi üzrə məhkəmə araşdırmasından (qiymətləndirməsindən) kənarda qala bilməz. Lakin məhkəmə iddiaçının yaralanması faktı üzrə prokurorluq tərəfindən aparılmış təhqiqat materiallarını tələb edib araşdırmamışdır və təhqiqatla hansı halların müəyyən edildiyi (iddiaçının düşmən tərəfindən atılmış atəş nəticəsində yaralanması faktının təsdiq edilib-edilmədiyi) məlum deyildir.

32. Məhkəmənin bu cür araşdırması, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 57-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.

33. Bu da apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Lakin kassatorun iddianın təmin edilməməsi barədə dəlilinin həlli üçün yuxarıda göstərilən xüsusatlar araşdırılmalıdır və bu araşdırma əhəmiyyətli sayda sübutların araşdırılmasını tələb etdiyinə görə kassasiya şikayəti qismın təmin edilməli, apelyasiya instansiyasının qərarı ləğv edilməli və iş təkrar baxıl ması üçün həmin məhkəməyə göndərilməlidir.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti qismən təmin olunsun. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-317/2020 nömrəli qərarı ləğv edilsin və iş takrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar