Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2875/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X1, cavabdehin vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Res publikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-319/2019 saylı iş üzrə 17 yanvar 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin 17-03/152 saylı, 15 may 2018-ci il tarixli məktubu ilə qanunla tələb olunan yaş həddinə çatmadığına görə İddiaçı güzəştli şərtlərlə yaşa görə əm ək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı imtinanı qanunsuz hesab edərək hazırkı tələblə məhkəməyə müraciət edərək 2004-2005-ci illərin orta aylıq əmək haqqısı əsas götürülməklə ona 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1976-cı il tarixdən 2017-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin işlər dənizdə zərərli iş şəraitində aparılan işlərə aiddir. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 N-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdəçalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı” üzrə 20 il ümumi və 10 il zərərli iş stajını tamamlamışdır. Buna görə də, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 50 yaşının tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3477/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qərarı (hakim - T.Ə.Əsədova) ilə iddia tələbi təmin edilərək, İddiaçı 50 yaşının tamam olduğu tarixdən, yəni 15.10.2009-cu il tarixdən həmin dövrdə qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8, 27.1-ci maddəsi, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13, 17, 71, 72-ci maddələrinə uyğun olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqısı əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-319/2019 saylı, 17 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və K.N.Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3477/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qərarı ləğv olunmaqla iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib işin təkrar baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir, qərar maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Belə ki, apellyasiya məhkəməsi işə baxarkən tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Mübahisənin hərtərəfli və obyektiv həlli üçün məhkəmə işə baxarkən öz təşəbbüsü ilə iddiaçının iş yerindən də müvafiq arayış tələb etməli idi. Çünki məhz həmin arayış nəticəsində iddiaçının həqiqətən də zərərli sahədə işləyib-işləmədiyini konkret olaraq müəyyən etmək mümkündür ki, bu da mübahisənin ədalətli həlli üçün bilavasitə ö nəmə malikdir. Bu baxımdandır ki, bu tipli məhkəmə mübahisələrində məhkəmələr məhz iddiaçının iş yerindən (zərərli sahədə çalışdığı iddia olunan iş yerindən) təqdim edilmiş arayışa istinadən bu və ya digər şəkildə qərar çıxarırlar. Hal-hazırda mübahisənin tam düzgün həlli üçün sözügedən sübutun əldə edilməsi zərurəti yaranmışdır. Məhz bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili şikayətin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Resp ublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının pensiya hüququnun həyata keçirilməsi ilə bağlı irəli sürülmüş tələblə əlaqədar olaraq hazırkı iş üzrə aşağıdakı üç əsas məsələ aydınlaşdırılmalıdır - 1) iddiaçıya pensiya 50 yaşdan təyin edilməlidirmi; 2) əgər təyin edilməlidirsə ona təyin edilmiş pensiya hansı qaydada hesablanmalıdır və 3) əgər pensiyanın düzgün təyin edilməməsi nəticəsində iddiaçı tərəfindən alınmamış pensiya məbləği vardırsa cavabdeh həmin məbləği birdəfəlik ödəməlidirmi? İddiaçıya pensiyanın hansı yaşdan təyin edilməsi məsələsinə münasibətdə nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Bununla bağlı olaraq apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki,birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair qərarında istinad edilən 12205000-1754a kod kimi nəzərdə tutulan peşə sözügedən «1 nömrəli Siyahı»nın XXİİİ bölməsinin yox, “12200000 XXİİ. Radioaktiv maddələrl ə, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər” bölməsinin “12205000 –
5. Sair işlər” hissəsində öz əksini tapmış və həmin 12205000-1754a kod kimi nəzərdə tutulan peşə “sənayedə materialların və məmutların şüalandırılmasında səyyar radioizotop defektoskopiya (qammadefektoskopiya) qurğularında daim və bilavasitə məşğul olan işçilər” kimi müəyyən edilmişdir. Həmin «1 nömrəli Siyahı»nın «12100000 - XXİİİ. Ümumi peşələr» bölməsində 12100000-11465 kodu ilə peşə kimi isə «sualtı işlərlə məşul olan dalğıclar və başqa işçilər, o cümlədən yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıc təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2.750 saat və çox olanlar» nəzərdə tutulmuşdur. İş materiallarında n, o cümlədən əmək kitabçasından isə görünür ki, iddiaçı 12.09.1986-cı ildən 15.03.2017-ci ilə qədər ARDNŞ Dalğıc və QəzaXilasetmə işləri İdarəsində mühəndis, İ dərəcəli mühəndis, elektronika üzrə rəis müavini, mühəndis elektronik vəzifələrində işləmişdir. İşin yuxarıda qeyd olunan halları ilə əlaqədar, o cümlədən iddiaçının iddia etdiyi və «1 saylı Siyahı»nın 12100000-11465 kodu ilə nəzərdə tutulmuş peşələrdə (yəni sualtı işlərlə və yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıc təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2.750 saat və çox olması ilə əlaqədar peşədə) həqiqətən işləməsini təsdiq edən sübut kimi «Dalğıc kitabı»nı məhkəməyə təqdim etməsi təklif olunsa da, iddiaçı tərəfindən həmin sübut məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, məhkəmədə verdiyi izahatında da iddiaçı bildirmişdir ki, ARDNŞ Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsində işlədiyi dövr ərzində su altında və yüksək atmosfer təzyiqi şəraitində işlərlə məşğul olmamışdır. Beləliklə, kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallarla və təqdim etdiyi sübutlarla ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan müvafiq staja malik olması iş materialları ilə sübut olunmur. Bu halda, iş üzrə müəyyən edilmiş faktiki hallara hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Ona görə də, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin olunmadan saxlanılmalıdır. NƏTİCƏ Vİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-319/2019 saylı iş üzrə 17 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.