Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2872/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsi; iş illərinin sosial sığorta stajına daxil edilməsi GİRİŞ HİSSƏ 19.11.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X1 ibarət tərkibdə, İddiaçının vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərim anov rayon şöbəsinə qarşı iş illərinin sosial sığorta stajına daxil etməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.06.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının hərbi xidmətdən əvvəl işlədiyi illərin iş stajı kimi sayılaraq əlilliyə görə əmək pensiyasının verilməsi öhdəliyinin cavabdeh şöbəynin üzərinə qoyulması barədə q ərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli qərarı ilə (hakim. Z.Tağıyev; iş No 2-1(82)-219/2019) iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.06.2019-cu il tarixli qərarı ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva; iş № 2-1(103)1058/19) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının k assasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. İddiaçı özünün və iş yoldaşlarının əmək kitabçalarını məhkəməyə təqdim etmişdir. Cavabdehin iddiaçının 03.03.1989-03.12.1991-ci ilədək işlədiyi dövrün qarşılıqlı yoxlanılmasının mümkün olmaması barədə dəlilinin araşdırılması ilə bağlı apellyasiya icraatı zamanı məhkəmə iddiaçının həmin dövrdə işlədiyi "Məişət-2" Kooperativinin dövlət qeydiyyatına alınıb-alınmaması ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X2 Qeydiyyatı İdarəsinə sorğu ünvanlamış, sonuncunun sorğuya verdiyi 16.05.2019- cu il tarixli cavabında bildirmişdir ki, kommersiya X2 reye strində "Məişət-2" Kooperativi barədə məlumat aşkar edilməmişdir. Həmçinin məhkəmə kollegiyası sorğunu Vergilər Nazirliyinə yox, Dövət Arxiv İdarəsinə göndərməli idi. Belə ki, Kooperativ keçmiş SSR-nin dövründə yaranıb. Kooperativlərin qeydiyyatı yerli və mərkəzi icra hakimiyyətləri tərəfindən aparılırdı. İddiaçı həqiqi hərbi xidmətdən təxris olduqdan sonra həmin kooperativdə işləmək üçün müraciət etmək isdədikdə ona məlum olmuşdur ki, 90-cı ilin əvvəllərində kooperativ fəaliyyətini dayandırmışdır. Belə olan halda kooperativlə bağlı məlumatların olmaması başa düşüləndir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Ə.Məmmədli kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyas iya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.06.2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh şöbənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı xx.xx.1973-cü il təvəllüdlüdür; müharibə veteranı və əlilidir; 16.12.1991-15.07.1996-cı il tarixlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur; ona 05.04.2016-cı il tarixdən İİ dərəcəli əlillik təyin olunmuşdur. İşin materiallarında olana İT-İ seriyalı, ******* saylı əmək kitabçasının surətinə əsasən,iddi açı 05.03.1989-cu il tarixli, 06 saylı əmrlə “Məişət-2” kooperativinə İİ dərəcəli rəngsaz vəzifəsinə qəbul olunmuş və 03.12.1991-ci il tarixli, 14 saylı əmrlə işdən azad edilmişdir. İşin materiallarında olan cavabdeh şöbənin 03/392 saylı 07.04.2016-cı il tarixli arayışına görə, iddiaçının 01.01.2013-cü il tarixdən 01.11.2015-ci il tarixinədək 2 il 01 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində 01.01.2016-cı il tarixinədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 755,64 manat pensiya kapitalı vardır. İddiaçı yuxarıda qeyd edilən məlumata əsaslanaraq ərizə ilə cavabdeh şöbəyə müraciət etmiş və ona əlilliəyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir etmişdir. Lakin həmin inzibati orqan iddiaçıya ünvanladığı 27.07.2018-ci il tarixli cavab məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina etmiş və buna əsas kimi, iddiaçının əmək kitabçasında qeyd olunan 05.03.1989 - 03.12.1991-ci il tarixlərdə müəssisədə işləməsi faktının qarşılıqlı yoxlanmasının mümkün olmadığını göstərmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, belə hesab etmişdir ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunla onun 10 il sosial sığorta stajına malik olması tələb olunur. Lakin iddiaçının tələb olunan həmin stajın tamamlanması üçün onun əmək kitabçasında qeyd olunan 05.03.1989-03.12.1991-ci il tarixlərdə “Məişət-2” kooperativində də işləməsi faktının təsdiq olunması vacibdir. Bu məsələnin aydınlaşdırılması üçün apellyasiya instansiya məhkəməsi mü vafiq sorğu ilə kommersiya hüquqi şəxslənin dövlət qeydiyyatı orqanına müraciət etmiş və həmin sorğuya cavab vermiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X2 Qeydiyyatı İdarəsinn 16.05.2019-cu il tarixli məktubuna görə, kommersiya X2 reyestrində “Məişət-2” Kooperativi barədə məlumatın aşkar edilməməsi qeyd olunmuşdur. Belə olan halda iddiaçının 03.03.1989-07.12.1992-ci illərdə “Məişət-2” Kooperativində işləməsi faktı öz təsdiqini tapmadığından həmin müddət sığorta stajına daxil edilə bilən müddət kimi qəbul edilə bilməz. Bu səbəbdən cavabdeh inzibati orqanın imtinası əsaslı və qanuni olmuş, iddia tələi isə əsassız və qanunsuz olduğundan düzgün olaraq 1-ci instansiya məhkəməsi tərəfindən təmin edilməməişdir. Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçının kassasiya şikayətində qeyd edilən dəlillər əsası olduğundan qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeydiyyat orqanından əldə etdiyi, dövlət reyestrində “Məişət-2” Kooperativi barədə məlumatın aşkar edilməməsi məlumatından, həmçinin onu başa düşmək olar ki, həmin müəssisə ləğv olunmuş və sözügedən reyestrdən çıxarılmışdır. Bu da həmin müəssisənin 03.03.1989-07.12.1992-ci illərdə fəaliyyət göstərməsini təkzib etmir. Ona görə də, məsələnin dəqiq aydınlaşdırlması üçün apellyasiya instansiya məhkəməsi Milli Arxiv orqanına müraciət etməli idi. Bundan başqa iş üzrə qəti müəyyən edilməmişdir ki, çatışmayan iş stajı iddiaçının sığorta stajına əlavə edilsə bu stajın müddəti 10 il təşkil edəcəkdir. Bununla da, işin apellyasiya instansiya qaydasında yenidən araşdırlmasına zərurət yaranmışdır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 96.11-ci madd əsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.06.2019-cu il tarixli qərarı ləğv edilməli; iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azər baycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.06.2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2872/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2872/2019
19.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver