Məhkəmə qərarları › İş №2-1(102)-2870/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2870/2019

25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2870/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2870/19) Bakı şəhəri 25 sentyabr 2019-cu il Açar söz: əmək pensiyasının yenidən hesablanması Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov r ayon şöbəsinə qarşı əmək pensiyasının “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 21ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş aylıq pul təminatını 01.09.2004-cü il tarixdən 01.08. 2008-ci il tarixədək 25%, 01.08.2008-ci il tarixdən 01.12.2013-cü il tarixədək 50% həcmində əlavə edilməklə, yenidən hesablanmasını və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1538/19 saylı iş üzrə 27.06.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 25 sentyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1938-ci il tarixdə Ermənistanın Basarkeçər rayonunda anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı əmək pensiyasının “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Azərbaycan Respublikası Qanununun 21ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş aylıq pul təminatını 01.09.2004-cü il tarixdən 01.08.2008-ci il tarixədək 25%, 01.08.2008-ci il tarixdən 01.12.2013-cü il tarixədək 50% həcmində əlavə edilməklə, yenidən hesablanmasını və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya 18.02.2000-ci il tarixdən millət vəkili kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə 5-ci hissə əlavə edilməklə, Milli Məclisin deputatlarına hakimiyyət səlahiyyətlərinin yerinə yetirilməsinə görə 25% pul təminatı ödənilməsi nəzərdə tutulmuş, 13 iyun 2008-ci il tarixdə isə Qanunla qeyd olunan hissəyə dəyişiklik olunaraq 25% faiz 50% faizlə əvəz olunmuşdur. Lakin qeyd olunan dəyiş iklik nəzərə alınmaqla, iddiaçının əmək pensiyası yalnız 01 dekabr 2013-cü ildən yenidən hesablanmış, 2004-2013-cü illərin fərqi ona hesablanıb verilməmişdir. Bu məqsədlə müvafiq ərizə ilə cavabdehə müraciət etsə də sonuncu 5 noyabr 2018-ci il tarixli cavab məktubu ilə ərizənin təmin olunmasından imtina edərək bildirmişdir ki, həmin pul təminatının onun səlahiyyət dövründən sonra fəaliyyət göstərmiş millət vəkillərinə aiddir, əvvəlki deputatlara, o cümlədən ona münasibətdə şamil olunması qanunvericiliyə ziddir. Birinci instansiya məhkəməsinin 24.01.2019-cu il tarixli iş № 2-1(82)-582/2019, (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsin in 24.01.2019-cu il tarixli qərarının ləğv edilməsibarədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 27.06.2019-cu il tarixli iş № 2-1(103)-1538/19 (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 24.01.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiyası məhkəməsinin şikayət olunan qərarı maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır və bu səbəbdən də, qanunsuz hesab edilərək ləğv olunmal ıdır. "Azərbaycan Respublikası Milli Məclisinin 02.04.2007-ci il tarixli 10-136/AP saylı arayışına əsasən iddiaçı 12.12.1995-ci il tarixdən 24.11.2000-ci il tarixinədək Milli Məclisin yerli özünüidarəetmə daimi komissiyasının sədr müavini vəzifəsində çalışmışdır. “Əmək pensiyaları haqqında" Qanunun 20.10-cu madəsinə əsasən Milli Məclisin deputatının orta aylıq əməkhaqqı onun son 12 ay ərzində aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12 yə nisbəti yolu ilə müəyyən edilir. İddiaçının ərizəsində qeyd etdiyi vergidən azad olunan mübahisəli pul təminatı onun səlahiyyət dövründən sonra fəaliyyət göstərmiş millət vəkillərinə hesablanaraq ödənilmişdir. Bu səbəbdən də ona müvafiq dövr üzrə pensiyasının hesablanması zamanı həmin əlavənin nəz ərə alınması qüvvədə olan pensiyaya dair normativ hüquqi aktlara ziddir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyun 2019-cu il tarixli, 2-1(103)-1538/2019 saylı qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 27.06.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 27.06.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını A li Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdeh kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 27 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,apelyasiya instansiyası məhkəməsinin ş ikayət olunan qərarı maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır və bu səbəbdən də, qanunsuz hesab edilərək ləğv olunmalıdır. "Azərbaycan Respublikası Milli Məclisinin 02.04.2007-ci il tarixli 10-136/AP saylı arayışına əsasən iddiaçı 12.12.1995-ci il tarixdən 24.11.2000-ci il tarixinədək Milli Məclisin yerli özünüidarəetmə daimi komissiyasının sədr müavini vəzifəsində çalışmışdır. “Əmək pensiyaları haqqında" Qanunun 20.10-cu maddəsinə əsasən Milli Məclisin deputatının orta aylıq əmək haqqı onun son 12 ay ərzində aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12 yə nisbəti yolu ilə müəyyən edilir. İddiaçının ərazisində qeyd etdiyi vergidən azad olunan mübahisəli pul təminatı onun səlahiyyət dövründən sonra fəaliyyət göstərmiş millə t vəkillərinə hesablanaraq ödənilmişdir. Bu səbəbdən də ona müvafıq dövr üzrə pensiyasının hesablanması zamanı həmin əlavənin nəzərə alınması qüvvədə olan pensiyaya dair normativ hüquqi aktlara ziddir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iddiaçı Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuş, 18.02.2000-ci il tarixdən Milli Məclisin deputatı kimi ona yaşa görə pensiya təyin olunmuşdur. 2004-cü il tarixdə «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Qanunun 21-ci maddəsinə 5-ci hissə əlavə olunması və daha sonra 2008-ci ildə isə həmin normaya edilən dəyişikl ik nəzərə alınmaqla cavabdeh tərəfindən onun pensiyasının 01.12.2013-cü il tarixdən yenidən hesablanaraq, ödənilmişdir. Lakin iş materiallarından göründüyü kimi, 01.09.2004-cü il tarixdə qəbul edilmiş və həmin tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikası Milli Məclisi deputanının statusu haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi haqqında» 723-İİQD Ns-li Qanunun 21-ci maddəsinə əlavə edilmiş 5-ci hissə qüvvəyə mindiyi tarixdən həmin norma iddiaçıya şamil olunmamış, pensiyası yenidən hesablanmamışdır. Belə ki, həmin Qanunun 21-ci maddəsinə edilmiş 5-ci hissəsinə əsasən Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetiri lməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar. 13.06.2008-ci il tarixdə qəbul edilmiş və 649-İİİQD saylı “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin beşinci hissəsində “25” rəqəmi “50” rəqəmi ilə əvəz edilmişdir (avqust ayında qüvvəyə minmişdir). Göründüyü kimi, adıçəkilən həmin Qanuna əsasən edilən dəyişiklik nəzərə alınmaqla, iddiaçının əmək pensiyası 01.12.2013-cü il tarixdən yenidən hesablanaraq ona ödənilir və bu hal mübahisələndirilmir və mübahisələndirilən hal, yalnız 01.09.2004-01. 08.2008-ci il tarixli dövrü üzrə iddiaçının əvvəllər tutduğu seçkili deputat vəzifəsi üzrə əmək haqqında baş verən 25% artım, 01.08.2008-01.12.2013-cü il tarixli dövrü üzrə isə həmin artımın 25 faizdən 50 faizə qaldırılması təşkil edir. 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun 29.3-cü maddəsində nəzərədə tutulur ki, bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Bu Qanunun 20.1.1-ci maddəsində isə nəzərdə tutulur ki, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» Qanunun həmin dövrdə qüvvədə olan 32.1-ci maddəsinin tələbi baxımından, istər əmək pensiyası, istərsə də əlavələr və yaxud əmək haqqında baş verən digər artımlar olsun, şəxsin onları almaq hüququnun yarandı ğı tarixdən təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsində isə nəzərdə tutulur ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Göründüyü kimi, Azərbaycan Respublikasının Milli Məclsinin deputatı vəzifəsini tutmuş pensiyaçının həmin vəzifəsi üzrə aylıq əmək haqqında sonradan artımlar baş verirsə də və iddiaçının mübahisələndirilən əlavəni almaq hüququ 2004-cü ilin sentyabr ayının 1-dən yarandığı halda, cavabdeh tərəfindən onun pensiyası həmin tarixdən deyil, 2013-cü ilin dekabr ayından hesablanmış, üzərinə düşən vəzifələrini qismən, 01.12.2013-cü il tarixdən yenidən hesablama aparmaqla yerinə yetirmiş, bundan əvvəlki 2004-2013-cü illərin isə yenidən hesablamasını həyata keçirməmiş və bunun səbəbini mübahisəli pul təminatının (artımın) iddiaçı nın səlahiyyət dövründən sonra fəaliyyət göstərən deputatlara şamil edilməsi ilə əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 27.06.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27.06.2019-cu il tarixli 21(103)-1538/ 19 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar