Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-287/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 nömrəli Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxslər X3, X5, X9, X6 və X4 iştirakı ilə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; inzibati orqana ilkin müraciətin olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 nömrəli Xaçmaz Ərazi İdarəsinə (üç üncü şəxslər X3, X5, X9, X6 və X7) qarşı iş üzrə “mülkiyyət hüququ ilə bağlı arayışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2-1(105)-601/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı JN 227 kod 30311048 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının qeydiyyatdan keçməsi barədə məlumat almaq üçün 20 may 2020-ci il tarixində cavabdehə inzibati orqana müraciət etmişdir.
2. İddiaçının müraciətinə cavab olaraq cavabdeh 02 iyun 2020-ci il tarixli məktubla bildirmişdir ki, onun və ailə üzvlərinin adına olan JN-227 KOD 30311048 nömrəli “Torpağa mülkiyyət hüququna dair döv lət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 nömrəli Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək JN 227 kod 30311048 nömrəli dövlət aktında göstərilən 2,25 ha. torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddiаçı tələbini belə əsаslаndırmışdır ki, mərhum anası X1, ona və onun ailə üzvlərinə Ağbil kəndi ərazisindən Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998ci il tarixli qərar ı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün JN-227 nömrəli 30311048 kod altında 2,25 ha. torpaq sahəsi verilmişdir. Bu barədə ona Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkrnə Komitəsi Quba şöbəsi tərəfindən JN-227 kod 30311048 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Anası M.İsayeva 2004cü ildə vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin dövlət aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin elektron baza xəritəsinə işlənilməmişdir. Hazırda torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istədikdə ona imtina cavabı verilmişdir. Belə ki, cavabdeh Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən yanlışlıq aradan qaldıra bilmir.
5. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının cavabdehə m üraciət məktubunun məzmunu daşınmaz əmlaka dair arxiv məlumatlarının əldə edilməsi ilə bağlıdır və İdarə tərəfindən cavab məktubu hüquqların dövlət qeydiyyatının aparılmasından imtina olunması barədə deyildir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərardadı ilə X3, X5, X9, X6 və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(118)-298/2021 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilərək JN 227 kod 30311048 nömrəli 30 dekabr 1998-ci il tarixli dövlət aktında göstərilən 2.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 5 nömrəli Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə hesab etmişdir ki, cavabdeh torpaq sahəsi üzərində iddiaçının hüquqlarının qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etdikdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən heç bir hala əsaslanmamışdır. Həmçinin, 2,25 ha. ölçüdə torpaq sahəsinin mərhum M.İsayevanın mülkiyyətinə verilməsinə dair dövlət aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır.
9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2-1(105)-601/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Hökümə Babayeva, haki mlər – Rəşadət Ağayev və İlqar Dəmirov) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(118)-298/2021 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
11. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı iddia tələbində göstərilən məsələ ilə bağlı inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir.
12. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2-1(105)-601/2021 nömrəli qərardadın ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı hesab edir ki, məhkəmənin qərardadı qanunsuz və əsassız olmaqla, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı cavabdehə müraciətində hər hansı sənədin qeydiyyatdan keçib-keçmədiyini yoxlamağı, qeydiyyatdan keçdiyi təqdirdə iddiaçıya müvafiq cavab verilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçıya ünvanladığı məktubda yalnız dövlət aktının qeydiyyatdan keçməsini bildirmişdir ki, bu fakt da İdarənin səhvi olduğunu təsdiq edir.
14. Cavabdeh qeydiyyatdan keçməyən sənədləri ümumiyyətlə heç bir əsas olmadan qəbul etməkdən imtina edir. Ona görə də hüquqmüəyyənedici sənədləri, o cümlədən dövlət rüsumunu ödəməkdən iddiaçı məhrum olur. İddiaçı məcburiyyət qarşısında qalaraq rəsmi imtina almaq üçün sənədləri poçt vasitəsilə cavabdehin ünvanında göndərmişdir. Məhkəmə isə göstərilən halları nəzərə almada n əsassız olaraq iddia tələbini mümkün saymamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə müba hisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
17. Azərbaycan Respublikası Al i Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: (-) 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (-) 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (-) 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-i n 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (-) 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. (-) KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları nın tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Belə ki, hazırkı qərarın 17-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələrin ilk növbədə yoxlamalı olduğu hallardan biri də qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasıdır.
22. Məhkəmələr də qeyd olunan hüquqi mövqeyə uyğun olaraq araşdırma aparmış və müəyyən etmişdir ki, hazırkı iddia tələbi üzrə iddiaçının cavabdeh orqana müraciət etməsi bar ədə hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir.
23. İddiaçı, cavabdeh inzibati orqana hazırkı iddia tələbi ilə eyni məzmunlu müraciətinin olduğunu, cavabdehin isə 02 iyun 2020-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etdiyini bildirir.
24. Məhkəmə kollegiyasi isə bu dəlilə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edir. Belə ki, iddiaçının istinad etdiyi müraciəti JN 227 kod 30311048 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının qeydiyyatdan keçməsi barədə məlumat almaq xarakterli olmuşdur.
25. Cavabdehin 02 iyun 2020-ci il tarixli cavab məktubu isə daşınmaz əmlaka dair arxiv məlumatlarının əldə edilməsi ilə bağlı olmuşdur. Həmin məktub daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmas ından imtina olunması barədə deyildir.
26. Hazırkı qərarın 18-ci bəndində göstərilən normanın məzmunundan da görünür ki, hüquqların dövlət qeydiyyatının aparılmasını arzulayan hüquq sahibi ilk öncə belə bir ərizə ilə inzibati orqana müraciət etməlidir. Hazırkı halda isə iddiaçı iddia tələbində göstərilən məsələ ilə bağlı inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir.
27. İstər İPM-in 35.1-ci maddəsinin tələbinə, istərsə də Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə əsasən qeyd edilməlidir ki, hazırkı tələblə bağlı iddiaya cavab verməli orqanın imtinası olmadığından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddia tələbini mümkün saymamışdır.
28. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 o ktyabr 2021-ci il tarixli, 2-1(105)-601/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2-1(105)-601/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.