Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2874/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: prosessual məsələlər GİRİŞ HİSSƏ 19.11.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X1 ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı torpağın alınması ilə əlaqədar vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi haqqında iddia tələbinə dair iş üzr ə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.07.2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan 2,79 ha torpaq sahəsinin ədalətli dəyəri ödənilmədən, iddiaçının razılığı olmadan cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən həmin torpaq sahəsi üzərində etdiyi hərəkətləri (inşa və quraşdırma işləri) və dəymiş maddi zərərə görə kompensasiyanın ödənilməsində göstərdiyi hərəkətsizliyi qanunsuz hesab edilməklə, bu cür hərə kət və hərəkətsizliyə son qoyulmasına; iddiaçının mülkiyyətində olan 2,79 ha torpaq sahəsinin cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən alındığı və X3 inşa olunduğu üçün dəyən maddə zərərə görə 5.580.000 manat kompensasiyanın və 558.000 manat mənəvi zərərin dövlət büdcəsi hesabına ödənilməsinə; kompensasiyanın və mənəvi zərərin ödənilməsi üçün vəsaitin sifari edilməsi vəzifəsinin cavabdeh Gənclər və İdman Nazirliyinə tapşırılmasına dair qərar çıxarılmasını xahiş etmişdir etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2014-cü il tarixli qərarı ilə (hakim M.Bayramov; iş No 2-1(81)-233/2014) iddia tələbinin qismən təmin edilməsi; iddiaçının mülkiyyətində olan 2,79 ha torpaq sahəsinin X3 tikintisi ilə əlaqədar cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən dövlət ehtiyacları üçün alındığından dəymiş ziyana görə kompensasiya olaraq 2.967.150,0 manatın Gənclər və İdman Nazirliyindən dövlət büdcəsinin vəsaiti hesabına tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2014-cü il tarixli qərardadı ilə (hakim M.Bayramov; iş No 2-1(81)-233/2014) cavabdeh Maliyyə Nazirliyinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2014-cü il tarixli qərarından vermiş olduğu apellyasiya şikayətinin Maliyyə Nazirliyinə geri qaytarılması qərara alınmışdır. Eyni zamanda, cavabdeh Gənclər və İdman Nazirliyi ərizə ilə apellyasiya instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2014cü il tarixli qərarının ləğv olunması barədə apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş m üddətin üzrlü hesab edilməsi və müddətin bərpa olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş No 2-1(103)-1611/19) cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2014-cü il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi; onun apellyasiya şikayəti üzrə apellyasiya icraatının mümkün sayılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.07.2019-cu il tarixli qərardadı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyev; iş № 2-1(103)-1611/19) cavabdeh Gənclər və İdman Nazirliyinin apellyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2014-cü il tarixli qərarının və həmin qərara düzəliş edilməsi barədə 25 iyun 2014-cü il tarixli qərardadının ləğv edilməsi; işin məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv olunması və şikayətin mümkün sayılmaması barədə qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxaraq prosessual hüquq normaları pozmuş, nəticədə əsassız və qanunsuz qərardad qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edə n iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.07.2019-cu il tarixli qərardadının ləğv olunması və şikayətin mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdehlər Gənclər və İdman Nazirliyinin və Maliyyə Nazirliyinin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİC İ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, işə baxan 1-ci instansiya məhkəməsi iddiaçıya məxsus mübahisəli torpaq sahəs i üzərində X3 tikintisi altına düşdüyünü təsdiq edilməsi üçün geniş həcmdə sübutların araşdırılması tələb olunduğu halda, yalnız iddiaçının təqdim etdiyi sübutlarla kifayətlənmiş, məsələ ilə bağlı işin həqiqi hallarının dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə müvafiq olaraq xidməti vəzifəsinə görə belə sübutların toplanmasında təşəbbüskarlıq göstərməmimişdir. Belə ki, 1-ci instansiya məhkəməsi iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayonu Ərazi İdarəsi tərəfindən iddiaçının adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən (16.06.2006-cı il tarixli MH0001350 saylı çıxarışa əsasən 1 ha; 16.06.2006-cı il tarixli MH0001348 saylı çıxa rışa əsasən 1 ha; 11.05.2007-ci il tarixli MH ******* saylı çıxarışa əsasən 0,2441 ha; 11.05.2007-ci il tarixli MH ******* saylı çıxarışa əsasən 0,5459 ha) onun mülkiyyətində Abşeron rayonu Xırdalan şəhəri ərazisində mövcud olan ümumilikdə 2,79 ha torpaq sahəsinin həmin ərazidə inşa edilən X3 tikintisi üçün ayrılmış ərazinin daxilində yerləşdiyini tutarlı və mötəbər sübutetmə vasitələri ilə müəyyən etməmişdir. Ümumiyyətlə, 1-ci instansiya məhkəməsi istinad etdiyi Abşeron rayon İcra Hakimiyyətinin 10.09.2012-ci il tarixli və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 09.08.2012-ci il tarixli məktublarında Abşeron rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə Abşeron rayonu, Xırdaldan şəhəri, Bakı-Quba yolunun 17-ci kilometrində iddiaçının mülkiyyətində olan 2,79 ha torpaq sahəsi də daxil olmaqla, 5,0 ha torpaq sahəsində Gənclər və İdman Nazirliyinin təqdim etdiyi layihəyə əsasən X3 layihələndirilməsinə və tikintisinə icazə verildiyini qeyd etsə də, Abşeron rayon İcra Hakimiyətini 3-cü şəxs qismində işə cəlb edərək Azərbaycan Respublikası Prezidentinin 27.05.2011-ci il tarixli sərəncamının icrası ilə əlaqədar qəbul etdiyi həmin sərəncamını (1866 №-li, 09.09.2011-ci il tarixli) və təsdiq etdiyi X2 İnşaat Pasportunu (15.11.2011-ci il tarixli) əldə edib həmin sənədləri tədqiq etməmiş və onun iştirakı ilə həmin sərəncama əsasən idman kompleksinin tikintisi altına ayrılan 5,0 ha torpaq sahəsi ilə iddiaçıya məxsus 2,79 ha mübahisəli torpaq sahəsinin üst-üstə düşüb-düşmədiyini torpaq mütəxəssisini də dəvət cəlb etməklə, məhkəmə ekspertizası təyin etmək yolu yoxlama mış, eləcə də icra hakimiiyyətinin həmin sərəncamı ilə həmin kompleksin tikinti üçün üçüncü şəxslərin hüquqlarından azad torpaq sahəsi verildiyini və bununla bağlı sonuncunun cavabdehliyi araşdırmamışdır. Halbuki «Yerli icra hakimiyətləri haqqında» Əsasnamənin 3.1.1-ci bəndinə əsasən, yerli icra hakimiyyətinin başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır. Həmin Əsasnamənin 3.11.1-ci bəndinə görə, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir. Həmin Əsasnamənin 3.16.1-ci uyğun olaraq yerli icra hakimiyyətinin vəzifələri kimi müəyyən edilmişdir ki, müvafiq ərazidə dövlət əmlakının qorunmasını təşkil edir, dövlətin mülkiyyət hüququnun pozulması f aktlarına qarşı tədbirlər həyata keçirir. Həmin Əsasnamənin 3.16.3-cü bəndinə müvafiq olaraq «Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəhər inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasını təmin edir. Həmin Əsasnamənin 4.16.1 və 4.16.3-cü bəndlərinə əsasən, müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək, eləcə də dövlət əmlakının qorunmasını təşkil etmək yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid edilmişdir. Göründüyü kimi, hüquq və vəzifələrinə toxunan maraqlı şəxs kimi, Abşeron rayonu İcra Hakimiyyətinin işə cəlb olunmasının vacib olduğunu təsdiq edən faktiki şərtlər hazırki işdə mövcud olmuşdur. Azərbaycan Respublikası İPM-nin 28.1-ci maddəsində də məhz nəzərdə tutulur ki, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin şərh edilməsinə dair» 12 aprel 2017-ci il tarixli qərarında təsbit olunan hüquqi mövqeyinə görə, hətta qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına, habelə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə diqqət yetirilməklə, məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallard a inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. 1-ci instansiya məhkəməsi isə qəbul edəcəyi qərarın Abşeron rayon İcra Hakimiyyətinin maraqlarına toxunduğunu nəzərə almamış, onu işə cəlb edilməsi məsələsini tərəflərlə müzakirə etməmiş, öz təhəbbüsü ilə işə cəlb etmək imkanından istifadə etməmişdir. Həmçinin, 1-ci instansiya məhkəməsi mübahisəli torpaq sahəsi ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün həmin vaxt hələ fəaliyyətdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin mütəxəssislərini də dəvət etməklə onların rəyin dən yararlanmamışdır. Çünki, həmin şöbənin başqa bir iş üzrə - iş materiallarına əlavə olunmuş 10.12.2013cü il tarixli 699 saylı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış məktubunda iddiaçıya məxsus 2,79 ha torpaq sahəsinin 2,0 ha hissəsinin X3 tikintisinin yerləşdiyi ərazi ilə üst-üstə düşməsinin müəyyən edilməsi mümkün olmadığı, qalan, torpaq sahəsinin isə tikinti aparılan hasarlanan sahədən kənarda yerləşdiyi qeyd edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, 1-ci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual pozuntulara yol verilmiş, sübutlar araşdırılmamış, hüquq və vəzifələrinə toxunan maraqlı şəxs işə cəlb olunmamış, onun mövqeyi və cavabdehliyi aydınlaşdırılmamış, mübahisəi torpaq sahələrinin müayinə edilməsi üçün mütəxəssis və ekspert cəlb olunmamış, onların r əyləri alınmamışdır. Belə olan halda, Azərbaycan Respublikası İPM-nin 87.7.1-ci maddəsinə əsasən inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək, məhkəmə icraatının davam etdirilməsi üçün işi müvafiq inzibatiiqtisadi məhkəməyə göndərə bilər. Ona görə də, 1-ci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməmə lidir. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 04.07.2019-cu il tarixl qər arı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.07.2019-cu il tarixl qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2874/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2874/2019
19.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver