Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2871/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 sentyabr 2023-cü il tarixli, 2-1(103)-187 4/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 1/5 nömrəli evin ½ hissəsindən 39,1 kv.m yaşayış sahəsi, 8,2 kv.m köməkçi sahədən ibarət 3 otağa iddiaçının mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018ci il tarixli, 2(004)-1424/2018 nömrəli qətnaməsi ilə X10 ilə Müseyibova (Şirinzadə) Xatirə Elmar qızı arasında xx.xx.1999-cu ildə Bakı şəhəri Səadət Sarayında (Bakı Nikah Evi) bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 55 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2001-ci il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X4 anası X5 yanında qalması qət edilmişdir.
3. X8 2014-cü ildə Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmış, hazırda da faktiki həmin ünvanda yaşayır.
4. İddiaçı X7 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, cavabdehin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 nömrəli fərdi yaşayış evinin naturada ayrılmış ½ hissəsinin 3 otağından ibarət, yaşayış sahəsi 39,1 kv.m, köməkçi sahəsi 8,2 kv.m olan sahələrinə dair istifadə hüququnun olmamasının müəyyən edilməsi və həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)552/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh X5 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 nömrəli fərdi yaşayış evinə münasibətdə istifadə hüququ olmayan hesab edilməklə, həmin evdən çıxarılması, bu halın cavabdehin qeydiyyatdan çıxarılmasına əsas olması qət edilmişdir.
5. Cavabdeh X5 həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-10061/2021 nömrəli qətnaməsi ilə təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)552/2019 nömrəli qətnaməsi ləğv e dilmiş, yeni qətnamə qəbul edilərək, iddia rədd edilmiş və həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır.
6. İddiaçı X3 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə cavabdehə müraciət etmişdir.
7. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə ol unur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4aşayış sahəsi və 8,2 kv.m köməkçi sahəsi naturada ayrılmaqla iddiaçının mülkiyyətindədir. İddiaçının nəvəsi X8 onun mülkiyyətində olan evdə qeydiyyatda olsa da, 2012-ci ilin sentyabr ayında 11 yaşında olan zaman valideynləri ilə birlikdə mülkiyyətində olan həmin evdən köçmüş və həmin vaxtdan ona məxsus evdə yaşamamışdır. İddiaçının nəvəsi X3 anası X11 2012-ci ilin sentyabr ayında Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi 46 nöm rəli fərdi yaşayış evini əldə etmiş və həmin tarixdən sonra bir ailə kimi oğlu, iki nəvəsi, o cümlədən Şahnaz Müseyibli və Xatirə Müseyibova ona məxsus olan evdən çıxaraq özlərinə məxsus həmin evə köçüb yaşamışdırlar, hazırda isə harada yaşamaları ona məlum deyildir. Eləcə də, 2018-ci ildə X11 nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının oğlu X12 Müseyibova arasında xx.xx.1999-cu il tarixdə bağlanmış nikah pozulmuş və iddiaçının nəvəsi X3 anası X5 yanında saxlanılması qət edilmişdir. X2 iddiaçının mülkiyyətindəki evdə yaşayış yeri üzrə qeydiyyatda qalması onun mülkiyyəçi kimi hüquqlarını məhdudlaşdırır. Qeyd edilənlərə əsasən, cavabdehə müraciət etsə də, ona imtina cava bı verilmişdir.
10. Birinci instansiya məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərardadı ilə X8 hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
11. Cavabdeh və üçüncü şəxs tərəfindən iddiaya qarşı hər hansı münasibət bildirilməmişdir.
12. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 30 iyun 2022-ci il tarixli, 2-1(112)-6235/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2001-ci il təvəllüdlü X3 ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehə həvalə edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxs xx.xx.2001-ci il təvəllüdlü X8 iddiaçının nəvəsi olmaqla 2014-cü ildən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 1/5 ünvanınd a qeydiyyatdadır. O, 2012-ci ildə valideynləri ilə birlikdə ünvan 3 ünvanından başqa yaşayış məntəqəsinə köçmüş, həmin vaxtdan həmin ünvanda yaşamamışdır. ünvan 4aşayış sahəsindən, 8,2 kv.m köməkçi sahədən ibarət ½ hissəsindən 3 otaq xx.xx.2012-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Hazırda üçüncü şəxsin qeyd olunan mənzilin mülkiyyətçisi olan iddiaçının ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq, ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti olmadığından, iddiaçı ilə mənzilindən istifadəyə dair heç bir notarial razılaşması olmadığından qeyd olunan mənzildə qeydiyyatda olması onun həmin mənzilə hansısa subyektiv hüquqlarını yaratmamışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırkı iş üzrə üçüncü şəxsin mübahisəli mənzilə dair hər hansı bir subyektiv hüququnun olmaması (mülkiyyət, istifadə və icarə) müəyyən edildiyindən, bununla da, onun mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmasının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Göründüyü kimi, hazırkı iş üzrə üçüncü şəxsin mübahisəli ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində sadalanan müddəalarda göstərilən əsaslar mövcuddur. Lakin cavabdeh tərəfindən iddiaçının müraciəti əsasında aparılan inzibati icraat zamanı işin yuxarıda sadalanan halları nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun müvafiq maddə lərində göstərilən tələblər yerinə yetirilməmiş, iş üzrə əhəmiyyət kəsb edən sübutlar iddiaçıdan tələb edilməmiş, beləliklə də, aparılmış inzibati icraat zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız sayılmaqla, hazırki iddia tələbi təmin edilməlidir
14. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Mirzə Tağızadə /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və İkram Şirinov) 01 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1874/2023 nömrəli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmi ş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı mülki qaydada məhkəməyə müraciət edərək hazırkı iş üzrə üçüncü şəxs olan X3 anası X7 qarşı iddia qaldıraraq sonuncunun Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 nömrəli fərdi yaşayış evinin naturada ayrılmış ½ hissəsinin 3 otağından ibarət, yaşayış sahəsi 39,1 kv.m, köməkçi sahəsi 8,2 kv.m olan sahələrinə dair istifadə hüququnun olmamasının müəyyən edilməsi və həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də iddia tələbi təmin edilməmişdir. X5 X10 ilə xx.xx.1999-cu ildə nikah bağlaması və həmin tarixlərdə ünvan 1 ünvanına köçməsi, daha sonra birgə nikahlarından xx.xx.2001-ci il tarixdə hazırkı iş üzrə üçüncü şəxs X3 anadan olması və onun da ailəsi ilə birlikdə həmin ünvanda yaşaması işin mübahisə olunmayan faktiki hallarıdır.
17. Qeyd edilənləri nəzərə alan Kollegiya bildirir ki, üçüncü şəxsin anası X1 mənzilə istifadə hüququna xitam verilmədiyindən və üçüncü şəxs X8 xx.xx.2001-ci il tarixdən ailəsi ilə birlikdə həmin ünvanda yaşadığından sonuncunun da həmin ünvana istifadə hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı isə üçüncü şəxsin istifadə hüququna xitam verilməsi ilə bağlı hər hansı məhkəmə qətnaməsinin olması müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, şəxsin qeydiyyatdan çıxarılmasının əsasları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində təsbit edilsə də, qeydiyyatda ol an şəxsin qeydiyyatda olduğu mənzildə əmlak hüquqları olmadığı və orada yaşamadığı təqdirdə də onun başqasının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması mümkün sayıla bilər. Göründüyü kimi, üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün yuxarıda qeyd edilən Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilməmişdir. İddiaçı tərəf də məhz üçüncü şəxsin həmin ünvanda yaşamamasını dəlil olaraq göstərmiş, bununla bağlı ərizə təqdim etmişdir. Lakin yuxarıda qeyd edilən məhkəmə aktları həmin ərizələrin mötəbər olmamasını təsdiq edir. Həmçinin həmin ərizəçilərdən biri olan X6 iş materiallarına əlavə edilmiş digər ərizəsində qeyd edilmişdir ki, iddiaçı onu aldadaraq gəlini X11 və nəvələri Müseyibli Şahnaz və X9 ünvan 1 ünvanında yaşamadıqları barədə yalan məlumat vermiş və ondan bu barədə ərizə almışdır. Eyni zamanda, apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan da görünür ki, üçüncü şəxs sözügedən mənzildə yaşayır.
18. Əlavə olaraq üçüncü şəxsin hal-hazırda başqa ünvanda qeydiyyatda olması ilə bağlı Kollegiya bildirir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6235/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli mübahisələndirilən qərarından üçüncü şəxs qərar icra olunduqdan sonra məlumatlı olmuş və daha sonra apellyasiya şikayəti vermişdir. Üçüncü şəxs apellyasiya şikayətində bildirmişdir ki, o, işə qəbulla bağlı müraciət edərkən vəsiqəsinin etibarlı olması üçün məcburən müvəqqəti olaraq babası və nənəsinə məxsus olan Yevlax rayonunda yerləşən ünvana qeydiyyata düşmüşdür. Beləliklə, birinci instansiya məhkəməsi mübahisəni n düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməyərək yanlış nəticəyə gəlmişdir.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
20. İddiaçının kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini ancaq və ancaq digər məhkəmə aktı ilə əsaslandırmış, lakin nəzərə almamışdır ki, həmin qətnamə hazırkı iş üzrə preyudisial deyildir. Çünki hazırkı iş üzrə üçüncü şəxs X8 həmin qətnamənin tərəfi olmamış və həmin iş üzrə cəlb edilməmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi diqqət yetirməmi şdir ki, mübahisələr oxşar olsa da, mübahisələri tənzimləyən hüquq normaları fərqli olduğu üçün, hazırkı iş üzrə müstəqil araşdırma aparılmalı idi. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində üçüncü şəxsin anasının (Xatirə Müseyibova) 1999-cu il tarixdə nikaha daxil olmaqla istifadə hüququnun yaranmasını, üçüncü şəxsin isə 2001-ci ildə anadan olaraq orda yaşamasını və beləliklə də istifadə hüququnun yaranmasını qeyd etsə də, diqqət yetirməmişdir ki, üçüncü şəxsin anasına münasibətdə mübahisə Mənzil Məcəlləsinin 123cü maddəsinə uyğun həll edilsə də, üçüncü şəxs 2001-ci ildə anadan olub istifadə hüququ yarandığı üçün sonuncuya münasibətdə isə mübahisənin həlli Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələbləri qaydasında həll edilməli idi. Nəzərə alsaq ki, üçüncü şəxsin anasın a münasibətdə 1999-cu il tarixində mübahisəli mənzilə köçdüyünə görə həmin evdən istifadə hüququnun yaranması üçün istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Lakin üçüncü şəxsə münasibətdə Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən belə bir tələb mövcuddur. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1 dən sonrakı dövrdə yaşayış evindən istifadə edilməsi ilə əlaqədar yaranan mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranan mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydaları na uyğun həll edilir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.... Maddə
28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. 23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, d övlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.... Maddə
2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün so sial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.... On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.... Maddə
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin q anuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 24. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə
53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahə sini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə
54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.... Maddə
123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istif adə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədl əri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normal arının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şi kayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi xx.xx.2001-ci il təvəllüdlü nəvəsi X3 ünvan 2 ünvanında yerləşən mülkiyyətində olan yaşayış sahəsindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir.
35. Mübahisənin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı mülki qaydada məhkəməyə müraciət edərək hazırkı iş üzrə üçüncü şəxs olan X3 anası X7 qarşı iddia qaldıraraq sonuncunun Bakı şəhəri, Yasamal rayonu, Qədirli k üçəsində yerləşən 1/5 nömrəli fərdi yaşayış evinin naturada ayrılmış ½ hissəsinin 3 otağından ibarət, yaşayış sahəsi 39,1 kv.m, köməkçi sahəsi 8,2 kv.m olan sahələrinə dair istifadə hüququnun olmamasının müəyyən edilməsi və həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, iddia tələbi təmin edilməmişdir. X11 iddiaçının oğlu X10 ilə xx.xx.1999-cu ildə nikah bağlamış, həmin tarixlərdə ünvan 1 ünvanına köçmüş, daha sonra onların birgə nikahından xx.xx.2001-ci il tarixdə hazırkı iş üzrə üçüncü şəxs X8 doğulmuş və ailəsi ilə birlikdə həmin ünvanda yaşamışdır.
36. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində belə qənaətə gəlmişdir ki, üçüncü şəxsin anası X1 mənzilə istifadə hüququna xitam verilmədiyindən və üçüncü şəxs X8 xx.xx.2001-ci il tarixdən ailəsi ilə birlikdə həmin ünvanda yaşadığından sonuncunun da həmin ünvana istifadə hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı isə üçüncü şəxsin istifadə hüququna xitam verilməsi ilə bağlı hər hansı məhkəmə qətnaməsinin olması müəyyən edilməmişdir. Şəxsin qeydiyyatdan çıxarılmasının əsasları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində təsbit edilsə də, qeydiyyatda olan şəxsin qeydiyyatda olduğu mənzildə əmlak hüquqları olmadığı və orada yaşamadığı təqdirdə də onun başqasının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması mümkün sayıla bilər. Göründüyü kimi, üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün yuxarıda qeyd edilən Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilməmişdir.
37. Məhkəmə kol legiyası qeyd edir ki, iddiaçı üçüncü şəxsin sözügedən yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi ilə bağlı məsələnin mülki məhkəmə icraatı qaydasında həllinə nail olduğu halda, hazırkı tələblə yenidən cavabdeh inzibati orqana müraciət etmək, müraciəti təmin edilmədiyi təqdirdə isə həmin inzibati orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququna malikdir.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yu xarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1874/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.