Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2873/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qaçqın statusu giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı X1 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra cavabdeh) qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(10 3)-1671/2019 saylı, 11 iyul 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Əfqanıstan İslam Respublikasının vətəndaşı olan iddiaçı 30 iyul 2018-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün cavabdeh tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı iddia ərizəsində göstərilən halları əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. İddiaçının sığınacaq verilməsi barədə vəsatəti cavabdeh inzibati orqanı n 06.10.2018ci il tarixli “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” qərarı ilə rədd edilmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçının qaçqın statusunun verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3 və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsabiqədən sonra əldə olunmuş nəticələrə görə əsaslan dırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusunun verilməsi mümkün deyildir. İddiaçı cavabdehin 26 oktyabr 2018-ci tarixli qərarından inzibati qaydada şikayət vermiş, cavabdeh tərəfindən inzibati şikayətin təmin edilməməsi haqqında 03.01.2019-cu il tarixli qərar qəbul edilmişdir. İddiaçı cavabdehə qarşı 17 yanvar 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın 03.01.2018-ci il və 26.10.2018-ci il tarixli qərarlarının ləğv edilməsi, iddiaçıya “qaçqın” statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı Əfqanıstan Ghazni vilayətinin Taqbus kəndində anadan olmuşdur, Əfqanıstan vətəndaşıdır. O, etnik mənsubiyyətə görə hazaradır (şiə), subaydır, onun beş b acı-qardaşı var. İddiaçının atası təxminən 7 ay əvvəl bilinməyən şəxslər tərəfindən öldürülüb. O şirniyyatlar istehsal edən mağazaya sahib olub. İddiaçı yerli məktəbdə 10 sinif təhsil alıb. O ailəsinin maddi çətinliyi səbəbdən təhsilini davam etdirə bilməyib. 2017-ci ilin qışında iddiaçı və atası şirniyyatların hazırlanması üçün ərzaq almaq üçün Ghazni vilayətinə gedib. Onlar “Kamaz” markalı böyük maşınla gediblər və maşında onlardan əlavə iki digər şəxs olub. Onlar Garabagh məntəqəsindən keçən zaman maşınları 6-7 nəfər silahlı şəxs tərəfindən saxlanılıb. Maşını saxlayan şəxslər Paştun dilində danışıblar. X3 adlı sürücünü digər üç şəxsi özləri ilə aparmasını tələb edib. Həmin şəxslər mülki geyimdə olub, hər hansı silahları olmayıb, özləri ilə yalnız bir neçə çanta daşıyıblar. İddiaçının on ların çantasının içində nə olduğu ilə bağlı məlumatı olmayıb. Bir müddət sonra onlar çay evində dayanıblar. İddiaçının atası, sürücü və əvvəlcədən onlara qoşulan iki şəxs çay evinə gedib. Onlar çayın gəlməsini gözləyən zaman polis çay evinə hücum edərək iddiaçının oturduğu stola yaxınlaşaraq onu həbs etmək istəyiblər. Polis əməkdaşlarından biri iddiaçıya üzü üstə yerə uzanmağı əmr edib. İddiaçı daha sonra bildirmişdir ki, qəfildən çöl tərəfdən kimsə atəş açmağa başlayıb və polis cavab atəşi açıb. Atışma bir müddət davam edib; daha sonra X2 iddiaçını dartıb götürüb aparıb. O, iddiaçıya atasının öldüyünü bildirib və onlar Kabula gediblər. İddiaçı polis tərəfindən Taliban ilə əməkdaşlıqda ittiham olunacağı və həbs olunacağından və ya Taliban tərəfindən onlara qarşı casusluğa görə cəzalandır ılmaqdan qorxduğu üçün Əfqanıstana geri qayıtmaq istəmir. İddiaçının müraciəti inandırıcı olmaması səbəbindən rədd edilib və bu barədə qərar ona 31 oktyabr 2018-ci il tarixdə təqdim olunub. Bu hadisədən sonra iddiaçı ölkəni tərk etmək qərarına gəlir. 2018-ci ilin iyun ayında iddiaçı Azərbaycana gəldi. 30 iyul 2018-ci ildə iddiaçı sığınacaq vəsatəti ilə müraciət edib. Cavabdeh onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçi ilə müsahibə aparıb. İddiaçı bildirib ki, polis tərəfindən Taliban ilə əməkdaşlıqda ittiham olunacağı və həbs olunacağından və ya Taliban tərəfindən onlara qarşı casusluğa görə cəzalandırılmaqdan qorxduğu üçün Əfqanıstana geri qayıtmaq istəmir. 26.10.2018-ci ildə cavabdeh iddiaçının sığınacaq vəsatətini rədd edib. İddiaçı cavabdehin qərarından in zibati şikayət verib. 03.01.2018-ci ildə cavabdehin şikayət instansiyası 01 saylı qərarla inzibati şikayəti rədd edib. Şikayət instansiyası qərarını ümumi və qeyri-müəyyən sözlərlə əsaslandırıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(81)-1109/2018 saylı iş) 10 aprel 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5məruzəçi, X1 və X2, 2-1(103)-1671/2019 saylı iş) 11 iyul 2018-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiklə ri dəlillər Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar və birinci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən ona qaçqın statusunun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan zəruri faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İddiaçı 26 iyul 2019-cu i l tarixdə qərarın surətini almış, 6 avqust 2019-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunması və ya işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının mübahisələndirilən qərarı ləğv edilməli və İnzibati-Prosessual Məcəllənin 96.5-ci maddəsinə müvafiq olaraq iş yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməli və ya yeni qərar qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi kassatorun vətəndaşı olduğu ölkədə təhdid və təqib edilməməsini hesab edərək səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi cavabdehi n yol verdiyi pozuntuları aradan qaldırmayıb və öz qərarını cavabdehlə eyni əsaslarla əsaslandırıb. Bakı Apellyasiya Məhkəməsi ümumi sözlərlə qərarı əsaslandıraraq kassatorun həyati təhlükəsi olduğunu nəzərə almadan əsassız olaraq apellyasiya şikayətini təmin etməmiş və şikayətinin hətta əsas dəlillərinə belə cavab verməyərək qərar qəbul etmişdir. Baki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası birinci instansiya məhkəməsinin qərarını təkrarlayıb. Hər iki məhkəmə “soft law” prinsipini tətbiq etməkdən imtina edib. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12, 148, 151-ci maddələrinə istinad olunmuşdur. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə q ərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı cavabdeh inzibati orqandan ona qaçqın statusu verilməsinə dair vəsatətinin təmin edilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin et məmişdir. İddiaçı həmçinin ona qaçqın statusu verilməsindən imtina barədə cavabdehin qərarından inzibati şikayət vermiş, şikayət instansiyasının qərarı ilə inzibati şikayət təmin edilməmiş, inzibati orqanın qərarı dəyişdirilmədən saxlanılmışdır. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın-Azərbaycan R espublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və m əcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İPM-in 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya di skresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? İddiaçı ə rizəsində bildirmişdir ki, polis tərəfindən Taliban ilə əməkdaşlıqda ittiham olunacağı və həbs olunmasından və ya Taliban tərəfindən onlara qarşı casusluğa görə cəzalandırılacağından qorxaraq Əfqanıstanı tərk etmişdir. Cavabdehin qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsində göstərilən “qaçqın” anlayışının tələblərinə cavab vermədiyindən, həmçinin onunla və ailə üzvləri ilə aparılmış müsahibənin nəticələrinə əsasən əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən onlara qaçqın statusu verilməsindən imtina edilmişdir. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Göründüyü kimi, inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə o lduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məlumdur ki, Əfqanıstan İslam Respublikasının bütün ərazisində Taliban qüvvələri tərəfindən müharibə aparılmır, Taliban qüvvələrinin nəzarət etmədiyi ərazidə iddiaçının təqib qorxusunun olması istisna edilir. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. Bu mənada, kassasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, cavabdeh onun əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamışdır. İddiaçının gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə əsaslı təqib olunması üçün yetərli sayıla bilməz. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmi n edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1671/2019 saylı, 11 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2873/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2873/2019
12.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver